Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2843/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 MMC-yə, “xxxx” ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzilin Hərraca çıxarılmasına dair xx xxxxxx 2018-ci il tarixli X3 157 saylı Protokolu və bu protokola əsasən xx xxxxxx 2018-ci il tarixli Hərracın Yekunları üzrə əmlakın alqı-satqı müqaviləsini, həmin mənzilin Bankı mülkiyyətində olmasına dair DƏDRX-dən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edib həmin mənzilin bugünkü bazar dəyərinin mütəxəssislər vasitəsi ilə müəyyən edilərək həmin əmlakın müəyyən olunmuş ilkin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bankla arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsi üzrə bankdan alınmış əsas borc məbləği 620.000 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış 93.555 ABŞ dolları faiz borcu olmaqla, cəmi 713.555 ABŞ dolları məbləğində borcun Banka ödənilməsi və ödəmənin kreditin təminatı kimi rəsmiləşdirilmiş ipoteka predmetinə digər cavabdeh İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzillə yönəldilməsini, həmin ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti 880.000 manat olmaqla satılmasını, satışdan əldə edilmiş pul vəsaitinin Banka olan borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində mənzilin boşaldılması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. O, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsinin etibarsiz saylması, onun banka olan borcunun xx.xx.2013-cü il tarixli 307 NSFFK, xx.xx.2013-cü il tarixli 352 NSFFK, xx.xx.2013-cü il tarixli 377 NSFFK saylı kredit müqavilələri üzrə qəbul edilməsini, həmin kreditlər üzrə banka faiz borcu olmadığından əsas borcu 302.451 manat təşkil etdiyindən bankın iddia tələbinin həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7395/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər ona və İddiaçı2 qarşı 713.555 ABŞ dolları məbləğində kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə onun Cavabdeh2 ASC-ti ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsinin etibarsiz saylmasına dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 ASC apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2803/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-7395/2015 saylı, xx xxxxxx 2015ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh kimi ondan 620.000 ABŞ dolları məbləğində əsas borc, 93.555 ABŞ dollari məbləğində faiz boru, cəmi 713.555 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzillə yönəldilməsi, həmin əmlakın 844.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı2 qaytarılması, mənzil satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması və qarşılıqlı iddia üzrə xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsinin etibarsiz saylması tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra vəziyyəti ilə bağlı həmin işdə cavabdeh kimi xx.xx.2019-cu il tarixdə Nəsimi rayon icra şöbəsində olarkən ona bildirilmişdir ki, cavabdeh-ipoteka qoyan İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzil hərraca çıxarılmış, hərracada alıcı olmadığından iddiaçı “xxxx” ASC-nin mülkiyyətinə verilmiş, ipoteka predmeti Bankın adına keçirilmiş, artıq bankın mülkiyyətidir, mənzil boşaldıb təhvil versin. Onun hərracın keçirilməsindən xəbəri olmamış, hərracda iştirak etməmişdir. İddiaçı hərracın protokolunu və alqı-satqı müqaviləsinin xx.xx.2019-cu il tarixdə - Cavabdeh1 MMC-dən aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə “X1” MMC tərəfindən iddiaçıya və arvadı Zəhra Səmədovuya məxsus mənzil hərraca çıxarılmış, X3 157 saylı protokola əsasən ipoteka predmeti hərracda alınmadığından (ipoteka predmetiniıı qiyməti 15% və 25% endirilməklə) 538.050 manata cavabdeh “xxxx” ASC-nə satılmış və alqı-satqıaya dair xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Hərracın keçirilməsindən və nəticəsindən onun xəbəri olmamış, bu barədə ona rəsmi qaydada məlumat verilməmiş, bildiriş göndərilməmiş, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilməmiş, əmlak aşağı qiymətlə qiymətləndirərək Bankın mülkiyyətinə verilmiş, bununla iddiaçıya külli miqdarda zərər vurmuşdur. Hərraçın keçirilməsi ilə bağlı ona və İddiaçı2 xx xxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərin göndərilməsi və bu bildirişlərin alınmasına dair qəbzlər təqdim edilsə də, faktiki iddiaçılar həmin bildirişləri almamış, bildirişlərin alınmasına dair qəbzlərdəki imzalar onlara məxsus deyildir. Bundan başqa, ipoteka predmeti kredit götürülərkən 2015-ci ildə ilkin olaraq 880.000 manata qiymətləndirilmiş, məhkəmə bu qiyməti 844.000 manat qeyd etmiş və bu qiymətlə də hərraca çıxarılmışdır. Faktiki olaraq ipoteka predmetinin dəyəri 1.300.000 manatdan yüksəkdir, ipotekanın ilkin qiymətləndirilməsindən 3 ildən artıq müddət keçmiş, daşınmaz əmlak bazarında mənzillərin qiymətləri dəfələrlə dəyişmişdir, ipoteka predmeti faktiki dəyərindən çox aşağı qiymətlə hərraca çıxarılmış və guya hərracda alıçı olmamış və mənzil Banka satılmışdır. İddiaçıların hərracda iştirak etməməsi bu şəraitin yaranmasına səbəb olmuşdur. Faktiki olaraq heç kim ipoteka predmetinə baxmamış, onu real qiymətləndirməmişdir. Hesab edir ki, qiymətləndirinə prossesində ipotekaya qoyulmuş mənzilin qiyməti düzgün qiymətləndirilməmiş, mənzilə baxmadan kor-təbii qiymət qoyulmuş, nəticədə yanlış qiymətləndirmə aparıldığından ipoteka predmetinin qiyməti onun real bazar satış qiymətindən çox-çox aşağı qiymətləndirilmiş, bununla da həm iddiaçıların mülkiyyət hüquqları pozulmuş, həm də onlara külli miqdarda maddi ziyan vurulmuşdur. Ona görə də hesab edir ki, “xxxx” ASC Hərrac təşkilatı ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə onlara məxsus mənzili hərraca çıxararkən qarşılıqlı qiymətləndirilməsini, ümumiyyətlə qiymətləndirilməsini təşkil etməmiş, 3 il əvvəl aparılmış qiymətləndirmə ilə mənzili hərraca çıxarmış və iki hərracda suni şəkildə mənzilin dəyərini 15% və 25% aşağı salmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 MMC, “xxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman iş tam, obyektiv, hərtərəfli araşdırılmadan, əsassız olaraq qənaətə gəlinmişdir. Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilərək, apelyasiya şikayəti təmin edilməlidir. Belə ki, hərracın keçirilməsindən və nəticəsindən onun xəbəri olmamış, bu barədə ona rəsmi qaydada məlumat verilməmiş, bildiriş göndərilməmiş, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilməmiş, əmlak aşağı qiymətlə qiymətləndirərək Bankın mülkiyyətinə verilmiş, bununla ona külli miqdarda zərər vurmuşdur. Hərraçın keçirilməsi ilə bağlı ona və İddiaçı2 xx xxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərin göndərilməsi və bu bildirişlərin alınmasına dair qəbzlər təqdim edilsə də, faktiki həmin bildirişləri almamışlar, bildirişlərin alınmasına dair qəbzlərdəki imzalar onlara məxsus deyildir. Bundan başqa, ipoteka predmeti kredit götürülərkən 2015-ci ildə ilkin olaraq 880.000 manata qiymətləndirilmiş, məhkəmə bu qiyməti 844.000 manat qeyd etmiş və bu qiymətlə də hərraca çıxarılmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh ləğv prosesində olan “xxxx” Acıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz vermiş və etirazda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2, cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin, Cavabdeh1 MMC-nin, “xxxx” ASC-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası İddiaçı1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)7395/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qızma qarşı “kredit məbləğinin geri Qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK saylı kredit müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2803/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7395/20l5 saylı, iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh İddiaçı1 620.000 (altı yüz iyirmi min) ABŞ dolları məbləğində əsas borc, 93.555 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 713.555 ABŞ dolları (ödəniş günü manata məzənnə iiə) məbləğində kredit borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq “Cavabdeh2’' ASC-yə ödənilmiş, tutma cavabdeh İddiaçı1 oğiu ilə Cavabdeh2 ASC arasında bağlanmış 16 02.2015-ci il tarixli 663 NSFFK №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş İddiaçı2 qızna məxsus oian Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0.09927 ha torpaq sahəsində 21 nömrəli binada yerləşən 402.0 kv.m ümumi, 216.4 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı 215 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla mənzilin açıq hərracdan ilkin satış qivməii 844.000 manat müəyyən edilməsi və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı2 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh2 ASC-nə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi təiəbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, “X5” MMC tərəfindən aparılmış tədqiqatın dəyərini təşkil edən 500 manatın İddiaçı1 tutularaq “X5” MMC-nin hesabına ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1642/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 11040/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, “Kaspi” qəzetinin xx xxxxxxx 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, qəzetdə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzilinin Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. İş materiallarında olan, hərracın keçirilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli, 03/102-1 saylı və xx xxxxxx 2018-ci il tarixli, 03/102 saylı bildirişlərin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan, X3 xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzilin ilkin satış qiyməti 844.000 manat məbləğində müəyyən edilərək Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan, X3 xx xxxxxx 2018-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzili 538.050 manata “xxxx” ASC-yə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi Qanunda ipotekaya xitam verilməsi göstərilsə də, xitam verilmənin prosessual qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan) tərəfindən, hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında) xitam verilməli olması göstərilməmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçı1pelyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərkən bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mübahisəli əmlakın ilkin satış qiyməti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2803/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edildiyindən və kassasiya instansiyası məhkəməsi isə həmin qətnaməni qüvvədə saxladığından apelyasiya şikayətinin həmin dəlilinə əlavə qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı1 apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı1 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2843/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2843/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver