Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-284/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs2 оğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “fəaliyyət qabiliyyətli olmayan hesab edilmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, Ərizəçinin prosessual hüquq varisi X2, Maraqlı şəxs2 оğlu, Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın nümayəndəsi X5 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-5336/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 оğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu,xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs2 оğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-5336/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) ərizə təmin edilmiş, xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs2 оğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, qətnamənin onun üzərində qəyyum təyin edilməsi üçün əsas olduğu qərara alınmışdır.
2. Maraqlı şəxs2 оğlu həmin qətnamədən apellyasiya şikayəti vermidir.
3. İşə apellyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə ölmüşdür.
4. Apellyasiya icraatı zamanı Ərizəçi qızı X2 ərizəçinin prosessual hüquq varisi kimi işə cəlb edilmişdir Apellyasiya şikayəti və onun dəlilləri:
5. Maraqlı şəxs2 оğlu həmin qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, fəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair hazırkı qətnamədən mərhum anasının vərəsəlik işi ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verərkən xəbər tutmuş, məhkəmə iclaslarına çağrılmamış, onun məhkəmədə dinlənilmək hüququ pozulmuş, psixi durumu yerindədir, öz hərəkətlərinə də nəzarət edə bilir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun mərhum anası keçmiş arvadı ilə olan əmlak mübahisəsi zəmnində hazırkı qətnamənin qəbul edilməsinə nail olmuşdur. Əslində onun fəaliyyət qabiliyyətsiz hesab olunması üçün hər hansı bir əsas, nə ağıl zəifliyi, nə də ruhi xəstəliyi yoxdur. Rayon məhkəməsi onu işə baxılmasına cəlb etməmiş, onu dinləməmiş, əgər rayon məhkəməsi onu dəvət edib dinləsəydi, əmin olardı ki, o, sağlam və ağlıbaşında olan adamdır. Lakin onu məhkəməyə çağırmamışlar. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında ərizəçinin prosessual hüquq varisi A.Allahverdiyeva apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, Maraqlı şəxs2 onun qardaşıdır, hesab edir ki, onun müəyyən çatışmazlıqları var, onu aldadıb əmlakını əlindən ala bilərlər, bu səbəbdən iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın nümayəndəsi S.Məmmədova Kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi:
9. Bakı-Nizami RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Qazax rayonunun Orkməzli kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır.
10. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 31 mart 1990-cı il tarixdə təkrar verilmiş XV-)KF 333047 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və Bakı-Nizami RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 16 avqust 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X1, anası Ərizəçidır və ünvan 1 ünvanında qeydiyyatdadır.
11. ünvan 3indən 04 avqust 2017-ci il tarixdə verilmiş 446 №-li arayışdan görünür ki, 1976-cı il təvəllüdlü Maraqlı şəxs2, həqiqətən 1995-ci ildən «Şəxsiyyətin kəskin ifadə olunmuş emosional davamsız pozuntusu (qarışıq tipli) tez-tez təkrarlanan dekompensasiyalar və çox saylı kobud özünü kəsmələrlə» diaqnozu ilə ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və İİİ qrup əlildir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli 1769 saylı rəyində ekspert komissiyası Maraqlı şəxs2 müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar onun, hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5139/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspert qarşısında xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs2 оğlunun hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyətinin müəyyən edilməsi sualı qoyulmuşdur.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli 843 saylı rəydə aşağıdakılar da əksini tapmışdır: “...Qeyd olunmalıdır ki, hazırkı müayinə zamanı Maraqlı şəxs2 ünsiyyətə fəal daxil olmuş, suallara mahiyyətinə uyğun cavablar vermiş, fikirlərini sərbəst ifadə etmiş, təfəkkürü məntiqli olmuş, onda hər hansı kəskin psixopatoloji əlamətlər aşkar olunmamış, yaddaş və intellekt funksiyaların pozulması qeyd olunmamış, öz vəziyyətinə qarşı tənqidi kifayət həcmdə olmuşdur. Qeyd olunmalıdır ki, Maraqlı şəxs2 dəfələrlə psixiatriya xəstəxanalarında müalicə olunmasına baxmayaraq hər dəfə ona «Şəxsiyyət pozuntusu» diaqnozu qoyulmuş, xroniki psixi xəstəlik və kəmağıllıq əlamətləri aşkar edilməmişdir. Hal-hazırda Maraqlı şəxs2 aşkar olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” kompensasiya (yaxşılaşma) vəziyyətindədir. Maraqlı şəxs2 onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum edən ali psixi funksiyaların (təfəkkür, qavrama, yaddaş, intellekt) pozulması müəyyən edilməmişdir..”.
15. Həmin rəyin nəticə hissəsində qeyd edilir ki, Maraqlı şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır. Maraqlı şəxs2 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maddə 322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
19. Hazırkı halda qətnamə Maraqlı şəxs2 оğlu tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini onun apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunaraq ərizə təmin edilməməlidir. Ərizəni təmin edən rayon məhkəməsi yalnız mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli 1769 saylı rəyinə əsaslanmışdır.
21. Maraqlı şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, hazırkı qətnamədən mərhum anasının vərəsəlik işi ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verərkən xəbər tutmuşdur. Mülki iş materiallarından məlum olur ki, Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmiş, bundan başqa, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat da verilməmişdir. Halbuki MPM-in 320.2-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Bununla da məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən işə Maraqlı şəxs2 məhkəmədə dinlənilmək və məhkəmə iclasında iştirak etmək kimi konstitusion və prosessual hüquqları pozulmaqla baxılmışdır.
22. Maraqlı şəxs2 apellyasiya şikayəti ilə əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspert qarşısında xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs2 оğlunun hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyətinin müəyyən edilməsi sualı qoyulmuşdur.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli 843 saylı rəydə aşağıdakılar da əksini tapmışdır: “...Qeyd olunmalıdır ki, hazırkı müayinə zamanı Maraqlı şəxs2 ünsiyyətə fəal daxil olmuş, suallara mahiyyətinə uyğun cavablar vermiş, fikirlərini sərbəst ifadə etmiş, təfəkkürü məntiqli olmuş, onda hər hansı kəskin psixopatoloji əlamətlər aşkar olunmamış, yaddaş və intellekt funksiyaların pozulması qeyd olunmamış, öz vəziyyətinə qarşı tənqidi kifayət həcmdə olmuşdur. Qeyd olunmalıdır ki, Maraqlı şəxs2 dəfələrlə psixiatriya xəstəxanalarında müalicə olunmasına baxmayaraq hər dəfə ona «Şəxsiyyət pozuntusu» diaqnozu qoyulmuş, xroniki psixi xəstəlik və kəmağıllıq əlamətləri aşkar edilməmişdir. Hal-hazırda Maraqlı şəxs2 aşkar olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” kompensasiya (yaxşılaşma) vəziyyətindədir. Maraqlı şəxs2 onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum edən ali psixi funksiyaların (təfəkkür, qavrama, yaddaş, intellekt) pozulması müəyyən edilməmişdir...”.
24. Həmin rəyin nəticə hissəsində müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 halhazırda öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır. Maraqlı şəxs2 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir.
25. Göründüyü kimi, istinad olunan ekpert rəyi ilə Maraqlı şəxs2 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli şəxs hesab edilməli olması qənaətinə gəlindiyindən, Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməməlidir. Maraqlı şəxs2 məhkəm iclaslarındakı səlis və məntiqli izahatları, eləcə də sərbəst davranışı da bu qənatə gəlməyə əsas verir. Bununla da müəyyən olunur ki, ərizəyə baxmış rayon məhkəməsi Maraqlı şəxs2 məhkəmədə iştirakını təmin edərək onu dinləsəydi, qətnaməsində istinad etdiyi yeganə sübut olan ekspert rəyinə tənqidi yanaşar və ya təkrar ekspertiza təyin etməklə obyektiv araşdırmanı təmin edə bilərdi. Rayon məhkəməsi isə bunu etməmişdir. Nəticə:
26. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prossesual hüquq normaları pozulmaqla işə baxıldığından, barəsində qərar qəbul olunan M.Aallahverdiyevin məhkəmədə iştirakı və dinlənilmək hüququ aşkar pozulduğundan, tam və hərtərəfli araşdırma aparılmadığından, nəticədə də düzgün olmayan qətnamə qəbul edildiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir.
27. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Maraqlı şəxs2 оğlu verilmiş apellyasiya şikayəti təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-5336/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, ərizə təmin edilməsin. Ərizə və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov