Məhkəmə qərarları › İş №2(103)-2782/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2782/2021

07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2782/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdeh oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-184/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 2 saylı “Asan Xidmət” X1rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında imzalanmış və cavabdeh Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin Notariusunda bağlanmış xx.xx.2014-cü il tarixli (reyestrə 3M-01-524 nömrəli) borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Bakı şəhərində yerləşən “Giovane Gentile” kişi geyimləri mağazasında fəaliyyət göstərmiş və Cavabdehla 2005-ci il tarixdən başlayaraq 2014-cü ilin sentyabrınadək ticarət əlaqəlari yaranmış və birlikdə şərik kimi ticarət etmişlər. Cavabdehlə aralarında hər hansı biryazılı ticarət müqaviləsi olmamış, yalnız şifahi razılıq əsasında ticarət aparılmışdır. 2005-2014-cü illər ərzində iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pullar verilmiş, lakin aralarında olmayan razılaşmaya əsasən cavabdeh həmin pulları qazanc kimi qəbul etmişdir. Müəyyən vaxtdan sonra cavabdeh mala (məhsula) görə aldığı pulu danmağa başlamış, ona borclu olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır. Cavabdeh iddiaçının ona borclu olduğunu sübuta yetirə bilədiyindən, iddiaçını tutdurmaqla hədələmiş, iddiaçı tərəfindən notarial qaydada borcun etirafı barədə müqavilə bağlamayacağı təqdirdə onu həbs etdirəcəyini bildirmişdir. Nəhayət iddiaçı məcbur qalaraq Bakı şəhəri 2 saylı “Asan Xidmət” mərkəzinin Notariusunda qanunsuz, formal olaraq xx.xx.2014-cü il tarixli “Borcun Etirafı müqaviləsi” bağlamışdır. Bundan sonra pul tələbi ilə bağlı Cavabdeh məhkəməyə iddia tələbi ilə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin qətnamələri və Ali Məhkəmənin qərarı ilə iddiaçıdan pul tutulmuş, borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsinə isə baxılmamışdır. Həmin müqavilə qanunsuz və əsassız olmaqla, onun hüquqlarını məhdudlaşdırdığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ünvanlayaraq, Cavabdeh ilə İddiaçı arasında imzalanmış xx.xx.2014-cü il tarixli borcun etirafı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-184/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı ilə Cavabdeh arasında ortaq biznes fəaliyyətinin olması faktı iş materialları ilə işin mübahisəsiz halıdır. Habelə, bu fakt hazırki mübahisələndirilən qətnamə ilə də təsdiqini tapır. İddiaçının iddia tələbi ondan ibarətdir ki, mübahisələndirilən xx.xx.2014-cü il tarixli (reyestr 3M-01-524 nömrəli) borcun etirafı müqaviləsi yalançı, pərdələnmiş əqddir. 1-ci instansiya məhkəməsi tərəfindən bu halların araşdırılmaması nəticə etibarı ilə maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Tərəflər mübahisələndirilən müqavilə bağlanana qədər razılaşma əsasında mülki hüquqlar və vəzifələr doğuran hərəkətlər etməklə, hüquq və vəzifələri müəyyən edilmişdir. Sonradan iddiaçıya təzyiq olunaraq mübahisələndirilən müqavilənin bağlanması yalançı əqddir. Mübahisələndirilən qətnamə ilə ona olunan təzyiqlərin və borcun etirafı müqaviləsinə iradə ifadəsinin olmamasını arşdırmamışdır. Nəzərə alınmamışdır ki, cavabdeh ilə onun arasında olan münasibətlərin kəskinləşməsi elə bir həddə çatmışdır ki, cavabdeh daima iddiaçıya hədə-qorxu gələrək onu tutdurması ilə qorxudurdu. Həmçinin, cavabdehin iddiasına Bakı şəhəri Nərimanov rayon Məhkəməsində araşdırılarkən onun ərizəsi ilə xüsusi qərardad qəbul edilmiş və araşdırılmasından ötrü polis orqanına göndərilmişdir. Həmin qərarlar bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəfindən təzyiqlərin olmasını təsdiq edir. Həmçinin, qərarlada müəyyən edilmişdir ki, iddiaçının cavabdehə verdiyi pulları etiraf etmişdir, lakin müqavilədə əksini tapmayan pulların etiraf edilməsi bir daha onu deməyə əsas verir ki, mübahisələndirilən borcun etirafı müqaviləsində iradə ifadəsi tam əksini tapmamışdır. Bu xüsusat isə onun əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlili ilə bağlı heç bir araşdırma aparmamış, həmin dəlili cavablandırmamışdır. Bu xüsusat isə iddiaçının əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili X4 apelyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını təmin etdi. İş üzrə cavabdeh Bakı şəhəri 2 saylı “Asan Xidmət” X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə məktub göndərilərək, nümayəndənin iştirakı olmadan baxılması xahiş olunmuş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2014-cü il tarixli “X5”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı notarial qaydada etiraf etmişdir ki, xx.xx.2014-cü il tarixdən Cavabdeh 300.000 (üç yüz min) ABŞ dollarının ekvalenti olan 234.900 (iki yüz otuz dörd min doqquz yüz) manat məbləğində pul borcu yaranmışdır və həmin borcun qaytarılma müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. -Bakı şəhəri Binəqədi rayon Məhkəkməsinin 2(001)-3568/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin baxılmasına və həll edilməsinə ardıcıl surətdə qəsdən maneələr törətdiyinə görə İddiaçı dövlət nəfinə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5442/2018 saylı qərarından məlum olur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh QabiyevEmil İkram oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli borcun etirafı haqqında müqavilə üzrə 300.000 ABŞ dolları və birgə fəaliyyət haqqında tərəflərin şifahi razılaşması üzrə 290.000 ABŞ dolları olmaqla, cəmi 590.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla alınaraq Cavabdeh qaytarılması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2017ci il tarixli qətnaməsi tutulan pulun məbləği hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçının xeyrinə tutulmalı olan məbləğ ümumilikdə 260.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, cavabdehin apelyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən verilmiş iddiaçı Cavabdeh və cavabdeh İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, tərəflər arasında birgə fəaliyyətlə bağlı münasibətlər olmuş, bu münasibətlər çərçivsində iddiaçı tərəfindən cavabdehə ortaq biznes fəaliyyətinin təşkili və genişləndirilməsi məqsədilə müxtəlif vaxtlarda ümumilikdə 300.000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh həmin məbləğdən 40.000 ABŞ dolları qaytarmışdır. İddiaçı Cavabdeh əlavə olaraq 330.000 ABŞ dolları məbləğində cavabdehə pul verdiyini, cavabdeh İddiaçı isə, aldığı pulun hamısını qaytardığını sübuta yetirə bilməmişdir. İddiaçı Cavabdeh tələbinin əsası kimi xx.xx.2014-cü il tarixli borcun etirafı haqqında müqaviləyə istinad etmişdir. Həmin müqavilə ilə cavabdeh İddiaçıya 300.000 ABŞ dolları məbləğində borcu olduğu öz təsdiqini tapmışdır. Nəzərə alınmışdır ki, həmin müqavilə MM-nin 739-cu və davamındakı borc müqaviləsinə aid müddəalar çərçivəsində deyil, MM-nin 882-ci maddəsi baxımından qiymətləndirilmişdir. Çünki Cavabdeh və İddiaçı arasında MM-in 739-cu maddəsi mənasında hər hansı borc müqaviləsi bağlanmamışdır. Əksinə, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında ortaq biznes əlaqələri olmuş, bu çərçivədə qarşılıqlı hesablaşmalar aparılarkən cavabdehin iddiaçı qarşısında yaranmış pul öhdəliyinin 300.000 ABŞ dolları olduğu müəyyənləşdirilmiş, nəticədə xx.xx.2014-cü il tarixli borcun etirafı haqqında müqavilə bağlanmışdır. Başqa sözlə xx.xx.2014-cü il tarixli işgüzar münasibətləri çərçivəsində yarandığını demək mümkündür. Bu mənada, xx.xx.2014-cü il tarixli müqavilə əsasında E..CavabdehQabiyevə 300.000 ABŞ dolları məbləğində borc verməmişdir, həmin müqavilə tərəflər arasında əldə olunmuş şifahi birgə əməkdaşlıq razılaşması çərçivəsində cavabdehin iddiaçı qarşısında yaranmış 300.000 ABŞ dolları məbləğindəki pul öhdəliyinin etirafı üçün bağlanmışdır. Cavabdeh İddiaçı etiraf etdiyi 300.000 ABŞ dolları məbləğində pul öhdəliyi üzrə 40.000 ABŞ dolları məbləğində ödəniş etməsi işin mübahisəsiz halıdır. Ona görə də, borcun etirafı haqqında müqavilə üzrə 260.000 ABŞ dolları məbləğində pul tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Kollegiya hesab edir ki, eyni tərəflərin iştirak etdiyi qüvvədə olan məhkəmə qərarları ilə xx.xx.2014-cü il tarixli (reyestrə 3M-01-524 nömrəli) borcun etirafı müqaviləsinə qiymət verildiyi halda, iddiaçı tərəfindən həmin müqavilə yenidən mübahisələndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 184/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar