Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2891/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-4905/2020 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4905/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, paltaryuyan LG üçün 73 manat ödənilməmiş hissə, 5 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung Led TV üçün, 420 manat ödənilməmiş hissə, 10 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu və paltaryuyan üçün 1400 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd soyuducu LG, Mitsubishi Electric kondisioner üçün ümumilikdə 4560 manat ödənilməmiş hissə, 100 manat dəbbə olmaqla, cəmi 6578 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 4905/2020 saylı qərardadı ilə apelyasiya şikayət Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət verilən qətnamə ilə, ləğvi tələb olunan qətnamə tarixləri mexaniki olaraq səhv göstərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəciyini qeyd edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etmədiyindən, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.3 və 361.1.4-cü maddələrinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apelyasiya şikayətində göstərilməlidir. İş materiallarından görünür ki, apelyasiya şikayəti cavabdeh tərəfindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilməklə, şikayətdə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmiş, lakin Bakı şəhəri Yasamal Rayon məhkəməsi hazırki iş üzrə nə xx.xx.2020-ci il tarixdə, nə də ki, xx.xx.2020-ci il tarixdə qətnamə qəbul etməmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla apelyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 4905/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2891/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2891/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver