Məhkəmə qərarları › İş №2(103)-2810/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2810/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2810/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb olunmaqla) iddia tələbi ilə əlaqədar (Açar sözlər: “müqavilənin etibarsızlığı” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh3 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb olunmaqla) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2141/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan torpaq sahəsi və ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi Cavabdeh2 məxsusdur. Qeyd edilən torpaq sahələri AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli və AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələri əsasında Cavabdeh3 satılmışdır.

2. Cavabdeh2 ilə X3 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı (üçüncü şəxs: X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlaka birgə hüququ olan Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əqd əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsini, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, noyabr-dekabr aylarında ona məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2013-cü və xx.xx.2015ci il tarixli dövlət reyestrindən Çıxarışlara əsasən əri Cavabdeh2 adına olan, birgə nikah dövründə əldə etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrini, onun razılığı olmadan, Abşeron rayon 1 saylı notariat kontorunda, 10 fevral 2015-ci il tarixdə alqı-satqı yolu ilə, Cavabdeh3 adına keçiriblər. Daşınmaz əmlaka birgə hüququ olan ərin arvadın razılığı olmadan həmin əmlaka hüquqlar barəsində bağlanan əqd etibarsızdır. Hətta belə müqaviləni bağlayan qarşı tərəf belə hüququn onunla müqavilə bağlayan ərə arvada mənsub olması barədə vicdanlı olmuş olsa da müqavilə etibarsız sayılmalıdır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2141/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X2 məxsus torpaq sahələrinə dair alqısatqı müqavilələri bağlanarkən onun ailə vəziyyəti qardaşı Cavabdeh2 tərəfindən Abşeron rayon 1 saylı notariat kontorunda yazılmış ərizədə evli olduğu halda subay göstərilmişdir. Qeyd edilən hal X1 məhkəmə iclasında verdiyi izahatda özü tərəfindən etiraf edilmiş və sübuta yetirilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, alqı-satqı müqavilələri bağlanarkən X1 arvadı İddiaçı torpaq sahəsinin satılmasına razılığını ifadə edən ərizəsı alınmalı idi.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Ailə Məcəlləsinin 32, 34.1, 36.1, Mülki Məcəllənin 225.6, 337, 339, 340-cı maddələrinə istinad etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh3 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilərək iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Cavabdeh3 oğlu Maraqlı şəxs həyat yoldaşıdır, onlar xx.xx.2006-cı ildə nikaha daxil olmuşlar. Beləliklə, Cavabdeh3 tərəfindən xx.xx.2015-ci ildə Nağıyev Qafur Məmmədağa oğlundan alınmış Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, sahələri 0,14 ha və 0,30 ha olan torpaq sahələrində iddiaçı Maraqlı şəxs ümumi birgə mülkiyyət payı vardır Cavabdeh3 oğlu alıcı qismində çıxış edərək üzərinə düşən öhdəliyi yerinə yetirmiş, həmin torpaq sahələrinin razılaşdırılmış dəyərini ödəməklə müqavilə bağlamış və sonradan hər iki torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları AR DƏDRX 4 saylı ərazi idarəsində qeydə alınmaqla adına çıxarışlar verilmişdir. Torpaq sahələri Cavabdeh3 oğluna təhvil verilmiş və 6 ildən artıq müddətdə torpaq sahələri Cavabdeh3 faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Nərimanov rayon məhkəməsinin 2(005)-2141/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, məhkəmə Cavabdeh2 ilə Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızının nikahları pozulmuşdur. Lakin məhkəmə həmin halı tam araşdırmamış və Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. torpaq sahəsi xx.xx.2015-ci il tarixdə Nağıyev Qafur Məmmədağa oğlunun mülkiyyətinə keçmişdir. Həmin tarixlərdə isə Cavabdeh2 ilə Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızının nikahda olması barədə iş materiallarında heç bir sübut yoxdur. Buna görə də, Nağıyev Qafur Məmmədağa oğlunun mülkiyyətində olmuş Masazır kəndində yerləşən 0.14 ha torpaq sahəsi və Abşeron rayonu, Masazır kəndində yerləşən 0.30 ha torpaq sahəsi Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızının da birgə mülkiyyəti hesab edilə bilməzdi və qanuna görə həmin əmlakların satılması zamanı onun razılığı da tələb edilmirdi. Beləliklə, bu əsasla da Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızının iddianı qaldırmağa subyektiv hüququ yox idi. Abşeron rayon məhkəməsinin 2(012)- 4971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsviri hissəsində göstərilir ki, Nağıyev Qafur Məmmədağa oğlunun müqavilələrin ləğvi barədə iddiasına baxılarkən, iddiaçı Nağıyev Qafur Məmmədağa oğlu izahatında bildirmişdir k i , guya Cavabdeh3 oğlu torpaq üçün razılaşdırdıqları pulu müqavilə bağlandığı gündən sonra 3 gün ərzində vermədiyi üçün həm özü, yəni Nağıyev Qafur Məmmədağa oğlu, həm də qardaşı, yəni Nağıyev Əfqan Məmmədağa oğlu dərhal guya Cavabdeh3 oğlundan ödəmədiyi pulu tələb etməyə başlamışlar. Guya 2015- 2017-ci illərdə Cavabdeh3 oğlu Nağıyev Qafur Məmmədağa oğlunu uzun müddət aldadaraq verməli olduğu pulların əvəzində ona həm yeni tikilmiş binalarda mənzillər, həm də pul verəcəyini söz vermişdir, 2017-ci ildə isə Nağıyev Qafur Məmmədağa oğlu və Nağıyev Əfqan Məmmədağa oğlu müxtəlif hüquq mühaAizə orqanlarına ərizə ilə müraciətlər etməyə başlamışdır. Həmin ərizələr Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu, Abşeron rayon Polis İ;darəsinin İ;stintaq Şöbəsinin müstəntiqinin xx.xx.2017-ci il tarixli Qərarı, Daxili İ;şlər Nazirliyi Baş İ;stintaq və Təhqiqat İ;darəsinin xx.xx.2020-ci il tarixli məktubundan, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2021-ci il tarixli Qərarı ilə rədd edilmişdir. Göründüyü kimi, həm Nağıyev Qafur Məmmədağa oğlu, həm onun qardaşı, Nağıyev Əfqan Məmmədağa oğlu artıq 2015-ci ildən guya Cavabdeh3 oğlu tərəAindən müqavilə şərtlərinin pozulduğunu bilmişlər. Və əgər doğrudan da, 2013-2015-ci illərdə Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızı ilə Nağıyev Qafur Məmmədağa oğlu nikahda olmuşdusa, onda Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızının da həm torpaqların Cavabdeh3 oğluna satılmasından və guya Cavabdeh3 oğlu tərəAindən pulu ödəməməsindən xəbəri olmuşdur və ya xəbəri olmalı idi. Göründüyü kimi, hazırda mübahisə predmeti olan müqavilələrin ləğvinə dair artıq başqa məhkəmədə işə baxılmış və həmin iddia mahiyyəti üzrə baxılaraq rədd edilmişdir. Hazırki iş üzrə həm iddia müddətləri, həm də əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddətləri ötürülmüşdür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz vermiş, etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah pozulmamış, cavabdehlər qanunun tələblərinə əməl etmədən ümumi birgə mülkiyyətdə olan əmlakı özgəninkiləşdirmişlər. Bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur.

Proses iştirakçılarının izahatı:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin və maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdi. 12.İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin əsassız olmaqla təmin edilməməsini xahiş etmişdir.

13. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Apellyasiya baxışının hədləri:

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə Cavabdeh3 və Maraqlı şəxs tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən tələb bölünməz olduğundan məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.5. Əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

19. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır. İddianın əsaslılığı (apellyasiya şikayətinin dəlilləri) ilə bağlı qeyd olunmalıdır ki, mübahisəli əmlak iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə edildiyi işin mübahisə edilməyən halıdır.

20. Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (maddə 33.2-33.4).

21. Ailə qanunvericiliyinin müddəalarından göründüyü kimi, qanunverici ər-arvaddan birinin onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamasını istisna etmir və bu zaman əqdin etibarlılığını onun digər tərəfinin bu cür razılığın olmadığını bilməsi və ya bilməli olması ilə əlaqələndirir. Digər tərəfdən Ailə Məcəlləsinin 33.4-cü maddəsi ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

23. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650).

24. İşin müəyyən edilmiş hallardan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında mübahisəli torpaq sahələrinə dair alqı-satqı müqavilələri xx.xx.2015-ci il tarixdə bağlanmış və müqavilələr bağlanan zaman iddiaçı ilə Cavabdeh2 birgə nikahda olmaqla birgə təsərrüfat aparmışlar. Belə ki, məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi birgə nikahda olmaqla birlikdə yaşadıqlarını bildirmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən əldə olunmuş xx.xx.2023-cu il tarixli məktuba əsasən də görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək olan dövrə aid daxil edilmiş məlumatlar üzrə axtarış aparılmış və Cavabdeh2lə İddiaçı xx.xx.2005-ci ildə İmişli rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahına dair məlumat aşkar olunmuşdur.

25. Həmçinin, iş materiallarına əlavə olunmuş Abşeron rayon məhkəməsinin 2(012)- 4971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Nağıyev Qafur Məmmədağa oğlu ilə Cavabdeh3 arasında sözügedən müqavilələrin ləğvi barədə məhkəmə mübahisəsi olmuş və iddia müddəti ötürüldüyündən iddia rədd edilmişdir.

26. Apellyasiya baxışı zamanı həmin məhkəmə işi tələb edilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin işə baxılarkən Cavabdeh2 nümayəndəsi və vəkili X6 onun arvadı İddiaçı üçüncü şəxs qismində işə cəlb olunmasına dair vəsatət vermiş, sonuncu üçüncü şəxs qismində işə cəlb edilmiş, Fuad Mürsəlzadə həmin məhkəmə prosesində eyni zamanda İddiaçı da təmsil edərək hüquqlarını müdafiə etmişdir (vəkili və nümayəndəsi olmuşdur). Eyni zamanda məhkəmə bildirişləri İddiaçı, həmçinin Cavabdeh2 yaşadığı ünvana - İmişli rayonu, Qaralar kəndinə göndərilmişdir.

27. Bundan əlavə, 2017-ci ildə Nağıyev Qafur Məmmədağa oğlu və Nağıyev Əfqan Məmmədağa oğlu alqı-satqı müqavilələri əsasında almadıqlarını iddia etdiyi pula görə müxtəlif hüquq mühafizə orqanlarına ərizə ilə müraciətlər etməyə başlamışdır. Həmin ərizələr Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2017-ci il tarixli Qərarı, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2021ci il tarixli Qərarı ilə rədd edilmişdir. Həmin məhkəmə işində Cavabdeh2 və İddiaçı nümayəndəsi və vəkili Fuad Mürsəlzadə qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək, hüququnun pozulduğunu 2017-ci ildən hüquq-mühafizə orqanlarına şikayət ərizələri ünvanlamağa başladığı vaxtdan bildiyini bildirmişdir.

28. Qeyd edilənlər əsasında Kollegiya belə qənaətə gəlir ki, hələ Abşeron rayon məhkəməsində 2021-ci ildə müqavilələrin ləğvi tələbinə dair işə baxılarkən Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızı ilə Nağıyev Qafur Məmmədağa oğlu eyni mövqedən çıxış etmiş, eyni nümayəndə ilə məhkəmədə təmsil olunmuş, məhkəmə bildirişləri belə eyni ünvana göndərilmişdir. Belə olan halda, tərəflər birgə təsərrüfat aparmış, ailə münasibətləri pozulmamışdır. Kollegiya işin qeyd olunan xüsusatlarını, iş materiallarını, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Nağıyeva (Əsgərova) Sevinc Xeyrulla qızı mübahisəli torpaq sahələrinin Cavabdeh3 oğluna satılmasından xəbəri olmuş, lakin iddiaçı tərəfindən müqavilələrin etibarlılığı mübahisələndirilmişdir.

29. Qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Buna görə də məhkəmə hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbləri təmin olunmamalıdır. Abşeron Rayon Məhkəməsində işə baxılakəndə Cavabdeh2 və İddiaçı nümayəndəsi və vəkili Fuad Mürsəlzadə hüququnun pozulduğunu 2017-ci ildən hüquq-mühafizə orqanlarına şikayət ərizələri ünvanlamağa başladığı vaxtdan bildiyini bildirmişdir. Yəni, əqdin etibarsızlığına dair mübahisə etmək üçün müddətin ötürülməsi təsdiqini tapır.

30. Kollegiya qeyd edir ki, apellyatorlar Abşeron rayon Məhkəməsində olan iş üzrə qətnamənin mövcudluğuna istinadən işin icraatına xitam verilməsini xahiş etsələr də, bununla bağlı kollgiya qeyd edir ki, həmin iş üzrə predmet eyni olsa da, mübahisə eyni tərəflər arasında eyni əsaslarla olmadığından həmin dəlil əsaslı sayıla bilməz.

31. Mübahisə iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsinə birmənalı əsas verdiyindən, Kollegiya apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparmır.

32. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2141/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı (üçüncü şəxs: X4) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş ümumilikdə 100 manat dövlət rüsumunun 50 (əlli) manatı alınaraq Cavabdeh3, 50 (əlli) manatı isə alınaraq Maraqlı şəxs verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar