Məhkəmə qərarları › İş №2(103)-2883/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2883/2023

12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2883/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı nümayəndəsi Sevda Məmmədovanın və Cavabdeh nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanı (abonent kodu: **********06000) üzrə təbii qazdan istifadə ilə bağlı hesablanmış 772,37 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı nümayəndəsi Sevda Məmmədova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Abonentin saldosundan görünür ki, cavabdeh iddiaçıya 2019-cu ilin mart ayına qədər 772,39 manat borc hesablayıb (iş v. 18). Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixdə yazılı bildiriş-xəbərdarlıq verərək təbii qazdan istifadə ilə bağlı 772,37 borcu ödəməli olduğunu bildirib (iş v. 25). Həmin bildiriş-xəbərdarlıqda qeyd olunub ki, borc kollektiv sayğacın göstərcililərinə əsasən müəyyən edilib. İddiaçıya aid olan mənzil yataqxana tipli binada yerləşir. Həmin binada bir neçə ailə yaşadığına görə istifadə edilən qazın həcminin müəyyənləşdirilməsi üçün kollektiv sayğac quraşdırılıb. İddiaçı bildirir ki, ona aid olan mənzildə yaşayış olmadığına görə təbii qazdan istifadə etməyib. 25 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 322 nömrəli arayışında qeyd olunub ki, qonşuların aktına əsasən iddiaçıya aid ünvanda 2013-cü il tarixdən hal-hazıra kimi yaşayış yoxdur (iş v. 14). Cavabdeh bunu əksini təsdiq edən sübut təqdim etməyib, habelə kollektiv sayğaca əsasən iddiaçıya aid edilən borcun hansı qaydada hesablandığına dair sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 14 və 425-ci maddələrinin, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar