Məhkəmə qərarları › İş №2(103)-2793/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2793/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2793/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İsfəndiyar oğlunun iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının atası X5 və qardaşı X2 Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddiaçı qarşı evdən çıxarılma tələbi həmin qətnamə ilə rədd olunmuşdur.

2. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəncamından çıxarışa əsasən həmin sərəncamla Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 1993-cü il tarixli 588 saylı Sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə 150 ailə üçün 15 ha həyətyanı torpaq fondu, 3 ha küçə altına cəmi 18 ha torpaq sahəsinin ayrılması və X6 0.10 ha torpaq sahəsinin verilməsi haqqında sovxozun 11 noyabr 1993cü il tarixli 78/K saylı əmri nəzərə alınaraq vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cavabdeh2 və X9 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. İddiaçı ilə X14 04 mart 2011-ci il tarixdə nikahlarını bağlamışlar. İddiaçı bir müddət əri ilə birgə Qazaxıstan Respublikasında yaşadıqdan sonra qayıdıb Bakı şəhərinə gəlmiş, həmin vaxtdan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi X3 ərazisində yerləşən mübahisəli evə yerləşdirilmişdir.

3. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır.

4. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisəli ev 20 000 manata Cavabdeh3 satılmışdır. Cavabdeh3 isə xx.xx.2021-ci il tarixdə həmin evi 8000 manata Cavabdeh1 satmışdır. Mübahisəli ev hazırda sonuncunun mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Cümşüd qızı ilə Cavabdeh3 və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Buzovna Tərəvəzçilik-südçülük sovxozunun 11 noyabr 1993-cü il tarixli, 78\k saylı əmri ilə işçilərin yaşayış sahəsini yaxşılaşdırmaq məqsədi ilə Cavabdeh2 Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0,010 ha həyətyanı torpaq sahəsi ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəncamı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O və həyat yoldaşı həmin torpaq sahəsində öz vəsaitləri ilə 3 otaqlı kürsülü ev tikmişlər və orada qaynata və qaynanasilə birgə yaşamışlar. Həyat yoldaşı Qazaxıstan vətəndaşı olduğuna görə torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Həyat yoldaşı 1997-ci ildə vəfat etmişdir. Həmin vaxt qaynana-qaynatası pensiyaçı olduğuna görə həmin evi tikmək imkanında olmamışdır. Onlar bir müddət Qazaxıstan Respublikasında işləyib qazandıqları vəsait hesabına həmin evi tikmişlər. Qaynanası Cavabdeh2 isə həmin müəssisədə bir gün də olsun işləməmişdir. Belə olan halda qaynanasının adına sərəncam verilməsi qeyrimümkündür. Qaynanası həmin evi qeydiyyata aldırarkən maraqlı tərəf olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs təqdim olunmuş sənədləri hər tərəfli araşdırmadan həmin evə müvafiq olaraq çıxarış vermişdir. İstinad olunanlardan tam aydın olunur ki, Cavabdeh2 adına verilmiş çıxarış tam qanunsuzdur. Sonradan Cavabdeh2 evi formal olaraq Cavabdeh3 satmışdır. O isə öz növbəsində həmin evi təkrarən çox qısa bir müddət ərzində Cavabdeh2 qızı, onun baldızı, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə satmış və müvafiq olaraq adına xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi olan çıxarış vermişdir. İş üzrə cavabdehlərin məqsədi onu və iki azyaşlı qızını həmin evdən çıxarmaqdır. Belə ki, Cavabdeh2 ilə X9 onu iki azyaşlı qızının və evdə müvəqqəti yaşayan atası İsmayılın və qardaşı Fəzailin evdən çıxarılması barədə iddiaları Xəzər rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qardaşı və atasının evdən şıxarılması qət edilmiş, onun və iki azyaşlı qızlarının evdən çıxarılması hissəsində iddia təmin edilməmişdir. Sonradan yenə həmin şəxslər ona və iki azyaşlı qızlari ilə evdən çıxarılma və başqa evə köçürülmə tələbi ilə Xəzər rayon Məhkəməsinə iddia vermiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin həmin tarixli həmin saylı qərardadı ilə evdən çıxarılma hissəsinə xitam verilmişdir. Bütün bunlardan sonra cavabdehlər yuxarıda qeyd etdiyi kimi formal olaraq evi özgəninkiləşdirmişlər və yenidən Cavabdeh1 adına rəsmiləşdirmişlər. Yuxarıda göstərlənlərlə tam aydın olur ki, Cavabdeh2 qeyd edilən müəssisədə işləmədiyi, evi tikmədiyi halda onun iki azyaşlı uşağı ilə evdən çıxarmaq məqsədi ilə belə qanunsuz hərəkətlər etmişdir. Göründüyü kimi, Cavabdeh2 ilə Cavabdeh3 eyni ilə Cavabdeh3la Cavabdeh1 bağlanmış müqavilələr formal olaraq görünüş bağlanmış uydurma əqdlərdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3076/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia rədd edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Cavabdeh3 3 otaqlı 0,04 ha həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evini 8000 manata satmışdır. Hansıki, həmin ərazidə torpaq sahəsinin 1 sotunun satış qiyməti 4000-6000 manat təşkil edir. Əgər heç üç otaqlı evi nəzərə almasaq tək torpaq sahəsinin satış qiyməti 16000-24000 manat təşkil edir. Bu faktın özü onu sübut edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. Onların əsl niyyəti evin alqı-satqısı yox, onu evdən çıxarmaq olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

18. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

24. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməlidir. İddiaçı isə bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Bundan əlavə Kollegiya onu da qeyd edir ki, mübahisəli torpaq sahəsi Buzovna X3nun xx.xx.1993-cü il tarixli əmri ilə ilkin olaraq Cavabdeh2 adına ayrılmış olsa da, sonradan mülkiyyət hüququ üzrə iddiaçının qaynatası X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi də Cavabdeh2 ilə deyil, Vaqif Qasımovla bağlanmışdır. Lakin iddiaçı hazırkı işdə mübahisələndirdiyi alqısatqı müqaviləsi üzrə tərəf olan X8 qarşı hər hansı tələb irəli sürməmişdir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar