Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2894/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MTKnın xeyrinə 3030,48 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdlr ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi- 140,3. kv.m, 131 saylı mənzil xx.xx.2005-ci il tarixli 02 saylı «Kooperativ mənzil tikinti haqqında müqavilə»yə əsasən Cavabdeh məxsusdur. Həmin mənzilin aylıq kommunal xərcləri 84,18 manat təşkil edir. Cavabdeh razılaşdırılmış kommunal xidmət haqlarını gecikmələrlə ödəsə də, artıq 36 aydır ki, dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir ödəmə aparmır. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci tarixində 84,18 AZN ödəniş aparsa da, xx.xx.2020 ci il tarixə kimi heç bir ödəniş aparmamış (36 ay x 84,18AZN= 3030,48 azn) və həmin tarixə olan borcu 3030,48 manat təşkil edir. Kommunal xidmət haqlarına dair mütəmadi ödənişlər aparmaqla cavabdeh buna dair MTK qarşısında öhdəliklərin daşıyıcı olmasını təsdiq etsə də, son aylarda bu öhdəliklərinə vicdanla yanaşmır, bu isə MTK-nın gəlirlərinə öz mənfi təsirini göstərir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “yaşayış sahəsinin ümumi yığıncağının qərarının təqdim olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, pay haqqını tam ödədiyi barədə maliyyə arayışının və yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-c ilin dekabr ayında pay haqqını tam şəkildə ödəyib qurtardığına görə (pay haqqınını tam şəkildə ödənilməsi barədə kassa mədaxil orderlərinin qəbzləri mövcuddur) Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən yaşayış sahəsinə Cavabdeh mülkiyyət hüququ əldə etmiş, lakin mənzil-tikinti kooperativinin işçilərindən dəfələrlə tələb etməsinə baxmayaraq, bu günə qədər nə pay haqqını tam ödəməsi barədə maliyyə arayışını, nə ona yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını, həmçinin verilən mənzilin plan-cizgisini əldə edə bilməmişdir. Beləliklə, Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqm ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən ona yaşayış sahəsinin verildiyi andan yarandığına, lakin mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı çıxarılmadığına və ona təqdim olunmadığına görə onun yaşayış sahəsinə görə haqqın ödənilməsi vəzifəsi yaranmamış hesab edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İddiaçı Mənzil Tikinti Koorperativinin xeyrinə 3030,48 (üç min otuz manat qırx səkkiz qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, yaşayış sahəsinin verilməsi barədə İddiaçı Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh təqdim olunması və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Mənzil Tikinti Koorperativindən tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nın üzvü olduğu 15 il ərzində bir dəfə də olsa kooperativ üzvlərinin səlahiyyətli olan ümumi yığıncağı keçirilməmiş, deməli sədr də seçilməmişdir. Kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilməmiş sədrin isə nə kooperativə rəhbərlik etməyə, nə də “kommunal xidmətlər” adı altında qanunsuz hesablanmış borca görə kooperativ üzvünü məhkəməyə vermək səlahiyyəti yoxdur. Məhkəmə iclaslarında dəfələrlə tələb etməyimizə baxmayaraq, iddia ərizəsində İddiaçı MTK-nın sədri kimi göstərilmiş Aydın Heydərovun kooperativin sədri seçilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncaqlarının qərarları məhkəməyə təqdim olunmadı. 2008-ci ilin dekabr ayında pay haqqını tam şəkildə ödəyib qurtardığına baxmayaraq (pay haqqının tam şəkildə ödənilməsi barədə kassa mədaxil orderlərinin qəbzləri və maliyyə arayışı mövcuddur), mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı bu günə qədər ona təqdim olunmayıb. Ona görə də onun yaşayış sahəsinə görə haqqın ödənilməsi vəzifəsi Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən yaranmamış hesab edilir. İddiaçı MTK-nın xx.xx.2020-ci il tarixli iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli 141 nömrəli arayışda göstərilir ki, kommunal xidmətlərə görə 1 kv.m. sahənin dəyəri MTK-nın ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 03 saylı protokoluna əsasən 0,60 manat qərara alınmışdır. Böyük məbləğdə borcun yaranmasına səbəb olmuş bu protokolun təqdim olunmasını məhkəmə iclaslarında dəfələrlə tələb etməyinə baxmayaraq, həmin protokol məhkəməyə təqdim olunmadı. Buna səbəb isə məhkəmə iclaslarının gedişində qarşı tərəfin xx.xx.2019-cu il tarixli protokola əsasən 2017-2019-cu illər üzrə kommunal xidmətlərin dəyərini ondan tələb etməsinin qanunsuz olduğunu anlaması oldu. Kommunal xidmətlərə görə borcun 2017-ci ilin may ayından başlayaraq 1 kv.m. görə 0,6 manatdan hesablanmasına baxmayaraq, 2017-ci il üzrə kommunal xidmətlərin dəyərinin müəyyən edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ümumiyyətlə məhkəməyə təqdim olunmamışdır. Son məhkəmə iclasının axırında məhkəməyə guya 40 nəfərin iştirak etdiyi İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2018-ci il tarixli 01 saylı saxta bir protokolu və imza vərəqi təqdim olundu. Keçirilməyən bir iclasın protokolunda qeyd olunmuşdur ki, "xxxx” MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillər üçün (yaşayış və köməkçi sahə daxil olmaqla) xx xxxxxx 2018-ci il tarixindən 1 m2 6-cı mərtəbəyədək 0,50 manat, 7-ci mərtəbədən 1 m2 0,60 manatdan yığılması qərara alınmışdır. Qərar qəbul olunarkən kooperativin, eyni zamanda iclasın sədri Aydın Heydərov binaya heç bir aidiyyatı olmayan xidmətlərin adlarını qeyd etmiş, bina sakinlərinə göstərilməyən bir sıra xidmətləri sadalamışdır. Qərarda kommunal xidmətlərin dəyərinin necə müəyyən olunmasının heç bir qanuni əsası göstərilməmişdir. Məhkəmədən sonra sorğu etdiyi protokolda imza etmiş şəxslər xx.xx.2018-ci il tarixdə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının keçirilmədiyini və belə bir iclasda iştirak etmədiklərini, protokolun arxasına tikilmiş ağ vərəqdəki imzanın isə onlara ofisdə kommunal xidmətlərin dəyərini ödəyərkən ofis işçiləri tərəfindən imza etdirildiyini bildirdilər. Digər tərəfdən protokolun bir səhifədən ibarət olmasına, onun arxasına tikilmiş imza vərəqinin 2-ci səhifə olmasına baxmayaraq, imzə vərəqinin yuxarı hissəsində 6 rəqəmi (yəni imza vərəqi başqa bir sənədin 6-cı səhifəsidir) yazılmışdır. Protokol və imza vərəqinin kserosurətlərinin yuxarı sol küncündəki qara izlərin fərqli şəkildə olması da onların ayrı-ayrı sənədlərin arxasından çıxarıldığını aydın göstərir. Protokol və imza vərəqi ayrı-ayrı vaxtlarda tərtib olunduğundan “Əsli ilə düzdür” yazısı ayrı-ayrı şəxslər tərəfindən imza olunaraq təsdiq olunmuşdur. İclasın katibi kimi göstərilmiş X2 Protokol və imza vərəqindəki imzaları tamamilə fərqlidir. İmza vərəqindəki Leyla Həziyevanın iki imzası da bir- birindən tamamilə fərqlidir. Bundan başqa İddiaçı MTK-nın X4 qarşı 2(103)-5313/2020 saylı iş üzrə xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş İddiaçı Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokoluna əlavə edilmiş 40 nəfərin imzaladığı eyni imza vərəqi sonradan, yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 01 saylı protokola da təkrar olaraq əlavə edilmişdir. Beləliklə, İddiaçı MTK tərəfindən Yasamal Rayon Məhkəməsinə saxta protokol və imza vərəqi təqdim edilməklə sənəd saxtakarlığına yol verilmişdir. Kooperativ üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi yığıncağı keçirilmiş olsaydı belə onun qərar qəbul etmək səlahiyyəti olmamışdır. İddiaçı MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda inşa etdiyi çoxmənzilli bina qeyri-yaşayış sahələri nəzərə alınmadan 196 mənzildən ibarətdir. Mənzillərin hamısı satıldığına və kooperativin azı 196 üzvü olduğuna görə kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətli olması üçün yığıncaqda kooperativin ən azı 99 üzvü iştirak etməlidir. Lakin, birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2018-ci il tarixli 01 saylı protokoldan göründüyü kimi yığıncaqda cəmi 40 nəfər iştirak etmişdir, yəni yığıncağın qərar qəbul etmək səlahiyyəti olmamışdır. Ona görə də qəbul edilmiş qərarın hüquqi qüvvəsi yoxdur. Kooperativ üzvlərinin guya xx.xx.2018-ci il tarixdə keçirilmiş ümumi yığıncağının qərar qəbul etmək səlahiyyəti olmadığına görə həmin yığıncağın hüquqi qüvvəsi olmayan qərarı ilə müəyyən olunmuş kommunal xidmətlərin dəyərinə əsasən ona borc hesablanması qanunsuzdur. Uzun illər ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səlahiyyətli olan ümumi yığıncağı keçirilmədiyinə görə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərarlar qəbul edilməmişdir. Belə ki, yaşayış sahəsinə görə tariflər Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında tam kommunal təminatlı mənzil üzrə 1 kv.m. yaşayış sahəsi üçün bir ayda 2 qəpik, liftin istifadəsi üzrə ödəniş hər nəfər üçün bir ayda 20 qəpik müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunanlara və Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 40 saylı Qərarına əsasən onun MTK-ya ödəməli olduğu haqqın miqdarı 140,3 kv.m. yaşayış sahəsi üçün bir ayda 2 manat 81 qəpik (140,3 kv.m. x 0,02 manat), liftin istifadəsi üzrə 5 nəfər üçün bir ayda 1 manat 00 qəpik (5 nəfər x 0,2 manat) olardı. Beləliklə, onun yaşayış sahəsinə görə haqqın ödənilməsi vəzifəsi yaranmış olsaydı belə, bu məbləğ bir ayda ümumilikdə 3 manat 81 qəpik təşkil edərdi. İddiaçı MTK-nın xx.xx.2020-ci il tarixli iddia ərizəsində kommunal xidmətlərin dəyərinin onunla razılaşdırıldığı, MTK qarşısında öhdəliklərin daşıyıcısı olduğunu bildirilsə də, onun MTK qarşısında heç bir öhdəliyim yoxdur. Çünki, MTK ilə onun arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə yoxdur. İş materiallarında tərəflər arasında bağlanmış yalnız “Kooperativ Mənzil Tikinti Haqqında” 07 saylı xx.xx.2005-ci il tarixli müqavilənin surəti müvcuddur ki, həmin müqavilə 131 saylı mənzilin Cavabdeh mülkiyyətinə verilməsi ilə bağlıdır. Həmin müqavilədə kommunal xidmətlərin göstərilməsi və ödəniləcək məbləğlər barədə hər hansı bir müddəa qeyd edilməmişdir. Tərəflər arasında kommunal xidmətlərə dair müqavilə imzalanmadığı halda mənim üzərimə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası mövcud deyil. Beləliklə, iddia ərizəsində göstərilən iddia tələbinin təmin olunmasını qanunlara əsasən mümkünsüz edən yuxarıda göstərilmiş 6 halın mövcud olmasına baxmayaraq, birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli 01 saylı saxta və hüquqi qüvvəsi olmayan protokola və ona əlavə olunmuş imza vərəqinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən mənimlə MTK arasında kommunal xidmətlərə görə haqqın yalnız yazılı müqavilə əsasında ödənməli olduğunu nəzərə almayaraq, səlahiyyətli olub-olmaması müəyyən edilməyən iclasın protokoluna əsasən müəyyən edilən məbləğlərə görə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbini təmin edilməsi hissəsində ləğv edilməli, İddiaçı MTK-nın Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış Koorperativ Mənzil Tikinti Haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3. kv.m, 131 saylı mənzil X3 tərəfindən alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 161 saylı Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3. kv.m, 131 saylı mənzil dəyəri Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir, onun MTK-ya borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri Xətai prospekti - 40 ünvanında İddiaçı MTK -ya məxsus yaşayış binasındakı 131 saylı mənzil Cavabdeh məxsusdur. Həmin mənzilin ümumi sahəsi - 140,3 kv.m təşkil edir. Cavabdeh İddiaçı MTK-ya kommunal xərclər üçün sonuncu ödənişi 2017-ci ilin aprel ayı üçün etmiş, xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir. Mənzilin ümumi sahəsi - 140,3 m2 x 0,60 qəp (1 m " dəyəri )= 84,18 man (mənzilin 1 aylıq kommunal xərci). 2020-ci ilin aprel ayına 131 saylı mənzilin sahibi Cavabdeh İddiaçı MTK-ya 3030,48 man borcu yaranmışdır. İş materiallarında olan 148373 saylı Mədaxil qəbzindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 84 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, İddiaçı MTK-nın ümumi yığıncağının 01 saylı protokolundan görünür ki, "İddiaçı" MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillər üçün (yaşayış və köməkçi sahə daxil olmaqla) xx xxxxxx 2018-ci il tarixindən 1 m2 6-cı mərtəbəyədək 0.50 manat, 7-ci mərtəbədən 1 m2 0, 60 manatdan yığılması qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. ... Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər”. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən qeyd etmişdir ki, Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış Koorperativ Mənzil Tikinti Haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xətai prospekti 40a ünvanında «Bəmxxxx» MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3 kv.m, 131 saylı mənzil X1 məxsusdur. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MTK-nın xeyrinə 3030,48 manat ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, İddiaçı MTKnın ümumi yığıncağının 01 saylı protokolundan görünür ki, "İddiaçı" MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillər üçün (yaşayış və köməkçi sahə daxil olmaqla ) xx xxxxxx 2018-ci il tarixindən 1 m2 6-cı mərtəbəyədək 0.50 manat, 7-ci mərtəbədən 1 m2 0, 60 manatdan yığılması qərara alınmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MTK-ya kommunal xərclər üçün sonuncu ödənişi 2017-ci ilin aprel ayı üçün etmiş, xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı Mənzil Tikinti Koorperativinin xeyrinə 3030,48 manat məbləğində pul tutulmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığı halda cavabdehin üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası mövcud deyil. Belə ki, bu “öhdəlik” anlayışının ruhuna zidd olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Nümayəndə4 şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbin təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbini təmin edilməsi hissəsində ləğv edilməli, İddiaçı MTK-nın Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbini təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2894/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2894/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver