Məhkəmə qərarları › İş №2(103)-2780/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2780/2022

04.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2780/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı Notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-406/2022 nömrəli işi üzrə 14.01.02.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin 14.02.2022-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada rəsmi qeydiyyatda olduqları ünvana 21.01.2022-ci il tarixdə göndərilmiş, həmçinin eyni tarixdə qətnamə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməklə 26.02.2022-ci il tarixində apellyasiya şikayətini elektron informasiya sistemi vasitəsilə təqdim etmişdir (səh.82, 84, 90). Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin135.5-ci maddəsinə əsasən, 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Verilmiş şikayət üzrə prosessual müddət ötürüldüyündən və üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmadığından kollegiya şikayətin icraata qəbulu üçün əsaslar görmür və hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 360 və 363.1.3-cü maddlərinə müvafiq apellyasiya şikayəti üçün müəyyən edilmiş bir aylıq müddətin keçməsi əsası ilə apellyasiya şikayətini qaytarlmalı olduğu halda bunu etməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-406/2022 nömrəli işi üzrə 14.01.02.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar