Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-29/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı hüquqi varisi X10 nümayəndəsi Vəkil2, maraqlı şəxsin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya (maraqlı şəxs (maraqlarına-hüquq və vəzifələrinə toxunan şəxs)X15) qarşı “mənzilin istifadəyə və sahibliyə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-216/2018 saylı işi üzrə 06 iyun 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İdiaçı İddiaçı cavabdehlər Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 130,5 kv.m olan üçotaqlı, 143 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: 05 mart 2014-cü il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında Müqaviləsinin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh MTK ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xİyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 143 nömrəli mənzilinin alıcıya verilməsi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 50000 manat müəyyən edilmişdir; - Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 05 mart 2014-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı qeyri-yaşayış sahəsinin tikintisi üçün 50000 manat məbləğində pul ödəmişdir (səh.8, 9). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-216/2018 saylı işi üzrə 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 4-cü mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 143 nömrəli mənzil iddiaçının istifadəsinə və sahibliyinə təhvil verilməsi qət edilmişdir. Maraqlı şəxs X15 apellyasiya şikayəti (apellyasiya şikayətinə əlavə) verərək, hazırki iş üzrə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli iş 2(004)- 216/2018 saylı qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləğv edilməli, "05" mart 2014-cü il tarixli, vətəndaş X11 ilə "xxxx" MTK ilə bağlanmış yaşayış binasında "mənziltikinti haqqında" müqaviləni ləğv edərək etibarsız hesab edilməsinə və "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş 5 saylı yaşayış binasının 2-ci girişi, 4-cü mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 143 nömrəli mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-nin 11, 178, 329.1, 358.1, 452.1-ci maddələrinə; Avropa İnsan hüquqları Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X29rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarına; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 70-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnaməsindən maraqlı şəxs kimi Yasamal rayon icra və Probasiya Şöbəsinin icra məmurlarının təqdim etdikləri icra sənədlərinə əsasən ona məlum olmuşdur ki, ona məxsus olmaqla, hazırda yaşadıqları mənzil Yasamal rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir. Məhkəmə gedişində hakim yerli baxış keçirməyərək həmin mənzilin hal-hazırda kimə məxsus olmasını aydınlaşdırmayaraq və heç bir araşdırma aparmadan, sadəcə olaraq hansısa maraqlardan iddiaçının həmin mənzilin sahibi saymaqla nəzərə almamışdır ki, hal-hazırda Cavabdeh MTK-nın rəhbəri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət əməlləri araşdırılır və məni kimi onlarla vətəndaş həmin iş üzrə zərərçəkmiş qismində tanınmışdır. Onun tərəfindən həmin mənzil 17 yanvar 2014-cü il tarixdə əldə edilərək, Cavabdeh MTK ilə müqavilə bağlanaraq və həmin gün tam şəkildə mənzilin dəyəri, yəni 58725 manat pul vəsaiti ödənilməsi barədə maliyyə arayışı MTK tərəfindən mənə təqdim edilmişdir. Bununla yanaşı, mənzili əldə etdikdən sonra külli miqdarda vəsait təmir işlərinə xərcləndikdən sonra, həmin mənzilə köçərək ailəmlə birlikdə 3 ildən çoxdur ki yaşayaraq, işıq, su, qaz və s. ödənişlər aparılır. İş üzrə İddiaçı mübahisəli mənzili ona sonra, yəni 05 mart 2014-cü il tarixdə 50000 manata alması şübhə altına almır, ona görə ki, necə ola bilər ki həmin mənzil onun tərəfindən 2014-cü ilin yanvar ayından alınaraq və uzun müddət orada təmir apanlarkən iddiaçı bir dəfə də olsun mübahisəli mənzilə baş çəkməyərək yoxlamamışdır? "20" may 2019-cu il tarixdə məhkəmə gedişində bizə məlum oldu ki, bizim mənzilin alınmasına dair müqavilədən sonra mən yaşadığım və mənə məxsus mənzilə dair vətəndaş X11 "05" mart 2014-cü il tarixdə "xxxx" MTK ilə müqavilə bağlayaraq maliyyə arayışı ona verilmişdir, bu da onu göstərir ki, həmin müqavilə saxtadır, məndən sonra bağlanmışdır və həmin əqidin özü-özlüyündə etibarsızdır. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: xx.xx.2014-cü il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında Müqaviləsinə əsasən, Cavabdeh MTK ilə X15 arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xİyabani küçəsində yerləşmiş Cavabdeh MTKnın tikilməkdə olan binasının 143 nömrəli mənzilinin alıcıya verilməsi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 58725 manat müəyyən edilmişdir; Cavabdeh MTKnin sədri C.H.Alışov tərəfindən verilmiş 17 yanvar 2014-cü il tarixli maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən, X15 mənzilin dəyəri olaraq 58725 manat məbləğində pul ödəmişdir (səh.209-210). İddiaçı hüququi varisi X17 iddia ərizəsinə əlavə təqdim edərək ünvan 1 ünvanında yerləşən inanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 130,5 kv.m olan ptaqlı, 143 saylı mənzilin mənim sahibliyimə və istifadəsinə verilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsinə; «Yeni Yasamal” Mənzil Tikinti Kooperativi ilə X15 arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilənin etibarsız hesab edilməsinə; X5 və X12 həmin mənzildən çıxarılmasına və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsinə əlavə icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, mülki iş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-348/2019 saylı cinayət işi üzrə hökmü qüvvəyə minənədək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6716/2019 saylı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-133/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə zərəçəkmişlərin mülki iddialarının həllinə dair müəyyənedici hallar öz təsdiqini tapmamışdır. İddiaçı hüququi varisi X10 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, , Cavabdeh MTK-mn sədri X3 və həmin MTK-nın hüquqşünası vəzifəsində işləmiş X4 təqsirləndirilmələrinə dair cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli Hökmü ilə müəyyən edilmişdir ki, «Yeni Yasamal» MTK-mn sədri X13 ifadəsində (səh. 121, sonuncu abzas) göstərmişdir ki, 3 otaqlı, 130,5 kv.metr sahəli 143 №~li mənzilin X6 58725 manat satılması barədə 17.01,20214-cii il traixli müqavlə və maliyyə arayışı (faktiki X25), Əhmədov İsrafil Məhəmməd oğluna 50 000 manata satılması haqqında 05 mart 2014-cü il tarixli müqavilə və maliyyə arayışını (faktiki 56 000 manat) o, imzalamış və möhürlə təsdiq etmişdir. 2014-cü ildə binanın tikintisini armaturla təmin etməli olan X18 (X7 xalası oğlu) həmin mənzilin sənədləri Habil Fətəliyev (MTK-mn hüquqşünası) tərəfindən girov olaraq, yəni Habil Cəfərova MTK tərəfindən pulun ödəniləcəyinin təminatı kimi verilmiş, həmin sənədlərin verilməsi haqqında Habil Fətəliyev ona xeyli sonra məlumat vermiş, sonradan Cəfərov Habilin cəmi 26725 manat dəyərində material verdiyini öyrənmişdir.Həmçinin həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh MTK-nın hüquqşünası vəzifəsində işləmiş X14 ifadəsində (səh. 151, birinci abzas) göstərmişdir ki, 2014-cü ildə X25 binanın tikintisini armaturla təmin etməli olduğu üçün 3 otaqlı, 130,5 kv.metr sahəli 143 M-li mənzilin sənədlərini sonuncuya girov qoyaraq, pulun təminatı kimi vermiş və müqavilə ilə maliyyə arayışı qohumu X7 adına rəsmləşdirilmişdir. X36 öhdəliyini icra etməmiş MTK-ya cəmi 26725 manat dəyərində material vermiş, 30000 manat borcu qalmışdır. Buna görədə həmin mənzili satmaq üçün müştəri tapmağı tanışı Zaur İsayevdən xahiş etmiş, sonuncu İddiaçı onun yanına gətirmişdir. İsrafillə mənzilin qiymətini 50000 manata razılaşmış və pulunu almış, sonra isə Samir Baxşəliyevə satış haqqında sənədlərin hazırlanmasını tapşırmışdır. Həmin vaxt onda möhürlü və Cahangir Alışovun imzası olan blanklar qalmadığından, C.Alışova zəng edərək İsrafilə sahibi olmayan satıldığını bildirmiş, Samirdə sənədləri götürüb təsdiq etmək üçün Cahangir Alışovun yanına getmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X19 (Qəndab Hüseynovanın əri) ifadəsində (səh. 256; birinci abzas) göstərmişdir ki, 2014cü ildə Yasamal rayonunda özünə təzə tikili binada mənzil almaq istəmiş, həmin vaxt eşitmişdir ki, həyat yoldaşının xalası oğlu X32 rayonu, Xiyabıni küçəsi 5 ünvanında yerləşən Cavabdeh MTK-mn binasında 3 otaqlı mənzil satır. 2014-cü ilin yanvar ayının əvvəllərində Habil Cəfərovla gedib həmin həmin mənzilə baxmış, mənzil xoşuna gəldiyindən Habilə bir neçə gün sonra mənzilin pulunu verə biləcəyini bildirmişdir. 16 yanvar 2014-cü il tarixdə kirayə yaşadığı evdə Habil Cəfərova 58725 manat pul və həyat yoldaşı Qəndab Hüseynovanın şəxsiyyət vəsiqəsini vermiş, səhərisi gün Habil Cəfərov həmin binada yerləşən 143 nömrəli mənzilə dair müqaviləni və maliyyə arayışını gətirərək evdə ona təqdim etmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə iclasında ifadəsi elan edilməklə tətqiq olunmuş, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş X26 (Qəndab Hüseynovanın xalası oğlu və həmin binanın tikintisinə armatur verən şəxs) ifadəsində (səh. 256; ikinci abzas) göstərmişdir ki, 2014-cü ilin yanvar ayında Yeni ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən tikilmiş, inşası tamamlanmaq üzrə olan binada mənzillərin satıldığın eşidib ora getmiş və binanın 2-ci girişində, 4-cü mərtəbədə yerləşən 130,5 kv.m sahəsi olan 3 otaqlı mənzili MTK-mn sədri Cahangir Alışovla danışaraq qiymətini 58725 manata razılaşmış, 17 yanvar 2014-cü il tarixdə MTK-mn ofisində həmin pulu C.Alışova ödəyib ondan 143 saylı mənzilin satılmasına dair həmin tarixli müqavilə və maliyyə arayışını almış və müqavilə onun xahişi ilə xalası qızı Qəndab Hüseynovanın adına rəsmləşdirilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Samir Baxşəliyev (MTK-nın işçisi) ifadəsində (səh. 409; beşinci abzas) göstərmişdir ki, İddiaçı 2014-cü ilin mart ayında bir dəfə görmüş, onun adına 3 otaqlı 130,5 kv.m sahəsi olan 143 nömrəli mənzilin sənədlərinin yazılması üçün ona şəxsiyyət vəsiqəsinin surəti verilmiş, müqavilə və maliyyə arayışı tərtib edərək, Nəsimi bazarı yaxınlığında Vergilər Nazirliyinin Audit Departamentində olan Cahangir Alışovun yanına getmiş və sonuncu orada sənədləri imzası ilə möhürlə təsdiq etmişdir, İsrafil binada podratçı işləmiş Ceyhun Nağıyev və Zaur İsayevlə birlikdə bazarın yanına gəlmiş, onlarla Cahangir Alışov görüşmüş və sənədləri verərək, pulu İsrafildən Zaur almış və oradaca Cahangir Alışova vermişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə iclasında ifadəsi elan edüməklə tətqiq olunmuş, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş X33 ifadəsində (səh. 428; altıncı abzas) göstərmişdir ki, 143 nömrəli mənzil xx.xx.2014-ü il tarixdə İddiaçı satılmış və mənzilin satışı ilə bağlı danışıqlar Habilin (MTK-nın hüquqşünası) özünün iştirakı ilə aparılmış, mənzil 56 000 manata satılmaqla, 50000 manat MTK-ya, 6000 manat isə kooperativin borcu hesabına ona ödənilmişdir.Hazırkı iş materialalrmda olan «143 saylı mənzilə görə X16ma verilmiş alqı-satqı müqavüəsinin və maliyyə arayışının ləğv edilməsi» məsələsinə baxılması barədə Cavabdeh MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli iclasının 03 №-li Protokolundan X1 143 M-li mənzilə görə verilmiş xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixdə 58725 manat məbləğində pulun ödənilməsinə dair maliyyə arayışının ləğv edilməsi və həmin mənzilə görə ödənilmiş 26725 manat məbləğində pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. Hazırkı iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018- ci il tarixli Qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın apellyasiya şikayətindən imtinası qəbul edilərək, ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Cavabdeh MTK-nm sədri X3 və həmin MTK-nın hüquqşünası vəzifəsində işləmiş X4 təqsirləndirilmələrinə dair cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş hallarından və verilmiş ifadələrin məzmunudan göründüyü kimi X15 tərəfindən həmin mənzil birbaşa MTK-dan alınmamış, onun tərəfindən mənzilə görə ödənilmiş 58725 manat məbləğində pul vəsaiti MTK-ya deyil, həmin tikintini armaturla təmin etməli olan xalası oğlu Habil Cəfərova verilmiş və həmin mənzilə dair müqavilə və maliyyə arayışıda Habil Cəfərov tərəfindən ona təqdim edilmişdir. Həmçinin həmin mənzilin necə alınmasına dair X12 (Qəndab Hüseynovanın əri) ifadəsi və Habil Cəfərovun ifadələri arasında da ziddiyət vardır. Belə ki, X19 ifadəsində həmin mənzilin Habü Cəfərov tərəfindən sonuncunun mənzili kimi satıldığını qeyd etsə də, Habil Cəfərov isə ifadəsində Yeni ünvan 5 ünvanında Cavabdeh MTK tərəfindən tikilmiş, inşası tamamlanmaq üzrə olan binada mənzillərin satıldığın eşidib ora getdiklərini və mənzili Qəndab Hüseynavanın adına aldıqdırını bildirmişdir. X12 (Qəndab Hüseynovanın əri) ifadəsindən belə məlum olur ki, Habil Cəfərov həmin mənzili özünün mənzili kimi Qəndab Hüseynovaya təqdim edərək onlardan 58725 manat məbləğində pul vəsaitini almış, eləcədə həmin məbləğin 2000 manat məbləği müqavilənin addan ada dəyişdirməsinə sərf olunmuşdur. Qeyd olunan bu xüsusat bir daha onu təsdiq edir ki, həmin mənzilə dair Qəndab Hüseynova ilə Cavabdeh MTK arasında real alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə birbaşa Cavabdeh MTK-dan alınmamış və mənzilin dəyəri MTK-ya ödənilməmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh MTK-nın hüquqşünası vəzifəsində işləmiş X14 ifadəsində (səh. 151, birinci abzas) göstərmişdir ki, 2014-cii ildə X25 binanın tikintisini armaturla təmin etməli olduğu üçün 3 otaqlı, 130,5 kv.metr sahəli 143 №-li mənzilin sənədlərini sonuncuya girov qoyaraq, pulun təminatı kimi vermiş və müqavilə ilə maliyyə arayışı qohumu X7 adına rəsmləşdirilmişdir. X36 öhdəliyini icra etməmiş MTK-ya cəmi 26725 manat dəyərində material vermiş, 30 000 manat borcu qalmışdır. Buna görədə həmin mənzili satmaq üçün müştəri tapmağı tanışı Zaur İsayevdən xahiş etmiş, sonuncu İddiaçı onun yanına gətirmişdir. Qeyd olunan halı Cavabdeh MTK-nın sədri X13 ifadəsində təsdiq edərək göstərmişdir ki, 2014-cü ildə binanın tikintisini armaturla təmin etməli olan X18 (X7 xalası oğlu) həmin mənzilin sənədləri Habil Fətəliyev (MTK-nın hüquqşünası) tərəfindən girov olaraq, yəni Habil Cəfərova MTK tərəfindən pulun ödəniləcəyinin təminatı kimi verilmiş, həmin sənədlərin verilməsi haqqında Habil Fətəliyev ona xeyli sonra məlumat vermiş, sonradan Cəfərov Habilin cəmi 26725 manat dəyərində material verdiyini öyrənmişdir.Qeyd olunan ifadələrin məzmunundan göründüyü kimi mübahisələndirlən mənzilin dəyəri Qəndab Hüseynova tərəfindən birbaşa MTK-ya deyil, həmin binanın tikintisini armaturla təmin etməli olan xalası oğlu Habil Cəfərova ödənilmiş, eləcədə həmin mənzil Habil Cəfərova MTK tərəfindən pulun ödəniləcəyinin təminatı kimi qeyri-rəsmi formada girov qoyulmuş, X36 öhdəliyini icra etməyərək MTK-ya cəmi 26725 manat dəyərində material verdiyinə görə Cavabdeh MTİC-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli iclasında X16ma 143 №-li mənzilə görə verilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixdə 58725 manat məbləğində pulun ödənilməsinə dair maliyyə arayışının ləğv edilməsi və həmin mənzilə görə ödənilmiş 26725 manat məbləğində pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. Bu səbəbdən də Cavabdeh MTK həmin mənzilin qanuni alıcısının İddiaçı olduğuna qəbul etmiş və buna görə də Cavabdeh MTK hazırkı iş üzrə olan Yasamal rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Cavabdeh MTK-nm sədri X3 və həmin MTK-nm hüquqşünası vəzifəsində işləmiş X4 təqsirləndirilmələrinə dair cinayət işi üzrə ifadələri alınmış yuxanda qeyd olunan şəxslər ifadələrində həmin mənzilin İddiaçı tərəfindən dəyərinin (50 000 manat) birbaşa MTK-ya ödənildiyi təsdiq etmişlər. Şərh olunan xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 367.2-ci maddəsinə əsaslanaraq, X5 Yasamal rayon Məhkəməsinin 06 iyun 2018-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs X5 nümayəndəsi Vəkil1 etiraza qarşı - mülahizə və iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə məhkəmə istintaqı dövründə MTK-nın rəhbəri Alışov Cahangir və hüquqşünası Fətəliyev Habil bildirmişlər ki, hər iki müqavilə saxta deyil və hər iki tərəfdən onlara pul vəsaiti ödənilmişdir, sadəcə olaraq ilkin müqavilə bizlə bağlandıqdan sonra, sonradan onlar dələduzluq edərək, iddiaçı ilə müqavilə bağlayaraq nəzərə alınmamışdır ki, onlarla bağlanan müqavilə alğı-satqı müqaviləsidir, baxmayaraq ki, iddiaçı öz etirazında onu “girov müqaviləsi” adlandırır, bu absurd fikirə qarşı onu bildirirlər ki, onlardan sonra bağlanan müqavilə də Vergilər Nazirliyinin Audit Departamentinin yaxınlığında Cahangir Abışovla məlum olmayan bir ərazidə bağlanmışdır, bu da ona dəlalət edir ki, həqiqətən də onların müqaviləsi ilkin müqavilə olmaqla göstərilən müqavilədə 2014-cü ildən təmir etməklə orada yaşayırlar və cavabdeh 2018-ci ilə qədər onları narahat etməyərək mənbəyi məlum olmayan xx.xx.2015-ci il tarixli 3 saylı protokola istinad edilərək, guya həmin protokolla onların alğı-satqı müqavilələri ləğv edilmiş və onlar tərəfindən ödənilmiş pul vəsaiti qaytarılmalıdır, kim tərəfindən qaytarılmalıdır və nə üçün bu günə qədər onları narahat etməyərək və kimdən həmin pulun götürülməsi cəfəngiyyat bir fikirlə vurğulanmaqla nəzərə alınmamışdır ki, belə saxta protokollara görə yuxarıda adlarını qeyd etdiyi MTK-nin rəhbərləri uzun müddət azadlıqdan məhrum edilməklə məhkum edilmişlər, belə olan halda həmin sənədin hüquqi qüvvəsinin olmaması ona dəlalət edir ki, həqiqətən də onların tərəfindən rəsmi qaydada həmin mübahisəli mənzilə pul vəsaitinin ödənilməsini şahid qismində dindirilmiş X26 da bu faktı təsdiq etmişdir.Əsas məqam ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində bizdən qabaq evi əldə etmiş şəxsə MTK rəhbərliyi tərəfindən mənzil verilmişdir, onların işində iddiaçıya da həmin üsulla mənzil təklif olunsa da, iddiaçı inadlığını göstərərək həmin mənzildən imtina etməklə ona məxsus halal mənzilinə qanunsuz olaraq sahib olmağa çalışır. İddiaçı hüquqi varisi X10 nümayəndəsi Vəkil2 apellyasiya icraatı zamanı qətnamə qanuni qüvvəyə minib icra yönəldikdən sonra maraqlı şəxs X5 meydana çıxdığını, həmin şəxs barəsində ətraflı məlumatlarının olmadığını, cavabdeh qismində onu qeyd etmək üçün ünvanını bilməli olduqlarını, lakin bunun onlara məlum olmadığını, 2014-cu ildə müqaviləni bağladıqlarını, mənzilə qapı qoyduqlarını, 2016-cı ilin iyun ayında Habil adlı şəxsin iddiaçıya zəng vurduğunu, mənzilin sahibi olduğunu deyərək niyə qapı qoyduqlarını soruşduğunu, onlar tərəfindən qoyulan qapını çıxardıqlarını və hüquqlarının pozulduğunu həmin vaxtdan bildiklərini, 2016-ci ilin sonlarında pretenziya verdiklərini, 2017-ci ilin əvvəllərində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini, bir ildən çox müddətdə işin birinci instansiya məhkəməsinin icraatında olduğunu, həmin dövrdə kooperativə üçüncü şəxslərin kimliyi ilə bağlı dəfələrlə müraciət etdiklərini, xx.xx.2015-ci il tarixli protokolla X15 ilə MTK arasında bağlanmış müqavilə ləğv edildiyi üçün həmin müqaviləni etibarsız hesab etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X5 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinə əlavənin icraata qəbul edilməsinə etiraz etdiyini, bunun birinci instansiya məhkəməsi zamanı edilməli olduğunu, orda başqa bir şəxsin yaşadığını bildiklərini, xx.xx.2015-ci il tarixli protokola əsasən bunun qarşı tərəfə məlum olduğunu bildirmiş, maraqlı şəxsə aid kommunal ödənişlər barədə qəbzlərin olduğunu qeyd etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 112, 139-158, 178, 324, 328, 385-388, 404, 425, 442, 443, 454, 560, 646-654; Mülki Prosesual Məcəllənin 77, 88, 385-390-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi cinayət işi üzrə işin araşdırılan hallarına uyğun təhlil edilməlidir. Bu təhlilin nəticəsində isə həm iddiaçıya, həm də maraqlarına toxunan şəxsə münasibətdə onların hər hansı birinin etibarsızlığına dəlalət edən hallar müəyyən edilmir. Maraqlı şəxsin apellyasiya şikayətinin əsassız olmasına iddiaçının istinad etdiyi əsas xüsusat Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması və mənzilin alğı-satqı müqaviləsinin, maliyyə arayışının ləğv edilməsi barədə təsisçilərin ümümi yiğıncağının xx.xx.2015-ci il tarixli iclasının 03 №-li Prokoldur. Bu Protokolun çıxarışına əsasən X9 Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışının ləğv edilməsi, Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci girişi, 4-cü mərtəbəsi, ümumi sahəsi 130.5 kv.metr olan otaqlı 143 saylı mənzilə görə ödənilmiş 26725 manatın ona geri qaytarılması qərara alınmışdır. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi protokol cavabdehin birtərəfli qaydada müqavilənin ləğvi səlahiyyətlərindən kənar etibarlılığı və mötəbərliyi müəyyən edilməyən sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, müqavilə tərəfinin birinin öhdəliyinin tam yerinə yetirməməsi digər tərəfin mülki qanunvericiliyə riayət etməklə onun ləğv edilməsi tələbi ilə müraciət etmək hüquqlarını müəyyən edir. Belə tələbi MTK irəli sürməmiş və müqavilə üzrə birtərəfli qaydada müqaviləni ləğv etmək hüquqları təsbit edilməmişdir. Bundan əlavə müqavilələrin bağlanma tarixi ardıcıllığına fikir verdikdə görərik ki, Cavabdeh MTK ilə X15 arasında müqavilə xx.xx.2014-cü il, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə xx.xx.2014-cü il tarixində bağlanmışdır. Protokol isə ikinci müqavilə bağlandıqdan sonra xx.xx.2015-ci il tarixində tərtib edilmişdir. Bu o deməkdir ki, iddiaçı ilə müqavilə imzalanan zaman maraqlarına toxunan şəxsin müqaviləsinə dair, mülki münasibətlərin zamana görə qüvəsinə rəğmən, cavabdeh tərəfindən hər hansı tədbir həyata keçirilməmişdir. Hər iki müqavilə üzrə yaşayış sahələrin verilməsini öhdəsinə götürmüş MTK mülki məsuliyyət daşıyır və müqavilələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. MTK-nin müqavilənin ləğvi üzrə tələblə çıxış etməsi üçün razılığın gəlməsinə yönəlik pretenziya qaydalarına riayət etməsini tələb edir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsinin tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsədə, digər marağlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması da istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Diqqətə çatdırılmalıdır ki, şikayət verən - maraqlarına toxunan X15 (nümayəndəsi) apellyasiya şikayəti üzrə tələbində iddia irəli sürsədə onu mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədən həyata keçirmişdir. Ona görə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli və qətnamə ləğv edilməklə iddia tələbinin icra mümkünsüzlüyü əsası ilə rədd edilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin maraqlarına toxunan şəxsin sahibliyində olması məhz həmin sahənin ona verilməsində digər şəxslərin bir sıra hüquqlarının pozulmasına xidmət edir. Ona görə iddiaçının digər mənzil, o mümkün olmadığı təqdirdə onun dəyərini, habelə bu münasibətlərdən irəli gələn digər tələblər irəli sürmək hüquqları istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək tələblərə mütənasib qeyd edir ki, apellyasiya şikayəti və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli iş № 2(004)-216/2018 saylı qətnaməsi ləğv edilsin, iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-29/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-29/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver