Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2870/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2024 nömrəli 12 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 224801 nömrəli akta görə istehlakçı İddiaçı məxsus N.Yusifbəyli 3, mənzil 104 ünvanına baxış keçirilmiş və EEİQ-ni yoxlayan zaman məlum olmuşdur ki, yuxarıda göstərilən koda məxsus sayğacı optik gözlə oxuyan zaman sayğac nömrəsi daxili yaddaşın nömrəsi ilə uyğun gəlmir.
2. "xxxx" ASC tərəfindən tərtib edilmiş Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2023-cü il tarixli, 024981 nömrəli Akt-protokola görə sayğacın daxili sxemi dəyişdirilən sayğaca müdaxilə olunub, sayğacın faktiki seriya nömrəsi “A081180449” olduğu halda proqram əlavəsi oxunan zaman “3108830” olduğu aşkar olunmuşdur.
3. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışa görə İddiaçı məxsus ünvan 1 ünvanına dair xx.xx.2023-cü il tarixə EİQ pozulması nəticəsində 4462.25 manat borc hesablanmışdır.
4. "xxxx" ASC tərəfindən N.Yusifbəyli 3, mənzil 104 ünvanında yaşayan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi bildirmişdir ki, mənzilin elektrin enerjisinə görə yaranmış borcu 4462.25 manat təşkil edir. İstifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun tam ödənişi təmin edilməsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.13.2-ci bəndinə əsasən mənzilə verilən elektrik enerjisi təchizatı xx.xx.2023-cü il tarixdən saat 12:00-dan dayandırılacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 3 ünvanında yerləşən evə (kod:**********30104) xx.xx.2023-cü il tarixdə ******* saylı akta əsasən hesablanmış 4462,25 manat cərimə borcunun abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanda yaşayır. xx.xx.2021-ci il tarixdə ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılması adı ilə ona məlumat vermədən istifadəsində olan işıq sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac ona heç bir məlumat verilmədən yoxlamadan keçirilmiş, yoxlama zamanı işıq sayğacının daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunduğu, sayğacın faktiki seriya nömrəsinin dəyişdirildiyi qeyd olunaraq, buna görə nədənsə onun barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilərək 4462.25 manat məbləğində cərimə hesablanmışdır. Guya həmin müdaxilə onun tərəfindən edilmişdir. Belə ki, onun və ailə üzvlərinin tərəfindən sayğaca heç bir müdaxilə edilməyib, tərəfindən vaxtında elektrik enerjisinin dəyəri ödənilib. Sayğac nədənsə 3 ilə yaxın bir vaxtdan sonra yoxlamadan keçirilmişdir. Abonent saldosuna baxdıqda açıq-aydın görünür ki, istifadə etdiyi işığın dəyərini daim vaxtında ödəmişdir. İşıq sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 fevral 2024-cü il tarixli 2(006)-1077/2024 nömrəli qətnaməsi ilə (Ramin Xəlilov) iddia tələbi təmin edilmiş, xx.xx.2023-cü il tarixli akt əsasında Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 3, mənzil 104 (abonent kodu: **********30104) ünvanına hesablanmış 4462.25 manat məbləğində cərimə borcunun "xxxx" ASC tərəfindən İddiaçı **********30104 saylı abunə hesabından silinməsi, cavabdeh "xxxx" ASC-dən 64.62 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə akta görə hesablanmış cərimənin silinməsi barədə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda, müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin, göründüyü kimi, cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki, belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir (həmçinin, bununla bağlı cavabdeh təşkilat tərəfindən akta görə məhkəməyə qarşılıqlı iddia ərizəsi verilməmişdir) .
9. Göründüyü kimi elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir. Beləliklə, akt əsasında iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli və 4462.25 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir.
10. Bundan əlavə isə məhkəmə qeyd etmişdir ki, hazırda cavabdehin iddiaçıdan həmin mübahisəli akt üzrə hesablanmış cərimə ilə bağlı məhkəməyə iddia ilə müraciət etmək hüququ istisna edilmir. İddiaçının bu mərhələdə iddiasının təmin edilməsi (borcun silinməsi) gələcəkdə cavabdehin həmin akt üzrə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, , 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
17. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı
18. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
19. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
20. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
21. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
22. 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
30. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi borcun silinməli olması barədə düzgün nəticəyə gəlmiş olsa da, əsası düzgün olmamışdır, ona görə də qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
31. Göründüyü kimi xx.xx.2021-ci il tarixli tərtib edilmiş akta görə, optik gözlə oxuyan zaman yuxarıda göstərilən koda məxsus sayğacın sayğac nömrəsi daxili yaddaşın nömrəsi ilə uyğun gəlmir. Həmçinin aktda göstərilmişdir ki, sayğac yenisi ilə əvəz olunsun və çıxan sayğaca laboratoriya şəklində rəy verilsin.
32. Buna baxmayaraq sayğac 2023-cü ildə yoxlamadan keçirilmiş və borc hesablanmışdır.
33. Kollegiya qeyd edir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac çöldə quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.
34. Sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də hesablanmış borc məbləği əsassız hesab edilməklə iddiaçıya məxsus abunə hesabından silinməlidir.
35. Məhkəmə hesablanmış borcun iddiaçının hesabından silinməsi nəticəsinə gəlsə də, bunu elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququnun nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququnun müəyyən edilməsi, elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir.
36. Göstərilənlərin davamı olaraq məhkəmə hesab etmişdir ki, hazırda cavabdehin iddiaçıdan həmin mübahisəli akt üzrə hesablanmış cərimə ilə bağlı məhkəməyə iddia ilə müraciət etmək hüququ istisna edilmir. İddiaçının bu mərhələdə iddiasının təmin edilməsi (borcun silinməsi) gələcəkdə cavabdehin həmin akt üzrə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hüquqi dəyərləndirməsi əsaslı və düzgün olmamışdır, çünki borcun əsassız olması cavabdehin həmin borcu iddiaçının abuna hesabına daxil etmək səlahiyyətinin olmaması yox, borcun özünün əsassız akt əsasında hesablanması ilə bağlıdır. Yəni, hazırki halda hesab olunur ki, cavabdeh təşkilat iddiaçı tərəfindən hər hansı pozuntuya yol verməsini sübut edə bilməmişdir. Bu isə o deməkdir ki, cavabdehin iddiaçıdan həmin mübahisəli akt üzrə hesablanmış cərimənin tələb edilməsi ilə bağlı gələcəkdə məhkəməyə müraciət etmək hüququ istisna edilir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2024 nömrəli iş üzrə 12 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli akt əsasında Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 3, mənzil 104 (abonent kodu: **********30104) ünvanına hesablanmış 4462.25 (dörd min dörd yüz altmış iki manat, iyirmi beş qəpik) manat məbləğində cərimə borcu "xxxx" ASC tərəfindən İddiaçı **********30104 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 64.62 (altmış dörd manat, altmış iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.