Məhkəmə qərarları › İş №2(103)-288/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-288/2022

22.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-288/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 3 saylı Notariat ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Mirzəlizadə Rüstəm İlham oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: bağışlama müqaviləsinin, etibarnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhəri 3 saylı Notariat ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin, etibarnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-80/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxs X20 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, X18 və Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. X18 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı miras qoyan X8 birinci nikahdan olan övladıdır, Cavabdeh1 mərhum X8 ikinci həyat yoldaşıdır. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 7 saylı evin 15 saylı mənzili mülkiyyət hüququ əsasında X13 məxsus olmuş və o, həmin mənzili 08 may 2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh1 hal-hazırda mübahisəli mənzilin mülkiyyətçisidir.

2. Həmçinin, işin hallarından görünür ki, X18 tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnamə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X6 verilmiş, eyni tarixdə mübahisəli avtomaşın X14 tərəfindən etibarnamə əsasında X16 verilmiş və eyni tarixdə X20 tərəfindən mübahisəli avtomobil Cavabdeh2 satılmış və Cavabdeh2 hal-hazırda mübahisəli avtomobilin mülkiyyətçisidir.

3. İş materiallarında olan, Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X18 ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmışdır.

4. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2014-cü il tarixli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 7 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır.

5. İş materiallarında olan, Bakı şəhər 3 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X18 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 7 saylı evin 15 saylı mənzilini Cavabdeh1 bağışlamışdır.

6. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 7 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

7. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına görə “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə gömrük bəyənnaməsi hesab-arayış 316228 əsasında X8 adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Rəcəb Yoldaşovun adından qeydiyyatdan çıxarılmış və yeni **-VA-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına təkrar dövlət qeydiyyatına alınmışdır.

8. İş materiallarında olan, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 237 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (Bakı şəhəri 3 saylı Notariat ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin, etibarnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7-də yerləşən 15 nömrəli mənzilin X8 adına keçirilməsi və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, “Hyundai Tucson” markalı **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə 08 mart 2018-ci il tarixli, həmin avtomobilin X6 verilməsi barədə 17 may 2018-ci il tarixli, həmin avtomobilin X16 verilməsi barədə 17 may 2018-ci il tarixli etibarnamələrin, avtomobilin Cavabdeh2 satılması barədə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin X8 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə atası X18 ilə arvadı Cavabdeh1 arasında daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanıb imzalanmış və müqavilə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə atası Rəcəb Yoldaşova məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7-də yerləşən, 1 otaqlı, 15 nömrəli mənzil onun həyat yoldaşı Cavabdeh1 mülkiyyətinə verilmiş və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 07 mart 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Rəcəb Yoldaşov xx.xx.2019-cu il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insult nəticəsində dünyasını dəyişmişdir. O, mənzilin bağışlanması haqqında məlumatı X24 rəhmətə gedəndən sonra bu yaxınlarda bilmişdir. Çünki atası 2016-cı ildən bəri, xəstəliyi lap ağırlaşdığına görə, özünü çox pis hiss etməklə yanaşı, huşunu da itirmişdir. Son zamanlar yanına ziyarətə gələn qohumlarının heç birini tanımırdı. Belə halda müqavilə imzalamaq iqtidarında ola bilməzdi. İddia ərizəsinə əlavə etdiyi xəstəliyi təsdiq edən sənədlərdən də görünür ki, X18 “Erkən Alsheymer xəstəliyi, Alsheymer xəstəliyi zamanı demensiya və nitq pozğunluqları” xəstəliklərindən əziyyət çəkirdi. Hətta cavabdehin məhkəmədə məlumatlar üzərindən yan keçməsinə və hətta təqdim etdiyi etirazda buna münasibət bildirməməsinə baxmayaraq, sonradan məlum olub ki, X18 xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra “TSEK”) tərəfindən müayinə edilmiş və ona 2-ci qrup əllillik dərəcəsi təyin edilmişdir və şəxs 2-ci qrup əlil kimi pensiya da almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 25 noyabr 2013-cü il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Demensiyanm Diaqnostikası və Müalicəsi üzrə” Klinik Protokola əsasən, Demensiya - baş beynin xronik və ya proqressivləşən xəstəliyi nəticəsində əmələ gələn psixi fəaliyyətin pozulmasıdır. Bu zaman idrak prossesləri (yaddaş, təfəkkür, qavrama, nitq), eyni zamanda mülahizə etmə qabilliyyəti kimi ali qabıq funksiyalarının pozulması bas verir. Göstərilən koqnitiv pozuntular kifayət qədər ciddi olub, ən azı son 6 ay ərzində insanın gündəlik həyatına təsir edir. Alsheymer xəstəliyi (A tipli senil demensiya) MSS-nin degenerativ prosesləri ilə əlaqəli olub demensiyanın daha çox rast gəlinən formasıdır. Demensiya əlamətləri, o cümlədən koqnitiv proseslərin və digər funksiyaların artan enməsi baş beynin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhvi ilə əlaqədardır. Demensiya zamanı yaddaşın orta və ağır dərəcəli pozulması halları baş verir. Yaddaşın pisləşməsi, yeni informasiyanın yadda saxlanılması pozulur. Daha ağır hallarda isə əvvəllər yadda olan informasiyanın reproduksiyası pozulur. Pozuntu həm verbal, həm də qeyri-verbal materiala aid edilir. Yaddaşın enməsi obyektiv etibarlı anamnezlə təsdiq olunmalı və imkan daxilində koqnitiv funksiyaların kəmiyyətcə qiymətləndirilməsi və neyropsixoloji testləşmənin nəticələri əlavə edilməlidir. Yaddaşın orta dərəcəli pozulması: Xəstənin gündəlik həyat tərzinə ciddi təsir göstərir. Xəstəyə cox yaxın olan material yadda qalır. Yeni informasiya təsadüfi və ya qısa müddətə yadda qala bilər. Xəstə harada yaşadığını, nə etdiyini, yaxınlarının adını unuda bilər. Yaddasın ağır pozulması: Xəstə hətta ən yaxın olan insanları tanımır. Heç bir informasiyanı yadda saxlaya bilmir. Koqnitiv funksiyaların enməsi. Bu, tənqidin və təfəkkürün enməsidir. Xəstədə təşkilatçılıq və planlaşdırma xüsusiyyətləri enir. Bütün bu əlamətlər obyektiv anamnezlə və neyropsixoloji testləşdirmə ilə təsdiq olunmalıdır. Alsheymer xəstəliyi zamanı demensiya olduqdan aşağıdakı əlamətlər mövcud olur: qabıq funksiyalarının cəlb olunması: afaziya, apraksiya və ya aqnoziya - motivasiya və meyillərin enməsi (bu isə apatiyaya səbəb olur) - qıcıqlılıq və sosial davranışın tormozlanması - serebral atrofiyanın mövcudluğunu göstərən xüsusi müayinənin göstəriciləri - daha ağır hallarda parkinsona bənzər ekstrapiramid hallar (loqokloniya və epileptik tutmalar); kəskin başlanğıcın və proqressivləşmənin olması haqda - məlumat: yaddaşın pozulması ilə yanaşı afaziya (amnestik və ya sensor), aqrafiya, aleksiya, akalkuliya və ya apraksiya; Hətta Protokolda qeyd edilib ki, Həkim aşağıdakı məlumatları ailə üzvlərinə bildirir: Yaddaşın pozulması və çaşqınlıq davranışda problemlər yarada bilər (həyəcan, şübhəlilik, qəzəb təzahürləri, əlaqə qurmaqda çətinliklər). Pasiyent yeni məlumatları yadda saxlamaqda çətinlik çəkir, pasiyentin tanımadığı şəraitə və vəziyyətə düşməsindən çəkinmək lazımdır. Protokoldan göründüyü kimi X9 mövcud olan xəstəlik zamanı ən azı yuxanda qeyd edilənlərlə yanaşı yaddas, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmə qabilliyəti kimi ali qabıq funksiyalarının pozulması bas verir. “Azərbaycan Dilinin izahlı lüğətinə əsasən” Mülahizə etmək (eləmək) - nəzərə almaq, nəzərinə) çarpmaq, düşünmək deməkdir. Burdan da elə çıxır ki, X8 düşünmə qabiliyyəti olmamışdır. Nəzərə almaq lazımdır ki, bu xəstəlik X10 xx.xx.2010-cu il tarixdə baslamışdır (şikayətə əlavə edilmiş arayışdan görünür) və 2018-ci ilədək ən azı 8 il davam etmişdir. Elə arayışdan da görünür ki, TSEK-ə müraciət etməzdən öncə də, xx.xx.2015-ci il tarixdə və xx.xx.2016-cı il tarixdə də eyni xəstəlik ilə əlaqədar xəstəxanaya müraciət etmişdir (Nəzərə almaq lazımdır ki, bu yalnız TSEK-ə müraicət etməzdən son altı ayın göstəricisidir və xx.xx.20100-cu il tarixdən hesablasaq, muraciətlərin sayının çox olduğunu əks etdirir). Bununla yanaşı arayışdan görünür ki, X10 - Dəqiqləşdirilməmiş ensefalopatiya (baş beynin müxtəlif etiologiyalı xroniki, tədricən proqressivləşən beyin qan dövranının pozulması nəticəsində zədələnməsidir), serebral ateroskleroz (urək damar xəstəliyi olaraq, ölümcül nəticələrə gətirib çıxarda bilir), Stenokardiya, erkən depolyarizasiya, ürəyin ateroskletorik xəstəliyi və essensial hipertenziya 2 dərəcə xəstəlikləri də mövcud idi. Əlbəttə ki, yuxarıda göstərilən xəstəlikləri olan X8 08 may 2018-ci il tarixli bağışlama müqaviləsini imzalamaq halında olmadığı müəyyən edilir. Bu iddia ərizəsinə əlavə etdikləri diskdə oğlu Yoldaşov X2 yanında olarkən onun videosunu çəkmiş (həmin video müqavilənin bağlanması ərəfəsinə təsadüf edir). Videodan da görünür ki, Yoldaşov Rəcəb notariusda hər hansı əməliyyat aparmaq iqtidarında olmamışdır. DİN A.Heydərov adına Respublika Hospitalının 5144 saylı xəstəlik tarixindən çıxarışda (epikrizdə) qeyd edilib ki, xx.xx.2015-xx.xx.2015 tarixədək müalicə alıb. Daxil olarkən şikayətləri: zəiflik, əsəbilik, baş ağrısı, baş gicəllənməsi, yaddaşın pozulması, nitqin pozulması. Modern Hospitalın xx.xx.2016-cı il tarixli epikrizində qeyd edilib ki, daxil olarkən şikayətləri- başağrıları, yaddaş zəifləməsi, yerişində tarazlığın itməsi; Anamnez-Bir neçə aydır ki, ailəsi davranışında qəribəliyi hiss etmişlər. Xəstəlik əsasən yaddaşın zəifləməsi və yerişində tarazlığın itməsi ilə debut etmişdir. “X21 xx.xx.2018-ci il tarixli epikrizində göstərilib ki, müracilət edərkən, huşu dərin soporozdur. Bu isə o deməkdir ki, şəxsin həmin zaman huşu olmayıb və artıq komada olub. Bu arayışlar da yuxarıda qeyd edilənlərin hamısını təsdiq edir və Yoldaşov Rəcəbin hər hansı müqavilə bağlamaq iqtidarında olmamasını göstərir. İkinci hal ondan ibarətdir ki, bağışlama müqaviləsində və etibarnamələrdə olan imza Yoldaşov Rəcəbin imzası ilə fərqlidir. Rəcəb Yoldasovun imzalarını və xəttini təsdiq edən sənədləri də iddia ərizəsinə əlavə edir. İmzaların fərqliliyini mütəxəssis olmadan da müəyyən etmək olur. Əlbəttə ki, ekspertiza daha düzgünün deyəcək. X8 işlədiyi banklardan daxil olan sənədlər arasında X8 şəxsən imzaladığı və əli ilə yazdığı sənədlər mövcuddur. Hətta xx.xx.2000-ci il tarixdə Rabitə müəssisələri ilə istifadəçilər arasında xidməti müqaviləni də şəxsən imzalamışdır. Bu sənədlərdəki imzalar ilə müqavilə və etibanamədəki imzalar tamamilə fərqlənir. Şübhəli hallardan biri də odur ki, müqavilə səhər saat 08:00 radələrində imzalanıb. Əbləttə ki, bilirik ki, notariusların is fəaliyyəti səhər saat 09:00-dan tez başlamır, is saatından öncə hər hansı müqavilənin imzalanması qeyri qanunidir. Digər məsələ ilə əlaqədar bildirir ki, xüsusi mülkiyyət hüququ X13 məxsus olmuş “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri 6 saylı notariat ofisində, xx.xx.2018-ci il tarixdə verilmiş baş etibarnaməyə əsasən 1 il müddətinə, xx.xx.2019-cu il tarixinədək, Cavabdeh2 verilmişdir. Bundan sonra, xx.xx.2018-ci il tarixdə, Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsi X6 etibar edilmiş, elə həmin gün elə həmin notariusda avtomobil X16 etibar edilmiş və elə həmin gün nəqliyyat vasitəsi Quliyev Anar tərəfindən yenə də Cavabdeh2 satılmışdır. Bu epizodda şübhəli və araşdırmalı hallar çoxdur. İlk öncə xx.xx.2018-ci il tarixdə X18 tərəfindən imzalanması bildirilən etibarnamədəki imza ilə xx.xx.2018-ci il tarixli X18 tərəfindən imzalanması bildirilən bağışlama müqaviləsindəki imza çox fəqlidir. İkinci tərəfdən, bağışlama müqaviləsinin bağlanma tarixi ilə nəqliyyat vasitəsinin etibar edilməsi və alqı-satqı prosesi arasında 9 gün vaxt var (çıxarışın əldə edilməsini nəzərə alsaq elə həmin gün xx.xx.2018- xx.xx.2018). Ücüncü tərəfdən, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Şübhəli haldır ki, bütün əməliyyatlar eyni gündə baş verib və Cavabdeh2 həm xx.xx.2018-ci il tarixdə etibarnamə verir digər şəxsə, həm də ki, həmin gün nəqliyyat vasitəsini alqı-satqı əsasında öz adına alır. Yuxanda qeyd edilənlərin və təqdim edilmiş sübutların hamısı onu göstərir ki, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsi və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır və bütün bu əmlaklar X8 adına qaytarılmalıdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-80/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova), iddianın qismən təmin edilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə X20 tərəfindən Cavabdeh2 satılması barədə alı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manatın Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən X3 Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X28 tərəfindən verilmiş T 200/2020 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən öz hərəkətlərini başa düşmək iqtidarında olmuş və həmin müqavilə qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli avtomobilə aid hissədə hesab etmişdir ki, mübahisəli avtomobilin xx.xx.2018-ci il tarixdə etibarnamə ilə X6 verilməsi, həmin tarixdə qeyd olunan avtomaşının X14 tərəfindən etibarnamə əsasında X16 verilməsi, yenə həmin tarixdə də avtomobilin X20 tərəfindən Cavabdeh2 satılması, təmsilçi Cavabdeh2 təmsil edilən Rəcəb Yoldaşovun adından şəxsən özü barəsində bağladığı əqd olduğundan, Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və ona görə də, əhəmiyyətsiz əqddir. Odur ki, mübahisəli avtomobilin xx.xx.2018-ci il tarixdə X20 tərəfindən Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 6, 152.1, 169.1, 337, 359.1, 359.3, 390.1, 346.1, 405.1, 666.1, 668.1.1, 372.1, 373.2 və 375.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Qətnamədən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxs X20 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətlərinin dəlilləri

16. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

17. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə müzakirə edilən və təqdim edilmiş sübutları qətnaməsində göstərməmiş, onlara münasibət bildirilməmişdir. Ekspert tərəfindən şəxsin öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən əlamətlərin aşkar edilməməsi hissəsini sübut edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərlə açıq aydın görünür ki, şəxsin öz hərəkətlərini anlamağında problemləri olub. Göründüyü kimi X10 mövcud olan xəstəlik zamanı yaddaş, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmə qabilliyəti kimi ali qabıq funksiyalarının pozulması baş verir. Hesab edirik ki, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsindəki imza X18 tərəfindən icra edilməmişdir. Tərəfindən məhkəməyə "xxxx" MMC-nin rəyi təqdim edilmişdir. Həmin rəydə bildirilmişdir ki, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsindəki imza X18 tərəfindən icra edilməmişdir. Bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə 08:18 radələrində tərtib edilmişdir. Müqavilənin rəsmiləşdirilməsi prosesi iki gün ərzində aparılır. Birinci gün vətəndaş müraciət etdiyi gün sənədlər yoxlanılır, sonra Qeydiyyat və Notariat Baş Ofisi tərəfindən komissiyaya ötürülür, növbəti gün müqavilə komissiya tərəfindən təsdiqləndikdən sonra müqavilənin notariat ofisində elektron informasiya sistemi vasitəsi ilə çap olunması mümkün olur. Bu bir daha onu sübut edir ki, müqavilədə şəxsin şəklinin olması, o birisi gün (ikinci gün) onun notariat ofisinə gəlib-gəlməməsini sübut etmir.

18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməsini xahiş etmişlər.

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 təmsil etdiyi şəxsin adından avtomobili Anar Əlizadəyə satıb, yəni özü barədə əqd bağlamayıb. Təmsil eldiyi şəxsin tapşırığını yetinə yetirib. Bununlada etibarnamə əsasında özgəninkiləşdirmə başa çatıb. Anar Əlizadə isə avtomobili Anar Quliyevə satıb. Bu alqı satqıda təmsilçi Cavabdeh2 iştirak etmir. Avtomobilin yeni sahibi Anar Quliyev avtomobili Cavabdeh2 satıb. Bu alqı-satqıda avtomobil təmsil ediləndən deyil, tamamilə başqa bir şəxsdən satın alınıb. Alqı-satqının bu hissəsi Mülki Məcəllənin 359.3 maddəsinin təsiri altına düşmür. Məhkəmə alqı-satqınının qanunsuzluğunu müddətlə əlaqələndirirsə qanuna istinad etməli idi. Qanuna isə istinad olunmayıb, olunması da mümkün deyil ona görə ki, belə bir qadağan edici qanun norması yoxdur. Məhkəmə alqı-satqını etibarsız hesab etdiyi halda tərəflərin əvvəlki vəziyyətinə qaytarılması məsələsinə münasibət bildirməyib və nəticədə Mülki Məcəllənin 337.5 maddəsinin tələblərim pozub. Avtomobilin əvvəlki sahibinə qaytarılması və Cavabdeh2 alqı-satqı üçün ödədiyi pulun taleyi həll edilməmiş qalmışdır. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, həqiqətə nail olmaq üçün, işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunsuz qətnamə çıxarmışdır.

20. Qətnamə maraqlarına toxunan şəxs Anar Quliyev apelyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

21. Qətnamə maraqlarına toxunan şəxs Anar Quliyevin apelyasiya şikayətində göstərilmişdir ki, o, Anar Əlizadədən satın aldığı “Hyundai Tucson” markalı **-GS-*** dövlət nömrəli avtomobili xx.xx.2018-ci ildə Cavabdeh2 satıb. Cavabdeh2 təmsil etdiyi şəxsin adından avtomobili ona satmayıb, əksinə ondan avtomaşın alıb. O və Cavabdeh2 müstəqil olaraq alqı-satqı müqaviləsi bağlayıblar. Alqı-satqının həyata keçirilməsində X17 Mirzəlizadəyə verdiyi etibarnamədən istifasdə olunmayıb. Özgəninkiləşdirmə əməliyyatlarının eyni gündə, yəni xx.xx.2018-ci ildə həyata keçirilib. Bu əsasla alqı-satqı etibarsız hesab edilə bilməz. Avtomobilin Cavabdeh2 satılmasının qanuniliyinə qiymət verilirdisə o, işə cəlb edilməli idi ona görə ki, onun hüquqlarınının pozulması ilə əlaqədar məsələ həll edilirdi. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

22. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, qətnamə maraqlarına toxunan şəxs X20, onların nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxslər Bakı şəhəri 3 saylı Notariat ofisinin, Bakı şəhəri 6 saylı Notariat ofisinin, Azərbaycan Respublikası DİN BDYPİ-nin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxs X20 apelyasiya şikayətləri verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirdiklərindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:

27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. Maddə 324.: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

29. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 339.1. Hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər

31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

32. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

33. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

34. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

38. Maddə 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Mülki Prosessual Məcəllə:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı mənzilin bağışlama müqaviləsinin, avtomobilə dair etibarnamələrin etibarsız hesab olunması tələblərini onunla əsaslandırmışdır ki, o, atası X8 birinci növbəli vərəsəsidir və atasından qalmış mənzildə onun da miras payı vardır. Atasına məxsus mənzilin atasının ikinci arvadı Cavabdeh1 bağışlanması haqqında məlumatı atasının ölümündən sonra bilmişdir. Bağışlama müqaviləsinin bağlanmasına atasının iradəsi olmamış, həmin müqavilə atası tərəfindən imzalanmamışdır, belə ki, atası ağır xəstə olmuş, hətta son zamanlar yanına ziyarətə gələn qohumlarını belə tanımamış, onun tibbi vəziyyəti ona bu müqaviləni imzalamağa imkan verməmişdir. X4 məxsus olmuş “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilin Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 1 il müddətinə Cavabdeh2 verilməsinə dair etibarnamədə atasının adından icra olunmuş imza onun imzasına oxşamır, həqiqi olmasına əsaslı şübhələr var.

49. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir.

50. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin mənzilin bağışlama müqaviləsini imzalayarkən X10 öz hərəkətlərini anlamağında problemləri olduğu, xəstəlik zamanı yaddaş, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmə qabilliyəti kimi ali qabıq funksiyalarının pozulmasının baş verdiyi, bağışlama müqaviləsinin notariat kontorunun qeyri iş saatında təsdiq edilməsi, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsindəki imzanın X18 tərəfindən icra edilməməsi barədə dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda Rəcəb Yoldaşovun mülkiyyətində olan mənzili üzərində istədiyi kimi sərəncam verməsi ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və AR Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir.

52. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X25 T 200/2020 saylı, 11 avqust 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş R.İddiaçı sağlığında “erkən Alsheymer xəstəliyi zamanı demensiya, niqd pozğunluğ, ateroskleroz, İ hipertoniya xəstəlikləri”nə düçar olmuş və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcə əlillik təyin edilmişdir. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun xx.xx.2018-ci ildə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər-hansı əlamət aşkar edilməmişdi.

53. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edərək, təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

54. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin bağışlama müqaviləsinin notariat kontorunun qeyri iş saatında təsdiq edilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə ətraflı qiymət verildiyindən, apelyasiya məhkəməsi tərəfindən yenidən həmin dəlillərə qiymət verilməsini zəruri hesab etmir.

55. Məhkəmə kollegiyası həmçinin İddiaçı apelyasiya şikayətinin 08 may 2018-ci il tarixli bağışlama müqaviləsindəki imzanın X18 tərəfindən icra edilməməsi barədə dəlilləri ilə bağlı da qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillərdə əsassızdır. Belə ki, ekspert rəyi ilə də müəyyən olunur ki, həmin müqavilə bağlanarkən X10 öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər-hansı əlamət aşkar edilməmişdi.

56. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxs X15 apelyasiya şikayətinin “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə X20 tərəfindən Cavabdeh2 satılması barədə alı-satqı müqaviləsinin Mülki Məcəllənin 359.3 maddəsinin təsiri altına düşməməsi barədə dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

57. İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, xx.xx.2019 il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şhəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7-də yerləşən 15 nömrəli mənzilin X8 adına keçirilməsi, “Hyundai Tucson” markalı, 90-GS119 saylı dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh2 verlməsi barədə xx.xx.2018-ci il tarixli, həmin avtomobilin X6 verilməsi barədə xx.xx.2018-ci il tarixli, həmin avtomobilin X16 verilməsi barədə xx.xx.2018-ci il tarixli etibarnamələrin, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və avtomobilin X8 adına keçirilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

58. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 402/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 apelyasiya şikayəti qismən təmin edilərək, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə X20 tərəfindən Cavabdeh2 satılması barədə alı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş və həmin qətnamə Azərbaycan Respublukası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(103)-402/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

59. Göründüyü kimi hazırki mülki iş üzrə iddia tələbləri, yəni 08 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7-də yerləşən 15 nömrəli mənzilin X8 adına keçirilməsi və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, “Hyundai Tucson” markalı **-GS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə 08 mart 2018-ci il tarixli, həmin avtomobilin X6 verilməsi barədə 17 may 2018-ci il tarixli, həmin avtomobilin X16 verilməsi barədə 17 may 2018-ci il tarixli etibarnamələrin, avtomobilin Cavabdeh2 satılması barədə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin X8 adına keçirilməsi”, iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddia tələbləri ilə eynilik təşkil edir və iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı eyni iddia tələbləri üzrə Azərbaycan Respublukası Ali Məhkəməsi Mülki Kollegiyasının artıq qanuni qüvvədə olan 2(103)- 402/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı mövcuddur.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

61. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur.

62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.

63. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.

64. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.

65. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

66. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamə maraqlarına toxunan şəxs X20 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-80/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar