Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2809/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı «mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsindən Cavabdeh6 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı «mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh6 MTK-nın və Cavabdeh6 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə onunla «xxxxxx» MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 92,05 kv.m. olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə «xxxxxx» MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləsinə əsasən «xxxxxx» MMC ünvan 1 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilini İddiaçı verilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən mənzilinin 1 kv.m. üçün qiyməti 536 manat olmaqla, ümumi dəyəri 49.338 manat təşkil edir. İddiaçı müqavilə üzrə 20.600 manat dərhal nağd ödəmiş, qalan 28.738 manat pulun hissə-hissə olmaqla MMCyə ödənilməsini öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı qalan 28.738 manat pul vəsaitinin 2008-2009-cu illər ərzində «xxxxxx» MMC-yə tam şəkildə ödəmişdir. İddiaçı onun üzərinə düşən öhdəliyini icra etməsinə baxmayaraq, «xxxxxx» MMC iddiaçıya mənzili vaxtında təhvil verməmiş və bununla müqavilənin şərtlərini pozmuşdur. 2012-ci ildə iddiaçıya məlum olmuşdur ki, «xxxxxx» MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da MMC çoxsaylı şəxslərə ziyan vurmuşdur. Bu səbəbdən «xxxxxx» MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlət Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-72/2013 nömrəli hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında» xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Tədqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli 005-2621-3212-2255H saylı məktuba əlavə edilmiş «xxxxxx» MMC-nin təsisçisi vətəndaş X4 xx.xx.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh6 MTK-nın xx.xx.2012-ci ıl tarixli 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alınaraq, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında «xxxxx» MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilmişdir. Bunda sonra «xxxxxx» MMC-nin icra oğlunmamış öhdəliklərini Cavabdeh6 MTK yerinə yetirməli idi. Belə ki, aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uğyun olaraq, Cavabdeh6 MTK-yə ünvan 1 ünvan ərazidə «xxxxxx» MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarnın tikintisi davam etdirilməsinə icazə verilmişdir. Cavabdeh6 MTK tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətindən tam həcmdə başa çatdırmalı olmuşdur. Həmçinin, Cavabdeh6 MTK və onun rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətləri olan Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5 inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kv.m. 400 manat az olmamaq şərtilə təmin edilməlidir. Lakin, buna baxmayaraq, Cavabdeh6 MTK hazırkı vaxta kimi üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, o, Cavabdeh6 MTK-nın və Cavabdeh6 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə İddiaçı «xxxxxx» MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə inşa edilmiş binada yerləşən sahəsi 92,05 kv.m. olan mənzillə təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin olunmuş, «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında» Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı ilə «xxxxxx» MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında «xxxxxx» MMC tərəfindən ünvan 1 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilinin (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla ümumi dəyəri 49.338 manat təşkil edən) əvəzində - İddiaçı tərəfindən «xxxxxx» MMC-yə mənzilin tam dəyəri olan 49338 manatdan ümumilikdə ödənilmiş 34914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat : 536 manat = 65,0 kv.m.) İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh6 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddia tələbinin Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı qalan hissədə rədd edilməsi, iddia tələbinin digər cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı olan hissədə tam rədd edilməsi qət olunmuşdur. Cavabdeh6 MTK məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə əhəmiyyətli halların araşdırılmaması, iddiaçının «xxxxxx» MMC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınması, hökmlə ona dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında müraciət hüquqlarının izah edilməsi, iddiaçının «xxxxxx» MMC ilə bağladığı xx xxxx 2008-ci il tarixli müqaviləyə istinad edərək Cavabdeh6 MTK-yə qarşı tələb irəli sürməsi, lakin müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin «xxxxxx» MMC-yə aid olması, mənzilə görə pul vəsaitinin də məhz sonuncuya ödənilməsi, həmin müqavilə üzrə Cavabdeh6 MTK-nın heç bir öhdəliyinin olmaması, sonradan Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının ləğv edilməsi, sərəncamın və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi, Cavabdeh6 MTK tərəfindən «xxxxxx» MMCnin icra olunmamış öhdəliklərinin yerinə yetirilməsi, bu istiqamətdə 16 dövlət orqanı ilə bağlanmış müqavilə ilə Cavabdeh6 MTK-nın üzərinə «xxxxxx» MMC tərəfindən aldadılmış şəxslərə ümumilikdə 85000 m2 mənzil verilməsi öhdəliyini götürməsi və bu öhdəliyin icra olunaraq şəxslərə göstərilən sahədə mənzillərin verilməsi, yəni öhdəliyin tam icra olunması, xx xxx 2013-cü il tarixli, 1(101)-72/2013 saylı 1-ci qanuni qüvvəyə minmiş hökmün 261-ci səhifəsində Cavabdeh6 MTK tərəfindən «xxxxxx» MMC-nin rəhbərliyi tərəfindən aldadılmış payçılara öz hesabına 85600 m2 mənzil verilməsinin qeyd edilməsi, Cavabdeh6 MTK tərəfindən əvvəlki cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfərə dair götürülmüş öhdəliyin tam icra olunması, bu istiqamətdə qanuni qüvvədə olan məhkəmə qərarlarının mövcud olması, hazırki vaxtda iddiaçıya münasibətdə hər hansı öhdəliklərinin olmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra,MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh6 MTKnın apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,qətnamə qismən,yəni iddianın Cavabdeh6 MTK-ya münasibətdə təmin olunan hissəsində ləğv olunmalı,iddia həmin hissədə rədd edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki,işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş mübahisəsiz hallarına əsasən -İddiaçı ilə «xxxxxx»MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən «xxxxxx»MMC ünvan 2 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzili İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən mənzilin 1 kv.m. üçün qiyməti 536 manat olmaqla, ümumi dəyəri 49.338 manat təşkil edir. İddiaçı xx.xx.2008-ci il tarixli müqavilə üzrə alınmış mənzilin ümumi dəyərindən 20.600 manatını nağd ödəmiş, qalan 28.738 manatını hissə-hissə olmaqla «xxxxxx» MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki,2008- 2009-cu illər üzrə maliyyə arayışlarından müəyyən edilir ki, İddiaçı ödənilməmiş qalan 28.738 manat pul vəsaitindən xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək cəmi 14.314 manatını ödəmiş (xx.xx.2008-ci il tarixdə 1.224 manat, xx.xx.2008-ci il tarixdə 1.225 manat, xx.xx.2008-ci il tarixdə 1.225 manat, xx.xx.2008-ci il tarixdə 1.225 manat, xx.xx.2008-ci il tarixdə 1.225 manat, xx.xx.2008-ci,xx.xx.2009-cu, xx.xx.2009cu,xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixlərdə hər birində - 1.000 manat, xx.xx.2009-cu il tarixdə 550 manat, xx.xx.2009-cu il tarixdə 700 manat, xx.xx.2009-cu il tarixdə 640 manat, xx.xx.2009-cu il tarixdə 500 manat, xx.xx.2009-cu il tarixdə 800 manat),bununla da iddiaçının ödənilməmiş 14.424 manat borcu qalmışdır. Yəni, iddiaçı öz iddia ərizəsində mənzilin tam dəyərinin ödənilməsini qeyd etsə də, məhkəmə araşdırma zamanı həmin faktı sübuta yetirə bilməmişdir. 2012-ci ildə iddiaçıya məlum olmuşdur ki, «xxxxxx» MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da, «xxxxxx» MMC çoxsaylı şəxslərə maddi ziyan vurmuşdur. Bu səbəbdən «xxxxxx» MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış və istintaq aparılmış, cinayət işi üzrə hökm çıxarılmışdır. Sübuta yetirilmişdir ki, «xxxxxx» MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlət Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-72/2013 nömrəli hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, «xxxxxx» MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında» xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Təıqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli 005-2621-3212-2255H saylı məktuba əlavə edilmiş «xxxxxx» MMCnin təsisçisi vətəndaş X4 xx.xx.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh6 MTK-nın xx.xx.2012-ci ıl tarixli 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alınaraq, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında «xxxxxx» MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilmişdir. Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uğyun olaraq, Cavabdeh6 MTK-yə ünvan 1 ünvan ərazidə «xxxxxx» MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarnın tikintisi davam etdirilməsinə icazə verilmişdir. Hazırda İddiaçı ilə «xxxxxx» MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləsindən müəyyən edilir ki, iddiaçının pay kimi aldığı mənzilin ümumi sahəsi 92.05 kv.m. təşkil edir. Mənzilin dəyəri 1 kv.m. üçün dəyəri 536 manat olmaqla, ümumilikdə 49.338 manat təşkil edir. Məhkəmə araşdırma zamanı sübuta yetirilmişdir ki, iddiaçı mənzilin dəyəri tam ödəməmiş, cəmi 34.914 manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ümumilikdə ödənilmiş 34.914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat : 536 manat = 65,0 kv.m.) ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) kvadrat metr təşkil edən mənzillə təmin edilməlidir. Göründüyü kimi, Cavabdeh6 MTK iddiaçı qarşısında götürdüyü öhdəlikləri qətiyyən yerinə yetirmədiyi üçün iddiaçının daşınmaz əmlak üçün ödədiyi pul vəsaitinə uyğun olaraq, müvafiq ölçüdə olan daşınmaz əmlakı Cavabdeh6 MTK-dan tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh6 MTK-ya münasibətdə təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sübutlardan göründüyü kimi, İddiaçı ilə «xxxxxx»MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləsinə əsasən «xxxxxx»MMC ünvan 1 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilini İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür. Lakin, öhdəlik «xxxxxx»MMC tərəfindən yerinə yetirilməmiş, sonuncunun vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış, istintaq aparılmış və hökm çıxarılmışdır. Hökmlə müəyyən edilmişdir ki, «xxxxxx» MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış və ona vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komtəsi, Yasamal rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasıya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «xxxxxxxxxxxxxxxxxx» ASC, «xxxxxx» ASC, «xxxxxxxxxxxxxxxxxxx» ASC, «Azəriqaz» İB və digər tərəfdən Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) görünür ki, həmin müqavilə ilə tərəflər yaranmış neqativ vəziyyət, irəli sürülmüş şifahi təkliflər, rəylər və ilkin razılıqlar nəzərə alınmaqla və «xxxxxx» MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən ziyan çəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə üzərilərinə müəyyən öhdəlikləri götürmüşlər. Müqaviləyə əsasən, Cavabdeh6 MTK «xxxxxx» MMC tərəfindən inşası tamamlanmamış 1 girişli və 3 girişli binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə – yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 m2 mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. İşdə olan sübutlardan və qanuni qüvvədə olan çoxsaylı məhkəmə aktlarından (hökm, həmçinin digər iddiaçıların analoji iddia tələbləri üzrə) görünür ki, Cavabdeh6 MTK üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfər şəxsə ümumilikdə 85000 m2 sahədə mənzilləri təhvil vermişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Auditorlar Palatasının xx xxxx 2019cu il tarixli icazəsinə məxsus «X9» MMC-nin auditoru X12 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktldan da görünür ki, Cavabdeh6 MTK və ona yaxın hüquqi şəxslər «xxxxxx» MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85000 m2 yaşayış sahəsi verilməsini üzərinə götürmüş 85272,3 m2 yaşayış sahəsi verərək öhdəliyi tam icra etmişdir. Eyni zamanda, işdə olan digər sənədlərdən («xxxxxx» MMC-nin rəhbərliyi tərəfindən aldadılmış mənzillə təmin ediləcək zərər çəkmiş şəxslərin siyahısı və s.) görünür ki,hazırki iş üzrə iddiaçının adıCavabdeh6 MTK tərəfindən mənzillə təmin ediləcək zərər çəkmiş şəxslərin siyahısında olmamış, Cavabdeh6 MTK-nın iddiaçıya münasibətdə öhdəliyi müəyyən olunmamışdır. Belə olan halda isə iddiaçının istinad etdiyi «xxxxxx» MMC ilə bağladığı xx.xx.2008ci il tarixli müqavilə üzrə Cavabdeh6 MTK-nın öhdəliyi müəyyən edilə bilməz (həmin müqavilə üzrə öhdəliyin ötürülməsi halı da müəyyən edilmir). Həmçinin, işdə olan hökmdən də görünür ki, bəzi zərər çəkmiş şəxslərlə yanaşı, iddiaçıya da ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hökmə əsasən isə maddi ziyanın iddiaçıya Cavabdeh6 MTK tərəfindən vurulması halı müəyyən olunmamışdır. Bu səbəbdən də, iddiaçının təqsirkar şəxslərə qarşı maddi ziyanla bağlı müvafiq tələb hüququ istisna olunmur. Lakin, iddiaçının Cavabdeh6 MTK-ya qarşı mənzillə təmin edilmə barədə hazırki tələbinin hüquqi və faktiki əsası yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh6 MTK-ya münasibətdə əsassızdır, bu səbəbdən də rədd olunmalıdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Göründüyü kimi,birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış,iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə,qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz.Apellyasiya şikayətinin dəlilləri MPM-nin 385.1.1,385.1.4-cü maddələrinə əsasən qətnamənin yoxlanılan hissədə ləğvi üçün tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli (çünki, apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəlmişdir), qətnamə qismən, yəni iddianın Cavabdeh6 MTK-ya münasibətdə təmin olunmuş hissəsində ləğv ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı «mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsindən Cavabdeh6 MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh6 MTK-ya münasibətdə təmin olunmuş hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov. Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2809/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2809/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver