Məhkəmə qərarları › İş №2(103)-2908/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2908/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2908/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 360/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, bu sənəd əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların ləğv edilməsi, həmin miras əmlaklarına 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ½ hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydlərinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə ½ hissədə İddiaçı payının müəyyən edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən 23 aprel 2024-cü il tarixdə daxil olmuş məktubda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə düzəliş edilməsi ilə bağlı İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə baxılması məqsədi ilə hazırda Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-2908/2024 saylı mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi xahiş edilir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində düzəlişin edilməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan iş apellyasiya baxışından çıxarılmaqla həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2, 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-360/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 aprel 2024cü il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və İddiaçı nümayəndəsi və vəkilinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə düzəliş edilməsi ilə bağlı ərizəyə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar