Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2873/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 saylı, 16 noyabr 2023-cü il tarixli əlavə qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsinə dair 2(011)-3930/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeheh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyriyaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 16 noyabr 2023cü il tarixli əlavə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 08 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair reyestrdə 11 fevral 2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Məhkəmənin sözügedən qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Xətai Rayon Məhkəməsinin sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(103)- 6297/2023 saylı qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə qaytarılmışdır.
4. Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(011)-3930/2023 saylı, 16 noyabr 2023-cü il tarixli əlavə qətnamədə yol verilmiş yanlışlıq düzəldilmişdir.
5. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Məhkəmənin eyni nömrəli, 15 mart 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
9. Mülki işdə olan 2(011)-3930/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, 100 manat dövlət rüsumunun cavabdehdən tutulması müəyyən edilmişdir.
10. Lakin qətnamənin nəticə hissəsində etibarsız hesab edilən müqavilənin tarixi və nömrəsi, qeydiyyatı ləğv edilən qeyri-yaşayış sahəsinin ünvanı, reyestrdə aparılmış qeydin nömrəsi və tarixi göstərilmədiyindən Xətai Rayon Məhkəməsi 16 noyabr 2023- cü il tarixdə əlavə qətnamə qəbul etmişdir.
11. Xətai Rayon Məhkəməsi 16 noyabr 2023-cü il tarixdə qəbul etdiyi əlavə qətnaməsinin nəticə hissəsində yanlışlığa yol verərək məhkəmə xərcinə yenidən qiymət vermiş və cavabdehdən 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini göstərmişdir.
12. Xətai Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla əlavə qətnamənin nəticə hissəsində məhkəmə xərci ilə bağlı yol verilmiş yanlışlığı aradan qaldırmışdır.
13. Kollegiya qeyd edir ki, mübahisələndirilən qərardadın qəbul edilməsində hər hansı pozuntuya yol verilməmiş, aradan qaldırılan yanlışlıq isə qətnamənin mahiyyəti ilə əlaqəli deyildir.
14. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
17. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin əlavə qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsinə dair 2(011)-3930/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.