Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2826/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-545/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında Cavabdeh ilə xx.xx.2012-ci il tarixli, 11522667 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə” dair müqavilə bağlanmışdır.
2. Abonen kartlna əsasən cavabdehin su təchizatına görə 2015-ci il üzrə 217,56 manat, 2016-ci il üzrə 82,3 manat, 2017-ci il üzrə 96 manat, 2018-ci il üzrə 94 manat yekun borc məbləği hesablanmışdır.
3. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 X8 tərəfindən X1.
4. 29.10.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən Cavabdeh su xidmətlərindən istifadə olunmasına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 499.22 manat məbləğində borcu olduğu bildirilmiş, həmin borcun 7 iş günü müddətində ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 499,22 manat borcun (abonent kodu: **********470) və 30 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə (abonent kodu: **********470) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 1 nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 499,22 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 545/2025 nömrəli qətnaməsi ilə (hakim G.F.Aslanova) iddia təmin edilmiş, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış 499,22 manat məbləğində borc pul vəsaitinin (abonent kodu: **********470 sayğac ********) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssiəsi tərəfindən 2012-ci il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən eidlmiş qaydada və məbləğdə xidmət haqqını vaxtı-vaxtında, lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində hər il üzrə 11522667 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 499.22 manat olduğu qeyd olunmuşdur. Qeyd edilən abonent üzrə xx.xx.2012-ci il tarixdən su sayğacı quraşdırılmışdır. Göründüyü kimi, qeyd edilən abonent üzrə su sayğacında cavabdehin illik su sərfiyatı (m3-lə), ödənilən pul vəsaitinin məbləği və illik yekun borc məbləği aşkar qeyd edilmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırkı iş üzrə cavabdehin su təchizatə xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməməsi ilə bağlı iddiaçı qarşısında 499.22 manat məbləğində borc öhdəliyinin yaranması aşkar olduğundan iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 448.2-ci maddələrinə, «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə, 59-cu maddəsinin b bəndinə, 61.1-ci, 62ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.2-ci, 4.1.3-cü, 7.1-ci və 7.4-cü bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslinə, 14.2, 77.1, 119.1, 284-5ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçının ona qarşı olan iddia tələbindən ümumiyyətlə xəbəri olmamış, məhkəmə tərəfindən ona bu barədə heç bir məlumat verilməmişdir. 2019-cu ildən qeyd olunan mənzilin artıq bizim istifadəmizdə olmaması və mənzildə artıq başqa şəxslərin mülkiyyət və istifadəsinin olmasına baxmayaraq, "İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidməti" X15 tərəfindən xx.xx.2022-ci il tarixədək olan xidmətlərə görə yaranmış borcun məndən tutulmasına dair tələb irəli sürülmüş və bu iddia tələbi də Məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, mənzilin 2019-cu ildə özgəninkiləşdirilməsinə baxmayaraq "İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidməti" X12 əməkdaşları tərəfindən uzun müddət ərzində (6 ilə yaxın!!!) mənzilin yeni mülkiyyətçi tərəfindən istifadə edilməsini müəyyən etməmişlər, yeni mülkiyyəşi ilə müqavilənin yenilənməsi proseduru icra edilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan mənzildə su təchizatı xidmətinin yeni mülkiyyətçi tərəfindən istifadə edilməsi kimi mühüm əhəmiyyətli halı nəzərə alınmamışdır. Həmin yaşayış sahəsi bacısı X5 məxsus olmuş və həmin mənzil üzrə abonent qismində isə cavabdeh çıxış etmişdir, müqavilə onunla imzalanmışdır. xx.xx.2019-cü il tarixdə isə qeyd olunan mənzil bacısı Xatirə Piriyeva tərəfindən “alqı-satqı” müqaviləsi əsasında başqa şəxsə satılmışdır. Mənzil satıldıqdan sonra, yəni xx.xx.2019-cu il tarixdən onlar həmin mənzildə yaşamamışlar və orada yeni mülkiyyətçilər yaşamış, kommunal xidmətlərdən istifadə etmişlər. Buna baxmayaraq, iddiaçı iddia tələbində 2015-ci ildən xx.xx.2022-ci il tarixədək olan xidmətə görə yaranmış borcu tələb etmişdir. Məhkəmə də öz qətnaməsində iddia tələbini təmin etməklə, həmin mənzildə yaşamadıqları dövr üçün də yaranmış borc məbləğinin tərəfindən ödənilməsinin onun öhdəliyi olduğu nəticəsinə gəlmişdir. 2015- 2019-cu illər ərzində Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, ev 128, mənzil 47 ünvanında tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilmişdir. Qanundan da göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Xidmətlərə görə yaranmış borcun ödənilməsinə dair iddia tələbi üzrə müddət ötürülmüşdür. Belə ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X15 xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək, onu da məhkəmə işi və iclasları barədə lazımi və qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırmalı idi, lakin məhkəmədə iştirakı təmin edilmədiyi üçün hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə məhkəməyə müraciət etmək (ərizə vermək) hüququndan məhrum edilmişdir. Nəticədə məhkəmə iddia müddətini ötürülməsi halına əhəmiyyət verməmiş, iş üçün bu kimi əhəmiyyətli halı nəzərə almamışdır. Onun qeydiyyat və faktiki ünvanı ünvan 3. Qaradağ Rayon Məhkəməsi də qeydiyyat ünvanını nəzərə alaraq qanunamüvafiq qaydada, yəni cavabdehin qeydiyyat ünvanına əsasən iddia ərizəsini icraata qəbul etmişdir. Lakin buna baxmayaraq, məhkəmə tərəfindən qeyd etdiyi ünvana məhkəmə işi və məhkəmə iclasları barədə hər hansı məlumat, bildiriş göndərilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
21. İşdən görünür ki, iddiaçı tərəfindən 2012-ci il tarixdən hazıradək cavabdeh istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqı lazımi qaydada icra edilməmişdir.
22. Hazırda cavabdeh apelyasiya şikayəti verərək iddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddətinin ötürüldüyünü bildirmişdir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o halda verilə və ərizə o halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin, sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
24. İşdən görünür ki, birinci instansiya məhkəməsinin bildirişləri ünvan 1 ünvanına göndərilmiş, məhkəmə zərfləri “bu ünvanda yaşamır”, “bina sökülüb” qeydləri ilə geri qaytarılmışdır. İşdən həmçinin müəyyən olunur ki, sözügedən mənzil cavabdehin bacısının mülkiyyətində olmuş və xx.xx.2019-cu il tarixdə başqa şəxsə özgəninkiləşdirilmişdir. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sənədlər iş materiallarında mövcud deyil.
25. İddiaçının təqdim etdiyi abonent kartına görə iddiaçının tələb etdiyi 499,22 manat borc məbləğinin 489.86 manatı 2015-2018-ci illər üzrə yaranmış məbləğdir.
26. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən həmin borcun tələb edilməsi üçün iddia müddəti üç il təşkil edir.
27. İddiaçı isə iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə, mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsasdır.
28. Kollegiya həmçinin qeyd edir ki, abonent kartına əsasən qalan 9.36 manat məbləğində borc mənzil xx.xx.2019-cu il tarixdə başqa şəxsə özgəninkiləşdirildikdən sonra yaranmış və onun cavabdehdən tələb edilməsi əsassızdır.
29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 545/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: