Məhkəmə qərarları › İş №2(103)-2898/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2898/2021

17.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2898/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı X17 nümayəndəsi və vəkili Vəkil1 oğlunun iştirakı ilə, İddiaçı X17 cavabdeh “xxxx” MMC qarşı əmrin etibarsız hesab edilməsi, işinə bərpa ödənilməyən əmək haqqı və xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3317/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X6 cavabdeh “Cavabdeh”-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, daimi fəaliyyət komissiyasının iclasının 01/04.20 nömrəli xx.xx.2020-ci il tarixli protokolunun və 01-T/04.2020 saylı xx.xx.2020-ci il tarixli Əmrinin etibarsız hesab edilib ləğv edilməsi, əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmək müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixli protokolun və işdən azad olunmaq barədə 01-x/06.2020 nömrəli xx.xx.2020-ci il tarixli əmrin qanunsuz hesab edilib ləğv edilməsi, iddiaçının işdən azad olunması qanunsuz hesab edilərək cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 6 ay 11 gün müddətinə uzadılaraq o, Cavabdeh-də öncəki əmək haqqı ilə öncəki iş yeri böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunması, yekun məhkəmə aktı qəbul edilənək xx xxxx 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddəti üzrlü hesab edilərək xx xxxx 2020-ci il tarixdən başlayaraq iddiaçı işə bərpa olunduğu günə qədər, iddiaçıya aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6200 manat əmək haqqı kompensasiya şəklində Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 manat pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 manat pul, həmçinin X18 ilə bilet alınmasına görə 1451 manat və uçuş ilə bağlı Covid19 virus daşıyıcı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 manat və 2 ay yaşamaq üçün icarə haqqına görə 1700 manat ödəniş edilməsinə dair ümumilikdə 4076 manat maddi ziyan Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onun əsaslandırılmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixində Cavabdeh-də işə qəbul başlamışdır. Öncədən vəd edildiyi kimi iddiaçı Bakı şəhərində cavabdehlə ilk 1 il müddətinə çalışmalı idi. Bu razılaşmaya etibar etdiyindən iddiaçı öz ailəsini Bakıya gətirmiş, az yaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və baxçaya yazdırmışdır. Cavabdeh əvvəl vədinə əməl edib AR dövlət Miqrasiya İdarəsinə 1 il müddətinə əmək fəaliyyətinə iş icazəsi verilməsi üçün müraciət etmiş, lakin öncədən iddiaçı ilə xx xxxxxxx 2019-cu il tarixdə 6 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanılmış və belə izah verilmişdir ki, iş icazəsi 1 illik alınmasına baxmayaraq xarici vətəndaşlarla əmək müqaviləsi məhz həmin müddətə bağlanılır. İddiaçı 1 ay sınaq müddəti ilə işlədikdən sonra müqavilə münasibətləri xx xxxxx 2020-ci il tairixədək davam etmişdirdib. Əmək müqaviləsinin müddəti xx xxxxx 2020-ci il tarixində bitsə də, xx xxx 2020-ci il tarixinədək iddiaçı müəssisədə çalışmış və işəgötürən əmək münasibətlərinə xitam verilməsinə dair öz iradəsini bildirişlə iddiaçıya rəsmi şəkildə nə şifahi, nə yazılı şəkildə bildirməmişdir. Əvəzində əmək müqaviləsi üzrə iddiaçı 21 günlük əmək məzuniyyətinə göndərilmiş və məzuniyyəti 2 dəfəyə hissəvi və natamam verilmişdir. İkinci əmək məzuniyyətinin müddəti xx xxxx 2020-ci il tarixdə bitmiş, məzuniyyət bitəndən sonra xx xxxx 2020-ci il tarixində iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxsin idarə işləri üzrə mütəxəssisin yanında olmuş və həmin şəxs iddiaçıya onunla işəgötürən arasında olan əmək münasibətlərinə müqavilənin müddətinin bitməsi ilə bağlı xitam verildiyini bildirmişdir. Lakin, Covid19 virusu ilə bağlı sərt məhdudiyyətlər olması, xarici ölkəyə təyyarə uçuşlarının dayandırılması səbəbindən müddət əlavə 45 gün uzadılmışdır. İddiaçı əmək münasibətlərini davam etmək niyyətində olduğunu xahiş etsə də, yerli işçilər olduğu halda xarici vətəndaşlarla işləməyin böyük məsrəf olmasını əsas gətirərək müddətin uzadılmayacağına qəti şəkildə bildirilmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə iddiaçı əmək müqaviləsini bağladığı cavabdehə rəsmi öz dilində Baş vuru (ərizə) ilə (azəri dili bilmir) müraciət edib müqavilənin yalnız azəri dilində tərtib edilməsini və müqavilənin tərcümə edilmiş nüsxənin ona verilmədiyini, rəsmi azəri dili tam başa düşmədiyindən və öncədən verilən vədə etibar etdiyindən hesab etmişdir ki, şirkətlə aralarındakı razılaşmaya görə müqavilə 1 illik bağlanılır. Məhz bu səbəbdən həmin müqaviləni imzalamışdır. İddiaçıya bundan öncə, yəni 6 ay işləməsindən sonra müddətin bitdiyini nə şifahi, nə də rəsmi yazılı heç bir məlumat verilməmişdir. Ona yalnız istifadə etmədiyi məzuniyyət hüququndan istifadə edilməsi təklif olunmuş və iddiaçı bunu etmişdir. İddiaçıya may ayının əvvəlindən heç bir məlumat verilmədiyindən o, əmin olub ki, müqavilə müddəti davam etdirilir və arxayın olaraq başqa iş yerindən təklif alsa da, ondan imtina etmişdir. Müqavilənin uzadılması ilə bağlı protokol iddiaçının xəbəri olmadan birtərəfli tərtib edildiyindən onun ləğv edilməsini və pandemiya ilə bağlı karantin rejiminin uzadılması səbəbindən müqavilənin müddətini uzadılmasını xahiş edib, həmin müraciətə ilk dəfə cavabdeh rəsmi şəkildə xx xxxx 2020-ci il tarixdə iddiaçıya imtina verilmişdir. İddiaçı 16 iyun tarixindən cavabdehlə əmək müqaviləsinin müddətinin uzadılması, mövcud pozuntular ilə bağlı cavabdehə rəsmi müraciət edib bir neçə dəfə danışıqlara cəhd edib, lakin razılıq əldə edilməmişdir. 6 ay 11 gün müddətinə bağlanılan əmək müqaviləsini müstəqil tələb irəli sürməyən üçüncü şəxsin işçisi hazırlamış və müqavilənin 4.9-cu bəndi üzrə 5 günlük iş həftəsi müəyyən edilsə də, müqavilə şənbə günü tərtib edilmişdir. Bundan əlavə Müqavilədə qeyd olunmuşdur ki, 2.2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti başa çatmazdan əvvəl işçinin iş icazəsinin müddəti uzadılarsa, müqavilə tərəflərin qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinin müddəti yazılı uzadıla bilər, 3.1-ci bəndi üzrə işçi vəzifəsi üzrə obyektin havalandırma və soyutma sistemlərinə (bundan sonra sistem adlanır) aid işlərin qeydiyyatına lazım olan diaqram, cədvəl, qrafik və başqa texniki sənədləri tərtib edib texniki hesablar aparır, sistemin çertyojları, texniki sənədləri və sxemlərinin icrasında iş icraçılarına və digər texniki icraçılara praktiki yardım göstərir, sistemin sinaq işlərinin aparılmasında iştirak edir, sistemdə istifadə olunan avadanlıq, cihaz və qurğuların qurulması, təmizlənməsi, sazlanması və işə salınmasını həyata keçirir, onların lazım olan xüsusiyyətləri və parametrlərini qeydiyyata alır, onların saz vəziyyətdə saxlanmasına və istismarına nəzarət edir, onların işində olan çatışmazlığın və nasazlığın aradan qaldırılması üçün tədbirlər görür, 4.15-ci bəndinə əsasən iş ili üçün nəzərdə tutulan əsas məzuniyyətin müddəti 30 təqvim gün təşkil edir. Müqavilənin 8.1-ci bəndi üzrə əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Bu müqavilənin 9.2-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir. Müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində əmək münasibətlərinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək münasibətlərinin həllində razılığa gəlməsələr mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Müqavilənin 10.4-cü bəndi üzrə tərəflər əmək müqaviləsinin şərtlərini, öhdəliklərini vicdanla yerinə yetirəcəklərini, bir-birinin şəxsi, maddi, maliyyə, istehsal və digər maraqları, hüquqları və mənafelərinə qarşılıqlı hörmət göstərəcəklərini öz öhdəsinə götürür. Eyni ilə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmək müqaviləsinə dəyişiklik edilməsinə dair protokol qeyri-iş günü, yəni bazar günü birtərəfli şəkildə tərtib edilmiş və protokolun 2.1-ci bəndi üzrə əmək müqaviləsinin 2.1-ci bəndində qeyd edilən qurtarma tarixi xx xxxx 2020-ci il tarixi müəyyən olunması kimi göstərilmişdir. Həmin protokoldan da iddiaçının xəbəri olmamış və onun imzası heç bir yerdə yoxdur. Bu isə ona dəlalət edir ki, ümumiyyətlə protokol əmək müqavilənin tələblərinə zidd və hüquqi qüvvəsi olmayan əhəmiyyətsiz sənəddir. xx.xx.2020-ci il tarixi bazar gününə düşdüyündən növbəti ilk iş günü 01 iyun hesab olunduğundan qeyd edilən müqaviləyə dəyişiklik barədə razılaşma əslində xx xxxx 2020-ci il tarixdə, yəni iş günü tərtib edilməli və işçiyə təqdim edilməli idi. MYİ № 0******, xx.xx.2019 tarixli AR ərazisində Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əmək fəaliyyəti üçün iş icazəsi əsasında iddiaçıya verilmiş və vəsiqə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək verilmiş və bu sübut edir ki, iddiaçı cavabdehlə Bakı şəhərində azı 1 il müddətində işləmək barədə razılaşmışlar. Bu vəsiqəyə və əmək müqaviləsinin 2.2-ci maddəsinə əsasən əmək müqaviləsinin müddəti başa çatmazdan əvvəl işçinin iş icazəsinin müddəti avtomatik uzadıldığından əmək müqaviləsi bir tərəfli qaydada müddətin keçməsi əsası ilə ləğv edilə bilməzdi. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ilk əmək məzuniyyəti istənilmisi barədə xx.xx.2020-ci il tarixli ərizə iddiaçı tərəfindən cavabdehə rəsmi verilmiş və bu da əmək müqaviləsinin bitməsinə baxmayaraq iddiaçının xx xxx 2020-ci ilədək normal qaydada şirkətdə çalışdığını təsdiq edir. № 02-M/05.20, xx.xx.2020-ci il tarixli Əmr iddiaçıya əmək müqaviləsi müddəti bitəndən sonra 7-ci gündə xx.xx.2019-xx.xx.2020-ci iş ilinə görə ilk 13 günlük əmək məzuniyyətinin verilməsini sübut edir. Sənəddə 24-25, 28 may günləri qeyri-iş günləri hesab olunduğundan məzuniyyət müddəti xx.xx.2020-cil tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 11 gün təqvim günü qeyd edilib. xx.xx.2020-ci il tarixi bazar gününə düşdüyündən növbəti ilk iş günü 01 iyun hesab olunur. Bu sənəd sübut edir ki, protokol tərtib edildiyi vaxtda işçi əmək məzuniyyətində olub. Buna görə qeyd edilən müqaviləyə dəlişiklik barədə əhəmiyyətsiz protokol qanunsuzdur. Müddətin uzadılmasına dair müqaviləyə əlavə, razılaşma xx xxxx 2020-ci il iş günü tərtib edilib işçiyə təqdim edilməli idi. Ona görə cavabdeh həmin müddətdə əmək müqaviləsinə hər hansı birtərəfli dəyişiklik edə bilməzdi. xx.xx.2020-ci il tarixli ərizəni iddiaçı 2 dəfə cavabdehə rəsmi verib və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ əmək məzuniyyətini istəyib. Bu sənəd sübut edir ki, müqavilə müddəti və ilk məzuniyyət müddəti bitsə də, iddiaçı xx.xx.2020-ci il tarixdə işdə olaraq növbəti məzuniyyət hüququndan istifadə edib. № 01-M/06.20, xx.xx.2020-ci il tarixli Əmr- iddiaçıya əmək müqaviləsi müddəti və ilk məzuniyyət müddəti bitəndən sonra xx.xx.2019-xx.xx.2020-ci iş ilinə görə növbəti 10 günlük, xx.xx.2020-cil tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətinin verilməsini sübut edir. xx.xx.2020-ci il iş günü hesab olunur. Bu əmr özlüyündə qüsurludur. Belə ki, əmək müqaviləsində məzuniyyət müddəti 30 təqvim günü qeyd edilib. Cavabdeh iddiaçı ilə əmək münasibətlərini öncədən bitirmək niyyətində olubsa, işçiyə iradəsini bildirişlə xəbərdarlıq etsəydi işçini 21 günlük əmək məzuniyyətinə deyil, birbaşa 30 günlük əmək məzuniyyətinə göndərmək əvəzinə iddiaçının son əmək haqqı hesablaşmasına həmin məzuniyyət günlərinin əvəzini əlavə edərək iş münasibətlərinə xitam verməli idi. Həm də, əgər cavabdeh qəti şəkildə əmək münasibətlərinə müddətin bitməsi ilə bağlı xitam vermək niyyətində idisə, öncə cavabdeh əmək müqaviləsində qeyd edildiyi kimi əmək müqaviləsinin müddəti başa çatmazdan əvvəl işçinin iş icazəsinin müddətinin uzadılmasının dayandırılması məsələsini həll etməli idi, sonra qarşılıqlı razılaşma əsasında müqavilənin müddətinin bitməsi məsələsini iddiaçı ilə qarşılıqlı həll etməli idi. Lakin, iddiçı müqavilə müddəti bitəndən sonra azı 16 gün şirkətdə çalışmış üstəlik 21 günlük əmək məzuniyyətinə göndərilmişdir. Bu sənədlər sübut edir ki, cavabdeh öncədən qəti şəkildə iddiaçı ilə əmək münasibətlərinə xitam vermək fikrində olmamış və müddət bitməsinə baxmayaraq tərəflər susmuşlar. Müqaviləyə birtərəfli şəkildə dəyişiklik edildikdən sonra sonuncu dəfə № 01-X/06.20, xx.xx.2020-ci il tarixli Əmr qəbul edilmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək münasibətlərinə xx.xx.2020ci il tarixdə başa çatdığını nəzərə alaraq ƏM-nin 8.4-cü maddəyə əsasən həmin müddət ən yaxın iş günü olan xx.xx.2020-ci il tarixində iş gününün sonunda qurtarmış hesab edilərək əmək müqaviləsi ləğv edilmişdir. Əmrin verilməsi üçün əsas kimi əmək müqaviləsi müddətinin qurtarmasıdır. İşçiyə əmrin surəti verilsin. İşçiyə əmrin surəti gec verilib. Belə ki, xx xxxx 2020-ci il tarixdə iddiaçı baş vuru ilə cavabdehə rəsmi müraciət etdikdən sonra, cavabdeh ona rəsmi imtina verərək əmrin surətini təqdim etmişdir. xx.xx.2020-ci il tarixli Başvuru iddiaçının cavabdehə öz dilində rəsmi müraciət olunmuş və xx.xx.2020-ci il tarixli imtina cavabı ilə cavabdeh iddiaçının müraciətinə bildirib ki, 1) əmək müqaviləsinin dili ilə bağlı irad əsassızdır. Şirkət yerli hüquqi şəxs kimi fəaliyyət göstərdiyindən müqavilənin azərbaycan dilindən fərqli dildə tərtib etmək öhdəliyi yoxdur; 2) İddiaçı şirkətdə işlədiyi müddət ərzində fəaliyyəti ilə bağlı tabeçiliyində olduğu mühəndis Erdal Keskendir tərəfindən verilən mənfi rəylər və onun xx.xx.2020-ci il tarixli təqdimatına əsasən daimi fəaliyyət komissiyasının iclası keçirilmiş və əmək fəaliyyətinin qeyriqənaətbəxş olması qənaətinə gəlinmiş; 3) Buna baxmayaraq karantin şəraiti ilə bağlı müqavilə müddəti 1 ay müddətinə uzadılması qərarına gəlinmiş, bu haqda şifahi məlumat verilib; 4) Daha sonra karantin müddətinin 15 gün uzadılması nəzərə alınaraq əmək müqaviləsi müddəti eyni müddətə yenə uzadılıb və həmin müddətdə əmək haqqı tam ödənilib; 5) Son zamanlar ölkədə koronavirus xəstələrinin sayının artması ilə bağlı karantin müddətinin qeyrimüəyyən olması və ölkələrarası hava nəqliyyatının qismən bərpa edilməsi (bununla bağlı araşdırma aparılıb və sizə məlumat verilməsi səbəbilə sizinlə xx.xx.2020-ci il tarixədək uzadılmış müqaviləyə müddəti bitdikdən sonra xitam verilməsinə qərar verilmiş və bu haqda sizə məlumat verilib; 6) Xüsusi ilə qeyd edilir ki, müddətli əmək müqaviləsinin bitməsindən əvvəl hər hansı rəsmi bildiriş verilməsi tələb edilmir. Həmin rəsmi imtina cavabına sonuncu əmrin surəti iddiaçıya təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi bildirişləri şənbə günü bağlanmış, əmr şənbə günü verilmiş, müqavilənin bağlanmasına dair bildiriş sistemə xx.xx.2019-cu il tarixdə şənbə günü daxil edilmiş, müddətli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixi qeyd edilmiş, b. müqaviləyə xitam verilməsi bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş, müqaviləyə xitam Əmri həmçinin xx.xx.2020-ci il tarixdə verilmiş və sistemdə əmək müqaviləsinə xitam verilməsinə dair № 01-X/06.20, xx.xx.2020-ci il tarixli əmr və müqaviləyə xitam verilmə tarixi xx.xx.2020-ci il tarixi qeyd edilmişdir. Bildirişlərdən aydın olur ki, müqavilə müddətinin bitməsindən sonra uzun müddət heç bir məlumat sistemə daxil edilməyib. Yalnız əmr verildikdən sonra əmr əsasında əmək münasibətinə xitam verilməsinə dair məlumat yerləşdirilib. № 02-L/06.20, xx.xx.2020-ci il tarixli müraciətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edib iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini, Miqrasiya Məcəlləsinin 73.0.2-ci maddəsinə uyğun iş icazəsinin ləğv edilməsini tələb etmiş bi isə iddiaçı ilə əmək münasibətlərinə əmək müqaviləsinə zidd xitam verildiyini sübut edir. Belə ki, qeyd etdiyimiz kimi müqavilə üzrə işəgötürən öncə iş icazəsinin uzadılması, dayandırılması məsələsini həll etməli, 30 günlük məzuniyyət haqqını düzgün hesablamalı, sonda xitam əmrini verməli idi. Cavabdeh xx.xx.2020-ci il tarixli Təqdimatla digər işçisi olan türkiyə vətəndaşı Erdal Keskendirin iddiaçı barədə qeyri-qənaətbəxş rəyi bildirilsə də, Erdal Keskendirin hansı şöbə, hansı vəzifədə çalışdığı, peşəsinin nə olması bəlli deyil. № 01/04.20, xx.xx.2020-ci il tarixli Komissiya iclasının protokolu isə ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan cavabdehin işçiləri tərtib etmişlər və iclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunsa da, araşdırmanın necə aparılması qeyd edilməmişdir. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddətdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun araşdırılmasını məqsədəuyğun hesab etdiyini bildirmiş, sonda isə qərara alınmışdır ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlmasına və pandemiyanın yayılması ilə bağlı ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi əmək müqaviləsi müddəti uzadılması işəgötürənə tövsiyyə edilsin. Lakin Müddətin bitməsi ilə bağlı karantin rejiminin heç bir təsiri olmadığı halda karantin şəraitinin müəyyən çətinlikləri dedikdə nəyin nəzərdə tutulması aydın deyil. Qeyd edilən son 2 sənəd etibarlı deyil, belə ki, iddiaçının işlədiyi vaxta tərtib edilsə də, lakin onun bu sənədlərdən uzun müddət xəbər olmayıb. Bu sənədləri iddiaçı, yalnız baş vuruya imtina cavabı aldıqdan sonra 26 iyun tarixində vəkil sorğusu əsasında alıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi normal iş vaxtı müəssisədə çalışıblar, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilmişdir. Heç birinin iclasda iştirakı təmin edilməmişdir. № 01-T/04.20, xx.xx.2020-ci il tarixli Əmrlə əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitsə də, işçinin iş fəaliyyətinin qeyriqənaətbəxş olması ilə bağlı təqdimatın araşdırılması və koronavirus pandemiyasının yayılması səbəbilə karantin şəraitinin çətinlikləri ilə bağlı müqavilənin müddəti 1 ay müddətinə uzadılmışdır. Lakin işçinin iş fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərək koronavirus pandemiyasının yayılması səbəbilə mövcud çətinliklər səbəbindən müqavilə müddəti xx.xx.2020-ci il tarixi xx.xx.2020-ci il tarixə, yəni 1 ay müddətinə uzadılsa da, sual olunmalıdır ki, əgər əmrlə müddəti uzatmaq olursa, müqaviləyə dəyişiklik haqqında protokolun tərtib edilməsinə nə ehtiyac olmuş. İşçinin bu təqdimat, protokol və əmrdən xəbəri olmamış, halbuki, o, normal qaydada işdə xx.xx.2020-ci il tarixədək çalışıb. xx.xx.2020-ci il tarixli bazar günü tərtib edilən protokolun 2-ci bəndində qeyd edilib ki, əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Səbəb isə göstərilmir. xx.xx.2020-ci il tarixli və 07.2020-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin sorğuya cavablar- qeyd edilib ki, X17 adına “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi xx.xx.2020-ci il tarixdə 68.2) b bəndinə əsasən icra olunub. Təqdimatla bağlı komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsin əmək müqaviləsinə dair məlumatlar elektron altsistemə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X3kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskendir öncə 2016-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X5 öncə 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X7 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışır. Bu fakt onu sübut edir ki, əmək müqaviləsinin uzadılmasına dair dəyişiklər elektron alt istemə daxil edilməyib. Yalnız xitam əmri qəbul edildikdən sonra həmin əmr əsasında müddətin bitməsinə dair məlumat elektron sistemə daxil edilmişdir. Bu isə onu təsdiq edir ki, müddətin uzadılması ilə bağlı işəgötürən vaxtında tədbir görməmiş və susmuşdur. Həm də sübut olunur ki, iddiaçı ilə əmək müqaviləsini müstəqil irəli sürməyən şəxsin işçisi tərtib etmiş və hazırda da həmin şəxs üçüncü şəxsin işçisi kimi çalışmışdır. 06.2020-ci il tarixli İnternet Vergi İdarəsinin məlumatları da bunu təsdiq edir. xx xxxx 2020-ci il tarixli iddiaçının kart hesabından çıxarış bir daha sübut edir ki, əmək haqqı kartı müddəti xx.xx.2019-xx.xx.2020-ci il tarixinədək 1 il müddətinə verilmişdir. Müqavilə üzrə əmək haqqı 6200 manat olsa da, hesabdan məlum olur ki, iddiaçıya müqavilədə nəzərdə tutulan əmək haqqından çoxdur. Bu fakt onu sübut edir ki, iddiaçı həqiqətən 2019-cu ilin sentyabr ayının 20-dən etibarən cavabdehin şirkətində çalışıb. Yəni, işəgötürən işçi ilə əmək müqaviləsi bağlamadan, ona iş icazəsi almadan qanunsuz işlədilib. Buna görə əmək haqqı artıqlaması ilə rəsmi ödənilib. Həmçinin, bu fakt sübut edir ki, işçi müqavilə üzrə həftə içi 5 iş günü deyil, həftə içi 6 təqvim günü çalışıb. İddiaçı işini yaxşı gördüyündən və artıq çalışdığından cavabdeh ona müqavilədə nəzərdə tutulandan artıq əmək haqqı ödəyib. Birdən birdə xx xxxxx 2020-ci il tarixdən cavabdehin və müstəqil tələb irəli sürməyən şəxsin iddiaçıya münasibətinin dəyişməsi səbəbi aydın deyil. xx xxxxxxxx 2019-cu il tarixli mənzil kirayə müqaviləsi onu sübut edir ki, iddiaçı mənzili xx.xx.2023-cu il tarixədək kirayə götürüb ki, əmək müqaviləsi ilk 1 il müddətinə bağlanılacaq. Digər tərəfdən iddiaçı Bakıda azı 1 il daimi işləməsinə dair vəd verilməsəydi, iddiaçı ailəsini Bakıya gətirməzdi. Həmçinin o, ailəsinin Bakı şəhərində müvəqqəti 1 il müddətində qalmaları üçün hər biri ailə üzvünə görə 100,4 AZN, 100,4 AZN və 160.4 AZN, ümumilikdə 361,2 AZN rüsum ödəmiş, “Azərbaycan British College” Təhsil Kompleksində onların təhsil almaları ilə bağlı müqavilələr bağlamazdı, ailəsi ilə bağlı digər xərcləri çəkməzdi. İddiaçıya vurulan maddi ziyan öncə əmək haqqının ödənməməsi ilə bağlıdır. Buna 17 iyun tarixindən-30 iyun tarixinədək 3200 manat, iyul ayı üçün 6200 manat, avqust ayı üçün 6200 manat, cəmi 15,600 AZN (on beş min altı yüz manat) daxildir. Həmçinin, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi xərclər, yəni hüquqlarının bərpası üçün məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 manat pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN pul, ümumilikdə 525 AZN (beş yüz iyirmi beş manat) maddi ziyana daxildir. Maddi ziyana həm də yekum məhkəmə aktı qəbul edilənək iddiaçının işə bərpa edildiyi günədək işsiz qaldığı aylar və günlər üçün ödənilməyən əmək haqları daxildir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3317/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsi və vəkili, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, qanunvericiliyin tələblərini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsin vəkili və nümayəndəsi iddia tələblərini qəbul etməyərək apelyasiya şikayətinin tam əsassız olduğunu bildirərək təmin olunmamasını və mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X19 arasında müddəti xx.xx.2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, X19 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində “Böyük mexanika-istismar texniki” vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxx 2020-ci il tarixli 01-T/04.2020 saylı əmrin surətindən görünür ki, X4 ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsini, həmçinin işçinin iş fəaliyyətinin qeyriqənzətbəxş olması ilə əlaqədar təqdimatın araşdırılmasını və koronovirus pandemiyasının yaayılması səbəbilə tətbiq edilmiş hazırki karantin şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq işçi ilə bağlanmış Əmək müqaviləsi 1 ay müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli 01-T/05.2020 saylı əmrin surətindən görünür ki, X4 ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsini, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin xx xxxx 2020-ci il tarixinədək uzadılmasını nəzərə alaraq Əmək müqaviləsi 15 gün müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli 01-X/06.2020 saylı əmrin surətindən görünür ki, X4 ilə bağlanmış Əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində başa çatdığını nəzərə alaraq və Azərbaycan Respublikası Əməmk Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndini rəhbər tutaraq işçi ilə bağlanmış Əmək müqaviləsi müddətinin son gününün qeyri-iş gününə düşməsi ilə əlaqədar xx.xx.2020-ci tarixində qurtarmış hesab edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən X2 ünvanlanmış 01-L/06.20 saylı xx xxxx 2020-ci il tarixli məktubu ilə sonuncuya işdən azad olunmasına dair əmrin surəti göndərilməklə eyni zamanda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə müqavilə müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmişdir. İşin materialları ilə müəyyən olunur ki, həmin məktub və əmrin surəti iddiaçıya xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən “İsmayılbəyli və Partnyorlar” Vəkil Bürosuna verilmiş cavab məktubundan görünür ki, xx xxxxxxx 2019-cu il tarixli, X19 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində “Böyük mexanika-istismar texniki” vəzifəsinə təyin olunması barədə əmr həmin tarixdə, müqavilənin dəyişdirilməsi və xitam verilməsi barədə əmrlər isə, müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra işəgötürən tərəfindən xx.xx.2020-ci il tarixli 01-T/04 saylı əmrlə bir dəfə uzanmış, növbəti müddətin bitdiyi tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verildiyindən işdə olan sübutlarla təsdiq olunur ki, xx xxxx 2020-ci il tarixli 01-X/06.2020 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun verilmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddia tələbinin “daimi fəaliyyət komissiyasının iclasının 01/04.20 nömrəli xx.xx.2020-ci il tarixli protokolunun və 01-T/04.2020 saylı xx.xx.2020-ci il tarixli Əmrinin etibarsız hesab edilib ləğv edilməsi, əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmək müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixli protokolun və işdən azad olunmaq barədə 01-x/06.2020 nömrəli xx.xx.2020-ci il tarixli əmrin qanunsuz hesab edilib ləğv edilməsi” hissəsində təmin edilməsi üçün əsas yoxdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd olunanlardan əlavə kollegiya hesab edir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini də buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin mübahisə olunmayan halına görə iddiaçı X4 ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrin surəti sonuncuya xx xxxx 2020-ci il tarixdə rəsmi olaraq təqdim olunmuş, lakin iddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəblə kollegiya hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmiş və müddətin bərpası haqqında iddiaçı tərəfindən müvafiq vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya iddiaçının iddia tələblərinin maddi ziyan və hüquqi xidmətlərin əvəzinin ödənilməsi ilə əlaqədar əlavə araşdırma aparılmasına zərurət görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Belə ki, qeyd olunan tələblər iddiaçının əsas iddiası olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi tələbindən törəmə tələbdir; yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi tələbləri təmin edilmədiyindən onun törəmə tələblərinin təmin edilməsi üçün də əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3317/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov X13 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, İlqar Əhlimanov (Hövsan qəs.) küçəsi, ev 20 B, mənzil 25 “xxxx” MMC Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 21, mənzil 42 “xxxx” MMC-yə Vəkillər elektron Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2021-ci il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti - 03 vərəqə. Hakim Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar