Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2842/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərər görə sığorta haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdehin "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 124/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. xx.xx.2022-ci il tarixdə X6 “VAZ 2107” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamamış və nəticədə “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. “VAZ 2107” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
2. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sığorta şirkəti icbari sığortalanmış “VAZ 2107” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəydiyini qəbul edir, avtomobilə dəymiş maddi zərəri 220 manat məbləğində qiymətləndirir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 1.800 manat zərərin və 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə X4 idarə etdiyi “VAZ 2107” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşına 1.800 manat məbləğində zərər dəymişdir. Zamanov Nofəl İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh iddiaçıya dəymiş zərəri ödəməkdən imtina etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-124/2023 nömrəli, 15 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən 1.750 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 9/8407 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1999-cu il buraxılışlı “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1,750 manat müəyyən edilmişdir.
7. Göründüyü kimi, 1999-cu il buraxılışlı “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə dəyişilməli hissələrəinin qiyməti 930 manat, təmir-bərpa işlərinin qiyməti 820 manat olduğu təqdirdə cavabdeh ASC bir tərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 220 manat məbləğində qiymətləndirmişdir.
8. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab etmişdir ki, İddiaçı iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində sığortalıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 1,750 manat pul vəsaiti "xxxx" ASCdən İddiaçı xeyrinə tutulmalıdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-124/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını, iddia tələbinin müstəqil ekspert E.Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Avtomobilə dəymiş ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktı”na müvafiq olaraq 220 (iki yüz iyirmi) manat məbləğində qismən təmin edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyət avtomobilə dəymiş zərəri qiymətləndirmiş, iddiaçı həmin zərər məbləği ilə razılaşmadığından onun yazılı razılığı əsasında iş üzrə müstəqil ekspert müəyyən olunmuş və zərərin məbləği yenidən qiymətləndirilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qüsur aktları sığorta qanunvericiliyinə uyğun olaraq müvafiq reyestrdə qeydiyyatdan keçmiş qiymətləndirmə səlahiyyətinə malik olan ekspertlər tərəfindən verilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini qərara almış, xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyə əsasən “Mercedes Benz” markalı 77CG912 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 820 (səkkiz yüz iyirmi), dəyişməli olan hissələrin dəyəri 930 (doqquz yüz otuz) manat müəyyən edilmişdir. Qeyd olunan rəyin təsviri hissəsindən aydın olur ki, ekspert qiymətləndirməni həyata keçirərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş, sığorta qanunvericiliyinə müvafiq olaraq qiymətləndirmə səlahiyyətlərinə malik olmayan ekspertlər tərəfindən tərtib edilmiş qüsur aktlarına istinad etmiş, cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Qüsur aktı” və müstəqil sığorta eksperti E.Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Avtomobilə dəymiş ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktı”na ümumiyyətlə istinad etməmişdir. Lakin əslində müstəqil ekspert rəyi və cəmiyyətin təqdim etdiyi rəylərdə zərər məbləği əsl real zərərdir. Beləki, guya “VAZ 21074” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil torpaq yolun kənarında yerləşən tikilinin kənar divarına olduqca yaxın məsafədə idarə olunarkən “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və qəza baş vermişdir. Əslində isə sözügedən hadisə sığorta hadisəsi kimi imitasiya edilmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş qəza fotoşəkillərindən həmin faktın doğruluğu açıq-aşkar görünür (fotoşəkillər yenidən apellyasiya şikayətinə əlavə olunur). “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən iddia olunan 1880 manat məbləğində zərəri bu imitasiya olunmuş hadisə nəticəsində almışdısa, hansı səbəbdən “VAZ 21074” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin avtomobillə guya toqquşan hissəsi olan arxa sağ tərəfində ümumiyyətlə böyük zədə yoxdur? Buradan da aydın olur ki, cəmiyyət tərəfindən müəyyən edilmiş zərər məbləği əsl reallığa daha uyğundur. Sadəcə qüvvədə olan sığorta qanunvericiliyinə əsasən sığorta şirkəti olaraq bu kimi imitasiya halları üzrə hər hansı hüquqi addım ata bilmədiklərindən və bəzi hallarda səlahiyyətli orqanlara ünvanladıqları müraciətlər də heç bir müsbət nəticə vermədiyindən cəmiyyət imitasiya olunmuş hal üzrə dəyə biləcək zərəri səlahiyyətli dövlət orqanının müvafiq arayışı olduğuna görə müəyyən edir və müvafiq sığorta ödənişini ödəməyə çalışır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə ekspertiza mərkəzinin eksperti avtomobilə baxış keçirmədən birtərəfli rəy vermişdir. Hansı ki, sığorta qanunvericiliyi birmənalı olaraq müəyyən etmişdir ki, sığorta hadisəsi üzrə zərər məbləği yalnız sığortaçı və müstəqil sığorta ekspertləri tərəfindən avtomobilə baxış keçirməklə və ya sair yollarla müəyyən edilir. Cəmiyyət tərəfindən iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair yazılı vəsatət verilmişdir. Lakin məhkəmə vəsatəti rədd etmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təqdim etdiyi rəyi rəhbər tutaraq iddianı qismən təmin etmişdir. Hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla iş üzrə təkrar ekspertiza keçirilmədən, birtərəfli verilmiş rəyə əsasən qətnamə çıxaran birinci instansiya məhkəməsi cəmiyyətə münasibətdə işə qərəzli yanaşmış, pozulmuş hüquqlarının bərpası üçün heç yanaşmış, pozulmuş hüquqlarının bərpası üçün heç bir tədbir görməmiş, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnu pozmuşdur. İşin yuxarıda qeyd olunan hallarına əsasən birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində yalnız iddiaçının təqdim etdiyi aktlara istinad edilməsi və qanunvericiliyə uyğun olaraq cəmiyyəti və müstəqil ekspert tərəfindən tərtib edilmiş qiymətləndirmə aktlarının nəzərə alınmaması halını lazımınca araşdırmamışdır. Bu hal məhkəmənin gəldiyi nəticə üçün ona görə mühüm əhəmiyyətlidir ki, əgər məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilən zaman cəmiyyət və müstəqil ekspertin tərtib etdiyi qiymətləndirmə aktlarına istinad edilsə cəmiyyətin mənafeyinə ədalətli şəkildə uyğun rəy verilə bilərdi. Əslində imitasiya olunmuş hadisəyə görə müəyyən edilmiş 220 manat zərər məbləğinin ödənilməsi ümumiyyətlə ədalətli deyil. Lakin qüvvədə olan qanunvericilik bu kimi hallardan şikayət vermək hüquqları olmasını nəzərdə tutmamışdır. Birinci instansiya məhkəməsi təkcə iddiaçı tərəfindən təqdim edilmiş aktlara istinad etməklə məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş ekspert rəyini rəhbər tutaraq, cəmiyyətin başqa mötəbər sübutlarla həmin rəyin düzgün olmamasını sübut etməsinə baxmayaraq qərarı iddiaçının xeyrinə çıxarmaqla səhvə yol vermişdir. Bu baxımdan qeyd edirik ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olub-olmaması ilə bağlı, eyni zamanda dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı hüquqular qanunvericiliklə, “İcbari Sığortalar haqqında” qanunla sığorta şirkətlərinə verilmişdir. Həmin qanunun 23.1.3, eyni zamanda 23.1.4-cü maddəsinin tələblərinə görə sığortaçı hadisənin təfərrüatlarını araşdırır, hadisə iştirakçılarından izahatlar alır, daha sonra zərərin məbləğini müəyyənləşdirir. Əgər qanunverici sığorta şirkətinə bu hüququ tanımışdırsa, sığorta şirkəti tərəfindən müəyyən edilmiş məbləğ qanunauyğundursa məhkəmə tərəfindən də müdafiə olunmalıdır. Sözügedən hadisə Ağcabədi rayaonu ərazisində baş vermişdir, məlumat verildikdən dərhal sonra əməkdaşları dərhal hadisə yerinə getmişdir. Hadisənin təfərrüatları araşdırılmışdır. Onların bu sahədə işləyən əməkdaşları mütəxəssislərdir və onlar müəyyən etmişlər ki, sözügedən hadisə nəticəsində vurulmuş ziyanın məbləği təqribi 200 manatdır. Hadisənin fotoşəkilləri birinci instansiya məhkəməsinə də təqdim edilmişdir. Belə ki, guya “VAZ 21074” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil torpaq yolun kənarında yerləşən tikilinin kənar divarına olduqca yaxın məsafədə idarə olunarkən “Mercedes Benz” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və qəza baş vermişdir. Əslində isə sözügedən hadisə sığorta hadisəsi kimi imitasiya edilmişdir. Mütəxəssislər də müəyyən edir ki, sözügedən yüngülvari toqquşma nəticəsində dəymiş zərərin məbləği maksimum 200 manat ola bilər. “İcbari Sığortalar haqqında” qanunun 16-cı maddəsinə əsasən sığortaçının müəyyən etdiyi məbləğdən şəxs narazı olduğu halda özü müstəqil ekspert dəvət edə bilər. Müstəqil ekspert də avtomobilə baxış keçirərək qiymətləndirmiş və dəymiş ziyanı 220 manat miqdarında müəyyən etmişdir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilməsi barədə vəsatət vermiş və qeyd etmişlər ki, hər iki ekspertiza rəyi və avtomobilin mülkiyyətçisi “Babək Service” Mərkəzi ilə bir yerdə müqayisəli şəkildə tədqiq edilsin. Məhkəmə onların vəsatətini təmin etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi rəydə dəyişdirilməli olan hissələrin adları qeyd edilmişdir. Rəydə sağ və sol faraların dəyişdirilməsi olması göstərilmişdir. Lakin avtomobilin toqquşma zamanı sol farasının zədələnməsi mümkün deyildir. Sol faradakı zədə hadisədən əvvəl olmuş zədə olmuşdur. Sadəcə sürücü həmin zədələri də sığota hesabına qarşılamağa çalışmışdır. Sözügedən hadisə nəticəsində həmin zədə əmələ gəlməmişdir. Ekspert rəy verən zaman həm sığorta şirkətinin verdiyi, həm də müstəqil ekspertin verdiyi “qüsur akt”ı nəzərə alınmalı idi. İş üzrə müstəqil ekspertin xx.xx.2022-ci il tarixli qüsur aktına və "xxxx" ASC-nin təqdim etdiyi qüsur aktında qeyd edilmiş xüsusatlar müqayisəli təhlil olunub nəzərə alınmaqla həmin avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarının nə qədər təşkil etməsinin müəyyən olunması məqsədilə təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Daha sonra izahatına əlavə olaraq bildirmişdi ki, mübahisəli avtomobil onların şirkətində sığortalanmış avtomobildir. Qanunvericiliyin imkan tanıdığı həddə şirkət hadisəni tənzimləyir və zərər məbləğini müəyyənləşdirir. Həm MM-nin 925-ci maddəsi, həm də “İcbari sığortalar haqqında” qanunun 16.3-cü maddəsinin tələblərinə əsasən zərər məbləğinin müəyyənləşdirilməsi sığorta şirkətinin müstəsna hüququdur. “İcbari sığortalar haqqında” qanunun 23.1.3-cü maddəsinə əsasən sığortaçıya həvalə edilmişdir ki, hadisənin təfərrüatlarını araşdırsın, tərəflərdən izahat alsın, eyni zamanda zərurət yaranarsa müstəqil sığorta ekspertlərini işə cəlb etsin. Cəmiyyət hadisəni araşdırarkən müəyyən edib ki, bu hadisə imitasiya olunmuş hadisədir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür. Şirkət artıq hadisə yerinə gedənə qədər bütün məsələlər tənzimlənib, səlahiyyətli dövlət orqanın nümayəndəsi gələrək hadisənin təfərrüatını araşdırmadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Şirkət qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli dövlət orqanının arayışı olduğuna görə məcburi olaraq bunu sığorta hadisəsi kimi qəbul edir. Bu səbəbdən qanunvericiliyin imkan verdiyi həddə zərər məbləğini müəyyənləşdirir. Hadisə yerinə gedirlər, hadisə nəticəsində hansı detallara zərər dəyə bilərdi müəyyənləşdirirlər. Avtomobildə heç bir zədə yoxdur. Zərər əmələ gəlməsi üçün ən azından batıq olmalı idi. Zərərlə bağlı mübahisə olduğu halda Mərkəzi Bank bununla bağlı təqdimat verir ki, zərərlə bağlı bu rəy qəbul edilməlidir, lakin bu iş üzrə təqdimat verilmədi, məhkəmə qaydasında mübahisələndirilməli olması bildirildi. Qanun deyir ki, zərərin məbləğini sığorta şirkəti müəyyənləşdirməlidir. Əgər zərərin məbləği ilə bağlı mübahisə varsa, o zaman müstəqil ekspert dəvət edilməlidir. Ondan da narazılıq olduğu halda artıq həmin zərər məhkəmə qaydasında mübahisələndirilməlidir. Tərəflərdən izahat almaq da, ekspert dəvət etmək də sığorta şirkətinin hüququdur. Əgər qanun bir hüquq subyektinə imkan tanıyırsa onun nəticələri də olmalıdır, onu realizə etmək imkanı da olmalıdır. Avtomobildəki zədələr hadisədən əvvəl yaranmışdır. Avtomobildə ciddi zədələr yox idi. Avtomobilin toqquşan hissələri şəkildə aydın görsənir. Həmin hissədə isə şirkət hesablamışdır ki, 200 manat ziyan olmuşdur. O hesab edir ki, digər zədələr sığorta hadisəsi nəticəsində yaranmamışdır. Qanun zədələrin yaranma mexanizmi ilə bağlı sığortaçıya belə bir imkan tanımayıb ki, ekspertləri dəvət etsin ki, zədələrin yaranma mexanizmini müəyyən etsin, elə bir hüquqları da yoxdur. Bir tərəfdən hüquq tanıyır ki, hadisələrin təfərrüatını araşdırılsın, ancaq bunun hansı formada araşdırılması ilə bağlı qayda yoxdur. Bu məsələ ilə bağlı praktika yoxdur. Həmçinin suallara cavab olaraq vermişdir ki, avtomobildə heç bir zərər yoxdur. İş materiallarındakı fotoşəkillər hadisədən sonra çəkilmişdir. Sığorta ödənişlərinin 40-45 faizi imitasiya olunmuş hadisələrin ödənişidir. İcbari sığortalar haqqında qanunun tələblərinə əsasən səlahiyyətli dövlət orqanının arayışı varsa şirkət həmin hadisəni mütləq sığorta hadisəsi kimi qəbul etməlidir. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi xahiş edilir. Aydın olur ki, cavabdeh iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdeh iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 21.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 22.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 23.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 24.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 26.18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
27.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 30.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 31.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.İşin hallarını apellyasiya şikayətində göstərilən dəlillər üzrə yoxlamaq məqsədilə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təkrar məhkəmə-əmtəəşunaslıq ekspertizasının təyin edilməsi barədə cavabdeh tərəfin verdiyi vəsatətin təmin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq təkrar ekspertiza təyin edilimş, ekspert qarşısında hadisə yerindən fotoşəkillər, iddiaçı və cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş qüsur aktları müqayisəli şəkildə təhlil edilməklə avtomobilə dəymiş zərərin məbləği barədə rəy verilməsi xahiş edilmişdir. 34.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3518 nömrəli 17 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Babək» avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-cİ il tarixli və "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı "Mercedes Ben” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1750,0 manat məbləğində müəyyən edilmiş, həmçinin nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 1999-cu il buraxılışlı “Mercedes Benz” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)- 2842/2023 №-li mülki iş materiallarında olan qüsur aktları əsasında hesablandığı qeyd edilmişdir. 35.Məhkəmə araşdırması predmeti olan hadisənin sığorta hadisəsi olub-olmaması məsələsi ilə əlaqədar isə kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, müvafiq hadisə yol nəqliyyat qayadaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar olan inzibati xəta kimi tanınmış, “VAZ 2107" markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Bundan başqa cavabdeh-təşkilat iddiaçıya sığorta ödənişi olaraq 220 manat həddində pul təklif etməklə sığorta hadisəsinin baş verməsini qəbul etmişdir 36.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 38.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-124/2023 nömrəli, 15 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova