Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-286/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (sığorta ödənişinin həyata keçirilməsi ) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siğorta hadisəsi nəticəsində ödənilməmiş 3600 manat məbləğində sığorta ödənişinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun və 60 manat dövlət rüsumu olmaqla ümumilikdə 3960 manat məbləğində pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə xx.xx.2020-cı il tarixdə imzalanmış müqavilə üzrə verilmiş İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə hər birinin dəyəri 3.600 manat dəyəri olan 7 ədəd Simmental cinsli inək sığortalanaraq, 3 il müddətinə təminat verilmişdir. xx.xx.2023-cü il tarixdə İ-LİV0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inək tələf olmuşdur. İddiaçı tərəfindən dərhal sığorta şirkətinə telefon vasitəsi (*7000) ilə əlaqə saxlanmış, lakin çağrı mərkəzi tərəfindən cavab verilməmişdir. Sonra dərhal sayt üzərindən elektron müraciət olunmuş və elektron müraciətə cavab olaraq əlaqə saxlanacağına dair avtomatik mail göndərilmişdir. Lakin əlaqə saxlanılmamışdır. Tərəflərindən sənədlərlə birlikdə "xxxx" ASC-nə müraciət olunmuşdur. "xxxx" ASC-nin 13 dekabr 2023-cü il tarixli 7084/C saylı cavab məktubu ilə İ- LİV-0019/20 saylı “Heyvanların sığorta” şəhadətnaməsinin şərtlər bölməsinin tələbinin pozulması əsası ilə ödəniş olunmasından imtina olunmuşdur. Aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, imtina məktubu əsassızdır və sığorta hadisəsi nəticəsində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "xxxx" ASC-nin cəlb etdiyi ekspertin rəyinə əsasən heyvanın təsərrüfatsızlıq nəticəsində tələf olduğu qeyd olunmuşdur. Ekspert rəyində qeyd olunanlarla bağlı bildirmək istəyir ki, heyvan hər zaman baytar və sahibkarın nəzarətində olmuşdur. Heyvanlar Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində heyvanların saxlanması üçün tələblərə cavab verən daş tikilidən ibarət tövlələrdə (hasara alınmış gəzinti sahəsi olan) saxlanılmışdır. Bakı şəhəri Baytarlıq İdarəsi ilə xx.xx.2020-ci il tarixdən bağlanmış “Baytarlıq Təbabəti haqqında” müqaviləyə əsasən Sabunçu rayon Baytarlıq idarəsinin baş həkimi X6 tərəfindən heyvanlara bütün baytarlıq xidmətləri göstərilir. Heyvanlar hər zaman vaxtında peyvənd olunmuş və tərəfindən dezinseksiya işləri profilaktik olaraq həyata keçirilmişdir. Həmin dövrdə təsərrüfatda 19 baş heyvan olmuşdur və heç birində gənə dişləməsi ilə bağlı hadisə olmamışdır. Tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, 5000-6000 manat dəyəri olan, gündə 3 dəfə sağılan və 25-27 litr süd verən, gün ərzində 3 dəfə yem verilən iribuynuzlu heyvanın ümumiyyətlə, sahibkarın nəzarətindən kənarda qalması faktiki olaraq mümkün deyil. Ekspertin heç bir araşdırma aparmadan bu qənaətə gəlməsi verdiyi rəyin qeyri-obyektiv, tərəfli və əsassız olduğunu sübut edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tələf olan heyvan və digər heyvanlar normativlərə uyğun olaraq saxlanılıb və bəslənilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" ASC-nin imtinası formal xarakter daşıyır və yalnız sığorta ödənişinin verilməsindən yayınmaq məqsədi güdür.
3. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.6, 922, 925.4, 933.1.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi" Qaydalarının 4, 4.2, 4.3, 4.6; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi" Qaydalarının "Heyvan xəstəliklərinin qarşısının alınması" adlı 2-ci bəndinə ; “ Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4, 121.1; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100cü maddəsinin 3-cü bəndinə istinadən qeyd edilmişdir ki, Birincisi iddiaçı bildirir ki, ölkəmizdə aqrar sahədə aparılan islahatların nəticəsi olaraq 27 iyun 2019-cu il tarixdə Aqrar Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin qanunda müstəqil ekspertlərlə bağlı tələblər müəyyən olunmuşdur. Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli 809 saylı Fərmanı ilə yaradılmış və həmin Fondun rəsmi qanunvericiliyin tələblərinə uyğun olaraq "kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspertlərin siyahısı" müəyyən olunmuşdur. Lakin ekspert rəyi verən Sabir Süleymanovun həmin siyahıda adının olmaması ilə yanaşı hansı sahə üzrə müstəqil ekspert olması, ekspert fəaliyyətinə verilmiş icazənin tarixini, nömrəsini və müddətini müəyyən edən sənəd təqdim olunmamışdır. Səlahiyyətli olmasını müəyyən etmək mümkün olmayan ekspert tərəfindən sığorta hadisəsi üzrə əsassız rəy qəbul edilmişdir. Belə olan halda hesab edirlər ki, səlahiyyətli olmayan şəxs Sabir Süleymanov tərəfindən təqdim edilmiş ekspert rəyi subut kimi qəbul edilə bilməz. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi 27 iyun 2019-cu il tarixli "Aqrar sığorta haqqında" Qanunun bu müqavilə üzrə münasibətlərə şamil edilə bilməz. Çünki bu müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2020-ci ildə "Aqrar sığorta haqqında" Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan sığorta qaydaları ("Aqrar sığorta Qaydaları") mövcud olmamışdır. "Aqrar sığorta Qaydaları" hələ xx.xx.2020-ci il tarixində, yəni sığorta müqaviləsi bağlandığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra təsdiq edilmişdir. “Müstəqil ekspertlərin” siyahısında hazırki iş üzrə rəy verən X2 adı mövcuddur. Beləliklə, X2 müstəqil ekspert kimi səlahiyyəti tam təsdiq edildiyindən, iş materiallarına əlavə edilmiş ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməlidir. İkincisi, İddiaçı iş materiallarına əlavə edilmiş Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına istinad edərək, bütün zəruri profilaktik tədbirlərin və peyvəndləmələrin həyata keçirildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Yarma Protokolundan, həmçinin ekspert rəyindən görünür ki, qan parazitar xəstəliklərinə qarşı profilaktik tədbirlərin həyata keçirilmədiyinə, qan parazitar (piroplazmoz) xəstəliyinin vaxtında aşkar edilmədiyinə və vaxtında müalicəyə cəlb olunmadığına görə heyvan tələf olmuşdur. İddiaçının istinad etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, yanvar ayında qarayara, fevral ayında dabaq, aprel ayında nodulyar dermatit xəstəliklərinə qarşı profilaktiki peyvəndləmələr aparılmışdır. Göründüyü kimi heyvana "qan parazitar" xəstəliklərinə qarşı peyvənd vurulmamışdır. Mülki iş materiallarına əlavə edilmiş İ-LİV-0019/20 nömrəli sığorta şəhadətnaməsində sığorta ödənişinin verilməsindən imtina halları göstərilmişdir. Belə ki, "Şərtlər" bölməsinə əsasən: 1. Sığorta predmetinin "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənilməsi təmin edilməlidir. Əks halda zərərlər ödənilməyəcək. 2. Heyvanların vaxtında peyvəndlənməsi şərti (dövlət tərəfindən verilən və fermerlərin şəxsi hesabına əldə olunan peyvəndlər). Əks halda bu səbəblərdən baş verən zərərlər üzrə sığorta ödənişi verilməyəcək. Əlavə olaraq sığorta şəhadətnaməsinin "İstisnalar" bölməsinə əsasən: Sığortalanan heyvanların beynəlxalq normalara, müvafiq saxlama şəraitinə və qidalanmasına xüsusi diqqət yetirilməməsi nəticəsində baş vermiş itki və ziyanlar; 1 il ərzində ən azı dörd dəfə baytar həkimin nəzarəti və onun tövsiyələrinə riayət olunmaması nəticəsində baş verə biləcək itki və ziyanlar; Heyvanların cinsinə müvafiq və Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul olunmuş normalara uyğun şəraitdə saxlanılmaması nəticəsində baş verə biləcək itki və ziyanlar
4. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: xx.xx.2023-cü il tarixli Yarma Protokolundan görünür ki, X4 məxsus 1 baş inək xx.xx.2023-cü il tarixində ölmüşdür. Anamnez məlumatları: yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq, rumen hərəkətlərinin ilməsi, taxikardiya, idrarı qırmızı və köpüklü şəkildə olmuşdur. Diri ikən diaqnoz: Qan parazitar babesia bigemina (piroplazmoz). Pataloji anatomik diaqnoz: Qan parazitar piroplazmoz. Rəy: Anamnez məlumatlarına əsasən, xəstəliyin gedişinə görə, daxili orqanların vəziyyətinə gorə qan parazitar (piroplazmoz);- Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Emin İsmayılov, Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin aparıcı baytar həkimi Sakit Musazadə, Sabunçu rayon fərdi (özəl) baytar həkimi Ağadadaş Əlirzayev və İddiaçı iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən, xx.xx.2023-cü il tarixində YA11372 birka nömrəli iribuynuzlu heyvan tələf olmuşdur. İribuynuzlu heyvan 3 gün əvvəl yüksək temperatur, iştahsızlıq, qanlı idrar kliniki əlamətləri ilə müalicəyə cəlb olunmuşdur. Lakin müalicəyə cavab vermədiyindən tələf olmuşdur;- PAŞA Sığorta" ASC ilə İddiaçı arasında bağlanılmış İLİV-0019/20 saylı "Heyvanların Sığortası" şəhadətnaməsinin "Şərtlər" bölməsində sığorta predmeti "Baytarlıq haqqında" AR Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb, bəslənilmədikdə zərərlərin ödənilməyəcəyi qeyd olunmuşdur;- xx.xx.2023-cü il tarixdə İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inəyə görə sığorta məbləği xx.xx.2023-cü il tarixli İ-LİV-0019/20 saylı şəhadətnamənin ayrılmaz hissəsi sayılan xx.xx.2020 tarixli Əlavə 1 görə 3.600 manat təşkil edir;- "xxxx" ASC-nin 13 dekabr 2023-cü il tarixli, 7084/C nömrəli məktubundan görünür ki, ekspert rəyinə əsasən: "Piroplazmidozlarda xəstəliyin inkubasiya dövrü gənə dişlədikdən sonra 8-14 gün davam edir. Anamnez məlumatları bölməsində qeyd edilənlərdən məlum olur ki, heyvan sahibkar və baytar nəzarətindən kənar qalmış, xroniki formada qan parazitar xəstəliyi anaplazmoz inkişaf edirmiş. Mövcud təlimat və qaydalara əsasən heyvanda qızdırma müşahidə edilərsə periferik qan nümunəsi qan parazitar xəstəliyinə görə laborator müayinədən keçirilməli, sonra müalicə tədbirləri tətbiq edilməlidir. Araşdırmalar göstərir ki, heyvan diri ikən laborator müayinələr aparılmamış, vaxtında diaqnoz dəqiqləşdirilib müvafiq müalicə tədbirləri görülməmiş, o vaxt heyvana baxış keçirilib ki, temperaturu 41.3 dərəcə olmuşdur ki, bu artıq çox gec və səmərəsizdir, odur ki, heyvan təsərrüfatsızlıq nəticəsində tələf olmuşdur. Yekun olaraq isə ekspert, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 11No-li qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları"-nın 4-cü maddəsinə xx.xx.2006-cı il tarixli 209 №-li qərar ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin edilməsi qaydaları"-nın 2-ci maddəsinə riayət edilmədiyini qeyd etmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış İ-LİV-0019/20 saylı "Heyvanların Sığortası" şəhadətnaməsinin "Şərtlər" bölməsində sığorta predmeti "Baytarlıq haqqında" AR Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb, bəslənilmədikdə zərərlərin ödənilməyəcəyi qeyd olunmuşdur. Aparılmış sığorta araşdırması nəticəsində bu şərtə əməl olunmadığı aydın olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən İ-LİV0019/20 saylı "Heyvanların Sığortası" şəhadətnaməsinin "Şərtlər" bölməsinin tələbinin pozulduğunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müraciət üzrə "xxxx" ASC-nin məsuliyyətinin yaranmadığı müəyyən olunmuşdur.";- S.Süleymanov tərəfindən tərtib edilmiş ekspert rəyindən görünür ki, "YA11372 inventar nömrəli heyvan üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli yarma protokolunda diri ikən və patanatomik qan parazitar piroplazmidoz diaqnozu qoyulmuşdur. Yarma protokolunun anamnez məlumatları bölməsində bildirilir: xx.xx.2023-cü il tarixində yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq, rumen hərəkətlərinin itməsi, taxikardiya, idrarı qırmızı və köpüklü şəkildə olmuşdur, müalicəyə cəlb edilib, tövlə şəraiti. Piroplazmidozlarda xəstəliyin inkubasiya dövrü gənə dişlədikdən sonra 8-14 gün davam edir. Anamnez məlumatları bölməsində qeyd edilənlərdən məlum olur ki, heyvan sahibkar və baytar nəzarətindən kənar qalmış, xroniki formada qan parazitar xəstəliyi inkişaf edirmiş. Mövcud təlimat və qaydalara əsasən heyvanda qızdırma müşahidə edilərsə, periferik qan nümunəsi qan parazitar xəstəliyinə görə laborator müayinədən keçirilməli, sonra müalicə tədbirləri tətbiq edilməlidir. Araşdırmalar nəticəsində belə rəyə gəlinir ki, sığortalı tərəfindən müqavilə öhdəlikləri pozulmuşdur. Vaxtında müvafiq müalicə profilaktik tədbirlər görülməmiş, təsərrüfatsızlıq nəticəsində heyvan ölmüşdür;- Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən yanvar ayında qarayara, fevral ayında dabaq, aprel ayında nodulyar dermatit xəstəliklərinə qarşı profilaktiki peyvəndləmələr aparılmışdır;- Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində İddiaçı ilə "xxxx" ASC arasında İ-LİV-0019/20 nömrəli "Heyvanların sığortası" müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixində X9 "xxxx" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində bir baş iribuynuzlu heyvanın tələf olduğunu qeyd etmiş və bununla bağlı sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. X7 "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli izahata əsasən heyvan tələf olduğu xx.xx.2023-cü il tarixdən 3 gün əvvəl xəstələnmiş, baytar həkim çağırılmış, lakin müalicələrə baxmayaraq, tələf olmuşdur. Sığorta araşdırması çərçivəsində aşağıdakı sənədlər əldə olunmuşdur: 1) xx.xx.2023-cü il tarixli akt. Akt Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Emin İsmayılov, Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin aparıcı baytar həkimi Sakit Musazadə, Sabunçu rayon fərdi (özəl) baytar həkimi Ağadadaş Əlirzayev və İddiaçı iştirakı ilə tərtib olunmuşdur. Akta əsasən: "… xx.xx.2023-cü il tarixində YA11372 birka nömrəli iribuynuzlu heyvan tələf olmuşdur. İribuynuzlu heyvan 3 gün əvvəl yüksək temperatur, iştahsızlıq, qanlı idrar kliniki əlamətləri ilə müalicəyə cəlb olunmuşdur. Lakin müalicəyə cavab vermədiyindən tələf olmuşdur." 2) xx.xx.2023-cü il tarixli yarma protokolu. Yarmanı aparan baytar mütəxəssis Ağadadaş Əlirzayev, yarmada iştirak edən şəxslər Emin İsmayılov, Sakit Musazadə və İddiaçı. Yarma protokoluna əsasən: "Anamnez məlumatları: xx.xx.2023-cü il tarixində yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq. rumen hərəkətlərinin ilməsi, taxikardiya. İdrarı qırmızı və köpüklü şəkildə olmuşdur. Diri ikən diaqnoz: Qan parazitar babesia bigemina (piroplazmoz). Pataloji anatomik diaqnoz: Qan parazitar piroplazmoz. Rəy: Anamnez məlumatlarına əsasən, xəstəliyin gedişinə görə, daxili orqanların vəziyyətinə gorə qan parazitar (piroplazmoz). Hadisənin araşdırılması məqsədi ilə "xxxx" ASC tərəfindən bu sahədə ixtisaslaşmış müstəqil ekspert Sabir Süleymanov cəlb olunmuşdur, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər təyin edə bilər. Məlumdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparır. Mərkəzi Bankın rəsmi internet səhifəsinin müvafiq bölməsində sözügedən reyestr yerləşdirilmişdir .Reyestrə daxil olduqda Sabir Süleymanovun "Fiziki şəxs olan müstəqil ekspertlər" siyahısında 1-ci sırada olduğunu asanlıqla görmək mümkündür. Müstəqil ekspert Sabir Süleymanovun apardığı araşdırma ekspert rəyi ilə rəsmiləşdirilmişdir. Ekspert rəyinə əsasən: "YA11372 inventar nömrəli heyvan üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli yarma protokolunda diri ikən və patanatomik qan parazitar piroplazmidoz diaqnozu qoyulmuşdur. Yarma protokolunun anamnez məlumatları bölməsində bildirilir: xx.xx.2023-cü il tarixində yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq, rumen hərəkətlərinin itməsi, taxikardiya, idrarı qırmızı və köpüklü şəkildə olmuşdur, müalicəyə cəlb edilib, tövlə şəraiti. Piroplazmidozlarda xəstəliyin inkubasiya dövrü gənə dişlədikdən sonra 8-14 gün davam edir. Anamnez məlumatları bölməsində qeyd edilənlərdən məlum olur ki, heyvan sahibkar və baytar nəzarətindən kənar qalmış, xroniki formada qan parazitar xəstəliyi inkişaf edirmiş. Mövcud təlimat və qaydalara əsasən heyvanda qızdırma müşahidə edilərsə, periferik qan nümunəsi qan parazitar xəstəliyinə görə laborator müayinədən keçirilməli, sonra müalicə tədbirləri tətbiq edilməlidir. Araşdırmalar göstərir ki, heyvan diri ikən laborator müayinələr aparılmamış, vaxtında diaqnoz dəqiqləşdirilib müalicə tədbirləri görülməmiş, o vaxt heyvana baxış keçirilib ki, temperaturu 41.3 dərəcə olmuşdur ki, bu artıq çox gec və səmərəsizdir, odur ki, heyvan təsərrüfatsızlıq nəticəsində tələf olmuşdur. İ-LİV-0019/20 nömrəli sığorta şəhadətnaməsində sığorta ödənişinin verilməsindən imtina göstərilmişdir. Belə ki, "Şərtlər" bölməsinə əsasən: halları Sığorta predmetinin "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənilməsi təmin edilməlidir. Əks halda zərərlər ödənilməyəcək. Heyvanların vaxtında peyvəndlənməsi şərti (dövlət tərəfindən verilən və fermerlərin şəxsi hesabına əldə olunan peyvəndlər). Əks halda bu səbəblərdən baş verən zərərlər üzrə sığorta ödənişi verilməyəcək. Əlavə olaraq sığorta şəhadətnaməsinin "İstisnalar" bölməsinə əsasən: Sığortalanan heyvanların beynəlxalq normalara, müvafiq saxlama şəraitinə və qidalanmasına xüsusi diqqət yetirilməməsi nəticəsində baş vermiş itki və ziyanlar; 1 il ərzində ən azı dörd dəfə baytar həkimin nəzarəti və onun tövsiyələrinə riayət olunmaması nəticəsində baş verə biləcək itki və ziyanlar; Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul olunmuş normalara uyğun şəraitdə saxlanılmaması nəticəsində baş verə biləcək itki və ziyanlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi" Qaydalarının "Heyvan xəstəliklərinin qarşısının alınması" adlı 2-ci bəndinə əsasən heyvandarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, habelə baytarlıq mütəxəssisləri tərəfindən heyvan xəstəliklərinin qarşısını almaq məqsədilə infeksiya və invaziyalar əleyhinə tədbirlər planına uyğun olaraq spesifik profilaktik tədbirlər (peyvəndləmələr, işləmələr, diaqnostik müayinələr və digər baytarlıq-sanitariya tədbirləri) təmin edilməli, həmçinin xəstəlik baş verdiyi halda onun yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi" Qaydalarının 4-cü bəndi isə məhz heyvanların infeksion və qan parazitar xəstəliklərinə qarşı aparılan xüsusi baytarlıq tədbirlərinin həyata keçirilməsinə həsr olunmuşdur. Qaydaların 4.2-ci bəndinə əsasən planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işləri daxildir. Qaydaların 4.3-cü bəndinə əsasən xəstəliklərə diaqnoz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur. Qaydaların 4.6-cı bəndinə əsasən isə baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparılır. Göründüyü kimi İddiaçı tərəfindən qan parazitar xəstəliklərə qarşı nəinki profilaktik tədbirlər həyata keçirilməmiş, eyni zamanda heyvan diqqətdən kənarda qaldığına görə onda qan parazitar (piroplazmoz) xəstəliyi vaxtında aşkar edilməmiş və vaxtında müalicəyə cəlb olunmamışdır. Bunların nəticəsidir ki, heyvan tələf olmuşdur. Nəticə etibarı ilə İddiaçı tərəfindən heyvan müvafiq normativlərə uyğun saxlanılmadığına görə "xxxx" ASC xx.xx.2023-cü il tarixli 7084/C nömrəli məktubla sığorta ödənişinin verilməsindən imtina etməyə tam haqqlı olmuşdur. Əlavə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlərinin heç bir əsasının olmadığını və hətta həqiqətə uyğun olmayan arqumentlər gətirdiyini diqqətə çatdırmaq istəyirik: 1) İddiaçı qeyd edir: "Tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır." Yarma protokoluna əsasən heyvana qan parazitar (piroplazmoz) diaqnozu qoyulmuşdur. Qan parazitar (piroplazmoz) xəstəliklərinin keçiriciləri gənələrdir. İnternetdə kiçik bir araşdırma etməklə bunu asanlıqla aydınlaşdırmaq mümkündür. Nümunə üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paylaşılmış "İribuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən necə qorumalı?" adlı məqaləyə keçid linkini təqdim edirlər: https://agro.gov.az/az/news/iribuynuzlu-heyvanlari-qanparazitar-xesteliklerden-neceqorumali- fermerlere-loevsiye Qeyd: Bu məqalədə qan parazitar xəstəliklərlə bağlı fermerlər tərəfindən həyata keçirilməli tədbirlərə toxunulmuşdur. İddiaçı tərəfindən bu tədbirlər həyata keçirilməmişdir. İddiaçı qeyd edir: "Göründüyü kimi imtina məktubunda ekspertin reyestr nömrəsi və sertifikat nömrəsi qeyd olunmamışdır. Bununla da hesab edirik ki, qanunla müəyyən edilmiş tələblərə uyğun olmayan ekspertin rəyi sübut kimi ümumiyyətlə qəbul edilə bilməz." Yuxarıda da qeyd edildiyi kimi müstəqil ekspert Sabir Süleymanov Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiqlənmiş və reyestrə daxil edilmiş ekspertdir. Bütün qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu iddiası tamamilə rədd olunmalıdır;- Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizəyə iddiaçı X3 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə" dair iddiası üzrə e-2(006)-1461/2024 saylı mülki iş üzrə cavabdeh tərəfindən verilmiş mülahizəyə qarşı aşağıdakı xüsusatları nəzərinizə çatdırılır. Cavabdeh tərəf mülahizəsində verilən imtinanı, "fiziki şəxs olan müstəqil ekspertlər" siyahısının birinci sırasında asanlıqla görünən Sabir Süleymanovun ekspert rəyi ilə əsaslandırmışdır. Bununla bağlı bildirmək istəyir ki, ölkədə aqrar sahədə aparılan islahatların nəticəsi olaraq 27 iyun 2019-cu il tarixdə Aqrar Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin qanunda müstəqil ekspertlərlə bağlı tələblər müəyyən olunmuşdur. Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli 809 saylı Fərmanı ilə yaradılmış və həmin Fondun rəsmi saytında ( https://asf.gov .az/independentexperts/register) qanunvericiliyin tələblərinə uyğun olaraq "kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil eskpertlərin siyahısı" müəyyən olunmuşdur. Lakin ekspert rəyi verən Sabir Süleymanovun həmin siyahıda adının olmaması ilə yanaşı hansı sahə üzrə müstəqil ekspert olması, ekspert fəaliyyətinə verilmiş icazənin tarixini, nömrəsini və müddətini müəyyən edən sənəd təqdim olunmamışdır. Səlahiyyətli olmasını müəyyən etmək mümkün olmayan ekspert tərəfindən sığorta hadisəsi üzrə əsassız rəy qəbul edilmişdir. Belə olan halda, səlahiyyətli olmayan şəxs Sabir Süleymanov tərəfindən təqdim edilmiş ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən təqdim olunmuş mülahizədə iddiaçı tərəfindən profilaktik tədbirlər görülmədiyi, heyvanların diqqətdən kənarda qaldığı və vaxtında müalicəyə cəlb olunmadığı qeyd olunmuşdur. Bununla bağlı bildirmək istəyir ki, cavabdeh təşkilatdan 20-25 km aralıqda olan fermada Səkinə xanımın nələr edib-etmədiyini yerində olmadan həmin təşkilatın nümayəndəsi necə müəyyən etmiş, hər hansı bir əsaslı sübut olmadan sahibkar Səkinə xanımın fəaliyyəti ilə bağlı əsassız məlumatlar yazılmışdır. Belə ki, məhkəməyə təqdim olunmuş müqavilədən görünür ki, 2020-ci tarixdən baytarlıq idarəsi ilə bağlanmış müqavilə üzrə baytarlıq və dezinfeksiya xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Baytarlıq İdarəsinin həkimi Ağadadaş Əlirzayev tərəfindən bütün baytarlıq xidmətləri göstərilmişdir. Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq idarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məlumata əsasən də 2023-cü il ərzində epizootik tədbirlər planına uyğun olaraq dövlət tərəfindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı müxtəlif aylarda profilaktik peyvəndləmələr aparılması və eyni zamanda mütəmadi olaraq profilaktik dezinfeksiya işləri görülməsi öz əksini tapmışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktla da tələf olunan heyvanın vaxtında müalicəyə cəlb olunduğu qeyd olunmuşdur. Bu fakt Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidməti idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Emin İsmaylovun, idarənin aparıcı baytar həkimi Sakit Musazadənin və baytar həkimi Ağadadaş Əlirzayevin imzaları ilə təsdiq edilmişdir. Bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, 5000-6000 manat dəyəri olan, gündə bir neçə dəfə sağılan və 25-27 litr süd verən, gün ərzində 3 dəfə yem verilən iribuynuzlu heyvanın ümumiyyətlə, sahibkarın nəzarətindən kənarda qalması faktiki olaraq mümkün deyil. Digər bir tərəfdən 3 il ərzində həmin fermada heç bir heyvanın tələf olmamış, həmin dövrdə təsərrüfatda 19 baş heyvandan sadəcə birinin başına bu hadisə gəlmiş, heç bir heyvanda gənə dişləməsi və ya qeyd olunan xəstəliyik aşkar olunmamaşdır. Bu hallar isə öz növbəsində mülahizədə qeyd olunan bu izahın əsassız olduğunu sübut edir. Cavabdeh öz mülahizəsində iddia ərizəsində qeyd olunan "tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır" sözlərinin həqiqətə uyğun olmadığını "müəyyən etmişdir". Bunu cavabdeh internetdə kiçik bir araşdırma aparılması ilə asanlıqla müəyyən edilməsinin mümkün olduğunu qeyd etmişdir. Bu zaman cavabdeh tərəfindən tövsiyə xarakterli bir linkə istinad edilmişdir. Lakin tərəflərindən aparılmış kiçik olmayan araşdırma onu göstərir ki, qan parazitar (piroplazmoz) xəstəliklərinin yaranma səbəbi təkcə gənə dişləməsi deyil, habelə xəstə heyvanlarla təmas, gənə parazitin yemək zamanı otdan keçməsi və sair ola bilər. Bununla bağlı internetdə həm rus dilində, həm də ingilis dillərdə məlumatlar vardır;- "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizəyə iddiaçı X3 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etiraza qeyd edilmişdir ki, iddiaçı tərəf müstəqil ekspert Sabir Süleymanovun səlahiyyətli olub-olmamasını mübahisələndirir. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində İ- LİV-0019/20 nömrəli "Heyvanların sığortası" müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə sığortaçı qismində "xxxx" ASC çıxış etmiş və müqavilə məhz "xxxx" ASC-nin "Heyvanların sığortası" Qaydaları ilə tənzimlənmişdir. Müqavilədə də buna dair istinadlar mövcuddur. İddiaçının istinad etdiyi 27 iyun 2019-cu il tarixli "Aqrar sığorta haqqında" Qanunun bu müqavilə üzrə münasibətlərə heç bir aidiyyəti və bağlılığı yoxdur. Çünki bu müqavilə bağlandığı tarixdə (xx.xx.2020) "Aqrar sığorta haqqında" Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan sığorta qaydaları ("Aqrar sığorta Qaydaları") mövcud olmamışdır. "Aqrar sığorta Qaydaları" hələ xx.xx.2020-ci il tarixində, yəni sığorta müqaviləsi bağlandığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra təsdiq edilmişdir: Əlavə olaraq "Aqrar sığorta haqqında" Qanuna və "Aqrar sığorta Qaydaları"na əsasən sığortaçı qismində Aqrar Sığorta Fondu adından idarəedici qurum adlandırılan "xxxx" ASC çıxış edir. Əgər iddiaçı tərəf "Aqrar sığorta haqqında" Qanunun tətbiq olunduğunu iddia edirsə, o zaman niyə "xxxx" ASC-yə yox, "xxxx" ASC-yə müraciət etmişdir? Bütün bunlar bir daha onu göstərər ki, iddiaçı tərəf sığorta qanunvericiliyindən məlumatsızdır. Sığorta qanunvericiliyinin mahiyyətini dərk etmədən münasibətlərinə aidiyyəti olmayan Qanuna istinad etməklə sadəcə məhkəmənin diqqətini yanlış istiqamətə yönlədirmək istəyir. Sığorta bazarına nəzarət edən qurumun - Mərkəzi Bankın müstəqil ekspert olaraq tanıdığı Sabir Süleymanova belə şübhə ilə yanaşılması və aqrar sahədə ümumilikdə 40 ildən çox təcrübəsi (1975- 2022 Kənd Təsərrüfatı Nazirliyi, 2002-2009 müxtəlif sığorta şirkətləri, 2009-bugünədək müstəqil ekspert) olan bu peşəkarın "səlahiyyətli olmayan şəxs" adlandırılması sadəcə təəssüf doğurur. Görünən odur ki, iddiaçı tərəf də müstəqil ekspert Sabir Süleymanovun ekspert rəyinin həqiqətə uyğun olduğunu başa düşür, bu səbəbdən onun müstəqil ekspert kimi səlahiyyətini inkar etməklə ekspert rəyi kimi mötəbər sübuta kölgə salmaq istəyir. İddiaçı tərəf bütün zəruri profilaktik tədbirlərin və peyvəndləmələrin həyata keçirildiyini iddia edir. Mülahizələrində məhz qan parazitar xəstəliklərinə qarşı profilaktik tədbirlərin həyata keçirilmədiyini, qan parazitar (piroplazmoz) xəstəliyinin vaxtında aşkar edilmədiyini və heyvanın vaxtında müalicəyə cəlb olunmadığını qeyd etmişdirlər. Vurğu qan parazitar xəstəliklərinə qoyulur. İddiaçının istinad etdiyi 22 sentyabr 2020-ci il tarixli "Baytarlıq təbabəti haqqında" müqaviləyə əsasən İddiaçı dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin təşkili üzrə xidmət göstərilməsi razılaşdırılmışdır. Halbuki heyvanları qan parazitar xəstəliklərdən qorumaq üçün onlar gənələrə qarşı çimizdirilməli, tövlə və tövləətrafı ərazilər dezakarizasiya və s. olunmalıdır. İddiaçı tərəfin "Baytarlıq təbabəti haqqında" müqaviləyə istinad etdiyini, müqavilədə isə qeyd etdikləri tədbirlərin (gənələrə qarşı çimizdirilmə, dezakarizasiya və s.) razılaşdırılmadığını nəzərə alsaq, bu kimi əhəmiyyətli profilaktik tədbirlərin həyata keçirilmədiyi açıq-aşikardır. İddiaçının istinad etdiyi Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən yanvar ayında qarayara, fevral ayında dabaq, aprel ayında nodulyar dermatit xəstəliklərinə qarşı profilaktiki peyvəndləmələr aparılmışdır. Göründüyü kimi "qan parazitar" xəstəliklərinin adı belə keçmir. "Qan parazitar" xəstəliklərinə qarşı nə kimi peyvəndlər vurulmuşdur? xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı tərəfdən "qan parazitar" xəstəlikləri ilə bağlı edilmiş profilaktiki tədbirlər və pevvəndlərlə bağlı təsdiqləvici sübutların təqdim olunması xahiş olunsa da, bugünədək bu istigamətdə hər hansı sübut məhkəməvə təqdim olunmamışdır. Bütün bunlarla yanaşı iddiaçı tərəf heyvanın vaxtında müalicəyə cəlb olunduğunu iddia edir. Heyvanın məhz vaxtında müalicəyə cəlb olunduğu heç yerdə öz əksini tapmamışdır. Əksinə, heyvan vaxtında müalicəyə cəlb olunmadığına görə tələf olmuşdur. İddiaçı tərəfqan parazitar (piroplazmoz) xəstəliklərinin yaranma səbəbinin gənə dişləməsi ilə yanaşı xəstə heyvanlarla təmas, gənə parazitinin yemək zamanı otdan keçməsi olduğunu qeyd edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-1461/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul etmənizi xahiş etmişdir. Şikayətdə Aqrar sığorta haqqında Azərbaycan Respublikasının qanun 10.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin həqiqi halları ondan ibarətdir ki, "xxxx" ASC ilə xx.xx.2020-cı il tarixdə imzalanmış müqavilə üzrə verilmiş İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə hər birinin dəyəri 3600 manat dəyəri olan 7 (yeddi) ədəd Simmental cinsli inək sığortalanaraq, 3 (üç) il müddətinə təminat verilmişdir. xx.xx.2023-cü il tarixdə İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inək tələf olmuşdur. İddiaçı tərəfindən dərhal sığorta şirkətinə telefon vasitəsi (*7000) ilə əlaqə saxlanmış, lakin çağrı mərkəzi tərəfindən cavab verilməmişdir. Sonra dərhal sayt üzərindən elektron müraciət olunmuş və elektron müraciətə cavab olaraq əlaqə saxlanacağına dair avtomatik mail göndərilmişdir. Lakin əlaqə saxlanılmamışdır. Tərəflərindən sənədlərlə birlikdə "xxxx" ASC-nə müraciət olunmuşdur. "xxxx" ASC-nin 13 dekabr 2023-cü il tarixli 7084/C saylı cavab məktubu ilə İ-LİV0019/20 saylı “Heyvanların sığorta” şəhadətnaməsinin şərtlər bölməsinin tələbinin pozulması əsası ilə ödəniş olunmasından imtina olunmuşdur. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, imtina məktubu əsassızdır və siğorta hadisəsi nəticəsində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "xxxx" ASC-nin cəlb etdiyi ekspertin rəyinə əsasən heyvanın təsərrüfatsızlıq nəticəsində tələf olduğu qeyd olunmuşdur. Ekspert rəyində qeyd olunanlarla bağlı bildirmək istəyir ki, heyvan hər zaman baytar və sahibkarın nəzarətində olmuşdur. Heyvanlar Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində heyvanların saxlanması üçün tələblərə cavab verən daş tikilidən ibarət tövlələrdə (hasara alınmış gəzinti sahəsi olan) saxlanılmışdır. Bakı şəhəri Baytarlıq İdarəsi ilə xx.xx.2020-ci il tarixdən bağlanmış “Baytarlıq Təbabəti haqqında” müqaviləyə əsasən Sabunçu rayon Baytarlıq idarəsinin baş həkimi X6 tərəfindən heyvanlara bütün baytarlıq xidmətləri göstərilir. Heyvanlar hər zaman vaxtında peyvənd olunmuş və tərəflərindən dezinfeksiya işləri profilaktik olaraq həyata keçirilmişdir. Həmin dövrdə təsərrüfatda 19 baş heyvan olmuşdur və heç birində gənə dişləməsi ilə bağlı hadisə olmamışdır. Tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, 5000-6000 manat dəyəri olan, gündə 3 dəfə sağılan və 25-27 litr süd verən, gün ərzində 3 dəfə yem verilən iribuynuzlu heyvanın ümumiyyətlə sahibkarın nəzarətindən kənarda qalması faktiki olaraq mümkün deyil. Ekspertin heç bir araşdırma aparmadan bu qənaətə gəlməsi verdiyi rəyin qeyri obyektiv, tərəfli və əsassız olduğunu sübut edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tələf olan heyvan və digər heyvanlar normativlərə uyğun olaraq saxlanılıb və bəslənilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" ASC-nin imtinası formal xarakter daşıyır və yalnız sığorta ödənişinin verilməsindən yayınmaq məqsədi güdür. Bundan əlavə bildirmək istəyir ki, ekspertin cəlb edilməsi və onun hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, “Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddəsinə əsasən Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir. Həmin Qanunun 10.1-ci maddəsinə görə Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Göründüyü kimi imtina məktubunda ekspertin reyestr nömrəsi və sertifikat nömrəsi qeyd olunmamış, ekspert bu növ işlər üzrə ekspert rəyi verməyə səlahiyyətli ekspert olmamışdır. Bununla da hesab edir ki, qanunla müəyyən edilmiş tələblərə uyğun olmayan ekspertin rəyi sübut kimi ümumiyyətlə qəbul edilə bilməz. Bundan başqa, Sabunçu rayon Baytarlıq idarəsinin baş həkimi X1 cəlb edilməməsi, ondan müvafiq məlumat və rəy alınmaması da təsdiq edir ki, Paşa Sığorta tərəfindən verilən imtina formal xarakter daşıyır və tamamilə əsassızdır. Nəzərə almaq lazımdır ki, "xxxx" ASC ilə xx.xx.2020-cı il tarixdə imzalanmış müqavilə üzrə verilmiş İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə onlar tərəfindən 7 inək sığortalanmışdır və yalnız 1 inəklə bağlı sığorta hadisəsi olmuşdur. Əgər onun tərəfindən inəklərə tələblərə uyğun baxım olmasa idi (yəni təssərüfatsızlıq), digər inəklərdə də tələf olma halı olmuş olardı. Lakin yuxarıda da qeyd edilən kimi bu keçən 3 il ərzində yalnız bir inəklə bağlı sığorta hadisəsi olmuşdur. Bu qeyd olunan faktlar "xxxx" ASC-nin imtinasının əsassız olmasını bir daha təsdiq edir. xx.xx.2023-cü il tarixdə İ- LİV-0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inəyə görə sığorta məbləği xx.xx.2023-cü il tarixli İ-LİV-0019/20 saylı şəhadətnamənin ayrılmaz hissəsi sayılan xx.xx.2020 tarixli Əlavə 1 görə 3600 manat təşkil edir. Aqrar sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspertlər üçün qanun iki tələb müəyyən etmişdir. Birincisi ,X15 tərəfindən keçirilmiş imtahanı müvəffəqiyyətlə keçərək sertifikat alması və reyestra daxil edilməsi. Lakin cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyinin tərtib edən şəxsin sertifikatının olmaması və qanun tələbinə uyğun müstəqil ekspert olamaması birinci instansiya məhkəməsinin hakimi tərəfindən görməzdən gəlinmiş, qanun bu maddəsinin tələbləri nəzərə alınmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, 27 iyun 2019cu il tarixli "Aqrar sığorta haqqında" Qanunun bu müqavilə üzrə münasibətlərə şamil edilə bilməz. Çünki bu müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2020-ci ildə "Aqrar sığorta haqqında" Qanunun 6.1- ci maddəsində nəzərdə tutulan sığorta qaydaları ("Aqrar sığorta Qaydaları") mövcud olmamışdır. "Aqrar sığorta Qaydaları" hələ xx.xx.2020-ci il tarixində yəni sığorta müqaviləsi bağlandığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra təsdiq edilmişdir. Bildirmək istəyir ki, cavabdeh tərəfindən irəli sürülmüş bu hüquqi cəhətdən tam əsassız dəlilin məhkəmə tərəfindən qətnamənin əsas dəlil kimi qeyd olunması bizdə çox təəssüf hissi yaratdı. Belə ki, müstəqil ekspertlə bağlı tələblərin xx.xx.2020-ci il tarixdə qüvvəyə minən qanunda dəqiq olaraq müəyyən olunduğu halda qaydalar istinad edilməsi anlaşılan deyildir. Fərz edilsə ki, həmin Qanunu və 10.1ci maddəsini birinci instansiya məhkəməsi görməyib, qaydalara əsasən həll olunmalıdır. Bu zaman mübahisəli hüquq münasibəti inəyin tələf olduğu xx.xx.2023-cü il tarixdə yarandığı açıq-aşkardır. Dəvət olunacaq müstəqil ekspertin həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən bir şəxs olmalı idi. Lakin birinci instansiya məhkəməsi bu hala da nəzər yetirmədən cavabdehin dəlilini qətnaməyə köçürmüşdür. Göründüyü kimi birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu hazırki mübahisəyə tətbiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan Nazirlər Kabineti qərarlarına istinad edərək, qan parazitlərinə qarşı peyvənd vurulmadığı, profilaktik tədbirlər həyata keçirilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirmək istəyir ki, qan parazitlərinə qarşı ümumiyyətlə peyvənd nəzərdə tutulmamışdır. Tərəflərindən Bakı Baytarlıq İdarəsinin nəzarəti ilə bütün peyvəndləmə və profilaktik tədbirlər həyata keçirilmişdir (bununla bağlı tərəfimizdən arayış da təqdim olunmuşdur). Eyni zamanda heyvan hər zaman baytar və sahibkarın nəzarətində olmuşdur. Heyvanlar Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində heyvanların saxlanması üçün tələblərə cavab verən daş tikilidən ibarət tövlələrdə (hasara alınmış gəzinti sahəsi olan) saxlanılmışdır. Bakı şəhəri Baytarlıq İdarəsi ilə xx.xx.2020-ci il tarixdən bağlanmış “Baytarlıq Təbabəti haqqında” müqaviləyə əsasən Sabunçu rayon Baytarlıq idarəsinin baş həkimi X6 tərəfindən heyvanlara bütün baytarlıq xidmətləri göstərilir. Heyvanlar hər zaman vaxtında peyvənd olunmuş və tərəflərindən dezinseksiya işləri profilaktik olaraq həyata keçirilmişdir. Həmin dövrdə təsərrüfatda 19 baş heyvan (onlardan 7 ədədi cavabdeh tərəfindən sığortalanmışdır) olmuşdur və heç birində gənə dişləməsi ilə bağlı hadisə olmamışdır. 3 il ərzində sadəcə bir heyvan tələf olmuşdur. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi, ...araşdıraraq hesab edir ki,... cümləsindən sonra həqiqətə uyğun olmayan məlumatla başlayır. Belə ki, qətnamədə istinad olunur ki, “xx.xx.2023-cü il tarixli Yarma Protokolundan görünür ki, X4 məxsus 1 baş inək xx.xx.2023-cü il tarixində ölmüşdür.” (Bax: qət. vər.2, sonuncu abzas). Həqiqətdə isə, həmin inək xx.xx.2023 deyil, xx.xx.2023 tarixində tələf olmuşdur və yarma protokolunda məhz belə qeyd olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində (10-cu vərəq 7-ci abzas) qeyd etmişdir ki, “iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Yarma Protokolundan, həmçinin ekspert rəyindən görünür ki, qan parazitar xəstəliklərinə qarşı profilaktik tədbirlərin həyata keçirilmədiyinə, qan parazitar (piroplazmoz) xəstəliyinin vaxtında aşkar edilmədiyinə və vaxtında müalicəyə cəlb olunmadığına görə heyvan tələf olmuşdur”. Birinci instansiya məhkəməsi tərəfindən ona məlum olmayan səbəblərdən Yarma Protokolundan qeyd olunmayan ifadələr qətnamədə səhv yazılmışdır. Çünki iş materiallarında olan həmin Protokolda və aktda əksinə heyvanın müalicəyə cəlb olunduğu qeyd olunmuşdur. Bu hal isə birinci instansiya məhkəməsinin sübutlara obyektiv baxmadığını və qanunvericiliyə uyğun hüquqi qiymət vermədiyi göstərməkdədir. Eyni zamanda tərəflərindən verilmiş vəsatət ilə iş üzrə mütəxəssis, fermanın yerləşdiyi ərazi üzrə Sabunçu rayon baş baytar həkiminin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi vəsatətlərinə ümumiyyətlə münasibət bildirməyərək yenə prosessual hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi səlahiyyətli olmayan şəxs tərəfindən tərtib edilmiş rəyə əsasən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla da məhkəmə qeyd olunan prosessual qanunun tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibəti inəyin tələf olduğu xx.xx.2023- cü il tarixdə yarandığı müəyyən edə bilməmişdir. Belə ki, iş üzrə rəy verəcək olan müstəqil ekspertin həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən bir şəxs olmalı idi. Çünki sığorta hadisəsi 2023-cü il tarixdə yaranıb və həmin dövrdə qüvvədə olan hüquq norması “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunu olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu hala da nəzər yetirmədən cavabdehin dəlilini qətnaməyə köçürmüş və bununla da prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iş üzrə məhkəmə bioloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilmişdir.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinin 23 noyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, hadisənin baş verdiyi tarixdən (2023-cü il tarixindən) uzun müddət keçdiyinə, həmçinin Agentlikdə müvafiq maddi-texniki baza olmadığına görə sözügedən qərardadda qeyd edilmiş məsələlərin həlli üçün tədqiqat aparılması, eyni zamanda inəyin nəyin nəticəsində və ya hansı amillər əsasında tələf olmasının və digər zəruri xüsusatların müəyyən edilməsi Agentliyin imkanları xaricindədir. Əlavə olaraq bildiririk ki, iribuynuzlu heyvanların piroplazmozu Piroplazma bigeminum adlı qan parazitlərinin törətdiyi və yüksək temperaturla müşayiət olunan invazion xəstəlikdir. Xəstəliyin əsas keçiricisi olan B. Calcaratus gənələri ildə üç (yaz, yay və payız fəsillərində) nəsil verir ki, bu da piroplazmoz xəstəliyinin geniş yayılmasına səbəb olur. Bu fəsillərdə gənələrin artımı üçün daha əlverişli şərait yaranır və ən şiddətli yoluxma qeyd olunur. Xəstəliyə yoluxmuş heyvanlarda inkubasiya dövrü 14- 24 gündür. Piroplazmoz zamanı heyvanın hərarəti 41-42 dərəcəyədək yüksəlir və 3 gündən 12 günə qədər bu vəziyyətdə qalır. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, yatır, zəifləyir, arıqlayır və inəklərdə südün azalması müşahidə edilir. Bəzi hallarda süd sarımtıl rəng alır və dadı acı olur. Xəstəliyin 2-4-cü günləri sidikdə qan müşahidə edilir, xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir, heyvan ayaq üstə dura bilmir, inilti ilə nəfəs alır və qulaqlar sallanır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2 dərəcə aşağı düşür və vaxtında müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5-6 gün müddətində tələf olur. Belə hallarda xəstə heyvanlar dərhal naxırdan təcrid edilib müalicəyə cəlb olunmalı, gənə və həşəratlardan qorunmalıdır. Xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Bunun üçün heyvanlar hər 6-7 gündən bir dezinseksiyaedici məhlullarla gənələrə qarşı çimizdirilərək dezinseksiya edilməli və heyvan saxlanılan tövlə, həyətyanı sahələr mexaniki təmizlənərək dezinfeksiya edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, xaricdən respublikaya idxal edilən cins heyvanlar yerli mühitə gec adaptasiya olunduğuna görə piroplazmoz xəstəliyinə həssas olurlar. Qeyd olunanları, həmçinin Agentliyin sözügedən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini zəruri edən əlavə hər hansı bir halın mövcud olmadığını nəzərə alaraq, Agentliyin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakına xitam verilməsini xahiş edirik.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 10 dekabr 2024-cü il tarixli cavab mətubunda qeyd edilmişdir ki, məsələ ilə bağlı eyniməzmumlu müraciətə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən 2024-cü il 23 noyabr tarixli 3-22-1/2-2344/2024 nömrəli məktubla cavab verilmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək,hazırkı hadisənin birbaşa sığorta hadisəsi olduğunu, cavabdehin sığorta ödənişini etmək boyun qaçırdığını, iddiaçı tərəfindən heyvana təsərrüfatsızcasına baxılması ilə əlaqədar heyvanın tələf olması ilə bağlı iddiaların tamamilə əsassız olduğunu, belə ki, digər heyvanlara da iddiaçı tərəfindən eyni qaydada baxıldığını, lakin onlarda belə bir xəstəliyin olmadığını, iddiaçının bütün heyvanla eyni diqqətlə və normativ tələblərə uyğun olaraq baxdığını, digər tərəfdən birinci instansiya məhkəməsinin “Aqrar Sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərini diqqətdən qaçırdığını, belə ki, Qanunun 10.1-ci maddəsinə görə Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlərin cəlb edildiyini, lakin hazırkı iş üzrə imtina məktubunda ekspertin reyestr nömrəsi və sertifikat nömrəsinin qeyd olunmadığını, ekspertin bu növ işlər üzrə ekspert rəyi verməyə səlahiyyətli ekspert olmadığını qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 apellyasiya şikayətini əsassız hesab etdiyini, belə ki, heyvanın iddiaçı tərəfindən düzgün baxılmaması, vaxtında profilaktik peyvəndləmələrin edilməməsi səbəbindən tələf olduğunu, iddiaçının imtina vermiş ekspertin səlahiyyətli hesab olunmaması ilə bağlı arqumentinə münasibətdə isə, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini apardığını, reyestrə daxil olduqda Sabir Süleymanovun “Fiziki şəxs olan müstəqil ekspertlər” siyahısında 1-ci sırada olduğunun müəyyən edildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi” Qaydalarının “Heyvan xəstəliklərinin qarşısının alınması” adlı 2-ci bəndinə əsasən heyvandarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, habelə baytarlıq mütəxəssisləri tərəfindən heyvan xəstəliklərinin qarşısını almaq məqsədilə infeksiya və invaziyalar əleyhinə tədbirlər planına uyğun olaraq spesifik profilaktik tədbirlər (peyvəndləmələr, işləmələr, diaqnostik müayinələr və digər baytarlıq-sanitariya tədbirləri) təmin edilməli, həmçinin xəstəlik baş verdiyi halda onun yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməli olduğunun qeyd edildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi” Qaydalarının 4.2-ci bəndinə əsasən planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin daxil olduğunu, qaydaların 4.3-cü bəndinə əsasən xəstəliklərə diaqnoz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur. Qaydaların 4.6-cı bəndinə əsasən isə baytarlıq tədbirlərinin iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparıldığını, İddiaçı tərəfindən qan parazitar xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilmədiyini, heyvana lazımi diqqət yetirilmədiyi üçün xəstəliyin vaxtında aşkar edilmədiyini və müalicə edilmədiyini, bu səbəbdən də heyvanın tələf olduğunu, belə olduğu halda baş vermiş hadisənin sığorta hadisəsi olmadığını, Paşa sığortanın imtina etməkdə tam haqlı olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
11. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. 2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir.884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır. 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 885-1. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. .923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.924.1 Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 14.“ Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır:4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);4.1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar;4.1.3. akvakultura məhsulu. 5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:5.1.1. təbii fəlakətlər;5.1.2. yanğınlar;5.1.3. bitki xəstəlikləri və zərərvericilər;5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr;5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;5.1.6. üçüncü şəxslərin hərəkətləri.5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz. 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.10.1 Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Həmin imtahanın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi" Qaydalarının 4.2-ci bəndinə əsasən planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işləri daxildir. 4.3-cü bəndinə əsasən xəstəliklərə diaqnoz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur. 4.6-cı bəndinə əsasən isə baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi" Qaydalarının "Heyvan xəstəliklərinin qarşısının alınması" adlı 2-ci bəndinə əsasən heyvandarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, habelə baytarlıq mütəxəssisləri tərəfindən heyvan xəstəliklərinin qarşısını almaq məqsədilə infeksiya və invaziyalar əleyhinə tədbirlər planına uyğun olaraq spesifik profilaktik tədbirlər (peyvəndləmələr, işləmələr, diaqnostik müayinələr və digər baytarlıq-sanitariya tədbirləri) təmin edilməli, həmçinin xəstəlik baş verdiyi halda onun yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
17. “ “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 95.3. Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883, 884, 885, 922-927, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216- 220, 227, 385-390-cı maddələrinə istinadən təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməmişdir.
19. Kollegiya hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Belə ki, cavabdeh təşkilat iddiaçının heyvana təsərrüfatsızcasına baxdığını, qanunvericiliyin tələblərinə uyğun olaraq heyvanın tələf olduğu xəstəlikdən vaxtında peyvəndlənmədiyini əsas gətirmiş və müqavilə şərtlərinə uyğun olaraq belə olduğu halda hadisənin sığorta hadisəsi hesab edilmədiyi və Paşa Sığorta ASC-nin məsuliyyətinin yaranmadığını qeyd etmişdir. Lakin ilk növbədə qeyd edilməlidir ki, məhz gənə xəstəliyi ilə bağlı konkret olaraq hansısa peyvəndləmənin məcburi olaraq edilməsi qanunvericilikdə öz təsbitini tapmamışdır.Digər tərəfdən iddiaçı eyni cinsdən olan digər 6 heyvanı da sığortalamış, onlara da eyni qaydada baxmış, lakin həmin heyvanlar tam sağlam qalmış, onlarda bu xəstəlik müşahidə edilməmişdir. Digər tərəfdən kollegiya imtina məktubundakı ekspertin səlahiyyətli olması məsələsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, qeyd edilməlidir ki, hazırkı iş üzrə rəy vermiş ekspertin müvafiq reyestr və sertifikat nömrəsi qeyd edilməmişdir. Qeyd edilən hallar nəzərə alınaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, siğorta hadisəsi nəticəsində ödənilməmiş 3600 manat məbləğində sığorta ödənişi, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pul və 60 manat dövlət rüsumu olmaqla ümumilikdə 3960 manat məbləğində pul cavabdehdən "xxxx" ASC-dən tutularaq, İddiaçı Əkbər qızına ödənilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
21. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci tələb olmadığından onu ödəyən şəxsə aid edilməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1461/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair iddiası təmin edilsin. Sığorta hadisəsi nəticəsində ödənilməmiş 3600 manat məbləğində sığorta ödənişi, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pul və 60 manat dövlət rüsumu olmaqla ümumilikdə 3960 manat məbləğində pulu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin.