Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2903/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı “əmrin ləğv olunması, işə bərpa olunma, əmək haqqının verilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8984/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı əmrin ləğv olunması, işə bərpa olunma, əmək haqqının verilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin xx.xx.2019-cu il tarixli əmrinin ləğv olunması, həmin müəssisəyə memar vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxmağına görəəmək haqqının ödənilməsi və mənəvi ziyana görə 5000 manat ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin aprel ayında cavabdeh təşkilata memar vəzifəsinə qəbul olunmuşdur. Tərəflər arasında razılığa əsasən əmək haqqısı 700 manat müəyyən olunmuşdur. Lakin cavabdeh təşkilat onunla əmək müqaviləsi bağlamamış vəəmək haqqı kartını təqdim etməmişdir. Cavabdeh təşkilata məxsus olan bir sıra layihələri həmin dövrdə işləmişdir, bu təsdiq edir ki, o, xxxxxxxxxxxxxxxxxx şirkətində 2018-ci ilin aprel ayında işləmişdir. Razılaşdırılmışəmək haqqı ona nağd şəkilində verilirdi. 2019-cu ilin fevral ayının 11-i aralarında rəsmi əmək müqaviləsi bağlandı. Əmək müqaviləsində əmək haqqını 180 manat göstərsələr də 2019-cu ilin mart ayından o, 800 manat əmək haqqı almışdır. Tərəflər arasında mükafat ilə bağlı mübahisə yaranmış vəcavabdeh tərəf ona xəbərdarlıq məktubu göndərmişdir. Xəbərdarlıq məktubuna rəsmi cavab verib cavabdeh təşkilata təqdim etmişdir. Xəbərdarlığa cavab məktubunda qeyd etmişdir ki, “o, xx.xx.2019-cu ilə göndərilən xəbərdarlıqla tanış olmuşdur, qərara gəlmişdir ki, öz fikrini onlara bildirmişdir. 03.05.19-cu tarixində iş yerini tərk etdiyi, və işə gəlməməyi haqqında məlumat doğru deyil, həmin tarixdə günün sonuna kimi iş yerində olmuşdur, və iş yerini tərk etməmişdir və əmək funksiyasını günün axırına kimi yerinə yetirmişdir. Bir gün əvvəl müəssisəyə məxsus elektron baza məlumatlarının xəbərsiz olaraq götürməyi və ya silməyi barədə məlumatda doğru deyil, çünki 02.05.19-cu il tarixində o, işdə olmamışdır vəüzürlü səbəbdən işə gəlmədiyindən rəhbərliyə +**********70 mobil telefon nömrəsi ilə məlumat vermişdir. 03.05.19-cu il tarixində işdən sonra işdən azad olmağı barəsində rəhbərliyə telefon zəngi ilə məlumat verdi və bildirdi ki 04.05.19-cu il tarixdən işə gəlməyəcəkdir. Səbəb kimi: 01.05.19 cu il tarixində müəssisənin toplantısında mükafatın alınması ilə bağlı təklif vermiş, təklifi rədd etdikdən sonra həmin həftənin sonuna kimi onun işdə qalıb və qalmamağı barədə onlara məlumat verməyi öhdəsinə götürmüşdür. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. xx.xx.2019-cu il tarixində ona məlum olmuşdur ki, 02.05.19-cu il tarixində memar vəzifəsinə elan saytlarına elan yerləşdirilmişdir. Xəbərdarlıq məktubunda qeyd edilən elektron baza məlumatları ona məxsusdur, onların müəllifi odur, bu onun əqli əməyinin məhsuludur, öz ad, soyadı və imzasıyla təsdiq etmişdir, və bu layihələrinin üzərində həmin müəssisənin adı və rəhbərliyinin adı soyadı qeyd olunmayıb. Onları onlara satmadığından onlara münasibətdə onların hansı bir hüquqları yoxdur. Onların istədiyi və mülkiyyətində olan elektron məlumatlarını, o, onlara yalnız “Əmək kitabçasının öz xahişi ilə işdən çıxma qeydi ilə geri qaytarılması, Son haqq hesabının real aldığıəmək haqqı ilə hesablanması, İphone 6 mobil telefonunu ilk verdiyi vəziyyətdə qaytarılması” şərti ilə verə bilər. Yaranmış mübahisənin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Həmin təşkilatın xx.xx.2019-cu il tarixli cavab məktubundan məlum olmuşdur ki, onu xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişdirlər. Lakin bu barədə ona əmrin surətini, əmək kitabçası və son haqq hesabını verməmişlər. Cavabdeh təşkilatı Azərbaycan RespublikasıƏmək vəX5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi onlar barəsindəİXM-nin 192.4 maddəsi ilə inzibati məsuliyyətə cəlb etməklə inzibati qaydada cərimə etmişlər. Yalnız bundan sonra cavabdeh təşkilat ona əmək kitabçasını, mobil telefonunu qaytarsa da, əmrin surətini və son haqq hesabı verməmişdir. Cavabdeh təşkilatın nümayəndələri İphone 6 markalı telefonunu qaytarmışdırlar. Yarım ilə yaxındır ki, heç bir yerdə işləmədiyindən maddi ehtiyacı yaranmışdır. Valideynlərindən anası vəfat etmiş, atası ilə münasibətləri korlanmışdır. X12 Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi təsdiq edir. Rəsmi nikahda olan arvadının valideynləri Türkmənistan Respublikasının vətəndaşlarıdır. Yoldaşı işləmir, çünki onların xx.xx.2019-cu il tarixdə X4 anadan olmuşdur. Övladının elementar ləvazimatlarla təmin edə bilmədiyindən bir neçə dəfə dərin sarsıntılar keçirmişdir. Hətda yaşadığı ünvana təcili tibbi yardım maşını da gəlmişdir. Bu baxımdan tərəf ona mənəvi ziyan vurmuşdur. Mənəvi ziyan onun şəxsiyyətilə bağlı olduğundan o, onu 5000 manat məbləğində qiymətləndirir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin səlahiyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2019cu il tarixində “xxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə toplantısı keçirilmişdir. Bu toplantıda müəssisənin memar vəzifəsində işləyən İddiaçı xx.xx.2019-cu il tarixindən heç bir üzrlü səbəb olmadan iş yerini tərk edib və işə gəlməməsi, müəssiyə məxsus elektron baza məlumatlarını xəbərsiz olaraq götürməsi və ya silməsinə görə xəbərdarlıq verilmişdir. Götürdüyü elektron baza məlumatlarına görə, müəssisəyəçox böyük maddi ziyan vurmuşdur. Hal hazırda işçinin götürdüyü bu elektron baza məlumatlarına görə müəssisənin bütün işi və fəaliyyətləri dayanmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh-yə memar vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019cu il tarixində müəssisədə tutduğun vəzifəsindən (ƏM 70 maddəsinin Ç bəndinə əsasən) azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi nin **********2 Salı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı işdən azad olunarkən, son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən “xxxxxxxxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi barədə Azərbycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə xx.xx.2019-cu il tarixli ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İddiaçı müəssisə arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294- cü maddəsinəəsasən fərdi əmək mübahisəsi yarandığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli AKTlarından məlum olur ki, “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli CəmiyyətindəMemar vəzifəsində işləyən İddiaçı İyun ayın 1-dən İyun ayın 30-dək icazəsiz və səbəbsiz yerə işə gəlməyib və ona tapşırılan əmək funsiyalarını yerinə yetirməmişdir. İşçiyə dəfələrlə şifahi Xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019 tarixli İddiaçı tərəfindən xxxxxxxxxxxxxxxxxxa ünvanladığı xəbərdarlıq məktubuna cavabında bildirmişdir ki, xx.xx.2019-cu il tarixində işə gəlməməyi haqqında malumat doğru deyil, həmin tarixdə günün sonuna kimi iş verində olmuşdur, iş yerini tərk etməmişdir vəəmək funksiyasını günün axırına kimi yerinə yetirmişdir. Elektron baza məlumatlarının xəbərsiz olaraq götürməyi və ya silməyi barədə məlumatda doğru deyil, çünki 02.05.19-cu il tarixində o, işdə olmamışdır vəüzürlü səbəbdən işə gəlmədiyindən rəhbərliyə mobil telefon nömrəsi ilə məlumat vermişdir. 03.05.19-cu il tarixində işdən sonra işdən azad olmağı barəsində rəhbərliyə telefon zəngi ilə məlumat vermiş və bildirmişdir ki 04.05.10-cu il tarixdən işə gəlməyəcəkdir. Səbəb kimi: 01.05.10 cu il tarixində müəssisənin toplantısında mükafatın alınması ilə bağlı verdiyi təklifin rədd olunması olmuşdur. Elektron baza məlumatları ona məxsusdur, onların müəllifi özüdür, bu onun əqli əməyinin məhsuludur vəöz adı, soyadı və imzası ilə təsdiq etmişdir. Layihələrinin üzərində həmin müəssisənin adı və rəhbərliyinin adı soyadı qeyd olunmayıb, və layihələri satmadığından layihələrə münasibətdə onların hüququ yoxdur. Onların istədiyi və mülkiyyətində olan elektron məlumatlarını, o, onlara yalnız “Əmək kitabçasının öz xahişi ilə işdən çıxma qeydi ilə geri qaytarılması, Son haqq hesabının real aldığıəmək haqqı ilə hesablanması, İphone 6 mobil telefonunu ilk verdiyim vəziyyətdə qaytarılması” kimi şərtlər əsasında verə biləcəyini göstərmişdir. İş materiallarında olan Cavabdeh-nin xx.xx.2019-cu il tarixli, 07/2019 nömrəli əmrindən görünür ki, xx.xx.2019-cu il tarixindən İddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nin memar vəzifəsindən (ƏM 70 maddəsinin Ç bəndinə əsasən) azad olunmuşdur. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəalarına istinad olunacaq) 70-ci maddəsinin ç) bəndində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habeləəmək kollektivinin (onun ayrı-ayrıüzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.(maddə 71.2) Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətini və onun növlərini müəyyən edən 186-cı maddə təsbit edir ki, 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrəöhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(Maddə 69) İşin hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh-yə memar vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixində müəssisədə tutduğun vəzifəsindən (ƏM 70 maddəsinin Ç bəndinəəsasən) azad olunmuşdur.Tərtib olunan aktlardan da göründüyü kimi İddiaçı İyun ayın 1-dən İyun ayın 30-dək icazəsiz və səbəbsiz yerə işə gəlməyib və ona tapşırılan əmək funsiyalarını yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir ki, İşəgötürənlə arasında yarandığı mübahisə ilə bağlı 04.05.19-cu il tarixdən işə çıxmamış, işdən azad edilməyi barədə İşəgötürənə ərizə verməmişdir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı əmək münasibətlərinə faktiki xitam versə də, bir təqvim ayı qabaqcadan işə götürəni yazılı ərizəsi ilə xəbərdar etmədiyindən, əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsi əsaslı olduğundan, iddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının əsas tələbinin, yəni “əmrin ləğv olunması, işə bərpa olunma, əmək haqqının verilməsi hissəsi təmin olunmadığından iddiaçının törəmə tələbi olan mənəvi zərər tələbi hissəsi də haqlı olaraq rədd edilmişdir. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, xx xxxxxx 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2903/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2903/2020
27.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver