Məhkəmə qərarları › İş №2(103)-2840/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2840/2021

24.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2840/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Qurbanov Pərviz Sahib oğlunun iştirakı ilə, İddiaçı Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun cavabdeh “xxxx” MMC-ə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3217/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Məhərrəmov Fəxrəddin Hacıqulu oğlu cavabdeh “xxxx” MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun "xxxx" MMC-də prorektor köməkçisi vəzifəsi işini yerinə yetirə bilməyi üçün iş yerinə buraxılmamağı barədə edilən maneəçiliyin aradan qaldırılması, bu müddət ərzində ona ödənilməmiş əmək haqqı, əmək qabiliyyətinin müvvəqqəti itirilməsi ilə əlaqədar sosial sığorta müavinətinin ödənilməsi və mənəvi zərər görə 10.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də 01/29 saylı, xx.xx.2003cü il tarixli əmrə əsasən prorektor köməkçisi vəzifəsində işə başlamışdır. Qeyd olunan işlə bağlı işəgötürən tərəfindən dəfələrlə müxtəlif əmrlər xx.xx.2004-cü il tarixli əmr №01/02, xx.xx.2006-cı il tarixli əmr №02/26) qəbul edilmişdir. Qeyd olunan dövrdə hələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron İnformasiya Sistemi"-i qurulmadığından onunla bağlanmış əmək müqaviləsi elektron sistemdə qeydə alınmamışdır. Daha sonra isə işəgötürənin səhlənkarlığı nəticəsində qeyd olunan əmək müqaviləsi qeydə alınmaqdan yayınılmışdır.Onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixə kimi müəyyən edilməsinə baxmayaraq o, daimi olaraq Universitetin işçisi olmuş, yəni müqavilə tərəflərin susması əsası ilə növbəti müddətə uzadılmışdır. Bugünki tarixə kimi qeyd olunan müqvilə üzrə onunla əmək münasibətlərinə xitam verilməmişdir. Lakin buna baxmayaraq o, iş yerinə öz vəzifələrinin icrası üçün buraxılmır.Onu da qeyd edir ki, 2009-cu ildə ictimai əsaslarla Universitetdə Həmkarlar İttifaqı Təşkilatının sədri seçilmiş və bu barədə onun Universitetin rektoru Musayev Akif Fərhad oğlu arasında xx.xx.2009-cu il tarixdə 175 saylı əmək müqaviləsi bağlanmışdır.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 №-li Fərmanına uyğun olaraq 2009-cu ildə yenidən tərtib olunmuş bu əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron İnformasiya Sistemi'- nə (EİS-nə) daxil edilmiş və Nazirliyin yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 10.09. 2014-cü il tarixli 23STQ7W0Q100 №-li "Əmək Müqaviləsi Bildirişi" kimi hüquqi qüvvəyə minmişdir.xx xxxxx 2015-ci ildə iddiaçı xəstəxanaya düşmüş və ürəyində Aorta Koronar Şuntlama açıq cərrahi müdaxilə əməliyyatı aparılmışdır. Xəstəlik və onun müalicəsi 2015-ci ildə 10 apreldən - 17 sentyabra kimi 5 ay 7gün davam etmişdir. Əmək qabiliyyətinin müvvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqlərini (yaşayış yeri üzrə şəhər poliklinikasının verdiyi bülletenləri) ardıcıl olaraq iş yerinə təqdim etmişdir. Həmçinin Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar DSK-nın verdiyi məktubu iş yerinə vaxtında təqdim etmişdir. Lakin işəgötürən yəni "xxxx" MMC qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə xəstəliklə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 5 ay 7 gün üciin sosial sığorta müavinətini və 2015-ci il Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq müddət üçün əmək haqqını ödəməkdən imtina edir.Xəstəlik müddəti qurtaran günü xx xxxxxxxx 2015-ci ildə səhər işə gəldim. Dəftərxanaya 17 saylı Yasamal üçüncü DSK tərəfindən xxxxnin rektoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli, 17-x/372 nömrəli "Məlum olduğu kimi x xxxxxx 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günüdür. Sizin rəhbərlik etdiyiniz Universitetin əməkdaşı F.H. Məhərrəmov DSKnın həlledici səs hüquqlu üzvüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə(və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 33.1-ci maddəsinə(Dairə Seçki Komissiyasının üzvülərinin fəaliyyətinin təminatları) əsasən, seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək olan müddətdə işçilərin iş yeri üzrə aldığı əmək haqqı saxlanılır" məzmunlu məktubunu və Rektorun adına yazdığım xx.xx.2015-ci il tarixli onun ürəyində 2015-ci ilin aprel ayında Ü.İ.X. Aorta Koronar Şuntlama açıq cərrahiyyə əməliyyatı aparılmışdır. Xəstəlik dövrü üçün Bakı şəhəri 16 saylı poliklinikanın verdiyi xəstəlik vərəqlərini ardıcıl olaraq kadrlar şöbəsinə təqdim etmişdir. Bu xəstəlik vərəqlərinin ödənilməsi barədə göstəriş verilməsini xahiş edir." məzmunlu ərizəsinii təqdim etmişdir.Ancaq MMC-nin rəhbərliyi onu işə buraxmamış və aşağdakı məzmunda arayış təqdim edərək bildirmişdir ki, Məhərrəmov Fəxrəddin Hacıqulu oğlu, artıq onların işçisi deyil. Arayışdamənasız və qanunvericiliyə zidd cümlələr yazılmışdır: ".... qeyd olunan müqavilə (yənixx.xx.2009-cu il tarixli, 175N‘J-li əmək müqaviləsi) bağlandığı andan etibarsız sayılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuş və müraciətə cavab olaraq F.H.Məhərrəmovun əmək müqaviləsi bildirişi etibarsız hesab edilmişdir. Məhz bu səbəbdən F.H.Məhərrəmov Universitetin işçisi olmadığına görə onun tərəfindən təqdim edilmiş xəstəlik vərəqəsi əsasında orta əmək haqqınınödənilməsi mümkün deyil. xx.xx.2015-ci il. imza, rektor: F.T.Əhmədov". Bu arayışda 13 il hüquqi qüvvədə olan əmək müqaviləsi, hansı ki o prorektorun köməkçisi kimi işə götürülməyi heçə sayılır. Bu səbəbdən " F.H. Məhərrəmovun Universitetin işçisi olmadığı" qənaətli anlayışlarını sağlam düşüncə ilə heç cürə başa düşmək olmur. Deməli işəgötürən səlahiyyətlərini icra edən rektor onunla hələ 2009-cu ildə bağlanmış əmək müqaviləsini özü tərəfindən müəmmalı şəkildə etibarsız "sayılır" sözünü əsas götürərək mövcud əmək müqaviləsini "ləğv" etmişdir. Lakin onunla Universitet arasında iki fərqli vəzifə üçün ayrıayrı əmək müqaviləsi olması nəzərə alınmamışdır.İddiaçı, ikinci müqavilənin etibarsız hesab edilməsi barədə aktı məhkəmə qaydasında mübahisələndirmişdir. Nəticədə aşağıda qeyd etdiyi məhkəmə qərarları qəbul edilmişdir. Lakin məhkəmə davam edən müddətə və daha sonra dəfələrlə Universitetə müraciət etsə də, onu nə iş yerinə buraxmışlar, nə də onunla bağlanmış 01/29 saylı, xx.xx.2003-cü il tarixli əmrə əsasən münasibətlərə xitam vemişlər ki, o yenidən işə qəbul edilə bilsin.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1394/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnməsi ilə iddiaçı Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı "işəbərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək qabiliyyətinin olmaması ilə xəstəlik vərəqlərinə (bülletenlərinə) görə ödənişin edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4250/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4827/l6 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4250/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3217/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətini əsassız hesab edərək təmin edilməməsini, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, Məhərrəmov Fəxrəddin Hacıqulu oğlu eyni predmet üzrə Azərbaycan Respublikası Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016 tarixli, 2(102)-4827/2016 saylı qərarı ilə Fəxrəddin Məhərrəmovun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)-4250/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qərar qanuni qüvvəyə minmişdir. Eyni zamanda iddiaçı bu məsələ ilə bağlı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Əvvəlki məhkəmə qətnamələrində Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun iddia tələbindəki məsələlərə digər məhkəmə proseslərində artıq hüquqi qiymət verilmişdir. Eyni zamanda iddia müddətinin keçməsini də bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin büyövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia rədd olunmuş, qətnaməni də iddiaçı mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - xx.xx.2003-cü il tarixli 01/29 №-li əmrdən görünür ki, Məhərrəmov Fəxrəddin Hacıqulu oğlu müqavilə əsasında 25.08.03 tarixdən 01.01.04 tarixinədək 0,5 ştat prorektor köməkçisi vəzifəsinə götürülmüşdür. xx.xx.2004-cü il tarixli 01/02 №-li əmrdən görünür ki, Məhərrəmov Fəxrəddin Hacıqulu oğlu müqavilə əsasında xx.xx.2004 tarixdən 01.07.04 tarixinədək prorektor köməkçisi vəzifəsinə götürülmüşdür. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun cavabdeh “xxxx” MMC-ə qarşı işə bərpa və məcburi ş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək qabiliyyətinin olmaması ilə xəstəlik vərəqələrinə görə ödənişin edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)- 1283/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçı Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaçının adına xx xxxxxxxx 2014-cü il tarixində daxil edilmiş əmək müqaviləsi bildirişinin etibarsız sayılmasına dair hərəkətinin qanunsuz hesab edilməsi, işəgötürənlə iddiaçı arasında bağlanmış (əmr 01/29, xx.xx.2003-cü il), 2009-cu ilin 01 sentyabr tarixində yenidən bağlanmış əmək müqaviləsinə dair və 2014-cü ilin 01 sentyabr tarixində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin sistemdə bərpa edilməsi, qanunsuz hərəkəti nəticəsində dəymiş maddi ziyanın əvəzinin həmin orqandan tutularaq iddiaçıya ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisad Kollegiyasının 2- 1(102)-952/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Məhərrəmov Fəxrəddin Hacıqulu oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)-4250/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)-4250/2015 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməs dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 43.1, 68.1, 73.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı xx xxxx 2007-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddia maneələrin aradan qaldırılması hissəsində təmin edilə bilməz; iddiaçı cavabdeh təşkilatda vəzifəsindən azad olduğuna görə onun "xxxx" MMC-də prorektor köməkçisi vəzifəsi işini yerinə yetirə bilməyi üçün maneələrin aradan qaldırılması barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlardan əlavə Kollegiya nəzərə alır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququnun pozulması barədə 2016-cı il tarixdən məlumatlı olmuş və hətta cavabdehlə aralarında müxtəlif məhkəmə mübahisələri olmuşdur. İddia ərizəsi ilə isə məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəblə kollegiya hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən, dəlillər iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki-Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3217/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar