Məhkəmə qərarları › İş №2(103)-287/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-287/2025

27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-287/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı qanunsuz borcun silinməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: qazdan istifadəyə görə qanunsuz hesablanmış borcun silinməsi, debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qanunsuz borcun silinməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-106/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 2019-cu ilin fevral ayından 2023-cü ilin iyun ayına qədər tərtib olunmuş aktlar əsasında ünvan 1 ünvanda sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə 11.716,64 manat ziyan məbləği hesablanmışdır.

2. Mənzilin mülkiyyətçisi X3 xx.xx.2023-cü ildə vəfat etmişdir.

3. ünvan 2 saylı ümumi sahəsi 173.23 kv.m. olan evin 2/12 hissəsi xüsusi də dair İddiaçı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Cavabdeh İB tərəfindən verilmiş ünvan 1 ünvan üzrə xx.xx.2019-cu il tarixli **********00010 nömrəli abonentin saldosundan görünür ki, ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2019-cu ilin yanvar ayından 2023-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 1532,80 manat borc (debitor borc) qalmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş: xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 712,80 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 108 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 111,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 9,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 9,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 27,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 27,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 32,40 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 32,40 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 57,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 275,60 manat; 30.01,2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; 30.11,2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 194,40 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31.01,2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31,03.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31,08.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31,10.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 30.11,2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023- cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 103,68 manat cərimənin qanunsuz və əsassız olmaqla məhrum atası X1 adına olan **********00010 saylı abonent kodlu qaz sayğacının üzərinə borc kimi köçürülmüş ümumi 13.249,24 manat borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 23, mənzil 1-də məhrum atası X1 vəfatından sonra o yaşayır. Atası xx.xx.2023cü ildə Bakı şəhərində “kor bağırsağın bədxassəli yenitörəməsi”nin diaqnozu ilə ölmüşdür. Həmin fərdi yaşayış evində məhrum atasının adına qeydiyyata alınmış **********00010 abonent koduna əsasən qaz sayğaçı quraşdırılmışdır. Atasının vəfatından sonra məlum olmuşdur ki, atasının adına quraşdırılmış **********00010 saylı abonent kodu ilə qaz sayğacı üzrə qırx altı (2019-2023-cü il) dəfə Aktlar yazılaraq guya sayğacdan kənar istifadə edildiyi üçün həmin aktlara əsasən ümumi 13.249,24 manat olan cərimə hesablanmışdır. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyim Aktlar tamamilə qanunsuz və əsassızdır.

7. Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi barədə məhkəməyə qarşılıqlı iddia tələbi ünvanlayaraq, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 11.716,64 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1.532,80 manat pulun və 129,75 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13.378,99 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23, mənzil 1 ünvanda qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* akt əsasında 712,80 manat; xx.xx.2019-cu il tarixli ******* akt əsasında 108 manat; xx.xx.2019-cu il tarixli ******* akt əsasında 111,60 manat; xx.xx.2019-cu il tarixli ******* akt əsasında 9,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 9,60 manat; xx.xx.2019cü il tarixli ******* akt əsasında 27,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 27,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 32,40 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 32,40 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 57,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 275,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 103,68 manat, cəmi 11.716,64 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2019-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 13763 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1.532,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. 2019-cu ilin yanvar ayından 2023-ci ilin dekabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1532,80 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 13.249,24 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 106/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-trosoloji ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/205 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində mülaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 106/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23 ünvan üzrə **********00010 saylı abonent hesabına hesablanmış 11.716, 64 manat borcun silinməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh xeyrinə debitor borcu üzrə 1.532,80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62 manatın tutulması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 64 manatın Cavabdehndən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçının-istehlakçının barəsində müvafiq səlahiyyəti olan orqan tərəfindən onun təqsirini müəyyən edən qərar qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, iş materiallarında olan əksər aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır.

13. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad olunan qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

15. Məhkəmə ekspert rəyini də nəzərə alaraq, göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığı üçün iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23 ünvana Cavabdeh tərəfindən hesablanmış 11.716, 64 manat borc silinməlidir.

16. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2019cu ilin yanvar ayından 2023-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 1.532,80 manat borc (debitor borc) qalmışdır.

17. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, iddia üzrə cavabdeh R.Əkbərovun qazdan sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 10,48 manat debitor borcu vardır.

18. Məhkəmə hesab etmişdir ki, istehlakçı tərəfindən istifadə edilmiş və dəyəri ödənilməmiş 1.532,80 manat debitor borcu qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh xeyrinə tutulmalı, qarşılıqlı iddia qismən təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 26-cı maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə, "Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, 13-cü maddəsinin 8-1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Qeyd edilənlərlə yanaşı yerli baxış zamanı tərəfindən müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırılsa, abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, ev köhnə bir evdir. İş materiallarında evin fotoşəkilləri var. Ekspertlər tərəfindən baxış keçirildi. Keçmiş həyat yoldaşı xərçəng xəstəsi idi və evdə tək yaşayırdı. Keçmiş həyat yoldaşı xəstə olduğundan gah bacılarıgildə, gah da qızıgildə qalırdı və mütəmadi müalicələr alırdı. O, vəfat etdikdən sonra qapını açanda xeyli qaz çeki yerə töküldü. Cavabdeh İB-nin əməkdaşı da orada qonşuluqda yaşayır. Onu tapıb, ona borcların yazıldığını deyə bilərdilər. Qızı ailə həyatı qurduğu üçün hal-hazırda orada yaşamır. Orada sayğac var. Ekspert də baxış keçirtmişdir. Oğlu xəstə olduğundan ata vəsiyyətnamə ilə evi qızına verdi. Keçmiş həyat yoldaşı 3 il orada yaşamayıb, tək idi və xəstə idi. Xəstə olduğundan bacıları aparıb baxıb. O, orada kombi sistemi çəkdirmək istəyib, lakin yarımçıq qalıb. Hər ay sudan istifadə il bağlı məbləğlər ola bilər ona görə ödənilib ki, paltar yuyulub və s. sudan istifadə olunub. Ora bir mərtəbəli köhnə evdir. Ora hazırda qıfılla bağlanılıb. Bir dəfə yayda oraya getmiş, online olaraq baxdıqda 59 manat elektrik enerjisinə görə borcun olduğunu görmüşdür. Düşünmüşdür ki, bu borc əvvəlki dövrə aiddir. Lakin mərhum həyat yoldaşı dünyasını dəyişəndə bütün xırda borclar ödənilmişdi. İkinci ay görmüşdür ki, 49 manat yenidən elektrik enerjisindən istifadəyə görə borc yazılıb. "xxxx" ASC-yə zəng edərək öz etirazını bildirmişdir. Oranın qapısı bağlı olduğu üçün nəzarətçi özündən borc məbləği yazır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndəsi tərəfindən ona zəng olunmuş və evdən fotoşəkillər çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onlara göndərmişdir. Rəydə bir il üzrə sərf olunmuş qaz sərfiyyatı həqiqəti əks etdirmir. O təqaüdçüdür və evində istilik sistemi mövcuddur. Aylıq sərfiyyat olaraq maksimum 20-25 manat həcmində qaz sərf edir. Hesab edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndəsi özü gəlib baxış keçirtməli idi. Fotoşəkillər əsasında rəyin tərtib olunması doğru deyil.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə ilk iddia və qarşılıqlı iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə ilk iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonentə aktlar üzrə hesablanmış 9.247,24 manat məbləğində borc silinməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh İB-nin xeyrinə aktlar üzrə 2.469,40 manat borc tutulmalıdır.

32. İşdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar üzrə X2 11.716,64 manat məbləğində borc hesablanmışdır.

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər ilə (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təsdiqini tapır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi də işdə olan fotoşəkillərdəki evin hazırda qızına məxsus evin olduğunu bildirmişdir.

34. Kollegiya qeyd edir ki, ilk iddia üzrə iddiaçının nümayəndəsi mübahisəli ünvanda uzun müddət yaşayış olmadığını bildirsə də, məhkəmə tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən və sudan istifadə ilə bağlı 02.2019-cu il tarixdən 05.2023cü il tarixinədək (Cavabdeh İB tərəfindən aktlar tərtib edildiyi dövr) edilmiş ödənişlər barədə "xxxx" ASC və "xxxx" ASC-yə sorğular verilmiş, daxil olmuş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş abonent kartına əsasən həmin ünvanda 2019-2023cü illər üzrə sudan istifadə olunması ilə bağlı hər ay ödənişlər edildiyi müəyyən edilmişdir.

35. Qeyd olunanlara əsasən, ünvan 2 ünvanında Cavabdeh İB tərəfindən aktlar tərtib edildiyi dövrdə yaşayış olduğu və qazdan qeyri-qanuni istifadə edilməsi aşkar görünür.

36. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının xx.xx.2024-ü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8861 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, PQ-3 (duxovkasız) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir gün istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı 3.2 m3, payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı isə 4.8 m3 təşkil edir. Kamin tipli qızdırıcı sobanın payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı 32.4 m3 təşkil edir. Həmin sobanın yazyay mövsümü üzrə istifadəsi nəzərə tutulmadığı üçün həmin mövsüm üzrə hesabat aparılmır. “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimatın tələblərinə əsasən 80 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 0.75 m3/saat, 120 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 1.5 m3/saat, 200 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 2.5 m3/saat, “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən həcmli su qızdırıcısının yaz-yay mövsümləri üzrə gündəlik işləmə müddəti 4 saat, payız-qış mövsümləri üzrə isə 10 saat qəbul edilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan suqızdırıcısının həcmi müəyyən edilməklə su qızdırıcısının günlük sərfiyyatı müəyyən edilə bilər.

37. Daha sonra məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentin nümayəndəsi (Elmira x. tel ***-***-**-**) ilə əlaqə saxlanılmış və sözügedən evdə 2019-2023-cü illərdə aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi müəyyən edilmişdir: -1 ədəd PQ-2 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 0.6 m3 -1 ədəd divar sobası maksimal qaz sərfiyyatı 1.8 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.5-1-ci və 6.5-2ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini (qaz plitəsi üçün analogiya üzrə sutkada 3 saat), istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün + 1.8 m3x 12 saat x 30 gün=702 m3. Yay ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün = 54 m3. İtirilmiş qazın həcmi: 2019-cu ildə tərtib edilmiş 11 akt üzrə: 3 qış ayı x 702 m3 + 8 x 54 m3 = 2538 m3 . 2019-cu ildə tərtib edilmiş 6 akt üzrə: 4 qış ayı x 702 m3+ 2 x 54 m3 = 2916 m3. 2019cu ildə tərtib edilmiş 12 akt üzrə: 5 qış ayı x 702 m3 + 7 x 54 m3 = 3888 m3. 2019-cu ildə tərtib edilmiş 12 akt üzrə: 5 qış ayı x 702 m3+ 7 x 54 m3 = 3888 m3. 2019-cu ildə tərtib edilmiş 5 akt üzrə: 2 qış ayı x 702 m3 + 3 x 54 m3 = 1566 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq qərarlarinı nəzərə alsaq, illər üzrə itirilmiş qazın dəyəri aşağıdakı kimi olar: 2019 cu il üzrə :1700 x.10 + 838 x.20 = 337 manat. 2020-ci il üzrə :1700 x10 +1216 x 0.20 = 413,20 manat. 2021 və 2022-ci illər üzrə hər il üçün: 1200 x 0.12 +1300 x 0.20 +1388 x 0.25 = 751 manat 2023 cü il üçün: 1200 x 0.10 + 366 x 0.20 = 217,20 manat olmaqla, cəmi 337+413,20+751+751+217,20 = 2.469,40 manat təşkil edə bilər. Bundan əlavə abonent saldosunun təhlili abonentin qazpaylayıcısına 1.532,80 manat istehlak borcunun (qaz sayğacından keçən və ödənilməmiş qazın dəyəri) olduğunu müəyyən etmişdir. Beləliklə, abonentə hesablanmış borcun 2.469,40 manat təşkil edə biləcəyini və istehlak borcunun 1.532,80 manat nəzərə alsaq, iddiaçının cavabdehə olan borcu 2.469,40+1.532,80=4.002,20 manat təşkil edə bilər.

38. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vərəsə miras qoyanın öhdəlikləri üçün qəbul etdiyi miras həcmində məsuliyyət daşıyır və miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə yükü vərəsənin üzərinə düşür.

39. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçının iddia ərizəsində silinməsi tələb edilən aktlar üzrə hesablanmış borcun məbləği 11.716, 64 manat təşkil etdiyindən, mütəxəssis rəyinə əsasən abonentə hesablanmış borc 2.469,40 manat müəyyən edildiyindən, cavabdeh tərəfindən aktlar əsasında hesablanmış borcun 9.247,24 manatı (11.716, 64 - 2469,40 = 9247,24) silinməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-106/2024 nömrəli qətnaməsi ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23 ünvan üzrə **********00010 saylı abonent hesabına aktlar üzrə hesablanmış 9.247,24 manat məbləğində borc silinsin. İddiaçı aktlar üzrə hesablanmış 2.469,40 manat borc tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar