Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2886/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 14.214 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən iddiaçının yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən itirlimiş qazın dəyərinə görə 14.214 manat borc hesablanaraq abonentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli; ******* saylı, xx.xx.2017-ci il tarixli; ******* saylı, xx.xx.2018-ci il tarixli; ******* saylı, xx.xx.2018-ci il tarixli; ******* saylı, xx.xx.2018-ci il tarixli; ******* saylı, xx.xx.2018-ci il tarixli; ******* saylı, xx.xx.2019-cu il tarxili; ******* saylı, xx.xx.2019-cu il tarixli; ******* saylı, xx.xx.2019 tarixli və ******* saylı, xx.xx.2019-cu il tarixli təbii qazdan istifaə qaydalarının pozulması haqqında aktlarda iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Bununla əlaqədar, Cavabdeh İB tərəfindən iddiaçıya dəymiş ziyana görə ümumilikdə 14.214 manat borc hesablanmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1770 saylı mühəndis-texniki ekspertizasının rəyinə görə, İddiaçı yaşadığı evin yaxınlığından keçən Cavabdeh İB məxsus paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qeyri-qanuni qoşulma faktı aşkar olunmamış, lakin əsas paylayıcı xətdən ünvana gedən xəttin üzərində olan dəliyin hansı məqsədlə və kim tərəfindən kəsildiyi məsələnin subyektiv tərəfinə aid olmaqla hüquqi xarakter daşıdığına görə ekspertin səlahiyyət dairəsindən kənardır və yalnız məhkəmə tərəfindən qiymət verilə bilər. Hazırda Cavabdeh İB, iddiaçıya məxsus evdə sayğacdan kənar xətt aşkarlandığını bildirir, İddiaçı isə bunu təkzib edir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının sayğacından kənar xəttin müəyyən edilmədiyi iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə təsdiqlənmişdir. Cavabdeh isə rəyin doğru olmamasına və kənar xəttin mövcudluğuna dair mötəbər və kifayətedici sübutlar təqdim etməmişdir. Kollegiya onu da bildirir ki, kənar xətlə qoşulma ixtisaslı şəxslərin rəyi ilə təkzib edildiyi halda, cavabdeh təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi akt iddiaçının qazdan sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci maddəsinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Hazırkı işdə iddiaçının qazdan sayğacdan kənar istifadə etməsi sübut olunmadığı halda ona cərimə hesablanması qanunvericiliyin mənasına görə mümkün deyil. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, Cavabdeh İB, iddiaçının təbii qazadan sayğacdan kənar istifadə etməsini təsdiqləyən və buna görə də, cərimənin hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2931/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2886/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2886/2021
31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver