Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2799/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X9 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-361/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin 26 fevral 1948-ci il təvəllüdlü atası, X9 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X16 26.02.1948-ci il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Atası əvvəllər sağlam biri olmuş, uzun müddət X15 xidmət etmişdir. Lakin son 10 il ərzində onun səhhətində problemlər yaranmışdır və yaddaş pozğunluğundan əziyyət çəkir. Hətta bəzən onu, yaxın qohumlarını belə tanımır, etdiyi hərəkətlərin, danışdığı sözlərin mahiyyətini anlamır. O, atası üzərinə qəyyum təyin ediləcəyi təqdirdə onun mütəmadi olaraq ixtisaslı həkimlər tərəfindən müalicə olunmasına, etdiyi hərəkətlərin mahiyyətinin ona anladılmasına çalışacağdır. Məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, atası öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-361/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və X1 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hasısa səbəbdən atasının ağıl zəifliyindən, yaddaş pozğunluğundan, şəkərli diabet xəstəliyindən, daimi baş ağrıları və yuxusuzluqdan, beynə qanın normal getməməsindən əziyyət çəkdiyi halda onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmamışdır. Məhkəmə psixiatrik ekspertizasının rəyində kifayət qədər boşluqlar olduğu, atası X11 Xarkov şəhərində baş nahiyyəsindəki ağrılarla bağlı qardaşı İlkin Budaqov tərəfindən həkim-narkoloqa yoxlatdırılması və müayinə nəticəsində ona “Toksik polinevropatiya, Lakunar amneziya, koqnitiv funksiyanın zəifləməsi, Demensiya” diaqnozunun qoyulması və atası Məmməd Budaqovun məhz psixiatrın və nevropatoloqun müşahidəsi altında olmasının məsləhət bilinməsi, bundan əlavə, ekspertizaya təqdim edilmiş atası barəsində DİN-nin poliklinikasından əldə edilmiş ambulator xəstənin tibbi kartasında olan qeydlərin əksəriyyəti ekspert rəyində göstərilməmiş, X9 1980-ci ildə keçirdiyi ağır avtoqəza nəticəsində onurğa sütunun 2-ci bel fəqərəsinin L səviyyəsində kompression sınığı və qasıq sümüklərinin birləşməsinin aralanması (Simfiz nahiyyəsinin aralanması) kimi ağır bədən xəsarətləri aldığı üçün 2 ildən artıq müddətdə fasilələrlə DİN-nin hospitalında stasionar müalicə alması, daha sonra mütəmadi olaraq baş ağrılarından, baş gicəllənməsindən, arterial təzyiqdən, yuxusuzluqdan, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, başında olan ağrılarla bağlı və beynin funksiyasında olan pozuntularla bağlı 2018-ci ildə başın tomoqrafiyasının aparılması ekspertiza rəyində əks olunmamış, bu cür vacib nüanslara fikir verilmədən səthi şəlkildə tərtib edilmiş ekspertiza rəyi məhkəmə tərəfindən hansı səbəbdən “mötəbər sübut” kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam araşdırılması, obyektiv həqiqətin üzə çıxarılması, qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün komisyon qaydada təkrar psixatrik ekspertizanının keçirilməsi ilə bağlı verilmiş vəsatətlərə heç bir əsas olmadan qanunsuz olaraq iki dəfə məhkəmə iclaslarında münasibət bildirilməmiş və yalnız sonuncu məhkəmə iclası zamanı qətnamə çıxarılandan 5 dəqiqə əvvəl həmin vəsatətin rədd edilməsi barədə əsassız qərardad qəbul edilmişdir. Bundan əlavə, məhkəmə baxışı zamanı obyektiv həqiqətin üzə çıxarılması baxımından əhəmiyyətli olduğu halda əmisi X8 məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı verilmiş vəsatət də məhkəmə tərəfindən qanunsuz olaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş materiallarında X9 27 aprel 2011-ci il tarixdə X4 ilə nikaha daxil olması və arvada Budaqova soyadının verilməsinə, 11 fevral 2011-ci il tarixdə, yəni nikah bağlanmamışdan 2 aydan daha əvvəl süni mayalanma ilə doğulmuş və ilkin sənədlərdə ata adı göstərilməyən uşağa sonradan X7 doğum şəhadətnaməsinin verilməsinə istinad edilmişdir. Məhkəmə nədənsə işə birbaşa aidiyyəti olmayan məsələyə qətnaməsinin yekun hissəsində qiymət versə də, əslində formal nikaha daxil olan atası X19 Xəlilovanın arasındakı 30 yaş fərqinə, Dürdanənin daha əvvəl 2 dəfə ərdə olmasına baxmayaraq, uşağının olmamasına fikir verməmiş və ya buna fikir vermək istəməmişdir. Məhkəmə öz qətnaməsində Dürdanə Xəlilovanın ata adını ikinci səhifədə axırdan 2-ci abzasda Əlihüseyn, 3-cü səhifənin 2-ci abzasında isə Əliseyran kimi göstərmişdir. X1 həyatı təhlükədədir, onu “arvadı” Xəlilova (Budaqova) Dürdanə Əliseyran qızı cəmiyyətdən, bütün yaxın qohumlarından - qardaşlarından, bacılarından, övladlarından tam təcrid etmişdir. Atasının fiziki və psixi durumundan məharətlə yararlanan Dürdanə Xəlilova ona qulluq etmək adı ilə atası ilə bir evdə yaşamasından, atasının ondan asılı hala düşməsindən sui-istifadə edərək Məmməd Budaqovun onunla nikaha daxil olmasına, süni mayalanma ilə doğduğu uşağa atası tərəfindən atalıq verilməsinə nail olmuşdur. Atasının hazırki durumundan özü və yaxın qohumları çox narahatdırlar. Çünki atası özü də ona səhhəti normallaşan vaxtlarda dəfələrlə zəng vurub Dürdanə Xəlilovanın onu döydüyünü, onu öldürmək istədiyini bildirmiş, amma onun Dürdanə tərəfindən şərlənəcəyimdən ehtiyat etdiyi üçün gəlib onu aparmasına, Dürdanənin barəsində tədbir görülməsi üçün şikayət etməsinə razılıq verməmişdir. Bundan əlavə, məhkəmə sonuncu iclasda tərəf kimi onun iştirakını qanunsuz olaraq məhdudlaşdırmış, atasının məhkəmə iclasına gələcəyi halda onun iclasa gəlməməyini tələb etməklə kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmə guya ki, 2 dəqiqə atası ilə söhbət edib onun fəaliyyət qabiliyyətli olduğunu “müəyyən etmişdir”. Əgər məhkəmənin belə bir hüququ və bacarığı vari idisə şəxsin fəaliyyət qabiliyyətli olub-olmamasını 2 dəqiqə söhbət zamanı müəyyən edə bilir, daha onda ekspertizaya nə ehtiyac olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, komisyon qaydada təkrar psixatrik ekspertizanının keçirilməlidir, belə ki, birinci instansiya məhkəməsi baxışı təyin edilmiş ekspertiza zamanı, tərəflərindən iş üçün əhəmiyyətli olan sənədlər nəzərə alınmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi ərizəçinin atası ilə formal nikaha daxil olan atası ilə Dürdanə Xəlilova arasındakı 30 yaş fərqinə, həmin xanımdan suni mayalanma ilə uşağın olmasına əhəmiyyət verməmişdir, halbuki həmin xanım ərizəçinin atasına qulluq etmək üçün onunla birlikdə qalır. Həmçinin ərizəçinin atasının özünü yaxşı hiss etdiyi vaxtlarda ərizəçiyə zəng edərək, adıçəkilən xanım tərəfindən döyüldüyünü dəfələrlə bildirmişdir. Bunun nəticəsi olaraq adıçəkilən xanım ərizəçinin atası ilə bütün qohumların əlaqəsini kəsmiş və onun əmlaklarını guya alqı-satqı adı ilə ələ keçirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X9 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə X9 fəaliyyət qabiliyyətli olması öz təsdiqini tapmışdır. X2 uzun müddətdir ki, ailəsi ilə birlikdə qalmır. Məhkəmə iclaslarına isə oğlunu görmək istəməməsi səbəbində gəlməkdən imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, kollegiya nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinəəsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Eyni Məcəllənin 318.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.11.2021-ci il tarixli, 2675 nömrəli rəyindən görünür ki, X16 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda yüngül ifadəli koqnitiv pozuntu müəyyən edilir. Hazırda aparılan psixiatrik müayinə zamanı X10 aşkar edilən koqnitiv pozuntu ifadə dərəcəsinə görə yüngüldür. Yəni yoxlanılan şəxsdə sosial dezadaptasiyaya səbəb ola bilən ağıl zəifliyinə gətirib çıxaran ağır dərəcədə ifadə olunmuş koqnitiv pozuntu əlamətləri müəyyən edilmir. Buna görə də o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Həmçinin iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 27 aprel 2011-ci il tarixində verilmiş AZ-İ № 636435 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X5 27 aprel 2011-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 292 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Budaqova soyadı verilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli, 05/Q-1837/70 saylı arayışdan görünür ki, X9 X6 ilə Nəsimi rayon qeydiyyat şöbəsində 27.04.2011-ci il tarixində 292 saylı nikah haqqında aktla nikahı rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2011-ci il tarixində verilmiş AZ-İİ № 793974 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 fevral 2011-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X16, anası X3r. Beləliklə işin faktiki halları ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi sübut olunmur. Həmçinin iş materiallarına əsasən də müəyyən edilir ki, Budaqov Məmməd öz hüquqlarının həyata keçirilməsi üçün vəkilə etibarnamə vermiş, verilən etibarnamə isə müvafiq notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. Beləliklə işin faktiki halları ilə X16 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, məhkəmə psixiatrik ekspertizasının rəyindən X9 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olması müəyyən olunur, həmçinin ərizəçinin təqdim etdiyi tibbi sənədlərlə iş üzrə təkrar komisyon qaydada psixiatrik qaydada ekspertiza keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X9 birinci instansiya məhkəməsi baxışı zamanı dindirilməsi zamanı verdiyi ifadələrdən və məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunur ki, X16 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Göründüyü kimi işin halları ilə X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-361/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2799/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2799/2022
06.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver