Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2861/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Baki şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(009)-1680/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Baki şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair X1 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti vermiş, Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı 07 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçıların nümayəndəsi-vəkili qərardaddan şikayət vermiş, məhkəmənin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət geri qaytarılmışdır. Hazırda iddiaçıların nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıların ona verdikləri həmin səlahiyyətlər əsasında o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mübahisə ilə bağlı çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(009)- 1680/2022 saylı qətnamədən yazdığı apellyasiya şikayətini elektron qaydada elektron kabinet vasitesi ilə yükləməsi üçün onu elektron məhkəmə informasiya sisteminə əlavə etməsini xahiş etmiş, müraciətindən sonra məhkəmə onu elektron məhkəmə informasiya sisteminə əlavə etmiş və o, xx.xx.2022-ci il tarixlərdə mübahisə edilən qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə yükləməyinə baxmayaraq məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə qeyd edilmiş qərardadda göstərilmiş əsasları əsas götürməklə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə sənəd kimi yükləməklə qeydiyyatdan keçirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(009)-1680/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1680/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzrlü hesab edilmiş və buraxılmış müddət bərpa edilərək apellyasiya şikayəti baxılması üçün 2(009)-1680/2022 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda cavabdeh həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıların nümayəndəsi Vəkil1 qeyd olunan qətnamədən şikayət verilmə müddətinin sonuncu günü, yəni xx.xx.2022-ci il tarixdə şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən şikayət geri qaytarılmışdır, daha sonra iddiaçıların nümayəndəsi Vəkil1 qeyd olunan qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini elektron kabinet vasitəsilə məhkəməyə göndərmiş, xx.xx.2022-ci il tarixdə isə müddətin bərpası barədə vəsatəti təqdim etmişdir. Apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzrlü hesab edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. İlk dəfə iddiaçılar tərəfindən apelyasiya şikayəti nəzərdə tutulmuş müddət daxilində verilmiş, lakin elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır, daha sonra isə göstərilmiş nöqsan aradan qaldırılmaqla, qanunvericiliyin tələblərinə uyğun formada apelyasiya şikayəti verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıların hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barələrində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(009)-1680/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2861/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2861/2023
17.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver