Məhkəmə qərarları › İş №2(103)-2815/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2815/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2815/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(007)-86/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilərək mənzildən və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən 3 il hər ay 250 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək mənzildən və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, əvvəllər iddiaçının vəkili Vəkil1 olmuşdur. İddiaçı tərəfin özləri də bilir ki, onların tələbləri qanunsuz olub. O, işə yeni qoşulmuşdur. Bakı İnzibati Məhkəməsinin qətnaməsi ilə hazırkı iddiaçının mübahisə predmeti olan mənzilə xüsusi mülkiyyət hüququ yaranmışdır, Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizəçilər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. O, həmin qərardadı məhkəməyə təqdim edir və bildirir ki, o, həmin qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və araşdırma aparılması üçün işin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir. Buna görə də, onun kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb qurtaranadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(007)-86/2024 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan Cavabdeh1 şikayət verərək ləğv edilməsini və Azərbaycan Respublikası Ali məhkəməsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2023 saylı xx.xx.2023-cu il tarixli qərarının baxılıb qanuni qüvvə alanadək Bakı şəhəri Nizami Rayon Məhkəməsində 2(007)-86/2024 saylı iş üzrə icraatının dayandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ona, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilərək mənzildən və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildən 3 il hər ay 250 manat kompensasiya odənilməklə yaşayış sahəsindən istifadə huquqlarına xitam verilərək mənzildən və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-86/2024 saylı qərardadını qeyri-obyektiv hesab edir və bildirir ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov kuçəsi, ev 15/21, mənzil 65 orderlə X2 verilmişdir. X4 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Onunla birlikdə həmin mənzildə 9 nəfər qeydiyyatda olmuş və yaşamışlar, onlar hamısı icarədarın ailə üzvləri olmuşlar. İcarədar vəfat etdikdən sonra isə mənzil heç kimin adına keçməmişdir. Demək olar ki, hamı eyni hüquqa malik olmuşdur. Bundan bir müddət sonra İddiaçı onu, həyat yoldaşını və övladlarını mübahisəli mənzildən çıxartmağa çalışmış, yersiz mübahisələr yaratmış və kommunallardan istifadəyə mane olmuşdur. O, məhkəməyə müraciət etmiş, məhkəmə 4 otaqlı mənzilin 2 otağını ona, 2 otağını İddiaçı ailəsinə ayırmışdır. Sonradan onlara məlum olmuşdur ki, 2022-ci il tarixində İddiaçı Bakı inzibati məhkəməsində DƏDRX-nin 1 saylı Ərazi idarəsinə qarşı iddia qaldıraraq ünvan 2-in üzərində mulkiyyət huququnun DƏDRX-də qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin 2-1(112)-3323/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 15/21, 65 saylı mənzilə xüsusi mulkiyyət hüququ DƏDRX-də qeydiyyata alınmaqla, huquqların dovlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Maraqlı şəxs kimi onları işə cəlb etməmişlər ki, məhkəmənin gedişindən xəbərləri olmasın, çünki həmin mənzildə hamı pasport qeydiyyatındadır və mütləq onların razılığı alınmalı idi. O və qızı Cavabdeh3 3-cü şəxs qismində işə cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi barədə vəsatətlə məhkəməyə muraciət edərək, onların iş uzrə 3-cü şəxs qismində cəlb olunmağı, Bakı İnzibati məhkəməsinin 2-1(112)-3323/2023 saylı xx.xx.2023-cu il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2866/2023 saylı xx.xx.2023-cu il tarixli qərardadına əsasən ərizəçi kimi onun və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati məhkəməsinin 2-1(112)-3323/2023 saylı xx.xx.2023-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. O, Bakı Apellyasiya məhkəməsinin İnzibati Kolleğiyasının 2- 1(103)-2866/2023 saylı xx.xx.2023-cu il tarixli qərardadından Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kolleğiyasına kassasiya şikayəti vermişəm, hal-hazırda iş icraata daxil olmuş və araşdırılır. Mübahisəli mənzil, yəni Bakı şəhəri, Nizami rayonu, A.Manafov kuçəsi, ev 15/21- də yerləşən 65 saylı mənzillə bağlı məsələ tam təsdiqini tapmamış, yəni mənzillə bağlı iş Azərbaycan Respublikasının Ali məhkəməsinin icraatında olduğu halda, hələ həmin mənzilin xususi mulkiyyət kimi DƏDRX-nin 1 saylı Ərazi İdarəsində İddiaçı adına qeydiyyata alınması və onun adına çıxarış verilməsi barədə məhkəmə qərarı tam təsdiq edilmədiyi halda İddiaçı ozunu mulkiyyətçi kimi elan edərək mənə, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı Bakı şəhəri, Nizami rayon məhkəməsində “kompensasiya odənilməklə istifadə huquqlarına xitam verilərək mənzildən və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia qaldırmışlar. Onların ona qarşı Bakı şəhəri, Nizami rayonu, A.Manafov kuçəsi, ev 15/21, mənzil 65-ə 3 il hər ay 250 manat verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən və qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını tələb etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərdikləri şikayətin bu işlə bağlılığı olduğundan o, vəsatət verərək məhkəmədən xahiş etmişdir ki, Azərbaycan Respublikası Ali məhkəməsində işə baxılıb yekun qərar qəbul edilənədək Bakı şəhəri, Nizami rayon məhkəməsindəki işə baxılması dayandırılsın, vəsatətinin hakim tərəfindən rədd edilməsi barədə 2(007)- 86/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad çıxarmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(007)-86/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2024cü il tarixli, 2(007)-86/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır; 254.2-ci maddəsinə əsasən məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır; 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının təsviri-əsaslandırıcı hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı 18 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı evin, 65 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏmıaK Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xiomətınin 1 sayiı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Ərizəçilər Cavabdeh1 və Cavabdeh3 “üçüncü şəxs qismində cəlb edilmə və məhkəmə qərarının ləğv edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3322/2023 saylı, 18 fevral 2022-ci il tarixli qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, ərizəçilər ərizəçilər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Baxılan iddia tələblərinin mahiyyəti nəzərə alındıqda, məhkəmə belə qənaətə gəlir ki, icraatın dayandırılması üçün əsaslar yoxdur, icraatın dayandırılması işə baxılmasının lüzumsuz uzanması ilə nəticələnəcəkdir. O cümlədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının təsviri-əsaslandırıcı hissəsindən də müəyyən olunur ki, “...Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hazırkı iş üzrə qəbul edilən məhkəmə aktının Cavabdeh1 və Cavabdeh3 hər hansı qanuni mənafeyinə toxunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncuların işə cəlb olunmasından imtina etmişlər...”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq icraatın dayandırılması barədə vəsatəti təmin etməmişdir. Bu səbəbdən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(007)-86/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(007)-86/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar