Məhkəmə qərarları › İş №2(103)-2794/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2794/2025

23.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2794/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 və Cavabdeh4 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “yeni mənzilin verilməsi və kirayə haqqı ödənilməklə mənzilin boşaldılaraq təhvil verilməsi barədə” ilk iddiasına və iddiaçı Cavabdeh1 oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiya ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-90/2025 nömrəli qətnaməsindən Cavabdeh1 oğlunun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Nəsimi rayonu, Ak.M.Mirqasımov küçəsi, ev № 4-də yerləşən 32 №-li mənzi Cavabdeh1 mülkiyyətindədir. Bu barədə qeydiyyat vəsiqəsi var (iş v. 12). 2.Həmin mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən faktiki ümumi sahəsi 83,9 kv.m təşkil edir. Bu barədə ekspert rəyi var (iş v.131). 3.Mənzilin yerləşdiyi bina texniki baxımdan yolverilməz vəziyyətdədir. Bu barədə FHN “Azərdövlətsənayelayihə” DLİ-nun rəyi var (iş v. 47). 4.Binanın yerləşdiyi ərazidə "xxxx" MMC tərəfindən hündürmərtəbəli yeni yaşayış binalarının tikintisinə icazə verilməsi barədə Bakı ŞİH başçısının sərəncamı var (iş v. 80). Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı MMC-nin ilk iddia ərizəsində tələb olunub: 1) Nəsimi rayonu, Ak.M.Mirqasımov küçəsi, ev № 4-də yerləşən, sahəsi 83,9 kv.metrdən ibarət olan 32 №-li mənzil Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılaraq MMC-yə təhvil verilsin; 2) həmin mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə 1-ci blok, 6-cı mərtəbə, 101,4 kv.m ölçüdə 3 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduğu tarixdən 2 il müddətində MMC tərəfindən Cavabdeh1 təhvil verilsin; 3) köhnə mənzil MMC-yə təhvil verildiyi tarixdən başlayaraq yeni mənzillə təmin olunma tarixinədək MMC tərəfindən Cavabdeh1 kirayə haqqına görə hər ay 700 manat ödənilsin. 6.İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 məxsus mənzil və qeyri-yaşayış sahəsinin boşaldılaraq MMC-yə təhvil verilməsinin əvəzində yeni tikiləcək binada 340 kv.m sahəsi olan təmirli mənzil Cavabdeh1 verilsin və yeni mənzillə təmin olunma tarixinədək hər ay kirayə haqqı ödənilsin, yaxud 1.200.000 manat MMC-dən tutularaq Cavabdeh1 ödənilsin. 7.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunub. Həmin qətnaməyə və qətnamədəki yanlışlığın düzəldilməsi barədə xx.xx.2025-ci il tarixli qərardada əsasən, göstərilənlər qət olunub: 1) Nəsimi rayonu, Ak.M.Mirqasımov küçəsi, ev № 4-də yerləşən, sahəsi 83,9 kv.metrdən ibarət olan 32 №-li mənzil Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılaraq MMC-yə təhvil verilsin; 2) həmin mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 1-ci blok, 6-cı mərtəbə, 101,4 kv.m ölçüdə 3 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduğu tarixdən 2 il müddətində MMC tərəfindən Cavabdeh1 təhvil verilsin; 3) köhnə mənzil MMC-yə təhvil verildiyi tarixdən başlayaraq yeni mənzillə təmin olunma tarixinədək MMC tərəfindən Cavabdeh1 kirayə haqqına görə hər ay 700 manat ödənilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin olunsun. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 və Cavabdeh4 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 10.Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 11.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya intansiyası məhkəməsinin mövqeyi 12.Cavabdeh1 iddia edir ki, mənzilinin yerləşdiyi binanın damınıda sahəsi 190 kv.m təşkil edən sahədə Nəsimi RİH-nin razılığı ilə təmir-tikinti işləri aparmaqla oranı qeyri-yaşayış sahəsinə çevirib və istifadə edir, ona görə də MMC bu sahəni də nəzərə almalıdır. Lakin Cavabdeh1 həmin sahəyə hər hansı hüququnun olduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də o, həmin sahəyə görə kompensasiya - yeni binada sahə və ya nağd pul tələb edə bilməz. 13.AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Odur ki, Cavabdeh1 mülkiyyətində olan sahəsi 83,9 kv.m təşkil edən mənzilin yerləşdiyi köhnə binanın sökülməsi, bunun əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında daha artıq - 101,4 kv.m sahəsi olan təmirli mənzilin ona verilməsi, yeni mənzil təhvil verilənədək kirayə xərcinə görə hər ay 700 manat ödənilməsi qanunvericiliyin tələblərinə uyğun sayılır. 14.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. 15.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki-Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-90/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar