Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2783/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh X6, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 (eyni zamanda cavabdeh X6 vəkili) iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-4210/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə o, X7 müəyyən məbləğ pul müqabilində torpaq sahəsi almışdır. Sonra cavabdehlə ailə qurmağa hazırlaşdığına görə həmin torpaq sahəsində iki mərtəbəli 140 kv.m sahəsi olan fərdi yaşayış evi tikmiş və xx.xx.2014-cü il tarixdə nikah qeydiyyata alındıqdan sonra onlar həmin evdə yaşamışlar. Fərdi yaşayış evini o, öz pulu ilə nikahdan əvvəl tikmiş, bu barədə orada yerləşən qonşular, həmçinin evin tikintisində iştirak edən ustalar şahidlik edə bilər. Bundan əlavə o, faktiki olaraq torpağı alıb, evi tikəndən sonra daimi olaraq əmlak vergi ödəyicisi kimi Balaxanı Bələdiyyəsində qeydiyyatdadır və bu barədə 2018-ci ildə ona şəhadətnamə verilmişdir. Fərdi yaşayış evinə su, işıq, qaz, telefon, internet xətləri çəkdirmiş və həmin kommunal xidmətləri göstərən qurumlarla müqavilələr bağlamışdır. Hazırda bildirmək istəyir ki, cavabdehlə münasibətləri korlandığı üçün onlar ayrılmış məhkəmə qətnaməsi ilə aralarında qeydə alınmış nikah pozulmuşdur. Lakin cavabdeh anası ilə birgə onun tikdiyi evi zəbt etmiş, oradan çıxmırlar. Öz evindən istifadə edə bilmir, məcbur qalıb kirayələrdə yaşayır. Hətta evə daxil olub öz əşyalarını da götürə bilmir, çünki dəfələrlə ona şər böhtan ataraq heç biri təsdiqini tapmayan, guya onlara xəsarət yetirməyi barədə polisə ərizələr yazıblar. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-4210/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh X6 ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun qismən ləğv, iddia tələbinin isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, Cavabdeh ev üzərində heç bir subyektiv hüququnun olmadığını irəli sürmüşdür. Qətnamədən həmçinin cavabdehlər birgə apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətlərini onunla əsaslandırmışlar ki, mübahisəli mənzil Gülarə Mahmudovanın və onun həyat yoldaşının əmək haqqı hesabın inşa edilib. Şahidlərin də təsdiq etdiyi kimi qızı ilə iddiaçı ailə qurandan sonra bir neçə ay kirayədə yaşadıqda sonra onları özünün evinə gətimiş və evlərini tikib qurtaranadək öz yanında saxlamışdır. Neçə illər banklardan kredit götürməklə min bir əziyyətlə evin tikintisini başa çatdırmışdır. Həmin ev iki mərtəbədən ibarət olmaqla içərisində bütün əşyaları da qızına məxsusdur. Həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamə də onun adına olub. Bunu məhkəmə prossesi zamanı iddiaçı özü də təsdiq edib, məhkəmə qeyd edilən xüsusiatların heç birini araşdırmadan ümumiyyətlə çıxarılmış qətnamə nə onlara nə də qarşı tərəfə aid olmayan şəxslərin barəsində yazılarla əhatələnib. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər, həmçinin Cavabdeh nümayəndəsi və vəkili isə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş Sabunçu rayonu Balaxanı Bələdiyyəsi məhkə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa də məhkəmə iclasına nümayəndəsini göndərməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X9 izahatında bildirmişdir ki, o iddiaçının anasıdır. Torpaq sahəsini onlar almışlar. Cavabdeh heç bir ödəniş etməyib. Cavabeh imkan vermir ki, orada yaşasınlar dəfələrlə polisə müraciət edir. Oğlu nişanlı olan vaxt ev tikilirdi, 2017-ci ildə tikilib qurtarmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 izahatında bildirdi ki, iddiaçı onun qonşusudur. İddiaçının tikdirdiyi evə qapı və pəncərələri 1200 manat almaqla o, qoymuşdur. Ev çoxdan tikilib o yalnız təmir işlərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, cavabdeh onun qonşusudur. Evi iddiaçı tikmək üçün kredit götürmüşdür. Torpağı cavabdeh almışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X10 izahatında bildirdi ki, cavabdeh onun qonşusudur. İddiaçı Abbas Gülarənin evində yaşayırdı. Evi cavabdeh kredit alaraq tikmişdir. İş materiallarında olan Sabunçu rayon Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 320 saylı sərəncamın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X15 torpaq sahəsindən istifadə etdiyinə görə torpaq vergisinə cəlb edilərək onun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyi ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan X23 Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 009/3/2495-ts saylı istehlakçının su təchizatı və kanalizasıya şəbəkələrinə qoşulması üçün texniki şərt İddiaçı mürciəti əsasında rəsmiləşdirilmişdir. İş materiallarında olan Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1291 saylı yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1291 saylı yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin 2(056)-703/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində 1517 sayla qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcalana 42 ay müddətinə illik 17% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, həmin evi özü inşa etdirmiş və orada yaşamışdır; lakin münasibətləri pozulduqdan sonra cavabdeh onu həmin evə buraxmır. Kollegiyanın sorğusuna cavab olaraq Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, - Bələdiyyədə saxlanılan sənədlərə əsasən Balaxanı qəsəbəsi, İ.Şıxlı küçəsində yerləşən 300 kv.m torpaq sahəsini Bakı şəhəri 14 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Etibarnaməyə əsasən İddiaçı əldə etmişdir. Sonradan həmin torpaq sahəsində yaşayış məqsədi üçün fərdi yaşayış evi inşa edilmişdir. Daha sonra vətəndaş Məmmədov X4 müraciət edərək faktiki istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evini torpaq və əmlak vergisinə cəlb edilmsini xahiş etmiş və bundan sonra Bələdiyyənin vergi müfəttişləri yerində baxış keçirmiş və A.S.X2 vergi ödəyicisi kimi uçota alınaraq ümumi sistemə daxil edilmiş, ona bu barədə xx.xx.2018-ci il tarixli, 1291 saylı Şəhadətnamə vermişdir. X6 da adına Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 1291 saylı Şəhadətnamə verilməsi ilə yaranmış anlaşılmazlığa isə aydınlıq gətirərək bildirilmişdir ki, vətəndaş G.F.Mahmudova öz keçmiş kürəkəni İddiaçı adından istifadə edərək, Sabunçu rayonu,Balaxanı qəsəbəsi,İ.Şıxlı küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin (əmlakın) vergiyə cəlb edilməsini xahiş etmiş və nəticədə onunda adma həmin Şəhadətnamə verilmişdir. Vətəndaş G.F.Mahmudovam vergi ödəyicisi kimi ümumi sistemə daxil etmək istədikdə,həmin torpaq sahəsinə və fərdi yaşayış evinə görə başqa şəxsin - İddiaçı artıq qeydiyyata alındığı məlum olmuşdur. Bundan sonra Sabunçu rayonu,Balaxanı Bələdiyyəsinin 03 №-li əmrinə əsasən vətəndaş X6 adma verilmiş xx.xx.2018-ci il tarixli 1291 saylı “yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” Şəhadətnamə ləğv edilmişdir. “Tədiyyə Bildirişləri” İddiaçı adına yazılır,ödəniş onun tərəfindən həyata keçirilir və hal-hazırda Sabunçu rayonu, Balaxanı qəsəbəsi,İ.Şıxlı küçəsində yerləşən 300 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə görə (əmlaka) görə İddiaçı vergi ödəyicisi kimi uçotdadır. Kollegiya ilk növbədə qeyd edir ki, hər iki apellyasiya şikayəti bir-birinə bağlı olduğundan onlara birlikdə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, sonradan cavabdeh orada yaşamasına maneə yaratmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəsi gedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin tikili faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə kollegiya, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsini qanunamüvafiq hesab edir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, cavabdeh Nuranənin da eyni əsaslarla orada yaşamaq hüququ var. Belə ki, Cavabdeh də yaşayış yeri məhz həmin evdir. Beləliklə də iddia tələbi bu hissədə əsaslı olmadığı üçün təmin edilə bilməz. Cavabdeh Mahmudova Gülarəyə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, G.Məmmədovanın özünün də birinci instansiya məhkəməsinin iclasında izahatında göstərdiyi kimi onun yaşayış yeri mübahisəli tikili deyil, hazırda həmin evə qızının tək qalmaması üçün köçüb. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-4210/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2783/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2783/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver