Məhkəmə qərarları › İş №2(103)-291/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-291/2020

13.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-291/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-1575/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-1575/2018 saylı qətnaməsi ilə İddiaçı cavahdehlər Cavabdeh1, Cavabdeh2 X qızı, Cavabdeh3 Bəkir oğlu və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı onun X8 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması, xx.xx.2005-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X10 X12 qanuni vərəsələri kimi tanınaraq onalrın da payının müəyyən edilməsi, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüquq haqqında şəhadətnamədə dəyişiklik edilərək onların paylarına uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)- 11326/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş,iş üzrə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)- 1575/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddia tələbi qismən təmin edilərək xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, mərhum X12 vərəsələri, Cavabdeh1, Cavabdeh2 Bəkir qızı, Cavabdeh3 Bəkir oğlu, X14 və X9 hər birinə 1/5 hissədə pay hüququ müəyyən edilmiş,yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 46 saylı Notariat Kontorunun üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəkir qızı, Cavabdeh3 Bəkir oğlu və vəkil X15 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 11326/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2099/2019 saylı qərarıı ilə cavabdehlərin kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)- 11326/2018 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2099/2019 saylı qərarıında vurğulanmışdır ki, Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmə miras qoyan X12 arvadı Cavabdeh1, onun digər vərəsəlri olan uşaqları Cavabdeh2, Cavabdeh3, Taleh Rəhimov və Bakir Rəhimovla 1/5 hissədə pay hüququnu müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırda miras əmlak X12 işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış 12683 manat puldur. Həmin pul mülkiyyət kimi qəbul edilməlidir. Bu qiymələndirmə X19 məhkəməsinin presedentlərindən irəli gəlir. Belə ki, X19 Məhkəməsi tərəfındən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan "mülkiyyət" və ya "əmlak" anlayışları çox geniş çərçivədə şərh olunur. Həmin maddə ilə bağlı Avropa Məhkəməsinin presedentlərinə əsasən: daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar (səhmlər, patentlər), iddia barədə arbitraj qərarları, əmək haqqı, pensiya hüququ, ev sahibinin icarə haqqı almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar və s. X, xx xxxx 1986-cı il işində məhkəmə qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində ifadə olunmuş "əmlak" anlayışı ilə əhatə olunur. Sadalanan normalardan göründüyü kimi, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Belə olan halda mərhum X8 miras qalmış 12683 manat pul mərhumun arvadı Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmış, miras əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasına, 12683 manat pulun yarısına Cavabdeh1 hüququnun olmasına əhəmiyyət verməmişdir. Ona görə də, işə yenindən baxan zaman məhkəmə miras əmlaka payları müəyyən edərkən miras əmlakın yarısının birgə nikah dövründə əldə edilmiş əmlak olmasını nəzərə almalı, əmlakın qalan yarısına isə vərəsələr arasında müvafiq olaraq payların müəyyən edilməsini həll etməlidir. İşə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin vəsatəti təmin edilərək Sabunçu rayon məhkəməsində baxılan İddiaçı cavahdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair işə baxılıb yekunlaşınca hazırkı işin icraatının dayandırılması qərara alınmışdır. İddiaçı xx xxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavahdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddia rədd edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından icraatın təzələnməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Həmçinin, iş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, X18 xx.xx.2014-cü il tarixdə kəskin ağ ciyər, ürək çatışmazlığından ölmüşdür. Mərhum X18 ilə İddiaçı faktiki nikahlarından xx.xx.2005ci il tarixdə X16 və xx.xx.2012-ci il tarixdə X14 anadan olmuşlar. Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş X/786 saylı, xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X8 miras qalmış əmlaklara vərəsələri Cavabdeh1, Cavabdeh2 Bəkir qızı və Cavabdeh3 Bəkir oğluna xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017-ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2014-cü ildə verilmiş qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinin surətindən görünür, xx.xx.2014-cü ildə ölmüş X12 vərəsələri, Cavabdeh1, Cavabdeh2 Bəkir qızı və Cavabdeh3 Bəkir oğlu miras əmlakdan tam hissədə irs almalıdır. Şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət X5 xx xxxx 2014-cü il tarixli xx-xx-1684 saylı məktubuna əsasən 11000 manat sığorta ödənişlərindən ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirlyinin iddiaçı X6 müraciətinə cavab olaraq xx.xx.2017-ci il tarixli məktubunda göstərilir ki, onun mərhum həyat yoldaşının adına hərbi xidmət dövründə istifadə etmədiyi illər üçün məzuniyyət pulunu alınması ilə ona vərəslik hüquq haqqında şəhadətnamə aldıqdan sonra onun ərizəsinə baxıla bilməsi qeyd edilmişdir. xx.xx.2014-cü ildə ölmüş X12 vərəsələri, Cavabdeh1, Cavabdeh2 Bəkir qızı və Cavabdeh3 Bəkir oğlu ünvan 1 ünvandakı miras əmlakdan 1/3 hissədə pay almalıdılar. Şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirlyinin xx xxxxx 2017-ci il tarixli 12/1311 saylı məktubuna əsasən 12683.10 manat ödənilməmiş məzuniyyət haqqından ibarətdir. Həmçinin iş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı X1 Bakir Əvəz oğlunun ölümü ilə əlaqədar verilmiş 11000 manat məbləğində sığorta ödənişinin 3000 manatını xx xxxxxx 2014-cü il tarixdə almışdır. Hazırki iddiaçı X11 yetkinlik yaşına çatmayan X9 və X10 adından məhkəməyə müraciət edərək mərhum X8 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması, xx.xx.2005-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X10 X12 qanuni vərəsələri kimi tanınaraq onalrın da payının müəyyən edilməsi, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüquq haqqında şəhadətnamədə dəyişiklik edilərək onların paylarına uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir.İddiaçı X1 Bakir Əvəz oğlunun ölümü ilə əlaqədar verilmiş 11000 manat məbləğində sığorta ödənişinin 3000 manatını xx xxxxxx 2014-cü il tarixdə miras qismində qəbul etdiyindən, o, mirasın bir hissəsinə sahiblik etməyə faktiki başlamış və mirası tamamilə qəbul etmiş hesab olunur. Belə olan halda isə iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Mərhum X12 vərəsələri, Cavabdeh1, Cavabdeh2 Bəkir qızı, Cavabdeh3 Bəkir oğlu, X14 və X16 müəyyən edildiyindən pay hüququ müəyyən edilməklə miras əmlakdan tam hissədə irs almalıdırlar. Belə olan halda Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017-ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, miras əmlakdan Cavabdeh1 payı 6/10 hissədə, diər vərəsələrin payı 1/10 hissədə müəyyən edilməklə yeni vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2099/2019 saylı qərarıında vurğulanmışdır ki, Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmə miras qoyan X12 arvadı Cavabdeh1, onun digər vərəsəlri olan uşaqları Cavabdeh2, Cavabdeh3, Taleh Rəhimov və Bakir Rəhimovla 1/5 hissədə pay hüququnu müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırda miras əmlak X12 işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış 12683 manat puldur. Həmin pul mülkiyyət kimi qəbul edilməlidir. Bu qiymələndirmə X19 məhkəməsinin presedentlərindən irəli gəlir. Belə ki, X19 Məhkəməsi tərəfındən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan "mülkiyyət" və ya "əmlak" anlayışları çox geniş çərçivədə şərh olunur. Həmin maddə ilə bağlı Avropa Məhkəməsinin presedentlərinə əsasən: daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar (səhmlər, patentlər), iddia barədə arbitraj qərarları, əmək haqqı, pensiya hüququ, ev sahibinin icarə haqqı almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar və s. "Van Marle və başqaları Niderlanda qarşı", xx xxxx 1986-cı il işində məhkəmə qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində ifadə olunmuş "əmlak" anlayışı ilə əhatə olunur. "X3rşı", xx.xx.2004-cü il; "Kopetski Sloveniyaya qarşı", № 9 44912/98, 2004 və "Aunola Finlandiyaya qarşı" xx.xx.2001-ci il işlərində Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya öz-özlüyündə qocalığa görə pensiya hüququnu və konkret həcmdə sosial ödəmələrə təminat vermir. Bununla belə, "tələb" hətta pensiyaya münasibətdə, əgər o milli qanunvericiliklə kifayət qədər əsası malikdirsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından özündə "mülkiyyəti" təmsil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2 və 32.2.1-ci maddələrinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Sadalanan normalardan göründüyü kimi, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Belə olan halda mərhum X8 miras qalmış 12683 manat pul mərhumun arvadı Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, Apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-1575/2018 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunaraq xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017- ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, mərhum X12 vərəsələri, Cavabdeh1 6/10 hissədə (mərhum X8 miras qalmış 12683 manat pul mərhumun arvadı Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayıldığından həmin əmlakın ½ hissəsi Cavabdeh1 mülkiyyəti hesab olunur), Cavabdeh2 Bəkir qızı, Cavabdeh3 Bəkir oğlu, X14 və X9 hər birinə 1/10 hissədə pay hüququ müəyyən edilməli,yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 46 saylı Notariat Kontorunun üzərinə qoyulmalıdır. Kollegiya, həmçinin, iddiaçının iddia ərizəsi ilə tələb etdiyi “vərəsəlik hüquq haqqında şəhadətnamədə dəyişiklik edilməsi” hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişiklik edilməsi, həmin şəhadətnamədə ediləcək dəyişikliyin onun hüquqi anlamda nəticə etibarı ilə ləğvini ehtiva edir və Kollegiya tərəfindən iddia tələbinin həmin hissədə də təmin edilməsi qərara alındığından bu tələb mahiyyət etibarı ilə özündə vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişikliyin edilməsini deyil, onun ləğv edilməsini ehtiva etdiyindən iddia tələblərinin bu hissədə qismən təmin edilməsi iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)- 1575/2018 saylı qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017- ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin, mərhum X12 vərəsələri, Cavabdeh1 6/10 hissədə, Cavabdeh2 Bəkir qızı, Cavabdeh3 Bəkir oğlu, X14 və X9 hər birinə 1/10 hissədə pay hüququ müəyyən edilsin,yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 46 saylı Notariat Kontorunun üzərinə qoyulsun. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar