Məhkəmə qərarları › İş №2(103)-2777/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2777/2024

16.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2777/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad İman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli qərardadından iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. İddiaçının vəkili (nümayəndəsi) həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf həmin qərardaddan və sonradan eyni məsələ ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi digər qərardaddan şikayət vermiş, son nəticədə Rayon Məhkəməsi iddiaçı tərəfindən verilmiş “qərardaddan şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş və ötürülmüş prosessual müddətin ötürülməsinin üzrlü hesab edlməsi barədə” ərizəyə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizənin təmin edilməsini, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının şikayət verilməsi müddətinin buraxılmasının səbəbini üzrlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Rayon Məhkəməsi qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş “2 saylı Əlavədə” nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmiş, “Əlavədə” göstərilən bir çox zəruri hissələr şikayətdə öz əksini tapmamışdır (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verəm şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret faktlar və hallar habelə onların təsdiq edən sübutlar və s.). Lakin Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin mövqeyi səhv olmuşdur. Belə ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı, işə baxmış Rayon Məhkəməsinin pozmuş hesab etdiyi maddi və prosessual hüquq normalarına istinad etmiş, bununla bağlı və qətnamənin düzgün hesab etmədiyi konkret əsaslarını, habelə faktları qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir. Buna görə də, Məhkəmə, apellyasiya şikayətinin MPM-in və MPM-ə edilmiş “2 saylı Əlavənin” tələblərinə cavab verməsini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi, qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin qaytarılması barədə iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkil (nümayəndə) vasitəsi ilə verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli qərardad ləğv edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar