Məhkəmə qərarları › İş №2(103)-2912/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2912/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2912/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh "Külək” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X9, iddiaçının nümayəndəsi Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X4 (X9 əsl iddiaçı X10 ilə əvəz edilmişdir) cavabdeh "Külək” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı X10 (X9 əsl iddiaçı X10 ilə əvəz edilmişdir – İ cild iş səh.62) cavabdeh "Külək” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Finoko” BOKT ASC-yə qarşı "hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzi tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04№-li hərracın yekun nəticələri barədə protokolun etibarsız hesab edilməsinə dair iddiası Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.2¬41.5, 44, 53.1, 53.2, 53.3-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416-cı maddələrinə istinadən) təmin edilməmişdir.

2. İşin icraatı zamanı təqdim təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: - 2(103)-134/20 saylı 16 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" BOKT ASC-nin ona qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, onun ilə "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə xitam verilməsi, ondan "xxxx" Bokt ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə yaranmış 22115.67 ABŞ dolları məbləğində əsas borcun, 1400,30 ABŞ dolları faiz borcunun və 34.03 ABŞ dolları cərimə borcunun, cəmi 23550 ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması; ondan tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş və X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 130000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması; Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və X3 "xxxx" BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması qət edilmişdir; - Cavabdeh 13 avqust 2021-ci il tarixli hərracın yekunları barədə 62/04 nömrəli protokolu və məzmununa əsasən X7 məxsus olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil ilkin satış qiyməti 162000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 137700 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə- 103275 manat olmaqla "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "Finoko” BOKT ASC tərəfindən əldə edilmişdir; Buna dair 13 avqust 2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır; - Respublika Xammal və Əmtəə Birjası "Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 05 noyabr 2020-ci il tarixli 01 nömrəli bildirişinə əsasən Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini 162000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 01 dekabr 2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 02 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişinə əsasən, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini 137700 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 dekabr 2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir; - Səbail Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 163052/20-xx-xx/5314 №-li "Külək” MMC-yə ünvanlanmış məktuba əsasən xx.xx.2020-ci il tarixdə hərracın dayandırılması ilə bağlı müraciət edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 13 iyul 2021-ci il tarixli 02 nömrəli bildirişinə əsasən Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini açıq auksion formasında hərracın keçirilməsi 02 avqust 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir; - "Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli buraxılışlarının surətinə əsasən , Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin açıq hərracına dair elan yerləşdirilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili "Finoko” BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 2957/2022 nömrəli qətnaməsi ilə ("İpoteka haqqında” Qanunun 43, 46.1, 48, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416, 425.1, 425.2, 445.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 386, 388-ci maddələrinə istinadən) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifarişi ilə “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekun nəticələri barədə protokol və ona əsasən bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir.

5. Üçüncü şəxs "Finoko” BOKT ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5229/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2957/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Qərarda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8, 44, 46.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 218.1, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin hərracda satışınadək (ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər) əsas öhdəlik üzrə ipoteka qoyan ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsi barədə təklifi ipoteka qoyan qəbul etməmişdir. İddiaçının istinad etdiyi bu qayda "İpoteka haqqında” qanunun 46.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuşdur. Buna görə də işin halları həmin maddi hüquq normaları əsasında yoxlanılmalı, iddianın təmin olunması üçün "İpoteka haqqında” qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcud olubolmadığı müəyyən edilməlidir. Bu hallar sübutlar əsasında müəyyən oluna bilər. Çünki MPM-nin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı bu cür sübut kimi onun icra məmuruna, tələbkara və hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə ünvanlandığı məktubları təqdim etmişdir. Həmin məktublardan tələbkara yazılmış məktubda iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 23550 ABŞ dolları məbləğdə vəsaitin əvvəlcədən qəbul edilməsini və əmlakın alğı-satqısına razılıq verilməsini xahiş etmişdir.Bu məktubun tələbkara çatması mübahisələndirilmir.İddiaçı qeyd edir ki, borcu ödəmək istəsə də, tələbkar əlavə pul tələb edərək, ondan borc məbləğini qəbul etməmişdir.Cavabdeh iddiaçının bu dəlili ilə bağlı birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçı ödəniş etmək istədiyi halda tələbkarın buna mane olması və ya borc məbləğini qəbul etməməsi mümkün deyil. Çünki kredit müqaviləsi üzrə borcun ödənilməsi müvəkkil banklarda olan hesabları vasitəsilə həyata keçirilir (səh 70).Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında da qeyd etmişdir ki, hərrac ərəfəsindəki danışıqlarda iddiaçı tərəf mənzil almaq üçün real alıcı tapacağını bildirmiş, lakin konkret addımlar atmamışdır (səh 209). İşdə olan bu sübutlar əsasında apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «hərracdan öncə iddiaçı borc məbləğini könüllü olaraq ödəmək istəmiş və bununla bağlı banka müraciət etsə də, bank ondan öhdəliyin icrası üçün əlavə vəsait tələb etmiş və icranı qəbul etməmiş, bu səbəbdən borclu öhdəliyi icra edə bilməmiş, sonradan borclu mənzilin satışı üçün real alıcı olduğunu və mənzili yaxşı qiymətə sataraq borcu ödəmək istədiyini bildirsə də, bank yenə də borclunun təklifindən imtina etmiş və bu dəfə də icranı qəbul etməmişdir. Eyni zamanda, apellyasiya icraatı zamanı bankın nümayəndəsi ipoteka qoyulmuş mənzil onlar tərəfindən əldə olunanadək borclu tərəfindən borcun ödənilməsinə cəhd olduğunu təsdiq etmiş, lakin borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir». Məhkəmə bu barədə nəticəyə gələrkən cavabdehin etiraz dəlillərinin ağlabatan olmadığını əsaslandırmamışdır. Çünki həqiqətən də iddiaçının tələbkarla razılaşma olmadan borcu bank hesabına ödəmək imkanının olması araşdırılmayıb. Tələbkarın borcu qəbul etməkdən imtina etdiyi halda belə, iddiaçının borcu ödəmək üçün icra məmuruna müraciət etməməsinin səbəbləri də müəyyən deyil. Bu halların araşdırılması həm də ona görə əhəmiyyətlidir ki, iddiaçının qeyd olunan müraciətləri xx.xx.2021-ci il tarixdə olmuş, sonrakı hərrac isə xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Yəni iddiaçının təklifləri real idisə və tələbkar pulu qəbul etməkdən əsassız olaraq imtina etmişdisə, iddiaçının borcu ödəmək üçün qanunla nəzərdə tutulmuş başqa üsullardan istifadə etmək üçün kifayət qədər (7 aydan çox) vaxtı vardı. Bundan başqa, tələbkarın iddiaçıdan əlavə vəsait tələb etməsi barədə hər hansı sübut yoxdur. İddiaçının əsas dəlil kimi irəli sürdüyü "əlavə vəsait tələb etməsi” faktının müəyyən edilməməsi, özlüyündə tələbkarın "borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini izah etmək” öhdəliyindən də azad edir. Nəzərə alınmalıdır ki, "İpoteka haqqında” Qanunun 46.1-ci maddəsində satışa xitam verilməsi üçün əsas şərt - əsas öhdəlik üzrə bütün tələbin ödənilməsidir. Buna görə də borcun qəbul olunması barədə iddiaçının məktubla müraciəti, Qanunun 46.1-ci maddəsinə istinadən ipotekanın hərracda satışına xitam verilməsi üçün yetərli deyildir. Ümumiyyətlə həmin məktubdan sonra iddiaçının hansı hərəkətləri etməsi sübut olunmalıdır. İddiaçı isə məktubu yazandan sonra tələbkarın pulu qəbul etməkdən imtina etməsi, əlavə ödəniş tələb etməsi barədə hər hansı yazılı və ya sair sübut təqdim etmir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən işin faktik hallarını iddiaçının izahatına əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın təmin olunması zamanı apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmişdir.Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına yol verməsini, icra məmurunun hərrac mərkəzinə ünvanladığı hərracın dayandırılması barədə xx.xx.2020-ci il tarixli tapşırığı olduğu halda buna əməl etməyərək 18 dekabr tarixində ikinci hərracı keçirdiyini, 02 avqust 2021-ci il tarixdə qanuna zidd olaraq üçüncü dəfə hərrac keçirməsini qeyd etmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ümumiyyətlə nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində verdiyi izahatlarında hərracın keçirilməsi ilə bağlı qeyd olunan pozuntulara yol verilməsinə istinad etməmiş, bu hallar iddianın faktik əsaslarını təşkil etməmişdir.İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayətini(Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 360, 385-ci maddələrinə istinadən) onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Hərracın keçirilməsi barədə onlara məlumat verilməmiş, bu barədə xəbərləri olmamışdır. Hərrac keçirildikdən, evin alğı-satqısı olduqdan sonra bu barədə icra məmuru tərəfindən məlumat verilmiş, evin boşaldılması istənilmişdir. 2021-ci ilin əvvəli yanvar ayında keçirilməli olan hərrac barədə məlumat aldıqda "xxxx" BOKT ASC-yə borcun ödənilməs ilə bağlı müraciət etmiş, bank hesabı açmaları təklif edilmişdir. Lakin, onlar tərəfindən borcdan əlavə 10000 dollar pul tələb edilmişdir. Həmçinin heç olmasa evin tərəflərindən başqa şəxsə satılması üçün razılıq verilməsi barədə tələbkara müraciət edilmiş, heç bir razılıq verilməmişdir. Bütün bunlar barədə tələbkara tərəflərindən rəsmi şəkildə müraciətlər edilmiş, göndərilmiş məktublar qəbzləri ilə birlikdə iş materiallarına əlavə edilmişdir. Tələbkar qərəzli mövqe nümayiş etdirmiş, maddi vəziyyətininin ağırlığından suiistifadə etmiş, onların daha da çətin vəziyyətə düşmələrinə səbəb olmuşdur. Belə ki, onların müraciətlərindən sonra yanvar ayında keçirilməli olan hərrac keçirilməmiş, ama onlara cavab verilməmiş, müddət süni şəkildə uzadılmış, avqust ayında keçirilən hərrac barədə isə məlumatları olmamışdır. Bakı şəhər Nərimanov rayon Məhkəməsində isə işə baxılarkən vəziyyətləri, bu hallar nəzərə alınmamış, tərəflərindən verilmiş sübutlar qiymətləndirilməmiş, heçə sayılmış, yalnız Konstitusiya Məhkəməsinin qərarı əsas gətirilərək hərracın keçirilməsindən məlumatlı olduqları kimi qəbul edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

7. Təqdim edilən iddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən "xxxx" ASC, "Külək” MMC-yə və Səbail Rayon İcra və Probasiya Şöbəsinə sifarişli poçt vasitəsi ilə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdən məlum olur ki, məhkəmə qətnaməsini könüllü icra edərək mənzili özü satmaq istəyir, bu səbəbdən banka qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaiti ondan əvvəlcədən qəbul etməklə, mənzilin satılmasına dair razılıq verilməsini və hərracın dayandırılması xahiş olunmuşdur(iş səh. İ cild 10-18).

8. Apellyasiya icraatı (ekspertiza tədqiqatı) zamanı proses iştirakçısı olmayan və sorğu edilməyən, habelə proses iştirakçılarının istinad etmədiyi FM EXPRESS məktub və bağlama daşınması xidməti tərəfindən ƏİV seriyalı 212857, 212860, 213179, 213180 nömrəli müvafiq olaraq 13.07.21, 13.07.21, 03.08.21, 03.07.21 tarixli “məktubdan imtina edildi” səbəbi göstərilən Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin sürətləri məhkəməyə təqdim edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası aparılması qərara alınaraq tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekpsertiza Mərkəzinin 04 avqust 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “FM Express” Məktub və bağlama daşınması xidmətinin ƏİV seriyalı 169141, 169140, 169973 nömrəli Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindəki alanın ünvanı qrafasındakı evin nömrəsini göstərən rəqəmlərdə düzəlişlərin aparıldığı ehtimal olunur. Həmin sənədlər surət olduğu üçün, yuxarıda qeyd edilmiş rəqəmlərdə hansı növ düzəlişlərin aparılmasını və ilkin yazıların müəyyən edilməsi üzrə tədqiqat işləri aparılmadı. Təqdim edilmiş “FM Express” Məktub və bağlama daşınması xidmətinin ƏİV seriyalı 169974 nömrəli Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətində hər hansı düzəlişlər müəyyən edilmədi. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat məbləğində müəyyən edilmişdir. 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məlumat təqdim etmiş və qeyd etmişdir ki, iş materiallarının 40, 41, 42, 43-cü vərəqlərində olan, "xxxx" MMC tərəfindən iddiaçıya göndərilən bildirişlərin qəbzlərindən də görünür ki, iddiaçının ünvanı səhv göstərilmişdir. Sözügedən hallar ekspert rəyi ilə də öz təsdiqini tapmaqdadır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC tərəfindən göndərildiyi və qəbulundan imtina edildiyi iddia edilən bildirişlər isə iddiaçıya çatdırılmamışdır. Ümumiyyətlə, Finoko tərəfindən göndərilən bildirişlər dediyi kimi çatdırılsa idi və qəbul edilməsə idi belə bu heç bir hüquqi nəticə yaratmır. Hərracın keçirilməsi barədə məlumatlandırma vəzifəsi hərracı keçirən qurumun üzərinə düşür. Həmçinin, iş materiallarında olan "xxxx" ASC tərəfindən göndərilən bildirişlərin məzmununun hərracın vaxtının bildirilməsi barədə olduğu şübhə doğurur. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir şərait yaratmaması, hüququndan sui-istifadə edərək iddiaçının çətin vəziyyətindən istifadə etməsi bu şübhələrin yaranması üçün əsasdır. Həmçinin, hazırki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi 2(102)-5229 nömrəli xx.xx.2022-ci il tarixli Qərarında 69 və 70-ci bəndlərdə müəyyən edilmiş halların araşdırılmasının lazım olduğu qərarına gəlmişdir. Bu hallar ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı tərəfindən rəsmi məktublarla borcun ödənilməsi, hətta ipoteka predmeti olan mənzilin üçüncü şəxsə satılaraq borcun ödənilməsinə razılıq verilməsi barədə "xxxx" ASC-yə müraciətlər olmuşdur. Finokonun nümayəndəsinin də izahatında iddiaçının dəfələrlə görüşlərə gəldiyi, borcun ödənilməsi üçün müraciət etdiyi, lakin razılıq əldə edilmədiyi üçün borcun ödənilmədiyi təsdiqini tapmışdır. Hörmətli Məhkəmə, Finokonun hazırda əsaslandığı “iddiaçı hesablarımızı bilirdi borcu ödəyərdi” ifadəsinə münasibətdə bildirmək istəyir ki, iddiaçının həmin vəziyyətdə bankın hesablarını bilməsi mümkün deyildi, bankın əlavə pul tələbinin qarşılığında evinin əlindən çıxacağı təhlükəsi ilə yaranmış həyəcan vəziyyətində, adekvat düşunmə kimi imkanı yox idi, çətinliklə topladığı pulu bilmədiyi bank hesabına köçürmək kimi risk edə bilməzdi, həmin bank hesablarını təqdim etmək "xxxx" ASC-nin üzərində idi, icranı qəbul etmək kimi niyyəti olsaydı əgər rəsmi məktubla müraciət edib bank hesablarını təqdim edə bilərdi. Lakin, Bankın hərəkətlərindən aşkar surətdə görünür ki, borcludan icra qəbul olunmamışdır, müxtəlif maneələr yaradılmış, hüquqlardan suiistifadə etməklə İpoteka haqqında qanunun 46.1, Mülki Məcəllənin 446, 522, 529.2-ci maddələrinin tələbi aşkar surətdə pozulmuşdur. Həmçinin, mülki işin Nərimanov rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman da, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı müraciətlər, hakimlər tərəfindən barışığın əldə olunması ilə bağlı təkliflərdən və bankın razılığa gəlməməsindən, iddiaçının yaranmış çətin vəziyyətindən istifadə edir. Bütün bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etməklə və təqdim edilmiş məlumatla eyni məzmunlu izahat verərək, iddiaçı tərəfindən "xxxx" ASC-yə barışıq əldə etmək, mübahisənin məhkəmədənkənar həll edilməsi üçün 23500 ABŞ dolları məbləğində borcun (bu günə məzənnə dəyəri 39950 manat təşkil edir), tərəflərindən çəkilmiş xərclər də nəzərə alınmaqla 45000 manat olmaqla ödənilməsinin təklif edilməsinə dair ərizə ünvanladıqları barədə məlumat verərək, sözügedən ASC-nin həmin təklifə münasibət bildirmədiyini qeyd etmişdir. 2020-ci ilin sentyabr ayında birinci hərrac ilə əlaqədar icraatın dayandırıldığını, həmin müddət ərzində də dəfələrlə "xxxx" BOKT ASC-yə müraciət etdiklərini, lakin hər hansı razılığa gəlinmədiyini, 2021-ci ilin avqust ayında isə iddiaçıya xəbərdarlıq edilmədən hərracın keçirildiyini, birinci instansiya məhkəməsi icraatı zamanı barışığa təşəbbüs göstərərək pulu "xxxx" BOKT ASC-yə təqdim etdiklərini, lakin qarşı tərəfin bunu qəbul etmədiyini, əlavə olaraq 35000 manat pul istədiklərini bildirmişdir. Yalnız birinci hərracın keçirilməsindən məlumatlarının olduğunu, "xxxx" BOKT ASC-yə müraciətlərinin 2020ci ilin oktyabr-dekabr aylarında və 2021-ci ilin yanvar ayında olduğunu, müraciətlərinə baxılmadığını, cavab verilmədiyini, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə yanaşı, cavabdeh "Külək” MMC-yə də müraciətlərinin olduğunu diqqətə çatdırmışdır. Ali Məhkəmənin mövqeyinə münasibətdə isə qeyd etmişdir ki, "xxxx" BOKT ASC yazılı şəkildə məktubla müvafiq hesaba ödəniş edilməsi barədə cavab vermədiyindən, bundan əlavə iddiaçının məlumatı olmadığından və onlara inamı itdiyindən hər hansı şəkildə ödəniş etməmişdir. Hərracın keçirilməsi barədə bildirişin iddiaçıya çatmaması əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə uyğun izahat verərək, hərracın keçirilməsi ilə bağlı onun ünvanına hər hansı bir bildirişin göndərilmədiyini, hərracın keçirilməsindən məlumatının olmadığını, hərracın keçirilməsinə qədər dəfələrlə "xxxx" ASC-yə borcun ödənilməsi ilə bağlı müraciətlərinin olduğunu, lakin qarşı tərəfin heç bir razılığa gəlmədiyini bildirmişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə 1-ci hərrac keçirilən zaman iddiaçı tərəfindən Səbail rayon məhkəməsinə qətnamənin hissə-hissə icra olunması ilə bağlı müraciət edildiyini, bu səbəbdən hərracın keçirilməsinin dayandırıldığını, daha sonra bu tələbi təmin edilmədiyindən iddiaçının müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etdiyini və hərracın keçirilməsinin yenidən dayandırıldığını, 2021-ci ilin avqust ayında 2-ci hərracın keçirildiyini və mənzilinin ASC-nin balansına keçdiyini qeyd etmiş, hərracın keçirilməsindən iddiaçının məlumatlı olduğunu,bununla bağlı müxtəlif qurumlara, hətta dövlət başçısına da müraciət etdiyini, bundan başqa ASC tərəfindən müşayiət məktubu ilə birlikdə hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya göndərildiyini, lakin onun həmin bildirişləri qəbul etməkdən imtina etdiyini diqqətə çatdırmışdır. İddiaçının pulu ödəmək fikri var idisə, bunu əməkdaş olduqlarını banklar vasitəsilə kredit götürülən zaman iddiaçı üçün açılmış hesaba, bundan başqa icra məmuruna müraciət edərək icra şöbəsinin hesabına ödəməsinin mümkün olduğunu, bütün bunların işi uzatmaq məqsədi ilə edildiyini qeyd etmişdir. İddiaçının hərracın keçirilməsindən məlumatlı olduğu halda, hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsini əsaslı hesab etmədiyini bildirmiş,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi X6 mübahisənin barışıq yolu ilə həll edilməsinə münasibətdə edilən təklifinin qaneedici olmadığından razılaşmanın baş tutmadığını qeyd etməklə, apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçının kredit götürülən zaman açılmış hesaba, bundan başqa icra məmuruna müraciət edərək icra şöbəsinin hesabına borcu ödəməsinin mümkün olduğunu, bunun üçün onun 7 aya qədər vaxtının olduğunu qeyd etmiş, bütün bunların işi uzatmaq, evdən çıxmamaq məqsədi ilə edildiyini bildirmişdir. Qeyd etmişdir ki, iddia tələbində hərracın həticələri barədə protokolun etibarsızlığı göstərilsə də, mülki qanunvericilikdə protokolun etibarsızlığının nəzərdə tutulmamışdır.Ümumiyyətlə, avqust ayının 2-də hərrac baş tutmamış, avqust ayının 3-də ipoteka predmetinin əldə edilməsinə dair təklif edilmiş və 13 avqust 2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alğı-satqısı barədə müqaviləsi bağlanmışdır, həmin alğı-satqı müqaviləsinin ləğvi üçün isə iddiaçı tərəfin əsası yoxdur. Birinci instansiya məhkəməsi qətnaməsinin qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki,mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-10; Mülki Məcəllənin 152-158, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-46; Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac üzrə işin hallarına düzgün qiymət verilməmişdir.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən: 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

19. Mülki Məcəllənin 414-416-cı maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

20. Poçt haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir.

21. Diqqətə çatdırılmalıdır ki, məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərinə, yalnız işdə olan sübutlar və apellyasiya icraatı zamanı əlavə təqdim edilməsi mümkünlüyü müəyyən edilən tərəflərin təqdim etdiyi əlavə sübutlar əsasında baxmalıdır. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının sübut kimi onun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 23550 ABŞ dolları məbləğdə vəsaitin əvvəlcədən qəbul edilməsini və əmlakın alğı-satqısına razılıq verilməsini xahiş etməsi barədə icra məmuruna, tələbkara və hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə ünvanlandığı məktubların göndərilməsi və tələbkara çatması mübahisələndirilmir. Kassasiya instansiya məhkəməsi qərarında cavabdehin mövqeyinə istinad etmiş, lakin iş materiallarının tədqiqi cavabdehin heç bir instansiya məhkəməsində iştirak etmədiyini, etiraz, mülahizə, şikayət və ya mövqeyini əks etdirən hər hansı sənədi məhkəmələrə təqdim etmədiyini göstərir. Bundan əlavə Kassasiya instansiya məhkəməsi iddiaçının tələbkarla razılaşma olmadan borcu bank hesabına ödəmək imkanının olmasının araşdırılması, tələbkarın borcu qəbul etməkdən imtina etdiyi halda belə, iddiaçının borcu ödəmək üçün icra məmuruna müraciət etməməsinin səbəblərinin müəyyən olmadığı, kifayət qədər (7 aydan çox) vaxtı mövcud olması qənaəti üzrə iddiaçı tərəfin mövqeyi belə olmuşdur ki, bank hesablarını təqdim etmək "xxxx" ASC-nin üzərində idi, icranı qəbul etmək kimi niyyəti olsa idi, rəsmi məktubla müraciət edib bank hesablarını təqdim edə bilərdi. Bu faktı təkzib edən, yəni üçüncü şəxs tərəfindən iddiaçının məktubunun cavabsız qoyması heç bir sübutla təsdiq edilmir. İddiaçının iddia ərizəsində və izahatlarında qeyd etdiyi kassasiya instansiya məhkəməsinin qərarında araşdırılması əks olunmuş, tələbkarın iddiaçıdan əlavə vəsait tələb etməsi barədə hər hansı sübutun təqdim edilməməsi əsasları, məhkəmə iclasları zamanı məsələnin barışıqla həll edilməsi müzakirələrində tələbkarın əlavə xərclərinin olması barədə əsaslarla razılıqdan imtinası ilə sübuta yetirilir. Hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına qiymət verilməsinə dair Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı ümumiyyətlə nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində verdiyi izahatlarında hərracın keçirilməsi ilə bağlı qeyd olunan pozuntulara yol verilməsinə istinad etməmiş, bu hallar iddianın faktiki əsaslarını təşkil etməmişdir. Qeyd edilməlidir ki, tələb üzrə mübahisələndirilən protokol iddianın əsaslandırılmasından asılı olmayaraq, ilk növbədə buna əsas olmuş hərracın keçirilməsinin qanuniliyinin yoxlanılmasını tələb edir. Bununla belə qeyd edilməlidir ki, iddia ərizəsində və izahatlarında iddiaçı tərəf hərrac dayandırıldıqdan sonra oktyabr ayında ipoteka ilə yüklü edilmiş əmlakın dəyərindən ən azı iki dəfə aşağı qiymətə 103275 manata tələbkarın mülkiyyətinə verildiyinin ona məlum olduğunu bildirilmişdir. Hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına yol verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə qiymət verməsi isə prosessual qanunvericiliyin tələbidir.

22. Beləliklə, Kassasiya instansiya məhkəməsinin mövqeyində kassasiya şikayətində əks edilən və əsasən kassasiya şikayəti vermiş prosess iştirakçısına aid olan suallardan ibarət mövqe sərgilənmişdir. İşin hallarının yenidən araşdırılması zamanı ilk olaraq sübutetmə yükünə və sübutların mümkünlüyünə diqqətin yönəldilməsi ilkin vəzifələrdir. İddiaçının dəlilləri pul vəsaitinin ondan qəbul edilməməsi, özü tərəfindən satışın həyata keçirilməsinə imkan verilməməsi və qanun pozuntuları ilə həyata keçirilmiş hərracın etibarsızlığıdır. Pul vəsaitlərinin təklif edilməsinin sübut edilməsi iddiaçıya aid olduğu və bu halın mübahisələndirilmədiyi halda, pul vəsaitlərinin qəbul edilməsindən (təklifdən) imtinanın səbəblərinin sübut etmək vəzifəsi cavabdehə və üçüncü şəxsə aiddir. Üçüncü şəxsə qarşı tələb yönəlmədiyindən onun sübut etmək kimi vəzifəsi yox, maraqlarına toxunan hissədə hüququ vardır. Qeyd etdiyimiz kimi, cavabdehin məhkəmə proseslərində iştirak etməməsi və üçüncü şəxsə göndərilmiş eyni məzmunlu məktubu üzrə hərəkətlər barədə sonuncu tərəfindən sübutlar təqdim edilməmişdir. Üçüncü şəxsin mövqeyi isə iddiaçının bank hesablarından xəbərdar olmasıdır, lakin bank hesabları barədə məlumatı iddiaçıya bildirməsinin sübuta yetirilməməsi və iddiaçının müraciətlərinin cavabsız qalması sonuncunun bu dəlillərinin təkzibedilməz olduğunu müəyyən edir.

23. Hərracın yekunları barədə protokolun qəbulu üzrə qeyd edilməlidir ki, Cavabdeh 13 avqust 2021-ci il tarixli hərracın yekunları barədə 62/04 nömrəli protokolunun məzmununa əsasən X7 məxsus olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil ilkin satış qiyməti 162000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 137700 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə - 103275 manat olmaqla "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "Finoko” BOKT ASC tərəfindən əldə edilmişdir. 13 avqust 2021-ci il tarixli Hərracın yekunları barədə 62/04 nömrəli protokolda qeyd edilmişdir ki, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında müqavilə qüvvəsinə malik protokolu imzalamalıdır. Hərracın keçirilməsinə sifariş verən: İpoteka Haqqında qanunun 41.2 və 47 2 maddələrinin icrasına görə məsuliyyət daşıyır. Hərrac təşkilatçısı, kütləvi informasiya vasitələrində elanların dərc olunmasına, bildirişlərin tərəflərə göndərilməsinə, yerin ayrılmasına və hərracın keçirilməsinə görə məsuliyyət daşıyır. Protokol imzalanmadan, möhürlə təsdiq edilmədən və xidmət haqqı ödənilmədən hüquqi qüvvəyə malik deyi. Ödənilən hərrac xərci kommersiya sirri sayılır,yalnız məhkəmə qaydasında həll edilə bilər. Bu protokol Alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. Protokolla müəyyənləşmiş yeni mülkiyyətçinin qanunvericiliyə uyğun sənədləşməsinə, həmçinin qeydiyyatına görə adiyyatı orqanlar məsuliyyət daşıyır və qəbul olunmuş qərarlara görə hərrac təşkilatı huquqi məsuliyyət daşımır (iş səh.İ cild 9).

24. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 13 avqust 2021-ci il tarixli müqaviləyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun, 163052/20-xx-xx/5314 saylı xx.xx.2021-ci il tarixli məktubunun və "xxxx" BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən müqavilə bağlanmışdır. “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nın direktoru X12 ve ipoteka saxlayan və əldə etmək hüququna malik olan “Finoko" BOKT ASC-nin (etibarnamə əsasında nümayəndəsi X20 aşıdakı göstərilən (daşınmaz) əmlak barədə 62.04 saylİ, xx.xx.2021-ci il tarixli, hərracın yekunlarİ bərədə protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, əldə edən tələbkar 7 təqdim günü ərzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298-ci maddəsi və İcra haqqında Azərbaycan Respublikası qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq, çəkilən xərcləri ödəməlidir. Əks halda müqavilə qüvvədən düşmüş hesab olunur. Müqavilədə nəzərdə tutulmayan digər məsələlər qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Müqavilənin icra olunmasında “Sifarişçi” və “İpoteka predmetini əldə edən” hüquqi məsuliyyət daşıyışr. 4. Bu müqavildə nəzərdə tutulmuş rüsumlar ödənildikdən sonra alınmış əmlakın dəyərinin ödənilməsi barədə müvafiq bank və digər maliyyə orqanlarının tərəfindən ödəmə arayışı verdikdə, “İcra və ipoteka” haqqında Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin və sair normativ hüquqi sənədlərin və məhkəmə qərarlarının digər nəzərdə tutulmuş tələbləri ödənildikdən sonra hər iki tərəf üçün hüquqi qüvvəyə minir. Müqavilənin tam icrasına görə hərrac təşkilatı heç bir məsuliyyət daşımır. Fors-major. Tərəflər onlardan asılı olmayan hallar nəticəsində kontraktın şərtlərini yerinə yetirə bilməsələr(müharibə,yanğın, zəlzələ və digər təbii fəlakətlər, dövlət qadağaları və .s), buna görə məsuliyyət daşımırlar. Tərəflər müqaviləni yerinə yetirməyi öhdələrinə götürürlər. Əgər tərəflər bu müqavilənin şərtlərini yerinə yetirməsələr və onun pzoulmasını əsaslandırmasalar, onda onlar məsuliyyət daşıyır, əmlakın dəyərini 10 faizi həcmində cərimə ödəyir və eyni zamanda müqavilədə göstərilən vaxtda əmlakın sənədləşdirilməsinə görə cavabdehilik daşıyırlar(iş səh.İ cild 79).

25. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.1-maddəsinə əsasən: Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə mümkündür.

26. Cavabdeh hərracın yekunları üzrə protokolda İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə istinad etsə də, hansı əsasla (43.1.2. hərracın iştirakçısı olmamaması və ya 43.1.3. hərracı udmuş iştirakçının hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdiyi) hərracın baş tutmadığını protokolda qeyd etməmiş və bunu müəyyən edən sübutlar təqdim etməmişdir.

27. Göründüyü kimi, cavabdehin (hərracın təşkilatçısı) hərracın keçirilməsi zamanı İpoteka haqqında Qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydalarına riayət edilməsi onun özünün təqdim etdiyi sübutlarla təsdiq edilməmiş, bu zaman qanunla hərracın keçirilməsinə dair mediada dərc edilmiş məlumat təqdim edilsə də, rəsmi internet saytında elanın dərc etdirilməsini, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin göndərilməsini, habelə hərracın keçirilməsinə dair xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixli bildirişlər təqdim edilsə də, (sonuncu xx.xx.2021-ci il tarixli bildiriş natamam) hərracın hansı əsasla baş tutmadığını (ümumiyyətlə hərracın həqiqətən də keçirildiyini) təsdiq edən sübutlar təqdim edilməmişdir. Hərracın keçirilməsinə və mülki iş üzrə cavabdeh olan hərrac mərkəzi tərəfindən rəsmi təsdiq edilmiş sənədlərin nüsxələrin bəziləri təqdim edilmiş (iş səh.35), qeyd edilən sənədlərlə iddia tərəfinin məlumatlandırılmasının sifarişli poçt vasitəsi ilə həyata keçirilməsi müəyyən edilməmiş, kuryer xidməti vasitəsi ilə məlumatlandırmanın həyata keçirilməsinə ünvanların düz yazılmaması və son keçirilməli olan hərracla ümumiyyətlə, məlumat göndərilməməsi müəyyən edilmişdir. Belə ki, ekspertiza tərəfindən düzəlişlər edildiyi müəyyən edilən, ünvanın tamlığına və düzgünlüyünə riayət edilməməklə 169141 saylı - xx.xx.2020 tarixli, 169140 saylı - xx.xx.2020 tarixli, 169973 saylı xx.xx.2020 tarixli, 169974 saylı -xx.xx.2020 tarixli, “ünvanda yaşamır, qeyd edilən ünvanda belə bir şəxs” səbəbi göstərilən kuryer xidmətləri mədaxil qəbzlər məhkəməyə təqdim edilmiş, 2021 ilə aid qəbzlər isə təqdim edilməmişdir. 2021-ci il üçün məlumatlandırmaya aid kuryer qəbzlərini üçüncü şəxs təqdim etsə də, 22 iyul 2021-ci il tarixli “Azari” Express poçt daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş aktlarla xx.xx.2021-ci il Finokodan qəbul edilmiş zərf qaimənin X18 r., N. Rəfibəyli küç., ev 3/5, m.7 ünvanında göndərilən məktubun çatdırılmadığı, səbəb kimi müştəri ilə əlaqə saxlanıldığının və Təhməz bəyin Bakıda olmadığını və məktubun şirkətə geri göndərilməsini istədiyi qeyd edilmişdir.

28. Ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, hərracların keçirilməsini, neçə hərrac keçirildiyini və hansı əsasla baş tutmamasını təsdiq edən (akt, protokol), ələlxüsus məlumatı almaq hüququ olan iddiaçıya məlumatı göndərmək vəzifəsi daşıyan cavabdeh tərəfindən hərracın təşkili üzrə pozuntuları təkzib edən sübutların təqdim edilmədiyi bir vəziyyətdə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmiş birinci instansiya məhkəməsi hüquqlardan sui-istifadəyə haqq qazandıran qənaətə gəlmişdir. Qeyd edilməlidir ki, icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə müvafiq qərar əsasında yol verildiyi (qanunvericiliklə nəzərdə tutulduğu) halda icraatın hansı əsasla dayandırılmasına (təzələnməsinə) aydınlıq gətirilməmiş, tələbkar (ipoteka saxlayan) icra üzrə icraatın dayandırılmasına etiraz (etməsini əks etdirən sübut) etməmişdir. Bütün bunlara aydınlıq gətirilməli olan cavabdeh məhkəmələrin bir çağırışına belə təşrif buyurmadığı prosessual vəziyyətdə məhkəmənin işdə olan sübutlar əsasında işə baxmasını labüd etmişdir.

29. Beləliklə, məlumatlandırma görüntüsü yaratmaq istəyən cavabdeh öz vəzifələrini layiqincə yerinə yetirməyərək hərracın keçirilmə qaydalarını pozmaqla iddiaçının hərracda iştirak etmək, habelə yekun protokol və alqı-satqı müqaviləsi tərtib edilənədək borcu ödəyərək mənzili ipotekadan azad etmək hüquqlarını pozduğuna görə məsuliyyət daşıyır, cavabdehin üçüncü şəxslə baş tutmuş razılaşması isə əhəmiyyətsizdir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə görə: İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

30. Qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş prosedurunun pozulması hərracın və onun nəticələrinin etibarsızlığına əsas olduğundan Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun, 163052/20-xx-xx/5314 saylı xx.xx.2021-ci il tarixli məktubunun və "xxxx" BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekunları barədə protokol (hərrac və ona əsasən bağlanmış alğı-satqı müqaviləsi) etibarsız hesab olunmalıdır.

31. Mülki prosessual cəhətdən hazırki iddia həddində qiymət verilməsi mümkün olmayan üçüncü şəxsin əmlak hüquqlarına aid izah edilməlidir ki, onun başqa proses müstəvisində cavabdehə və ya digər şəxslərə qarşı mənafelərinin müdafiəsi üçün tələblər irəli sürmək hüquqları tükənməmişdir.

32. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, iddia təmin edilməklə qətnamə ləğv olunmalı, ekspertiza xərci cavabdehdən tutulmalı, dövlət rüsumu üzrə ödənilən məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalıdır.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun, 163052/20-xx-xx/5314 saylı xx.xx.2021-ci il tarixli məktubunun və "xxxx" BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekun nəticələri barədə protokol (hərrac və ona əsasən bağlanmış alğı-satqı müqaviləsi) etibarsız hesab edilsin. Ekspertiza xərci olan 70 (yetmiş) manat məbləğdə pul vəsaiti – cavabdeh "Külək” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar