Məhkəmə qərarları › İş №2(103)-2842/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2842/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2842/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(010)- 4823/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Toshiba üçün 1076,4 manat ödənilməmiş hissə, 107,6 manat cərimə, ümumilikdə 1184 manat borc, 31,84 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1076,4 manat ödənilməmiş hissə, 107,6 manat cərimə olmaqla, cəmi 1184 (bir min bir yüz səksən dörd) manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razı olmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli iş üzrə qəbul etdiyi 28 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cavabdeh qız məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli 06 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə birlikdə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli 23 fevral 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4823/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli iş üzrə qəbul etdiyi 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə və şikayət ilə birlikdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-4823/2023 saylı qərardadının ləğv edilməsi, məhkəmənin 2(010)-4823/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün həmin işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə adına elektron məhkəmə sistemi olmasına baxmayaraq, sözügedən sistemin istifadəçisi olmamış və bu baxımdan məhkəmə tərəfindən ona elektron məhkəmə vasitəsi ilə göndərilən qətnamənin çatmamışdır. xx.xx.2023-cü il tarixində rəsmi qaydada qətnaməni əldə etmiş və apellyasiya şikayətini ilk dəfə apellyasiya müddəti ötürülmədən xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Nəticədə müddəti üzrlü səbəblərdən buraxmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(010)- 4823/2023 nömrəli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4823/2023 nömrəli iş üzrə qəbul etdiyi 27 oktyabr 2023-cü il tarixli qətnaməsi həmin tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir (səh.33). Belə olan halda apellyasiya şikayəti verilməsinin son tarixi (Cavabdeh münasibətdə) xx.xx.2023-cü il tarixidir. Cavabdeh isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, hazırkı apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət 1 ay 1 gün ötürülməklə məhkəməyə daxil olmuşdur. Hazırki iş üzrə cavabdeh adına elektron məhkəmə sistemi olmasına baxmayaraq, sözügedən sistemin istifadəçisi olmadığını və bu baxımdan məhkəmə tərəfindən ona elektron məhkəmə vasitəsi ilə göndərilən qətnamənin çatmadığını, xx.xx.2023-cü il tarixində rəsmi qaydada qətnaməni aldığını və apellyasiya şikayətini ilk dəfə apellyasiya müddəti ötürülmədən xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirsə də, məhkəmə hesab edir ki, qeyd olunanlar əsassızdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, şəxsin elektron kabinetdən istifadə etməməsi onun elektron kabinetinin olmaması anlamına gəlmir. Halbuki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hal bu hallara aid deyil. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4823/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(010)-4823/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(010)- 4823/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar