Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2895/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 qarşı (X28 və X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(007)-3015/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 qarşı (X28 və X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu ev 39, 10 saylı mənzilin Cavabdeh1 bağışlanmasına dair 5 saylı Bakı ASAN Xidmət Mərkəzi notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 17.09.2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10 07.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və **********73-05101-093052 reyestr nömrəli çıxarışa əsasən X2nın mülkiyyətində olmuşdur. Onların məlumatları olmadan bacısı X20 anasının adından istifadə edərək sonuncudan etibarnamə almaqla mənzili 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X7 rəsmiləşdirdiyi 17.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh1 bağışlamışdır. X2 vəfat etdikdən sonra onun adına olan tərəfindən qoyulmuş maddi vəsaitlə alınmış, ölən günədək bütün maddi vəsaitlərinə tərəfindən, qardaşı ilə birlikdə kömək edilmişdir. Bütün bunlara baxmayaraq rəhmətlik anasını bacısı aldadaraq öz adına etibarnamə almış və dərhal da həmin evi öz oğlunun adına bağışlama müqaviləsi ilə keçirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(007)- 3015/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən apelyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mənzil atalarının vəsaiti hesabına alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 8 yanvar 2021-ci il tarixli qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Hazırki iddia üzrə iddianın təmin edilməsi bütün hüquqi vəziyyəti ilkin vəziyyətə qaytarmaqla, məcburi payların tamamlanması kimi də anlaşılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs R.Nağıyev və nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Nümayəndə-vəkil qeyd etdi ki, iddiaçı iddia tələbində məcburi pay hüququ barədə hər hansı tələb irəli sürməmiş, hazırda apelyasiya şikayətində bu məsələni qaldırmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı hallar müəyyən edilir. İddiaçı mərhum Firəngiz Paşayevanın oğlu, Cavabdeh1 isə nəvəsidir, yəni mərhum X5 Məleykə Asəf qızının oğludur. Mübahisəsi gedən mənzil tam mülkiyyət hüququ üzrə mərhum X8 məxsus olmuşdur (RX seriyalı ******* saylı 29.08.2014-cü il tarixli çıxarış). 04 avqust 2020-ci il tarixdə mərhum X13 Paşayevaya bütün əmlakı barədə, həmin əmlaklar üzərində sərancam vermək hüququnu da ehtiva edən ümumi etibarnamə vermişdir, etibarnamənin müddəti 15 il olmuşdur. Məleykə Paşayeva 17.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən, anasını təmsil etməklə mənzili 5 saylı Bakı Cavabdeh2ndəki notariat kontorunda öz oğlu Cavabdeh1 adına rəsmiləşdirmişdir. Sonuncu 06.10.2020-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 13 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 mənzili X1. Sonuncu 18.02.2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 04 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X24 mənzili X3. Sonuncu 10.03.2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Mənzil hazırda X21 mülkiyyətindədir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1020/2020 saylı 17.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X17, X15, Cavabdeh1 və X12 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov kuçəsi, 39 nömrəli evin, 10 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, qətnamənin X26, X20, Cavabdeh1 və X12 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov kuçəsi, 39 nömrəli evin, 10 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X11 22.03.2021-ci il tarixdə ölmüşdür. İddiaçı hazırki iddia ilə bağışlama müqaviləsinin etibarsızlığını tələb edərək, bacısı X15 X2nı aldadaraq etibarnamə almaqla oğlunun adına bağışlama müqaviləsi bağlamasını iddia etmişdir. Birinci instansiya məhkməsi göstərmişdir ki, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, bağışlama müqaviləsi bağlanan zaman X11 həyatda olmuş və tərəfindən həmin müqavilə mübahisələndirilməmişdir. Mənzilin bağışlanması müqaviləsi bağlanan zaman mənzildə X4 başqa heç kim qeydiyyatda olmamışdır. Həmin əmlak X6 mülkiyətində olmuşdur və tərəfindən əmlakla bağlı sərəncam vermək səlahiyyəti X18 verilmişdir. Nəticədə iddiaçı tərəf etibarnamənin aldadıcı hərəkət nəticəsində verilməsini və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün zəruri sübutları məhkəməyə təqdim etməmiş, iddia sübuta yetirilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir. Kollegiya qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalarla hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqavilə bağlamış, müqavilənin forma və məzmununa dair (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat qayda) qanunvericiliyin tələblərinə əməl olunmuşdur. İddiaçının göstərdiyi hallar inandırıcı görünmür, həmçinin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı başqa hallar müəyyən edilməmiş, nə də iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının apelyasiya şikayətində qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malik olması ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, iddia tələbində iddiaçı yalnız bağışlama müqaviləsinin etibarsızlığını mübahisələndirmiş və birinci instansiya məhkəməsi də haqlı olaraq iddia tələbinə uyğun olaraq nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır. İddiaçı apelyasiya şikayətində iddia tələbindən fərqli olaraq məcburi pay hüququnun olmasına əsaslanaraq, iddianın təmin edilməsi ilə məcburi paylarının tamamlanmasına istinad etmişdir. Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Göründüyü kimi apelyasiya baxışında yeni tələblər qəbul edilmir və baxılmır, iddiaçının apelyasiya şikayətində verdiyi tələb yeni tələb olmaqla hazırki halda qəbul edilməsi və baxılması mümkün deyildir. İddiaçı məcburi pay hüququna dair müstəqil iddia qaldıra bilər. Apellyasiya şikayəti əsassızdır. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin tarixli 2(007)-3015/2021 saylı iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2895/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2895/2022
13.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver