Məhkəmə qərarları › İş №2(103)-2831/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2831/2024

21.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2831/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə, Bakı şəhəri 19 saylı Notariat ofisinə, Bakı şəhəri 21 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X9, Cavabdeh4 nümayəndə və vəkilləri Vəkil3 və Vəkil4 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh3 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 və Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 07 aprel 2021-ci il tarixdə ünvan 2 notariat kontorunda bağlanmış 4Ə-399 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Reyestr Xidməti tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Reyestr Xidməti tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70.000 manata satılması barədə ünvan 2 Notariat ofisi tərəfindən təsdiq olunmuş 07 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 07 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manata satılması barədə Bakı şəhəri, 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 13 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun adına Çıxarış verilməsi öhdəliyinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bakı şəhərində yerləşən əmlakların, o cümlədən qeyd edilən qeyri-yaşayış sahəsinin idarə olunmasını, bu əmlaklarla bağlı işlərin görülməsini yaxın qohumu olan Cavabdeh5 etibar etmiş və bu məqsədlə ona 22 oktyabr 2020-ci il tarixdə etibarnamə vermişdir. Rusiya Federasiyasında rəsmiləşdirilmiş bu etibarnamədə Cavabdeh5 ona məxsus əmlakları satmaq hüququnun olmaması qeyd edilsə də, etibarnamə saxtalaşdırılmış və əmlakı satmaq hüququnun olduğu əks etdirilmiş saxta etibarnamə əsasında və ona bu barədə məlumat verilmədən Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh3 satılmışdır. Cavabdeh3 isə əmlakı Cavabdeh4 satmışdır və hazırda əmlak sonuncunun mülkiyyətindədir. Halbuki, tərəfindən Cavabdeh5 belə bir səlahiyyət verilməmiş və Cavabdeh5 buna səlahiyyəti olmadan əmlakı satmışdır. Digər tərəfdən, uzun illərdir ki, nikahdadır, lakin qeyd edilən hallar, habelə nikahda olması notariat ofisində araşdırılmamışdır. Bu səbəbdən onunla Cavabdeh3 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, sonuncunun adına verilmiş çıxarış ləğv edilməlidir. Bu müqavilə etibarsız hesab edildiyindən, artıq Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış müqavilə də öz əhəmiyyətini itirmiş olur və etibarsız hesab edilməlidir. Belə olan halda, əmlakın onun mülkiyyətinə qaytarılması zəruridir.

4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia təmin edilmiş, Bakı şəhəri, 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ-2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab olunması, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 6 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70.000 manata satılması barədə ünvan 2 Notariat ofisi tərəfindən təsdiq olunmuş, 07 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manata satılması barədə Bakı şəhəri, 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, 13 aprel 2021-ci il tarixdə 4Ə-194 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338.000 manat pulun Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat:

5. Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, qanunsuz qətnamə çıxarmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair Bank sənədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. İşə əlavə edilmiş sübutlardan və faktiki hallardan görünür ki, vicdanlı alıcı olaraq üzərinə düşən öhdəliklərini tam olaraq yerinə yetirmiş, 338.000 manat pul vəsaitini Bank vasitəsilə satıcıya ödəmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqları Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə adına qeydə alınaraq çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir. Vicdanlı alıcı olaraq tam qanuni əsaslarla qeyri-yaşayış sahəsini əldə edərək satıcı Cavabdeh3 338.000 manat pul ödəmişdir. İddiaçı, əgər hesab edirsə ki, bacısı oğlu Cavabdeh5 etibar edilmiş sənədlərin saxtalaşdırılması yolu ilə, həm də Cavabdeh3 tərəfindən ona ziyan dəymişdir, onlardan reqress qaydasında təqsirin dərəcəsinə uyğun məbləğdə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edəcək sənədlərin mövcud olmadığını qeyd edir. Halbuki, məhkəmə prosesində ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirmişdir, hansı ki, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və borc münabasibətləri də məhz alqı-satqı müqaviləsi çərçivəsində yaranmışdır. Lakin, tam aparılmayan araşdırmanın nəticələrini və özünün sərbəst daxili inamını rəhbər tutan məhkəmənin gəldiyi qənaətə baxılanda görünür ki, heç bir əsas göstərilmədən qanuni yolla əldə etdiyi əmlak barədə səhv nəticəyə gəlinmişdir. Əmlakın saxta sənədlər əsasında ona satıldığını bildikdən sonra bunun nə ilə nəticələnəcəyini dərk edərək ödədiyi pulu iddiaçıdan və digər cavabdehlərdən tələb etməsi ona əsas vermir ki, alqı-satqı müqaviləsi borc münasibətlərini pərdələmək məqsədilə bağlanmiş hesab olsun. Cavabdeh5 səmimiliyinə, ifadələrinin doğruluğuna inanmaq çətin olsa da, məhkəmə borc əvəzinə alqı-satqı müqaviləsi bağlandığını qəbul etmişdir. Hətta ona verilmiş 12.000 manat pulun məhz icarə haqqı olaraq verildiyi əvəzi borcun faizi kimi qeyd edilmişdir. Cavabdeh5 baş verənləri bilərəkdən etmiş, bu məqsədlə Cavabdeh3 ilə əlbir olmuş, gələcəkdə alqı-satqı müqaviləsinin etibarsız hesab ediləcəyini bilmiş və elə buna görə də sonradan onun əmlakla bağlı alqı-satqı hərəkətlərinin aparılmasının qarşısını almaq üçün müstəqil qaydada buna heç bir əsas olmadan məhkəmə qaydasında əmlak üzərində hər hansı bir hərəkət edilməsinin (satılması, boşaldılması və s.) qadağan olunmasına dair Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bank vasitəsilə ödənilmiş 338.000 manat pula Cavabdeh5 sahib olmasının öz təsdiqini tapmaması fikri, ümumiyyətlə, yanlışdır. Belə ki, Cavabdeh5 öz ifadələrində Cavabdeh3 ilə iş birliyi yaratdığını etiraf edərək ona pul lazım olduğunu bildirmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)- 4015/2023 saylı xüsusi qərardadı ilə Cavabdeh5, Cavabdeh3 və X4, habelə notariat ofislərinin notariuslarının əməllərində sənədin saxtalaşdırılması cinayətinin əlamətlərinin olub-olmadığının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)- 4015/2023 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001) 5354/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhəməsində icraat:

9. Cavabdeh4 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 66/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)-4015/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatı:

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, göstərdi ki, apellyasiya şikayətində qətnamənin ləğvi qeyd edilsə də, əslində onların tələbi yalnız mübahisələndirilən ikinci – Cavabdeh4lə bağlanmış əqdə dair hissəyə aiddir, odur ki, şikayətin bu həcmdə qəbul olunaraq təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ikinci əqdə aid hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndə və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, digər nümayəndənin mövqeyi ilə razı olduğunui bildirdi və apellyasiya şikayətinin təmin edilməsi, rayon məhkəməsinin qətnaməsinin ikinci əqdə aid hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Ə.Qasımov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

15. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər r məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda və tərəflərin buna dair yekdil mövqeyini nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

16. Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən, ümumi sahəsi 200,8 kv.metr olan qeyri-yaşayış sahəsi 02 aprel 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

17. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasında yaşayır, 16 fevral 1983-cü il tarixdən X10 ilə rəsmi nikahdadır.

18. İddiaçı 22 oktyabr 2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, ona məxsus Bakı şəhəri ərazisində yerləşən hər hansı bir daşınmaz əmlakın idarə edilməsini, icarə müqavilələrinin bağlanmasını və imzalanmasını, müqavilələr üzrə ödənişlərin aparılmasını, lazımi təmir işlərinin aparılmasını, əmlakların qaydada saxlanılmasına nəzarət edilməsini, bağlanan müqavilələri və zəruri sənədləri göstərilən daşınmaz əmlak obyektlərini satmaq hüququ olmadan daşınmaz əmlaka dair hüquqların və onunla aparılan əməliyyatların dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasında dövlət orqanlarında qeydiyyatdan keçirmək, pulsuz girişə sahib olmaq və bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan müxtəlif qurumlarda onun nümayəndəsi olmaq hüququnu 10 il müddətinə Cavabdeh5 etibar etmişdir.

19. Etibarnamə üzrə nümayəndə Cavabdeh5 İddiaçı bacısı oğludur.

20. Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi 07 aprel 2021-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamə əsasında Cavabdeh5 tərəfindən 70.000 manata Cavabdeh3 satılmış, müqavilə rəsmiləşdirilərkən notariat kontoruna təqdim olunmuş etibarnamədə (etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş və Bakı şəhəri, 09 saylı notariat ofisində təsdiqlənmiş surətində) Cavabdeh5 əmlakı satmaq hüququnun olduğu göstərilmişdir.

21. Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi 12 aprel 2021-ci tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır.

22. Cavabdeh3 Bakı şəhəri, 19 saylı notariat ofisində 13 aprel 2021-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini 338.000 manata Cavabdeh4 satmış və həmin qeyri-yaşayış sahəsi 15 aprel 2021-ci il tarixdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır.

23. 15 aprel 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı- X11 Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.metr sahəsini 11 ay müddətinə, hər ay 1.000 manat icarə haqqı ödəməklə X1 icarəsinə vermişdir.

24. 10 iyun 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı- X11 Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.metr sahəsini 11 ay müddətinə, hər ay 1.000 manat icarə haqqı ödəməklə X5 icarəsinə vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

26. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

32. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

33. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

34. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

35. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

36. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

52. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

54. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

55. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

56. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

57. Hazırkı halda apellyasiya şikayətində əks olunmuş tələbin əsl mahiyyəti barədə cavabdehin nümayəndələrinin izahatlarına əsasən Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsini Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə - Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338.000 (üç yüz otuz səkkiz min) manat məbləğində pulun Cavabdeh3 alınaraq, Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.

59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

60. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

61. Apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 30 yanvar 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, .... hazırkı halda, alıcı Cavabdeh4, əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 deyil, alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh3 satın alıb. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, əmlakın satılmasına dair satıcı Cavabdeh3 arvadı X6 yazılı razılıq ərizəsi, habelə əmlakın dəyərinin Cavabdeh4 tərəfindən tam məbləğdə ödənilməsinə dair Bank sənədləri və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında notarial qaydada 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən İddiaçı iddiası olmayıb və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə Cavabdeh4 yalnız 2022-ci ilin mart ayından sonra məlum olub.

62. Belə ki, Cavabdeh4 iddiaya etiraz ərizəsindən, habelə ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında sözügedən alqı-satqı müqaviləsi bağlandıqdan 11 ay sonra, yəni 18 mart 2022-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 öz adından müvəqqəti təminat tədbirinin görülməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın üzərinə həbs qoyulması, cavabdehə və üçüncü şəxslərə həmin əmlak üzərində hər hansı hərəkətin edilməsinin (istifadə olunması, boşaldılması, təmir edilməsi və sair) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş edib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilib.

63. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinin təfsirində səhvə yol verərək, vicdanlılıq faktının sözügedən əmlakın Cavabdeh4 satılanadək artıq mövcud olduğunu, əmlaka dair Cavabdeh3 adına səlahiyyətli orqan tərəfindən aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyinin və tamamlığının prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almayıb.

64. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq mübahisəli əmlak üzərində mülkiyyət hüququ əldə etdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi hallar, yəni iddiaçının əmlakı satmaq niyyətinin olmaması, əmlak üzərində sərəncam verərkən təmsilçi Cavabdeh5 səlahiyyət həddini aşması, habelə Cavabdeh4 əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh3 ilə deyil, Cavabdeh5 ilə danışıqlar aparması, qiyməti sonuncu ilə razılaşdırması və sair Cavabdeh4 əmlakı vicdanlı əldə etməməsi nəticəsinə gəlməyə əsas vermir.

65. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər hallar, yəni Cavabdeh4 Bayram oğlunun iddiaçı tərəfindən Cavabdeh5 etibarnamə verdiyini bilməsi, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70.000 manata satın almış şəxslə bağladığı zaman onda hər hansı şübhə yaratmaması, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan sualların ortaya çıxması, lakin onun hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməməsi, əmlaka dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasını bilməsi kimi qiymətləndirilə bilməz.

66. Belə ki, mülki qanunvericilikdə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri, yəni əmlakı əldə edənin vicdanlı əldə edən olubolmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma əslində reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.

67. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı maddəsinin dispozitiv şərtlərini nəzərə almadan əsaslandırmağa çalışıb və Cavabdeh4 əmlaka dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasını bilibbilməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmayıb və onun əmlakı Cavabdeh3 üçüncü şəxslərin hüquqlarından azad formada əvəzi ödənilməklə satın almasına əhəmiyyət verməyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqd əsasında özgəninkiləşdirənin, yəni Cavabdeh3 adına qeydiyyata alınmış əmlaka mülkiyyət hüququ əldə edən Cavabdeh4 xeyrinə reyestrdəki qeyd, bu qeydə dair iddiaçının hər hansı etirazı reyestrə daxil edilmədiyi, habelə əmlakı əldə edən Cavabdeh4 həmin qeydin qeyri-dəqiq olmasını bilməsi kifayət qədər araşdırılmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən qanuni və əsaslı sayıla bilməz.

68. Məhkəmə kollegiyası qeyd olunan Qərarda göstərilənləri nəzərə alaraq hesab edir ki, rayon məhkəməsi - Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.

69. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh3 mülkiyyətində olan və üzərində hər hansı məhdudiyyət, yüklülük olmayan mübahisəli əmlakı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən və arvadı X6 yazılı razılığı ilə 338.000 manata Cavabdeh4 satmışdır.

70. Həmçinin müəyyən edilir ki, Cavabdeh4 əmlakın dəyəri olan 338.000 manat pul vəsaitini notariusun Bankda olan depozit hesabına köçürüb və həmin məbləğ satıcı Cavabdeh3 tərəfindən kassa çekinə əsasən məxaric edilib və həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydə alınmışdır.

71. Məhkəmə kollegiyası hazırkı mülki işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olmaması sübut edilənədək vicdanlı sahib hesab olunur.

72. İşdə olan sübutlardan görünür ki, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş, həmin vaxtı satılan əmlak üzərində satıcı Cavabdeh3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestrdə olan həmin qeydə hər hansı etiraz daxil olmamışdır.

73. Həmçinin, qeyd edilməlidir ki, MM-in 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

74. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

75. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

76. Həmçinin qeyd edilməlidir ki, mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi).

77. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır.

78. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

79. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mulkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi movqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir.

80. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır.

81. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, alıcı Cavabdeh4 əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, alqı-satqı müqaviləsinə əsasən və əvəzi tam ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh3 satın almışdır.

82. Qeyd edilənlər mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, əmlakın satılmasına dair satıcı Cavabdeh3 arvadı C.Həsənovanın yazılı razılıq ərizəsi, habelə əmlakın dəyərinin Cavabdeh4 tərəfindən tam məbləğdə ödənilməsinə dair Bank sənədləri və sair sübutlarla da təsdiq olunur.

83. Digər tərəfdən əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında notarial qaydada 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən İddiaçı iddiası olmamış və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə Cavabdeh4 yalnız 2022-ci ilin mart ayından sonra məlum olmuşdur.

84. Belə ki, Cavabdeh4 iddiaya etiraz ərizəsindən, habelə ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında sözügedən alqı-satqı müqaviləsi bağlandıqdan 11 ay sonra, yəni 18 mart 2022-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 öz adından müvəqqəti təminat tədbirinin görülməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın üzərinə həbs qoyulması, cavabdehə və üçüncü şəxslərə həmin əmlak üzərində hər hansı hərəkətin edilməsinin (istifadə olunması, boşaldılması, təmir edilməsi və sair) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilmişdir.

85. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinin tətbiqində səhvə yol verərək, vicdanlılıq faktının sözügedən əmlakın Cavabdeh4 satılanadək artıq mövcud olduğunu, əmlaka dair Cavabdeh3 adına səlahiyyətli orqan tərəfindən aparılmış reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyinin və tamamlığının prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almamışdır.

86. Göründüyü kimi, Cavabdeh4 əmlakı Cavabdeh3 üçüncü şəxslərin hüquqlarından azad formada əvəzi ödənilməklə satın almış, lakin rayon məhkəməsi işin qeyd olunan hallarına düzgün qiymət verməyərək, gəldiyi nəticə ilə maddi hüquq normalarının tələblərini pozmuşdur.

87. Bununla da məhkəmə kollegiyası hesab edir ki, əqd əsasında özgəninkiləşdirənin, yəni Cavabdeh3 adına qeydiyyata alınmış əmlaka mülkiyyət hüququ əldə edən Cavabdeh4 xeyrinə reyestrdəki qeyd, bu qeydə dair iddiaçının hər hansı etirazı reyestrə daxil edilmədiyindən, habelə əmlakı əldə edən Cavabdeh4 həmin qeydin qeyri-dəqiq olmasını bilməsi işin sadalanan halları ilə müəyyən edilmədiyindən, rayon məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən qanuni və əsaslı sayıla bilməz.

88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbinin - Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticə işin qeyd olunan hallarına uyğun olmamaqla, maddi hüquq normalarının tələbləri pozulduğundan, həmin hissədə qətnamə ləğv edilməklə iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

89. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edildiyindən qətnamə - həmin müqavilə üzrə ödənilmiş 338.000 (üç yüz otuz səkkiz min) manat məbləğində pulun Cavabdeh3 alınaraq, Cavabdeh4 verilməsi, eləcə də bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində də ləğv edilməklə həmin hissələrdə iddia təmin edilməməlidir.

90. Məhkəmə kollegiyası prosessual qənaət baxımından əlavə əsaslandırmadan hesab edir ki, iddia tələbləri yuxarıda göstərilən hissələrdə əsassız olmaqla təmin edilmədiyinə görə qətnamə - Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsi hissəsində də ləğv edilərək həmin hissədə iddia təmin edilməməlidir. Nəticə:

91. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə - Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338.000 (üç yüz otuz səkkiz min) manat məbləğində pulun Cavabdeh3 alınaraq, Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməlidir.

92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

93. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 manat iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.

94. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən - Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338.000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338.000 (üç yüz otuz səkkiz min) manat məbləğində pulun Cavabdeh3 alınaraq, Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat İddiaçı alınaraq Cavabdeh4 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar