Məhkəmə qərarları › İş №2(103)-2799/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2799/2025

29.04.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2799/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Ərizəçi şikayəti ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-2801/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi şikayətçi qismində 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinə qarşı şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinin vərəsəlik işi üzrə icraatın bərpa edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X4 ölümü ilə bağlı açılmış vərəsəlik işinə dair notariat hərəkətlərinin aparılması və qanunamüvafiq qaydada vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 2801/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və verilmiş şikayətin mümkün hesab edilərək icraata götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən verilmiş şikayət forma və məzmuna dair tələblərə cavab verməməsi əsası ilə geri qaytarılmışdır. Hesab edirik ki, qərardad tamamilə qanunsuz və əsassızdır. Çünki qanunvericilikdə bu qəbildən olan şikayətlərə dair xüsusi forma və məzmun tələbi müəyyən ediməmişdir. Bu baxımdan tərəfindən şikayət təqdim edilərkən bütün zəruri məlumatlar şikayətdə əks etdirilsə də, hakim formal tələblər icad edərək şikayəti geri qaytarmışdır. Çünki aidiyyəti qanunvericilikdə bu qəbildən olan işlərə başlanmanın əsası kimi məhz şikayət ifadəsi işlədilmişdir. İşə iddia icraatı qaydasında baxılması, məhkəmədən tərəfin xahişini əks etdirən sənədin başlığında iddia ərizəsi sözünün yazılmamasını əsas tutaraq şikayəti geri qaytarması sadəcə biabırçılıqdır. Prosessual qanunvericilik xüsusi forma və məzmun tələblərini ona görə müəyyən edir ki, tərəfləri dəqiq müəyyən edə bilsin, onlara çatımlılığı təmin edə bilsin, tələbi dəqiq görə bilsin, sübutları ilkin olaraq müəyyən edə bilsin və s. Amma qanun heç bir əhəmiyyət və məna kəsb etməyən hissəni (başlıqda iddia ərizəsi sözün yazılmasını və ya tərəfin qabağında iddiaçı sözünün yazılmasını) forma tələbi olaraq müəyyən etmir. Ona görə də qərardad ləğv edilməli və şikayət icraata qəbul edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 2801/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(008)-2801/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə verilərkən digər məlumatlarla yanaşı, iddia ərizəsində həmçinin, iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi faktlar və hallar, habelə onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Tərtib edilərkən bu maddədə göstərilən həmin forma və məzmuna riayət edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi müəyyən edilmişdir. Ərizəçi da qeyd edilən maddənin tələblərinə riayət etməyərək, 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisini şikayət olunan şəxs kimi müəyyən etməklə şikayət verən şəxs qismində şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, prosesdə tərəflər iddiaçı və cavabdeh, yəni özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçı, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar. Bu da hüquqi nəticə etibarı ilə həmin şikayəti forma və məzmunu baxımından iddia ərizəsi kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Şikayətə aidiyyəti sənədlərin əlavə edilməsi də onu iddia ərizəsi halına gətirmiş olmur. Qeyd edilənlər öz növbəsində həmin şikayətin geri qaytarılmasını şərtləndirir. Eyni zamanda, nəzərə alınmalıdır ki, xx.xx.2025-ci il tarixdə verilmiş həmin şikayətə bu hadisədən təxminən 1 il 5 ay əvvəl 100 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli qəbz əlavə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən onun tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-2801/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 2801/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar