Məhkəmə qərarları › İş №2(103)-2853/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2853/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2853/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi) ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 12 yanvar 2006-cı il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-429, KOD 50113018 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon X8 08 sentyabr 1997ci il tarixli, 10 N-li qərarı ilə Qazax rayonu Şıxlı kəndində 1.52 ha torpaq sahəsi X9, X7, X5 və onun mülkiyyətinə verilib. Həmin qərarın əsasında 12 yanvar 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-429, KOD 50113018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmalıdır, yəni mülkiyyət hüquqları dövlət reyestrindən qeydiyyatdan keçirib torpaq sahəsinə vahid çıxarış almalı, əqd bağlamalıdır. Sənədləşmə işlərini hazırda həyata kecirərkən ona məlum olur ki, Şəhadətnamədə onun soyadı və atasının adı düzgün yazılmamışdır. Belə ki, Şəhadətnamədə onun soyadı “Qasımova” kimi deyil, “Əhmədova” kimi, atasının adı isə “Akif” kimi deyil ”Şair” kimi yazılıb. Bu səhv də ona və adı Dövlət Aktında keçən şəxslərə həmin torpaqla bağlı sənədləşdirmə işlərinin aparılmasına, əqd bağlamağa maneçilik törədir. Bu məqsədlə ərizə ilə məhkəməyə müraciət edir ki, bu yanlışlıq aradan qalxsın. O, Ərizəçidır, xx.xx.1984-cü il təvəllüdlü, anası X4r. X1r, X15 xalası Rimanın həyat yoldaşıdır, o, uşaqlıqdan xalasıgildə Rima və Şairin himayəsində böyümüşdür, onlarla birgə yaşamışdır, Qazax rayonunun İ Şıxlı kənd sakini olmuşdur, onu hər kəs Şair Əhmədovun qızı kimi tanıyırdı. 1997-ci ildə pay torpaqları paylanarkən onun adı da payçı kimi qeyd olunub, o da payçı olmuşdur, ancaq, Dövlət aktında soyadı və ata adı yanlış yazılmışdır. Odur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 12 yanvar 2006-cı il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-429, KOD 50113018 nömrəli şəhadətnamnin ona məxsus olması faktı müəyyən olunmalıdır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olub. Daha sonra iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi ve Dövlət Yerquruluşu Layihə institutu tərəfindən 12 yanvar 2006-cı il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-427, KOD 50113018 nömrəli Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 saylı, xx.xx.2025-ci il il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi) "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 saylı xx.xx.2025-ci il il tarixli qərardadından şikayət verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 saylı xx.xx.2025-ci il il tarixli qərardadının ləğv edilərək və növbəti prosessual hərəkətlərin həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 12 yanvar 2006-ci il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-429, KOD 50113018 nömrəli Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olması faktı müəyyən edilsin. Sevinc X2 vərəsəsi olması üçün müvafiq prosedur keçməsinin zəruriliyi ilə bağlı məhkəmənin mövqeyi başa düşülən deyil, məhkəmə nəzərindən qaçırmışdır ki, Ərizəçi mərhum Şair Əhmədovun vərəsəsi deyil, vərsəsi olması da mümkün deyil, vərəsə olmaq hüququ Şair Əhmədovun birinci dərəcəli qohumlarına məxsusdur. Ərizəçi Dövlət Aktında göstərilən torpaq sahəsi üzərində Şair Əhmədov və digər şəxslərlə birgə payçıdır, onlarla kimi bərabər hüquqa malikdir. Sadəcə onun soyadı və ata adı düzgün yazılmayıb, bu səbəbdən də o, Dövlət Akının ona da aid olması faktı ilə bağlı müraciət edib, belə müraciət etməkdə də haqlıdır. Məhkəmənin iş üzrə icraata xitam verməsi ərizəçinin konstitusion hüququnu məhdudlaşdırmışdır, onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur, ərizəçini Dövlət tərəfindən konstitusion qaydada yaradılmış hüquqi imkanlardan məhrum etmişdir. Ərizəçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 12 yanvar 2006-ci il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-429, KOD 50113018 nömrəli Dövlət Aktının ona da məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizəçinin Dövlət Aktında soyadı və ata adı səhv yazılmışdır, bu səhvin aradan qaldırılmasının qanunvericlikdə başqa qaydası müəyyən edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hazırda fəaliyyət göstərmir, onun səlahiyyətlərini həyata keçirən orqanın, yaxud hər hansı bir başqa orqanın Dövlət Aktında ərizəçinin səhv yazılmış soyad və ata adını düzəltməyə səlahiyyəti yoxdur. Belə olan halda ərizəçi haqlı olaraq məhkəmə müdafiəsindən istifadə etməlidir. Məhkəmə vərəsəlik proseduru keçilməsi, işə iddia icraatı qaydasında baxılmalı olması kimi yanlış nəticəyə gələrək iş üzrə icraata xitam verməklə Azərbaycan Respublikası MPM-nin 307.2.5 və 307.2.11-ci maddəsinin tələblərini pozmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, “...Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 7-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırki iş üzrə ərizəçinin məhkəməyə müraciəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə institutu tərəfindən 12 yanvar 2006-cı il tarixdə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-427, KOD 50113018 nömrəli Dövlət Aktının Ərizəçi aid olduğunu müəyyən etmək məqsədini daşıyır. İşin halları ilə müəyyən edilir ki, təqdim edilən sənəd ərizəçiyə deyil, vəfat etmiş X10 aiddir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, göstərilən hal işin xüsusi icraat qaydasında həllini mümkünsüz edir və məsələnin vərəsəlik qaydasında həll olunmasını tələb edir. Belə ki, hazırki vəziyyət mülki hüquqi mübahisə yaradır, çünki torpaq sahəsi X9 mülkiyyətinə verilib. Mərhumun mülkiyyətində olan əmlakın miras yolu ilə keçməsi üçün vərəsəlik proseduru həyata keçirilməlidir. Ərizəçinin həmin torpağa hüququnun yaranması üçün əvvəlcə onun vərəsə olması təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan işlər mübahisəsiz hüquq münasibətlərini əhatə edir. Yəni, tərəflər arasında mübahisə olmadığı, yalnız müəyyən hüquqi faktların təsdiqlənməsi tələb olunan hallarda xüsusi icraat tətbiq edilir. Beləliklə, işin mahiyyəti mübahisəsiz hüquqi faktın təsdiqindən çıxaraq, mülki mübahisə predmeti olan vərəsəlik hüququna çevrilir. Bu səbəbdən məhkəmə işə xüsusi icraat qaydasında baxıla bilməz. Bu halda, ərizəçi xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, xüsusi icraat qaydasında baxılan işlər mübahisəsiz hüquq münasibətlərini əhatə etdiyindən hazırki tələb üzrə bu hal müəyyən edilmədiyindən, həmin məsələyə iddia icraatı qaydasında baxılmalı olduğundan, tələb üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsini ehtiva edir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1530/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar