Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2866/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-293/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq hesablanmış 1732,20 manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Nərimanov rayonu LO 38.10 ev 97 J ünvanda yaşayır və qanuni əsaslarla da ona məxsus ünvana qaz sayğacı quraşdırılmış, 2018 və 2019-cu illər ərzində Birliyin əməkdaşları tərəfindən qanunsuz olaraq iki dəfə akt tərtib edilərək cəmi 1732.20 manat borc yazılmışdır. Akt da sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsinin aşkar olunması barədə qeyd edilmiş hal həqiqəti əks etdirmir. Evin ətrafından keçən qaz xəttinə diqqət yetirdikdə orada olan boruya heç bir müdaxilənin edilmədiyi bəlli olur. Hazırda cavabdeh idarənin ərazi üzrə əməkdaşlarının təqsiri üzündən hesabı bloklanmış və bu səbəbdən də qazsız qalmış, əlavə xərclər çəkmək məcburiyyətində qalmış və bu səbəbdən də ziyana düşmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-293/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********70000) hesablanmış 1732,20 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır, yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 1732,20 manat hesablanaraq abonentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, ünvan 1 ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 088987 saylı, xx.xx.2016-cı il tarixli aktlarında “abonent qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il və xx.xx.2016-cı il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi 324 m3, 6048 m3, 4317 m3 və 2520 m3 qazın dəyərinə borc hesablanmış, 1752,60 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Mülki iş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən Cavabdehnə vurulmuş ziyanın müəyyən edilməsi üçün Cavabdehnə məxsus qaz xəttinin hansı təzyiqdə olması və evdə sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin sayı, növü, texniki pasportları, onlardan istifadə müddətləri, qoşulma nöqtəsində dəliyin en kəsiyinin sahəsi barədə rəsmi məlumatların Mərkəzə təqdim edilməsi ilə bağlı məhkəməyə xx.xx.2020-ci ildə vəsatət daxil olmuşdur. Məhkəmə tərəfindən qeyd edilən sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu xx.xx.2020ci il tarixində Cavabdehnə məktub göndərilmişdir. Lakin Cavabdeh tərəfindən vəsatətin təmin edilməsi məqsədi ilə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş, bunun üzrlü səbəblərdən baş verməsi barədə isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəticədə, mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1985 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mülki iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. xx.xx.2020-ci il tarixli, 10/1985 saylı vəsatət təmin edilmədiyinə görə Cavabdehnə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələbinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərtib olunmuş aktlar əsasında iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulmasını və bunun tərtib olunmuş aktlarla təsdiq olunduğunu iddia edərək, iddiaçıya 1752,60 manat zərər hesablamışdır. İddiaçı isə sayğacdan kənar qoşulma hallarına yol vermədiyini, qeyd olunan məbləğdə zərərin əsassız olaraq hesablandığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və ekspert cavabdehin ünvanı üzrə sayğacdan kənar qaz xəttinə qoşulmanın baş verdiyini müəyyən etmiş, lakin Cavabdeh İB tərəfindən müvafiq sənədlər təqdim olunmadığı üçün vurulmuş ziyanın müəyyən edilməsi üzrə tədqiqat aparılmasının mümkün olmadığını bildirmişdir. Lakin, ekspert tərəfindən «kənar qoşulma» faktı müstəqil araşdırma nəticəsində yox, Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdiyi aktlar əsasında müəyyən olunmuş, məhz buna görə də rəydə aktların mötəbərliyinə məhkəmə tərəfindən qiymət verilməli olduğu qeyd olunmuşdur. Beləliklə, ekspert rəyi iddiaçı tərəfindən sayğıcdan kənar qaz xəttinə qanunsuz qoşulma halının müəyyən olunması kimi qiymətləndirilə bilməz, bu hal tərtib olunmuş rəylər əsasında müəyyən oluna bilər. İş materiallarına əlavə olunmuş aktlar isə yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, iddiaçının aktları imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur və onların sübut kimi qəbul edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-293/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2866/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2866/2021
15.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver