Məhkəmə qərarları › İş №2(103)-2832/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2832/2025

12.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2832/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı (X15 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdların etibarsızlığı, aldatma, vicdanlılıq prinsipi, hüquqdan suiistifadənin yol verilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), X18 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən borc alana 10000 manat məbləğində borc verir, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək hər ay 1000 manat borc verənə qaytarmağı öhdəsinə götürür.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1 -ci maddəsinə əsasən X10 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı xx.xx.2021-ci il təvəllüdlü X7 14 yaşına çatana qədər təxirə salınması, X15 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X8 davranışına nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni 05 may 2022-ci il tarixdən hesablanması, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməsi və onun, məhkəmə iclas zalında dərhal həbs edilməsi, X4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Cavabdeh1 iddiasının qismən təmin edilməsi və X5 və X3 müştərək qaydada 17320 manat məbləğində ziyanın və 133 manat dövlət rüsumunun tutularaq, Cavabdeh1 xeyrinə ödənilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1269/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs X12, onun müdafiəçisi X16, zərərçəkmiş şəxslər Cavabdeh1 və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, zərərçəkmiş şəxs Cavabdeh1 apellyasiya şikayətindən imtina etdiyinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilməsi, zərərçəkmiş şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, məhkum edilmiş şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri ilə məhkum edilmələrinə dair 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs X9 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, X9 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilməsi, AR CMnin 69.3-cü maddəsinə əsasən X4 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X4 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, X4 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata kecirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, X4 dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır.

4. Həmin qərara əsasən müəyyən edilir ki, zərərçəkmiş şəxs Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, ona olan 32300 manat məbləğində borcdan 10.000 manat ödənildiyini və qalan borcun hissə-hissə ona ödəniləcəyini bildirərək verdiyi apellyasiya şikayətindən imtina etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(103)- 1269/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasına dair protokolundan görünür ki, zərərçəkmiş şəxs Cavabdeh1 izahatında bildirir: Hörmətli məhkəmə kollegiyası, təqsirləndirilən Firudin ona olan 32300 manat borcundan 10000 manat ödəyib. Yerdə qalan 22300 manat borcundan da, hər ay 1000 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürür. Ona görə də, apellyasiya şikayətindən imtina edir. Qalan məbləğ 20 ay müddətində ödənilmədikdə isə Ağayev Firudindən yenidən şikayət edəcək.Təsirləndirilən şəxs Firudin Ağayev izahatında bildirir: Hörmətli məhkəmə kollegiyası, zərərçəkmişlə razılığa gəlmişik. 10000 manat ödəmişəm, qalan məbləği də, hər ay 1000 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəmə götürdüm. Nəzərə alınmasını və mənə yüngül cəza təyin edilməsini xahiş edirəm.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs X12, zərərçəkmiş şəxslər Cavabdeh1 və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, zərərçəkmiş şəxslər Cavabdeh1 və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, məhkum edilmiş şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün məhkum edilmiş şəxs X9 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməsi, X9 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı qərar ilə əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)-595/2020 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 5000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının amnistiya tətbiq edilən tarixə qədər olan 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi ilə qismən toplanmaqla, ona qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)-595/2020 saylı hökmü ilə təyin edilmiş cərimə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi, həmçinin hazırki qərarla əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) il 01 (bir) ay 21 (iyirmi bir) gün hissəsi və X4 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət, ümumilikdə 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün X9 təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanması və onun cəzasını çəkmiş hesab edilməsi, əvvəlki apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Cavabdeh1 mülki iddia üzrə ödənilmiş 10000 manat məbləğin hökmün icrası zamanı nəzərə alınması qərara alınmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X15 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırki iddiaya (mübahisəyə) münasibətdə - 2018-ci ilin avqust ayında tanışı Aşurova Əzimə onu Həmidova Səbinə adlı xanımla tanış etmişdir. Belə ki, həmin ərəfədə o, ünvan 1 ünvanında uşaq baxçası açmaq istəyirdi və Əzimədən xahiş etmişdir ki, həmin baxçaya təcrübəli müəllimlər lazımdır. Əzimə də onu Səbinə xanımla tanış etmiş və həmin xanımın ona yaxşı müəllimlər tapmağa köməklik edəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Səbinə Həmidova ilə görüşüb söhbət etmişdir. Səbinə Həmidova baxçaya ingilis dili müəllimi və aşbaz tapmağına köməklik etmişdir. Bundan sonra onun pula ehtiyacı olduğundan Səbinə Həmidovadan borc pul istəmişdir. O, da 2018-ci ilin sentyabr ayının sonlarında ona Nərimanov metrosunun qarşısında 5000 manat borc pul vermişdir. Onun çətinlikləri olduğu üçün Səbinədən bir neçə dəfə ümumilikdə 31200 manat pul almışdır. O, pulu alarkən bir ay ərzində qaytaracağını bildirmişdir. Lakin sonradan açdığı baxçanın işləri yaxşı getmədiyi üçün bağlanmış və o, Səbinənin pulunu qaytara bilməmişdir və Səbinə ondan təkidlə pulunu qaytarmağını tələb edirmiş. Həyat yoldaşı da Səbinənin həyat yoldaşı Cavabdeh1la tanış olub və onunla münasibəti olmuşdur. O, Cavabdeh1 pul almamışdır. İşləri yaxşı getmədiyi üçün o, Səbinə ilə görüşmüş və orda kağıza yazaraq bildirmişdir ki, ona 8500 manat pul verəcək, əks halda idarə etdiyi avtomobili ona verəcək. Bundan sonra o, pul tapıb Səbinə Həmidovaya yaşadığı evin qarşısında 5000 ABŞ dolları vermişdir. O, sonradan idarə etdiyi Pajero markalı **-PS-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh1 vermiş və ona olan borcunu tam şəkildə ödədikdən sonra qaytaracağını bildirmişdir. Pulu qaytara bilmədiyindən İlham ona avtomobili onun adına keçirməsini xahiş etmişdir. Həmin avtomobili lizinqlə aldığından banka 11000 manat borcu qalmışdır. İlham da, təklif etmişdir ki, maşını satsınlar və banka olan borc çıxıldıqdan sonra 12000 manat onun ona olan borcundan çıxılsın. O, da İlhamla razılaşmış və alqı-satqı edərək “Əmrah Bank”-in Nəsimi filialının əməkdaşı Elşən adlı şəxsin iştirakı ilə maşını İlhamın qaynı X13 adına keçirtmişdir. İlham özü demişdir ki, avtomobili tanışı Soltan alacaqdır. Çünki, avtomobil lizinqdə olduğuna görə yerdə qalan pulu Soltan verəcəkdir. Bundan sonra o, İlhama olan borcunu ödəmək üçün anasına məxsus olan qızılları İlhama göstərmiş və istərsə satıb pulunu verəcəyini, istərsə sadəcə qızılları dəyərləndirib qızılı verə biləcəyini bildirmişdir. Onlar İlhamla birlikdə onun Memar Əcəmi metrostansiyasının qarşısında tanışı olan şəxslə görüşmüşlər və həmin şəxs onun qızıllarını 5000 manat məbləğində qiymətləndirmişdir. O, da onların İlhama olan borclarından 5000 manat çıxılması şərtilə qızılları Cavabdeh1 vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 Əzimədən şikayət etmişdir. Binəqədi RPİnin 7-ci PB-də Cavabdeh1 5500 manat pul vermiş, bundan sonra İlham ona bildirmişdir ki, onun ona borcu qalmamışdır. O, Səbinə Həmidovadan cəmi 32300 manat pul almışdır və ona 31000 manat pul qaytarmışdır. Hazırda onun İlhama 1300 manata yaxın borcu qalmışdır. İlham iddia edir ki, guya o, və Firidun ondan ümumilikdə 50000 manatdan yuxarı pul almışlar. Pulu guya onu Təhsil Nazirliyində Təchizat şöbəsinin müdiri vəzifəsinə düzəltmək adı ilə ondan almışlar. İlham yalan danışır. İlham avtomobili qaynı Soltan Mehdiyevin adına keçirtmiş, sonra yalandan bildirmişdir ki, guya o, Soltandan işə düzəltmək adı ilə pul almış, işi düzəldə bilmədiyi üçün avtomobili Soltana vermişdir. Halbuki, o, Soltandan heç bir məbləğdə pul almamışdır. Soltanı birinci dəfə avtomobili alanda görmüşdür. Həmin qəbzləri o, və əri Firidun Ağayev ayrı-ayrı vaxtlarda öz xəttləri ilə yazıb İlhama vermişlər. İlham yalan danışır. Onlar o qədər ondan pul almamışlar. Cəmi 32320 manat borc olmuşdur. Firidun onun xahişi ilə İlhamdan pul götürüb. Onun yazdığı qəbzdə 8000 ABŞ dolları və 5000 manat pul 32320 manat pulun içinə daxildir. Əgər daxil olmasa idi İlham ona da, yazdırardı ki, 50000 manat borcu vardır. İlham onu polisə şikayət edəcəyini bildirmişdir. O, İlhama demişdir ki, bir neçə gün ərzində ondan aldığı pulun bir hissəsini verər. İlham təkid etmişdir ki, o, pulun bir hissəsini qaytaracağı barədə qəbz vermişdir. O da fikirləşmişdir ki, qızılları 5000 manat əvəzində verər. 8000 ABŞ dolları pulu da, Samir müəllimdən geri almalı imiş. Ona görə də, İlhama demişdir ki, 8000 ABŞ dolları və 5000 manat pul qaytarar. Bu barədə qəbz yazıb İlhama vermişdir. İlham isə yazdığı qəbzdəki məbləği 32320 manat pulun içinə daxil etmir. 12000 manatın əvəzinə avtomobili İlhama vermiş, 5000 manat qiymətində qızıllarını, 5000 ABŞ dolları İlhamın arvadı Səbinəyə vermişdir. 5500 manatı İlham Aysundan hədə ilə aldığı üçün həmin pulu da, o, Aysuna qaytarmışdır. İlham həmin ərəfələrdə Vüsalə adlı tanışını Asan xidmətə düzəltmək istədiyini ona dediyi üçün o, da bu barədə Samir müəllimə demişdir. Samir müəllim dedi ki, asan xidmətdə sektor müdiri vəzifəsi boşdur və 5000 manat müqabilində düzəldə bilər. O da bu barədə İlhama demişdir. İlham da, Vüsalə adlı qadını Asan xidmətə düzəltməyi üçün 2018-ci ilin oktyabr ayında ona 5000 manat pul vermişdir. O, pulu həmişəki kimi Samir müəllimə iş otağında vermişdir. İlham Vüsalədən başqa daha iki oğlanı Asan xidmətə düzəltməsini xahiş etmişdir. Lakin Elnur və Namiq adlı şəxslər pulu Asan xidmətə düzələndən sonra ona verməli imişlər. Samir müəllimin tapşırığı ilə Vüsalə, Elnur və X20 imtahan verməli imişlər. Buna görə də, orada formal olaraq imtahan keçirmişlər. Samir müəllim Aysel adlı qızı imtahan zalına göndərmişdir. Bir neçə gün sonra o, Vüsalə, Elnur və Namiqi əmək hüququndan 1 aylıq kursa göndərmişdir. Onlar da, bir ay kursa getmişlər. Samir müəllim ona demişdir ki, “ASAN” xidmətə işə girmək üçün əmək hüququndan kurs keçmək lazımdır. Lakin Samir müəllim söz verdiyi işləri düzəltməmiş və pulu da qaytarmamışdır. O, Elnur və Namiqdən pul almamışdır. Təqsirləndirilən şəxs X12 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cavabdeh1 2018-ci ilin avqust ayında arvadı Aksananın vasitəsilə tanımışdır. Belə ki, həyat yoldaşı X21 həyat yoldaşı Səbinə xanımla münasibəti olmuşdur. Həmin zaman Aksana Nərimanov rayonu ərazisində yer icarəyə götürüb uşaq baxçası açmaq istəyirdi. Səbinə xanım da həmin baxçaya müəllimə və aşbaz tapmağa köməklik göstərəcəkdir. Aksana Səbinədən baxçanın 3-cü mərtəbəsinin təmir olunması üçün borc pul almışdır. Lakin onun pulların alınmasından məlumatı olmamışdır. Pulları Aksana özü Səbinədən onun evində götürmüşdür. Lakin sonradan onun məlumatı olmuşdur ki, Aksananın Səbinəyə 32 320 manat borcu olmuşdur. Həmin zaman baxçanın işləri yaxşı getmədiyindən Səbinənin pulunu ödəyə bilməmişdir. Buna görə də, o, Səbinənin həyat yoldaşı İlhama zəng edərək onunla tanışları Abdulla Aşurov və Kənan Cümşüdovun yanında görüşmüşdür. Söhbət zamanı İlhama 32 320 manat borcu olduğunu bildirmiş və həmin pulu verəcəyini, əks təqdirdə bankda lizinqdə olan “Mitsubishi Pajero” markalı, **- PS-*** qeydiyyat nişanlı avtomobili 11000 manat əvəzində İlhama verəcəyini, qalan pulu isə evini satıb ödəyəcəyəklərini bildirmişdir. İlham da, onunla razılaşmışdır. İlham ona demişdir ki, o, ona 32320 manat pulu qaytaracağı barədə izahat versin. O, da öz xətti ilə yazmışdır ki, Cavabdeh1 32320 manat borc almışdır, borcun əvəzinə idarə etdiyi bankda lizinqdə olan “Mitsubishi Pajero” markalı, ** BS *** qeydiyyat nişanlı avtomobili onun adına keçirəcək. Qalan məbləği isə evini girov qoyub bankdan pul çıxarıb ödəyəcək. Əks halda yaşadığı evi İlhamın adına keçirəcək. Doğrudur, o, əlbəəl Səbinədən və İlhamdan pul almasa da, Aksana Səbinədən pul alandan sonra İlhamla söhbət edirdi. Deyirdi ki, borclarını qaytararlar. Sonradan da, borcu ödəyə bilmədiyi üçün avtomobili İlhamın adına keçirtmək qərarına gəlmişlər. Lakin maşının “Amrah Banka” 11 000 manat borcu olduğu üçün həmin pul İlham tərəfindən banka ödənilmişdir. Bankda Aksananın verdiyi etibarnamə əsasında yol polisində avtomobil İlhamın xahişi ilə qaynı Soltan Mehdiyevin adına keçirilmişdir. O, və Aksana avtomobil İlhamın qaynı Soltanın adına keçiriləndə yol polisində iştirak etməmişlər. Bundan əlavə İlhama bir dəfə 5000 ABŞ dolları borc əvəzinə vermişdir. Həmçinin 5000 manatlıq da qızıl vermişdir. Bundan başqa Binəqədi RPİ-nin 7-ci PB də aparılan araşdırma zamanı 5500 manat da pul vermişdir. Hal-hazırda Cavabdeh1 cuzi borcları qalmışdır. Sonradan İlham istintaqda bildirmişdir ki, guya Aksana onun qaynı Soltandan iş düzəltmək adı ilə 8000 manat pul alıb buna görə də, avtomobili Soltana vermişdir. Halbuki, Aksana və o, Soltanı tanımırlar və onunla heç bir söhbəti olmamışdır. İlham bu cür yalanı ona görə uydurmuşdur ki, ona verdiyi avtomobili onların borcundan silməsin. İlham Aksanadan pulunu tələb etdikdə Aksana maşını sürüb İlhamgilə getmişdir. Həmin zaman İlham Aksanaya avtomobili saxlamasını tələb etmişdir. Aksana da ağlayaraq ona vaxt verməsini xahiş etmişdir. Həmin zaman İlham Aksanaya kağız verərək, dilindən iltizam yazmasını istəmişdir. Aksanada İlhamdan aldığı pul deyil, sadəcə nə qədər verə biləcəyi barədə, yəni 5-ci günə qədər 8000 ABŞ dolları və 5000 manat verəcəyini, verə bilməsə avtomobili qoyacağını bildirmişdir. Bundan sonra o, İlhamla əlaqə saxlayıb onunla görüşmüş və qeyd olunan izahatı yazmışdır, yəni Aksananın yazdığı 8000 ABŞ dolları və 5000 manat da 32320 manata daxildir. Cavabdeh1 ifadəsində göstərmişdir ki, hazırda “Rahat ANC” marketlər şəbəkəsində müdir müavini işləyir. 2018-ci ilin yay aylarında o, işsiz imiş. İş axtarırmış. Aksana Ağayevanı 2018-ci ildən yay aylarından tanıyır. Belə ki, qonşuluqda Aysun Aşurova adlı qadın yaşayırmış, onunla normal qonşuluq münasibəti olmuşdur. 2018-ci ilin sentyabr ayında Əzimə ona demişdir ki, o, Asan xidmətdə işləyir. Onun dediyinə görə Asan 1 xidmət mərkəzində B sektorunda işləyir. Çünki o, onun qonşusu imiş və ona etibar edirmiş. Onu həmişə Asan xidmətin işçilərinin formasında görürmüş. Aysun ona bildirmişdir ki, Hacı Təyyar onu vəzifədə işləyən bir qadının vasitəsilə düzəldib. O, Əzimədən xahiş etmişdir ki, onu Hacı Təyyarla görüşdürsün. O, arvadı Səbinə ilə Təyyarla görüşmüşlər. Təyyara inanmadığı üçün Əzimə demişdir ki, onları birbaşa vəzifədə işləyən Aksana adlı qadınla görüşdürəcək, Aksana istədiyi işə onu düzəldə bilər. Lakin bunun müqabilində Əzimə, yəni Aysun ondan 5500 manat pul istəmişdir. Əzimə demişdir ki, X31 adlı xalası qızı Asan xidmət mərkəzinin kadrlar şöbəsində işləyir və onun vasitəsi ilə həmin xidmətə şəxsləri qəbul etdirə bilər. Həmçinin həmin xidmət sahəsində onun sahəsi üzrə yəni, təchizat sahəsi üzrə onu işə düzəldə biləcəyini də bildirmişdir. Əzimə demişdir ki, Asan 1 xidmət mərkəzində B sektorunda işləyir. Əzimə demişdir ki, o, Aksana vasitəsi ilə işə düzəlmişdir, hətta onun qardaşını da, Aksana mühafizə polisinə işə düzəltmişdir. Aysun ondan həmin 5500 manat pulu onu Aksana adlı şəxslə tanış etdiyinə görə özünə götürəcəyini bildirmişdir. O, 2018-ci ilin sentyabr ayının əvvəllərində Aysuna yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi ev 143 B saylı binanın qarşısında arvadı Səbinənin şahidliyi ilə 5500 manat pulu əlbəəl vermişdir. Həmin günü Aysun onu və arvadını Aksana Ağayeva və Aksananın əri Firidun Ağayev ilə tanış etmişdir. Danışıq zamanı Askana və onun əri Aysunun ona verdiyi vədləri təsdiq etmişdir. Bildirmişdir ki, çox əlaqəli adamdır, xalası qızı Röya Asan xidmətdə işləyir, özü isə Təhsil Nazirliyində mülki universitetlərlə bağlı şöbədə məsul vəzifədə işləyir. Aksananın əri Firidun isə özünü Gömrük Komitəsinin işçisi kimi təqdim etmişdir. Aksana ona əlinin hər yerə çatdığını, onu istəsə Asan xidmətə, istəsə də, Təhsil Nazirliyinin Təchizat şöbəsinə müdir vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Aksana ona özünün Təhsil Nazirliyində işlədiyinə görə Təhsil Nazirliyinin Təchizat şöbəsinə rəis vəzifəsinə düzəltməyinin daha rahat olduğunu bildirmişdir. Aksana bildirmişdir ki, Aysuna verdiyi 5500 manat pul daxil olmaqla o, onlara vəd etdikləri işə düzəlmək üçün ümumilikdə 50.000 manata qədər pul verməlidir. Onlar hər biri ona və arvadına vəd vermişlər ki, o, 1500 manat əmək haqqı alacaqdır. Hətta danışıq zamanı Aksana onun işi düzələndən sonra arvadını məktəb direktoru vəzifəsinə təyin etdirə biləcəyini də demişdir. Üstəlik demişdir ki, şöbə rəisi kimi paket də verərlər, əlavə dolanışığı da olacaqdır. Ona görə də, fikirləşmişdir ki, bu işə görə 50000 manat verməyə dəyər. Əsas onu inandıran faktor Əzimə imiş. O, Aksanaya zəng vurub hələlik 20000 manat pul düzəldə bildiyini demişdir. Razılığa görə o, işə təyin olunandan sonra qalan pulu verməli idi. 2018-ci ilin sentyabr ayının əvvəlində Aksana ona zəng vurub demişdir ki, nazirlikdə işdən çıxa bilmir, ərini göndərir, pulu Firiduna versin, 20000 manat pulu yaşadığı evin həyətində Firidun Ağayevə vermişdir. Aksana 2018-ci ilin oktyabr ayının əvvəlində yaşadığı evin həyətində 12320 manat pulu Firiduna vermişdir. Aksana özü zəng vurub ona demişdir ki, pulu Firiduna versin. Firidun onu əmin etmişdir ki, narahat olmasın Aksana onu işə düzəldər. Aksana bildirirmiş ki, noyabr ayının birinci 10 günlüyündə işə başlayacaqdır. 2018-ci ilin noyabr ayının əvvəlində 5000 manat Nərimanov metrostansiyasının qarşısında Aksanaya vermişdir. Aksana tək gəlmişdir. 12 noyabr 2018ci il tarixdə işəçıxacağını bildirmişdir. Lakin həmin tarixdə iş düzəldən adamın pulu tam alınmayacağı təqdirdə işi düzəltməyəcəyini bildirdi. O, da buna görə 2018-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evin həyətində Aksanaya 8000 ABŞ dolları pul vermişdir. Aksana ona iki gün ərzində işə başlayacağını bildirmişdir. Bundan sonra görmüşdür ki, Aksana hər dəfə müxtəlif bəhanələr gətirərək onun işə düzəltmə məsələsini yubadır. Bundan sonra o, Firidun ilə Binəqədi rayonu ərazisində yerləşən “Qala Qapısı” restoranında görüşmüşlər və orada Firidun taksi sürücüsü Kənan Cümşüdov və Əzimənin atası Aşurov Abdullanın iştirakı ilə öz dilindən izahat yazaraq bildirmişdir ki, ondan 32320 manat pul almışdır və həmin kağızı ona vermişdir. Bundan əlavə Aksana da ondan aldığı 8000 ABŞ dolları və 5000 manat pulu ona geri qaytarmağı barədə kağız yazaraq vermişdir. 32320 manat pulu Firidun ondan əlbəl aldığı üçün şəxsən öz xətti ilə borclu olmağı barədə yazıb vermişdir. Aksana şəxsən 8000 ABŞ dolları və 5000 manat pulu ondan aldığı üçün ona görə də, özü aldığı pulu geri qaytarmağı boynuna götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ilə arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli, 3M-1777 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qızının əri (yeznəsi) X12 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Məhkəmənin gedişində zərərçəkmiş şəxs olan Cavabdeh1 bildirmişdir ki, ona 10.000 manat ödənilsin o da, şikayətini geri çəksin. Razılaşıb Kapital bankdan 10000 manat pul götürərək məhkəmə zalında zərərçəkmiş şəxsə təqdim etmişdir. (Kapital Bankla arasında kredit müqaviləsi imzalandı). Zərərçəkmiş şəxs razı olmadı və notarial qaydada verilməsini tələb etdi və barışıq ərizəsini də notarial qaydada verəcəyini bildirdi. X1 və Cavabdeh1 ilə 32 saylı Notariat orqanına gedərək, pulu orda təqdim etmişdir. Notariusda da onlar pulu götürmədi və 7000 manatla bağlı ilə qızının ərini türmədən çıxacağını, özünün ödəyəcəyi barədə öhdəlik götürmüş və öhdəlik müqaviləsinin bağlanmasına razılaşmışdır. O, 7000 manatın öhdəliyini götürmüşdür. Sonra onlar razılaşdı. 32 saylı notariat kontorundan kredit götürdüyü 10000 manat pulu 2 dəfə kassaya salıb çıxardandan sonra özünə təqdim etdilər. Onunla orda 2 ədəd saxta ard-arda borc müqaviləsi bağladılar. Yəni İlham və arvadı Səbinə ilə ayrı ayrılıqda 2 dəfə kredit müqaviləsi imzalamışdır. 1-ci müqavilə ilə 2- ci müqavilə arasında imzalanmasında 17 dəqiqə fərq var. Notarius kontoru da ona hər hansı bir məlumat vermir ki, sən ard-arda borc müqaviləsi bağlayırsan. Yenidən məhkəməyə getmişlər və orda pulu zərərçəkmişə təqdim etmiş, o isə məhkəmə zalında hazırda cavabdeh olan yoldaşının köməkliyi ilə barışıq ərizəsini təqdim edib ona verdilər. Yeznəsini həbsdən buraxdılar. Onunla yeznəsi arasında razılaşma o oldu ki, 7000 manatı yeznəsi hər ay 1000 manat ödəyəciyinə söz verdi, lakin ödəyə bilmədi və onun əmək haqqından hər ay 415 manat məbləğində pul tutulmağa başladı. Yeznəsi pulu ödəməyəndə Cavabdeh1 ona zəng vurdu ki, “mən səninlə öhdəlik müqaviləsi yox 2 dənə borc müqaviləsi imzalamışam. Yəni 20000 manat pulu canın çıxıb ödəməlisən.” Ondan sonra ayılıb notariusa müraciət etmiş, notariat kontorundan sənədləri aldıqdan sonra və məhkəməyə müracit etmişdir. Hesab edir ki, aralarında imzalanmış kredit müqaviləsi elibarsızdır. Cavabdehlin niyyəti onu aldadıb borc altına qoymaq idi. Hesab edir ki, cavabdeh onu aldadaraq kredit müqaviləsi bağlamışlar və bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılmalıdır. Odur ki, onunla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022- ci il tarixli kredit müqavilələri etibarsız hesab edilməlidir.

10. İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, onun kürəkəninin etiraf etdiyi 22300 manat borcdan xəbəri yoxdur. Onun məqsədi ödənilməli olan 17320 manat puldan qalıq qalmış 7000 manat pulun ödəmək olmuşdur. Hansı ki, kürəkəni ilə arasında olan razlaşmaya görə ayda 1000 manatdan 7 ay ərzində həmin borc ödənilməli idi. Onun cavabdehə 20000 manat borcu olmayıb. O, sadəcə olaraq 7000 manatın ödənilməsi üçün müqaviləyə imza etmişdir. Həmin müqavilələrin notarial qaydada bağlanmasını da, cinayət işinə baxan hakimin məsləhəti ilə etmişdir. Cavabdehin dediyi kimi cinayət işinə baxılan zaman məhkəmədə ona 10000 manat təklif edilsə də, razılaşmamışdır. Pulla notariusa getmişlər və müqavilələr imzalandıqdan sonra, məhkəmə zalında cavabdeh 10000 manat pulu qəbul etmişdir. Həmin cinayət işindən onun məlumatı olmamış, məhkəmə proseslərində iştirak etməmişdir. Sadəcə 10000 manatın verilməsi üçün 3 dəfə apellyasiya məhkəməsinə gediş-gəlişi olmuşdur. Cavabdehin məqsədi məhkəmə gedişini uzatmaqdır ki, onun maaşından pul tutulmağa davam etsin. Notarial qaydada cavabdehlə arasında müqavilə bağlanandan sonra, yeznəsi azadlığa çıxsa da, öhdəliyi icra etməmişdir. Daha sonra evinə dəqiq xatırlamadığı ilin mart ayında borcun ödənilməsi ilə bağlı məktublar gəlmişdir. Müqavilə 2022-ci ilin dekabrına bağlansa da, cavabdeh özü pulun ödənilməsi üçün yeznəsinə iki ay möhlət vermişdir. Lakin borc ödənilməmişdir. Dəqiq tarixi xatırlamasa da, yeznəsi yay aylarında cavabdehə 800 manat pulu əlbəəl verilib. 2023-cü ilin sentyabr ayından isə onun kartından 415 manat pul tutulur. Həmin tutulmanın 7000 manat borca görə olduğunu düşünsə də, evinə gələn məktublardan borcun 20000 manat kimi göstərilməsi onu işin araşdırılmasına sövq edib. Məktuba görə 10000 manat borcdan təxminən 6000 manat ödənilsə də, 4000 manata yaxın borcu qalıb. 5200 manat maaşından tutulub, 800 manat əlbəəl verilib. Oğlunun törətdiyi avtoqəzanın baxılan işə aiddiyyəti yoxdur. Həmin məsələ 2016-cı ildə olub və məsələ artıq bağlanıb. Hazırda aldadılmaqla, 10000 manat dəyərində olan borc müqaviləsin imzalayıb, əslində niyyəti 7000 manat borcun ödənilməsi ilə bağlı öhdəlik götürmək olmuş, müqaviləyə də, 7000 manat olduğunu düşündüyü üçün imza etmişdir. Kürəkəninin etiraf etdiyi borcun ona heç bir aidiyyəti yozdur. Aldadıldığından əmindir və başqa bildiyi heçnə yoxdur.

11. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, kürəkəninin Cavabdeh1 17000 manat borcu olub. Cavabdehlə kürəkəni arasında barışıq əldə olunması üçün bankdan 10000 manat pul götürmüş və məhkəmə zalında Cavabdeh1 təqdim etmək istəmişdir. Lakin sədrlik edən pulun notarial qaydada təqdim edilməsini, eyni zamanda qalan 7000 manat borcun da qaytarılması barədə razılıq ərizəsinin notarial qaydada məhkəməyə təqdim edilməli olduğunu bildirir. Bundan sonra o, cavabdeh və cavabdehin arvadı ilə Bakı şəhəri 32 saylı notariat ofisinə getmişlər. Notariat ofisində cavabdehə 10000 manat pul vermiş, həmin 10000 manat pulu 2 dəfə kassaya salıb çıxarandan sonra özünə təqdim etdilər. Bundan sonra məhkəməyə gedərək, orada pulu zərərçəkmişə, yəni Cavabdeh1 təqdim etmiş, o isə məhkəmə zalında hazırda cavabdeh olan yoldaşının köməkliyi ilə barışıq ərizəsini təqdim edib ona verdilər və bundan sonra kürəkənini həbsdən buraxdılar. 10000 manatı Kapital Bank ASC-dən götürmüşdür. Kürəkəni ilə isə arasında olan razılaşmaya görə, 7000 manatı kürəkəni hər ay 1000 manat olmaqla, ödəyəcəyinə söz verdi, o da sonradan ödəyə bilmədi və onun əmək haqqından hər ay 415 manat məbləğində pul tutulmağa başladı. Hətta kürəkəni borcunu verə bilmədiyindən iki ay 800 manat cavabdehə pul vermişdir. Kürəkəni pulu ödəməyəndə Cavabdeh1 zəng vurdu ki, “mən səninlə öhdəlik müqaviləsi yox, 2 borc müqaviləsi imzalamışam”. Yəni 20000 manat pulu canın çıxıb ödəməlisən. Cavabdehlə notariat ofisində bağladığı müqavilədən təxminən 6-7 ay sonra evinə həm cavabdeh tərəfindən, həm də icra şöbəsindən məktublar gəldi. O, bundan sonra notariusa gedərək müqaviləni əldə etmişdir. Müqaviləni oxuduqdan sonra aldadıldığını başa düşmüşdür. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman vəkillər ondan 300-400 manat pul istəmişlər, həmin ərəfədə də onun əmək haqqından pul tutulduğuna görə maddi vəziyyəti aşağı idi. Ona görə də, hazırki tələblə 2024-cü ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh 7000 manat borcla həm də kürəkəni barədə Xəzər rayon İcra şöbəsinə müraciət etmişdir. Eyni tələblə Cavabdeh1 arvadına qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsi təmin olunmuşdur. Məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasına 3-4 gün qalmış cavabdehin arvadı apellyasiya şikayəti vermişdir. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və yekun məhkəmə qərarı çıxarılmamışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsində tanımış, qızı barəsində olan cinayət işindən xəbəri olmayıb. Yeznəsi ilə təxminən 1 aydır ki, münasibətləri pozulmuşdur. Qızının və kürəkəninin borcunun olmasından xəbərsiz olmuşdur. Yeznəsinin cavabdehə 32300 manat borcunun olmasını bilməmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdi ki, cavabdehin qızının və kürəkəninin əməllərindən 2018-ci ildən bəri məlumatı var. Hətta yeznəsi 2019-cu il tarixində 1 il həbsdə olmuş, Zəfər günü münasibətilə amnistiyaya düşüb. Qızının barəsində olan işdən xəbəri olmadığını deyir, amma qızı barəsində 4 cildlik cinayət işi var. İddiaçı müqavilə üzrə borcunu ödəmədiyindən 8 aydan sonra sentyabr ayında icra qeydi verilmişdir. Məhkəmə tərəfindən 32300 manat puldan 17320 manat məbləğində pul və 133 manat dövlət rüsumu məhkəmənin hökmü ilə tutuldu. Həmin puldan 10000 manatı ödənilsə də, qalan məbləğ ödənilmədi. İddiaçının yeznəsi isə cinayət işi üzrə aparılan məhkəmə araşdırması dövründə 22300 manat borcu ödəyəcəyini etiraf etmişdir. Hazırda qalıq qalmış 7500 manat vəsait ödənildiyi təqdirdə, həmin pul 22300 manat borcundan çıxılacaqdır. Apellyasiya Məhkəməsinin sözügedən hökmündən prokuror tərəfindən protest verilmiş və Ali Məhkəmə qətnaməni ləğv edərək, işi yenidən Apellyasiya Məhkəməsinin baxışına göndərmişdir. İşə yenidən baxıldıqda sonra, əvvəlki hökm ilə tutulan məbləğ eyni saxlanılsa da, təqsirkarın cəza müddəti uzadılmışdır. İddiaçıya 20000 manat vəsaiti, itirdiyi 22300 manatı bərpa etmək üçün verib. Çünki, iddiaçının kürəkəni həbsdən çıxmalıydı ki, olan borcu ödəsin. Müqavilə üzrə 2023-cü ilin yanvar ayında 800 manat ödənilmiş, sentyabr ayında isə icra qeydi verilmişdir.

13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının qızı X15 ondan 18000 manat, iddiaçının yeznəsi isə X11 32320 manat pul aldadaraq almışlar. 80 nəfər şəxsə qarşı 120000 manat məbləğində dələduzluq etmişlər. İddiaçının yeznəsi məhkəmə gedişatında ona 10000 manat pul ödəmişdir, qalan 22320 manat borcun isə hər ay 1000 manat ödəməsi barədə Firidunla aralarında razılıq əldə olunmuşdur və həmin razılaşma hökmdə də qeyd edilmişdir. Hətta məhkəmə iclas protoklunda həmin borcun aylıq 1000 manat ödənilməsi barədə aralarında bağlanmış razılıq öz təsdiqini tapmışdır. İddiaçının qızı isə barədə olan cinayət işi himayəsində körpə uşağı olduğu üçün dayandırılmışdır. İddiaçının qızı ona olan borcunu pulu olanda qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçı ona qardaş deyərək yeznəsinin həbsdən azad olması üçün ondan 20000 manat pul borc istəmişdir. Belə ki, iddiaçı yeznəsinin həbsdən azad olmadığı təqdirdə qızının ailəsinin dağılacağını bildirmişdir. O da, 32 saylı notariat ofisində iddiaçıya 20000 manat borc verməyi barədə aralarında borc müqaviləsi imzalanmış, iddiaçı ona olan borcunu hər ay 1000 manat olmaqla ödəyəcəyini bildirmişdir. İddiaçı ilə mübahisəsi artıq 8 ildir davam edir. İddiaçı 10000 manat pulu yeznəsinə vermiş, Firidunisə məhkəmə zalında pulu ona təqdim etmişdir. İddiaçı ona yeznəsinin həbsdən çıxmayacağı təqdirdə borcu ödəyə bilmədiyini bildirmişdir. Bu səbəbdən iddiaçıya borc pul vermişdir. İddiaçının yeznəsi ona olan borcun arvadının borcu olmasını, arvadından məlumatı olmadığını, ər kimi borcu öz üzərinə götürdüyünü bildirmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda yeznəsinin 32300 manat borcundan 10000 manat vermişdir. Bundan sonra ona yaxınlaşaraq, "xxxx" ASC-dən kredit pul götürdüyünü, faiz borcunun çox olduğunu və yeznəsinin həbsdən azad olmasını bildirərək, ondan 20000 manat borc pul götürmüşdür. İddiaçı tərəf elə bil adamlardır ki, hətta Bakı şəhər Baş Polis İdarəsində müstəntiqdən borc pul almışlar. İddiaçıya pul vermişdir ki, iddiaçının yeznəsi çıxıb onun pulunu qaytarsın. Yeganə xanım ona olan borcundan artıq 6000 manatdan çox ödəniş etmişdir. İddiaçı ona 10000 manat pulu verdikdən sonra notariusa getmişlər. X6 hazırda 22300 manat borcu vardır. Firidun 7500 manat pulu ödədiyi təqdirdə, həmin məbləği 22300 manatdan çıxacaq. İddiaçı notariusa qızı Aksana ilə birgə gəlmişdir. Firidun borcunun Aksanaya aid olduğunu bildirir. Aksanın barəsində hazırda Abşeron Rayon Polis İdarəsində 4 epizod üzrə cinayət işi başlanmışdır. Aksana və Firiduna isə işə düzəlmək məqsədilə pul vermişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdirk ki, cavabdeh 2018-ci ildə iddiaçının qızı və qızının əri müvafiq olaraq, Aksana Ağayevaya və Firudin Ağayeva Təhsil Nazirliyinin Təchizat şöbəsinə rəis vəzifəsinə işə düzəlmək üçün müxtəlif vaxtlarda pul verir, lakin işə düzələ bimir. İddiaçının qızı və qızının əri bir neçə şəxsə münasibətdə eyni əməlləri törətdiklərindən, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə X10 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi barədə ittiham irəli sürülür. Cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə (9-cu bənd) həmçinin Cavabdeh1 maddi ziyanın ödənilməsi dair mülki iddiası qismən təmin edilməklə X3 və X5 müştərək qaydada 17320 manat pul və 133 manat dövlət rüsumunun tutulması hökm edilir. Cavabdeh1 hökmlə tutulan məbləğdən narazı olur və iddia edir ki, əslində Firudin Ağayeva 32320 manat, arvadı Aksana Ağayevaya 8000 abş dolları + 5000 manat pul verib. Aksanaya verilən pul məbləği, Firudinə verilən məbləğə daxil deyil. Hansı ki, təqsirləndirilənlər bunu inkar edirlər. Hökmün mülki iddianın təmin edilməmiş hissəsindən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilir və həmin ərəfədə iddiaçı ilə cavabdeh və onun arvadı arasında hər biri 10000 manat olmaqla 2 borc müqaviləsi bağlanır və eyni zamanda məhkəmə iclasında zərərçəkmişə 10000 manat nəğd şəkildə pul ödənilir. Bundan sonra zərəçəkmiş şəxs təqsirləndirilənlə barışaraq, apellyasiya şikayətindən imtina edir. Hökmün sonradan dəyişməsi isə apellyasiya məhkəməsinin qərarından prokuror protesti əsasında yenidən araşdırma ilə bağlı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanır və borc verən (Cavabdeh1) borc alana (İddiaçı) 10000 manat məbləğində borc verir, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək hər ay 1000 manat borc verənə qaytarmağı öhdəsinə götürür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı X4 hökmdən apellyasiya şikayəti verməsi nəticəsində ona təyin edilmiş cəzaya münasibətdə Nərimanov Rayon Məhkəməsinin müvafiq hökmü dəyişdirilmiş və X9 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, qəti olaraq isə 3 il müddətinə azadlığın məhdudlaşdırıması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)- 595/2020 saylı hökmü ilə təyin edilmiş cərimə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi, həmçinin hazırki qərarla əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) il 01 (bir) ay 21 (iyirmi bir) gün hissəsi və X4 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət, ümumilikdə 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün X9 təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanması və onun cəzasını çəkmiş hesab edilməsi, əvvəlki apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Cavabdeh1 mülki iddia üzrə ödənilmiş 10000 manat məbləğin hökmün icrası zamanı nəzərə alınması qərara alınır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(103)-1269/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh1 təqsirləndirilən Firudin Ağayevin ona olan 32300 manat borcundan 10000 manat ödədiyini, qalan 22300 manat borcundan da, hər ay 1000 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürdüyün bildirir və buna görə də, apellyasiya şikayətindən imtina edir. 16.Hazırda İddiaçı iddia edir ki, o, xx.xx.2022-ci il tarixində borc müqaviləsi bağlanarkən aldadılıb. Belə ki, onun niyyəti əslində 17320 manat vəsaitdən 10000 manat (Hansı ki, ödənilmiş 10000 manat onun kürəkəninə verdiyi və özünə aid olan puldur) ödəniş edildikdən sonra qalıq qalmış borca görə, (yəni, kürəkənin borcunu ödəyəcəyinə zamin olmaq üçün) müqavilə bağlamışdır. Kürəkəninin apellyasiya icraatında 22320 manat məbləğində borcunu etiraf etmiş olmasından məlumatı olmamış, o sadəcə ümumilikdə 17320 manat borcun ödənilməsini təmin etmək niyyətində olmuşdur. Odur ki, müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Həmçinin, Cavabdeh1 arvadı S.Həmidovaya qarşı da, eyni məzmunda iddia qaldırdığını və həmin iddiasının təmin edildiyini bildirməklə, qətnamənin preyudisial xarakter daşıdığını hesab edir. Əmək haqqından olan tutulmaların əslində qalıq qalmış borca görə 7320 manat borca görə olduğunu düşündüyündən, bağlanan müqavilədən irəli gəldiyini bilməmişdir.

17. Cavabdeh1 isə iddia tələbini qəbul etmir. Həmçinin bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(103)-1269/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında təsirləndirilən şəxs Firudin Ağayev izahatında borcunu etiraf etməklə göstərmişdir ki, zərərçəkmişlə razılığa gəlmiş, 10000 manat ödəmiş, qalan məbləği də, hər ay 1000 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürür. Hazırda 22320 manat borc qalıb, Nərimanov Rayon Məhkəməsin hökmü ilə tutulan məbləğdən isə 7320 manat borc və 133 manat dövlət rüsumu ödənilməmişdir. Əgər (7320+133) 7453 manat vəsait ödəniləcəksə, həmin məbləği 22320 manatdan çıxacaq. Notariat ofisində bağlanan borc müqavilələri iddiaçıya vermiş olduğu 20000 manat borcun rəsmiləşdirilməsi xarakteri daşımışdır. Belə ki, iddiaçıya kürəkənini həbsdən çıxarmağa nail olması üçün 20000 manat borc vermişdir.

18. xx.xx.2022-ci il tarixli müqavilə (iddiaçının özünün etirafı nəzərə alınmaqla, ödənişlər gecikdirildiyindən və tam ödənilmədiyindən) üzrə notarius tərəfindən icra qeydi verilmiş və xx.xx.2023-xx.xx.2025-ci dövrləri əhatə edən Cavabdeh1 məxsus AZ49AİİB410100F**********115 hesaba dair çıxarışa görə xx.xx.2023-cü il tarixindən etibarən iddiaçının əmək haqqından cavabdehin xeyrinə borc üzrə tutulmalar həyata keçirilir.

19. Məhkəmə iddianın rədd edilməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının həm iddia ərizəsinin dəlillərindən, həm də məhkəmə iclasında bildirdiklərindən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixli borc müqaviləsinin etibarsızlığını 2 əsasla tələb edir. Birincisi o, müqavilə bağlanması məqsədilə aldadıldığını iddia edir. Bu barədə onun dəlilləri belə olmuşdur ki, notariusda bağlanılan borc müqaviləsinin predmetinin 10000 manat olduğunu bilməmişdir və notarius da ona müqavilənin predmeti barədə məlumat verməmişdir. Hansı ki, elə zənn etmişdir ki, o, hökmlə müəyyən edilən 17000 manat vurulmuş zərərdən qalıq qalan 7000 manat məbləğə dair müqavilə bağlanılmışdır. Çünki onun cinayət işinin materiallarından, irəli sürülən ittihamdan, kürəkəninin etirafından xəbəri olmamışdır. Cavabdeh isə bu halı ondan gizlədərək 10000 manat pulun qaytarılması ilə bağlı müqavilə bağlanılmasına nail olmuşdur. İkinci dəlili isə ondan ibarətdir ki, əslində cavabdeh ona borc verməmiş və tərəflər arasında borc münasibətləri olmamışdır. Notariusun kassasında əməliyyat olunan 10000 manat isə onun özünün zərərçəkmişə məhkəmə iclasında təqdim olunması üçün bankdan götürdüyü vəsait olmuşdur. İddiaçının birinci dəlilini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla iddiaçının müqavilə bağlanılması məqsədilə aldadıldığı öz təsdiqini tapmır. Belə ki, həmin müqavilə əvvəla notariusda bağlanmışdır və müqavilənin predmeti olan 10000 manat məbləği iddiaçı özü gətirmişdir. İkincisi məhkəmə proseslərində və zərərçəkmişlərlə danışıqlarda iştirak etməsinə baxmayaraq, qızının və kürəkənin təqsirləndirildiyi cinayət işi üzrə irəli sürülən ittihamdan iddiaçının məlumatsız olması inandırıcı deyildir. Üstəlik, onsuz da mülki iddianın təmin edilmiş hissəsindən (17320 manat) narazı olan zərərçəkmişin hökmdən şikayət verməsinə və ona dəyən zərərin 32000 manat olmasını iddia etməsinə baxmayaraq, yalnız 10000 manat ödənilməklə və mülki iddianın təmin edilməyən hissəsi ilə razılaşaraq apellyasiya şikayətindən imtina etməsi məntiqli hesab edilə bilməz. Üçüncüsü iddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, müqavilənin bağlanmasından 6-7 ay sonra (2023-cü ilin may-iyun ayları) notariusdan sənədlər ünvanına gələn zaman bilmişdir ki, o, aldadılmışdır və 7000 manat əvəzinə ona 10000 manatlıq borc müqaviləsinə imza atdırmışlar. Hansı ki, iddiaçı burda əqdin mübahisələndirilməsi ilə bağlı 1 illik kəsici müddəti (iddia məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur və iddiaçının əqdi başqa qaydada məhkəmədən kənar mübahisələndirməsi müəyyən edilmir) ötürmüşdür. Məhkəmə iddiaçının ikinci dəlili ilə bağlı qeyd etmişdir ki, işin halları ilə müəyyən edilən odur ki, tərəflər arasında borc münasibətləri olmasa da, iddiaçı qızının və kürəkəninin təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsin qarşısında vurulan zərərlə bağlı öhdəliyi öz üzərinə götürməklə mövcud borcu etiraf etmişdir. Yəni borc müqaviləsi bağlanan zaman tərəflərin əslində arzuladığı hüquqi nəticə və iradə ifadələrinin həqiqi məzmunu mövcud borcu etiraf etmək olmuş və əslində üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti olmamışdır. Hansı ki, hamıya bəllidir ki, notariusda uzun müddətdir ki mövcud borcun etirafı barədə müqavilələrin təsdiq edilməsindən imtina edilir və tərəflər bağlamaq istədikləri əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinlik çəkdiklərindən və həmin hüquqi proseduru həyata keçirmək iradəsinə sahib olmadıqlarından bu addımı atmışlar. Eyni zamanda nəzərə alınmalıdır ki, borc razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir və tərəflər də əslində həmin hüquqi prosedur çərçivəsində davranmışlar. Məhkəmə əlavə etmişdir ki, iddiaçı öhdəliyi üzərinə götürməklə faktiki olaraq mövcud borcu etiraf etdikdən və bu səbəbdən də yaxın qohumuna yüngül cəza verilməsinə nail olduqdan sonra vicdanlılıq prinsipinə zidd olaraq əqdin etibarsızlığını tələb edərək hüquqdan sui-istifadə etmişdir. Halbuki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.2, 340.1, 340.2, 354.2, 385.1, 404.1, 431.1, 739.1, 882.2, 882.5, 560-cı; Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və həmçinin digər eyni məzmunlu mülki iş üzrə mövcud olmuş vəziyyət və gəlinmiş nəticə nəzərə alınmamış, qanunsuz və əsassız olaraq iddia tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, işin faktiki hallarından da müəyyən olunduğu kimi iddiaçının qızının əri X12 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, məhkəmənin gedişində zərərçəkmiş şəxs Cavabdeh1 ona 10.000 manat ödəniləcəyi halda şikayətini geri götürəcəyini bildirmiş, buna görə də iddiaçı onun təklifi ilə razılaşıb "xxxx"dan 10000 manat pul götürərək məhkəmə zalında zərərçəkmiş şəxsə təqdim etmək istədi (Kapital Bankla araalrında kredit müqaviləsi imzalandı). Lakin zərərçəkmiş şəxs buna razı olmayaraq həmin pulun notarial qaydada verilməsini tələb edərək barışıq ərizəsini notarial qaydada verəcəyini bildirdi. İddiaçı də onunla X1 və Cavabdeh1 ilə 32 saylı Notariat orqanına gedərək, pulu orada Cavabdeh1 təqdim etdi. Lakin notariusda olarkən onlar pulu götürməkdən imtina edərək 7000 manatla bağlı qızının ərini türmədən çıxacağını, özünün ödəyəcəyi barədə öhdəlik götürmüş və öhdəlik müqaviləsinin bağlanmasına razılaşmışdır. İddiaçı 7000 manatın öhdəliyini götürdüü. Sonra onlar razılaşdı. Daha sonra 32 saylı notariat kontorundan kredit götürdüyü 10000 manat pulu 2 dəfə kassaya salıb çıxarandan sonra özünə təqdim etdilər. İddiaçı ilə orada 2 ədəd saxta ard-arda borc müqaviləsi bağlanıldı. Yəni İlham və arvadı Səbinə ilə ayrı ayrılıqda 2 dəfə kredit müqaviləsi imzaladı. 1-ci müqavilənin imzalanması ilə 2-ci müqavilənin imzalanması arasında 17 dəqiqə fərq var. Həmin vaxt notarius iddiaçıya ard-arda 2 borc müqaviləsi bağlamağı barədə məlumat verməmişdir. Bundan sonra onlar yenidən məhkəməyə getdilər və orda pulu zərərçəkmişə təqdim etdi, o, isə məhkəmə zalında hazırda cavabdeh olan yoldaşının köməkliyi ilə barışıq ərizəsini təqdim edib ona verdilər. Bundan sonra yeznəsini həbsdən buraxdılar. Yeznəsi ilə arasında razılaşma o olmuşdur ki, 7000 manatı yeznəsi hər ay 1000 manat ödəyəcək, lakin yeznəsi həmin pulu ödəyə bilmədi və buna görə də iddiaçının əmək haqqından hər ay 415 manat məbləğində pul tutulmağa başladı. Yeznəsi pulu ödəməyəndə Cavabdeh1 ona zəng edərək “mən səninlə öhdəlik müqaviləsi yox 2 dənə borc müqaviləsi imzalamışam. Yəni 20000 manat pulu canın çıxıb ödəməlisən” sözlərini dedikdə iddiaçı notariusa müraciət edib oradan sənədləri aldıqdan sonra məhkəməyə müraciət edib. Qeyd edir ki, onun kürəkəninin etiraf etdiyi 22300 manat borcdan xəbəri olmamışdır. İddiaçının məqsədi ödənilməli olan 17320 manat puldan qalıq qalmış 7000 manat pulu ödəmək olmuşdur. Hansı ki, kürəkəni ilə arasında olan razlaşmaya görə ayda 1000 manatdan 7 ay ərzində həmin borc ödənilməli idi. İddiaçının cavabdehə 20000 manat borcu olmamış və o, sadəcə olaraq 7000 manatın ödənilməsi üçün müqaviləyə imza etmişdir. Cinayət işinə baxılan zaman məhkəmədə cavabdehə 10000 manat təklif edilsə də, razılaşmamış, buna görə də həmin pulla notariusa gedib müqavilələr imzalandıqdan sonra, məhkəmə zalında cavabdeh 10000 manat pulu almışdır. Həmin cinayət işindən onun məlumatı olmamış və məhkəmə proseslərində iştirak etməmişdir. Sadəcə 10000 manatın verilməsi üçün 3 dəfə apellyasiya məhkəməsinə gedib-gəlmişdir. Notarial qaydada cavabdehlə arasında müqavilə bağlanandan sonra, yeznəsi azadlığa çıxsa da, öhdəliyi icra etməmişdir. Daha sonra evinə dəqiq xatırlamadığı ilin mart ayında borcun ödənilməsi ilə bağlı məktublar gəlmişdir. Müqavilə 2022-ci ilin dekabrında bağlansa da, cavabdeh özü pulun ödənilməsi üçün yeznəsinə iki ay möhlət vermişdir. Lakin borc ödənilməmişdir. Dəqiq tarixi xatırlamasa da, yeznəsi yay aylarında cavabdehə 800 manat pulu əlbəəl verib. 2023-cü ilin sentyabr ayından isə iddiaçının əmək haqqı kartından 415 manat pul tutulmağa başlamışdır. Həmin tutulmanın 7000 manat borca görə olduğunu düşünsə də, evinə gələn məktublardan borcun 20000 manat kimi göstərilməsi onu işin araşdırılmasına sövq etmişdir. Məktuba görə 10000 manat borcdan təxminən 6000 manat ödənilsə də, 4000 manata yaxın borcu qalıb. 5200 manat maaşından tutulmuş, 800 manat əlbəəl verilmişdir. Hazırda aldadılmaqla, 10000 manat dəyərində olan borc müqaviləsini imzalamışdır, əslində niyyəti 7000 manat borcun ödənilməsi ilə bağlı öhdəlik götürmək olmuş, müqaviləyə də, 7000 manat olduğunu düşündüyü üçün imza etmişdir. Kürəkəninin etiraf etdiyi borcun iddiaçıya heç bir aidiyyəti yoxdur. Aldadıldığından əmindir. Kürəkəninin Cavabdeh1 17000 manat borcu olub. Həmçinin qeyd edir ki, eyni iddia tələbi ilə Cavabdeh1 arvadı olan X14 qarşı da məhkəməyə etdiyi tələb təmin olunmuş və həmin qətnamə apellyasiya məhkəməsində də qüvvədə saxlanılmışdır. Qızının və kürəkəninin borcunun olmasından xəbərsiz olmuşdur və yeznəsinin cavabdehə 32300 manat borcunun olmasını bilməmişdir. Lakin tələbi araşdıran birinci instansiya məhkəməsimənim müqavilə bağlanılması məqsədilə aldadılmağının öz təsdiqini tapmadığını, qızının və kürəkəninin təqsirləndirildiyi cinayət işi üzrə irəli sürülən ittihamdan məlumatsız olmağının inandırıcı olmadığını, tərəflər arasında borc münasibətləri olmasa da, qızının və kürəkəninin təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsin qarşısında vurulan zərərlə bağlı öhdəliyi öz üzərinə götürməklə mövcud borcu etiraf etdiyini, yəni borc müqaviləsi bağlanan zaman tərəflərin əslində arzuladığı hüquqi nəticə və iradə ifadələrinin həqiqi məzmunu mövcud borcu etiraf etmək olduğunu və əslində üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti olmadığını qeyd etməklə səhv qənaətə gəlmişdir. Qeyd edir ki, digər iş üzrə iddiaçı cavabdehlər X14 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı Cavabdeh1 da müstəqil tələb irəlisürməyən üçüncü şəxs qismində cəlb olunduğu “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək X19 aramızda bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M- 1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Həmin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3996/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, mənimlə cavabdeh X19 arasında bağlanmış 10 dekabr 2022ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 3M 1778 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilmişdir. Göründüyü kimi eyni tələblə əlaqədar hazırki iş üzrə cavabdehlə eyni zamanda onun arvadı ilə bağlanmış kredit müqaviləsi hazırki iddia tələbində göstərilən əsaslarla etibarsız hesab edilərək digər məhkəmə icraatı çərçivəsində ləğv edilmiş, həmin qətnamədə tərəflər arasında borc münasibətlərinin olmadığı, formal müqavilə bağlandığı, tərəflər arasında faktiki borc münasibətlərinin mövcud olmadığı, həmin müqavilə üzrə verilmiş pulun cinayət işi üzrə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlanıldığı, nəticə etibarı ilə tərəflərin həqiqi iradə ifadəsinin borc münasibətləri olmadığı göstərilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmadan həmin sübutlar iddia tələbinə dair qətnamə qəbul edilərkən nəzərə alınmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

24. Məhkəmə kollegiaysının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uuğun izahat verərək şikaytin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, 7000 manat ödəməli idi. Amma cavabdeh və yoldaşı onu aldadıblar. Cavabdehin yoldaşı ilə də mübahisəsi olub. Bugün də 350 manat maaşından tutulub. Borcundan təxminən 8000 manata yaxın ödənilib. 7000 manata zamin duracağını düşünmüşdür. 10.000 manat kassaya 2 dəfə girdi-çıxdı.

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsinin, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı, qızı və kürəkəni dələduzdurlar. İddiaçının qızı və kürəkəni dələduzluq cinayətinə görə cəza alıblar. Bankdan pulu iddiaçı götürüb ki, yeznəsinin borcunu ödəsin. Pulu iddiaçıya ona görə vermişdir ki, borclarını qaytarsınlar. İddiaçının izahatları da hər dəfə fərqlidir. 8 nəfər gəlib ondan (cavabdehdən) xahiş etdilər ki, razılaşma olsun. İddiaçı dedi ki, hər həftə Bakı İstintaq Təcridxanasına pul verir, artıq pulu bitir. İllərdir ki, istintaq gedirdi. İddiaçı özü də ödənişləri edib, maaşından tutulub. 22320 manat kürəkənin borcu olub. Kredit müqaviləsini iddiaçı imzalayıb, tək də olmayıb. Qızı ilə gəlib.

26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh 32 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxslər X15 və X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər caavbdehin və üçüncü şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: -560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanır və borc verən (Cavabdeh1) borc alana (İddiaçı) 10000 manat məbləğində borc verir, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək hər ay 1000 manat borc verənə qaytarmağı öhdəsinə götürür.

34. İddiaçı iddia edir ki, o, xx.xx.2022-ci il tarixində borc müqaviləsi bağlanarkən aldadılıb. Belə ki, onun niyyəti əslində 17320 manat vəsaitdən 10000 manat (hansı ki, ödənilmiş 10000 manat onun kürəkəninə verdiyi və özünə aid olan puldur) ödəniş edildikdən sonra qalıq qalmış borca görə, (yəni, kürəkənin borcunu ödəyəcəyinə zamin olmaq üçün) müqavilə bağlamışdır. Kürəkəninin apellyasiya icraatında 22320 manat məbləğində borcunu etiraf etmiş olmasından məlumatı olmamış, o, sadəcə ümumilikdə 17320 manat borcun ödənilməsini təmin etmək niyyətində olmuşdur. Cavabdehlin niyyəti onu aldadıb borc altına qoymaq idi. Hesab edir ki, cavabdeh onu aldadaraq kredit müqaviləsi bağlamışlar və bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılmalıdır.Odur ki, müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Həmçinin, Cavabdeh1 arvadı S.Həmidovaya qarşı da, eyni məzmunda iddia qaldırdığını və həmin iddiasının təmin edildiyini bildirməklə, qətnamənin preyudisial xarakter daşıdığını hesab edir. Əmək haqqından olan tutulmaların əslində qalıq qalmış borca görə 7320 manat borca görə olduğunu düşündüyündən, bağlanan müqavilədən irəli gəldiyini bilməmişdir.

35. Cavabdeh1 isə iddia tələbini qəbul etməyərək bildirir ki, iddiaçıya kürəkənini həbsdən çıxarmağa nail olması üçün 20000 manat borc vermişdir.

36. İddianın təmin edilməməsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçının apellyasiya şikayəti üzrə dəlilləri iddia ərizəsindəki dəlilləri ilə eyni olmaqla ondan ibarətdir ki, kürəkəninin apellyasiya icraatında 22320 manat məbləğində borcunu etiraf etmiş olmasından məlumatı olmamış və iddiaçının Cavabdeh1 arvadı S.Həmidovaya qarşı da, eyni məzmunda iddia qaldırdığını və həmin iddiasının təmin edildiyini bildirməklə, qətnamənin preyudisial xarakter daşıdığını hesab edir, əmək haqqından olan tutulmaların əslində qalıq qalmış borca görə 7320 manat borca görə olduğunu düşündüyündən, bağlanan müqavilədən irəli gəldiyini bilməmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar-aldatma yolu ilə borc müqaviləsinin bağlanılması, onun sözügedən cinayət işindən məlumatsız olması iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamışdır.

38. İşin hallarından göründüyü kimi iddiaçı aldadıldığını onunla əsaslandırır ki, o, notariusda bağlanılan borc müqaviləsinin predmetinin 10000 manat olduğunu bilməmişdir və notarius da ona müqavilənin predmeti barədə məlumat verməmişdir. 7000 manat məbləğə dair razılıq vermişdir. Çünki onun cinayət işinin materiallarından, irəli sürülən ittihamdan, kürəkəninin etirafından xəbəri olmamışdır. Cavabdeh isə bu halı ondan gizlədərək 10000 manat pulun qaytarılması ilə bağlı müqavilə bağlamasına nail olmuşdur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.

40. Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 41.Belə ki, müqavilənin qarşı tərəfinin (yaxud onun məlumatı daxilində) aldadıcı davranışı qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz.

42. Hazırkı mülki işdə iddiaçı borc müqaviləsini bağlanarkən aldadıldığını qeyd etsə də, onun cavabdeh tərəfindən aldadılması halı öz təsdiqini tapmamış, notariusda bağlanılan borc müqaviləsinin predmetinin 10000 manat olduğunu bilmədiyini iddia etsə də digər tərəfdən 10000 manat məbləğdə pulun notariusun deposit hesabına mədaxil edildiyini qeyd etmişdir. Bununla yanaşı, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək ödənişlər də etmişdir.

43. Kollegiya həmçinin, mübahisələndirilən əqdlər üzrə kəsici müddətin ötürülməsi ilə bağlı məhkəmənin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, müqavilənin bağlanmasından 6-7 ay sonra (2023-cü ilin mayiyun ayları) notariusdan icra qeydi ilə bağlı sənədlər ünvanına gələn zaman bilmişdir ki, o, aldadılmışdır və 7000 manat əvəzinə ona 10000 manatlıq borc müqaviləsinə imza atdırmışlar (i.v.84). Hansı ki, iddiaçı burda əqdin mübahisələndirilməsi ilə bağlı 1 illik kəsici müddəti ötürmüşdür. Belə ki, iddia məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur və iddiaçının əqdi başqa qaydada məhkəmədən kənar mübahisələndirməsi müəyyən edilmir. xx.xx.2023-xx.xx.2025-ci dövrləri əhatə edən Cavabdeh1 məxsus AZ49AİİB410100F**********115 hesaba dair çıxarışa görə xx.xx.2023-cü il tarixindən etibarən icra qeydi əsasında iddiaçının əmək haqqından cavabdehin xeyrinə borc üzrə tutulmalar həyata keçirilir.

44. Mülki Məcəllənin 354.2-ci maddəsi isə mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir.

45. O cümlədən nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi digər kredit müqaviləsi cavabdehin arvadı ilə bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı tələbi üzrə qəbul edilmiş qətnamə ilə müəyyən edilmiş hallar hazırkı mülki iş üzrə preyudisial deyildir. Belə ki, hazırki mülki işdə cavabdeh tərəf eyni şəxs deyil. Bundan əlavə, hazırki mülki işin halları da fərqlidir. Belə ki, hazırki mübahisə predmeti olan kredit müqaviləsi üzrə iddiaçı borcu qismən də olsa qəbul edir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar