Məhkəmə qərarları › İş №2(103)-2922/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2922/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2922/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-741/2022 saylı işi üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı yazılmış 982,5 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzildə qeydiyyatdadır; -"Azərsu” ASC-nin abonent kodu **********070 olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzildə 10828018 nömrəli, 01.01.2006-cı il tarixli müqavilə üzrə sudan istifadə haqqında 12.01.2022-ci il tarixli abonent kartından müəyyən olunur ki, "CSS-20” markalı, 21183230 nömrəli sayğac 02.12.2021-ci il tarixdə quraşdırılmış, abonent sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 2014-2021-ci illər üzrə borca 214 manat ödəniş etmiş, 2022-ci il üzrə isə yaranmış 38 manat borca 20 manat ödəniş etmiş, 20 manat borc, ümumilikdə 945,5 manat borc hesablanmışdır; -"Azərsu” ASC tərəfindən tərtib olunmuş 27.01.2022-ci il tarixli maliyyə arayışına əsasən bir nəfər üçün sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 2014-cü il üzrə (0.30 manat su təchizatı, tullantı suların axıdılması 0.06 manat olmaqla) 0.06+0.30=0.36 *5=1.80 *1 (ailə tərkibinin sayı) =1.8 manat 1 ay üçün, 2014-cü il üzrə 1.8*12=21.6 manat, 2015-ci il üzrə 21.6 manat, 2016-ci il üzrə (16.05.2016-cı ildən tariflər qalxdığından 4 ay üçün (yanvar-aprel) köhnə tariflə hesablanmışdır) (su təchizatı 0.30 manat, tullantı suların axıdılması 0.06 manat olmaqla) 1.8*4 ay=7.2 manat, (may ayından yeni tariflə hesablanmışdır) 0.35 + 0.15 =0.5*5=2.5*1 (ailə tərkibinin sayı) =2.5 may ayı üzrə 5*7 aya = 35, 2.5+7.2+35=44.7 manat, 2017-ci il üzrə 2.5*12=30 manat, 2018-ci il üzrə 30 manat, 2019-cu il üzrə 30 manat, 2020-ci il üzrə 30 manat, 2021-ci il üzrə 60 manat illik olmaqla 2014-2021-ci illər üzrə cəmi 267,9 manat borc müəyyən olunmuşdur (iş.səh.8, 9, 23, 33) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-741/2022 saylı işi üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "Azərsu” ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 945,5 manat borcdan 873,6 manat məbləğində pulun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh "Azərsu” ASC-dən 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 26; "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ona hesablanan borcun 982,5 manat olduğunu qeyd edir. Lakin iş materiallarında olan abonent kartından müəyyən olunur ki, iddiaçıya 945,5 manat borc hesablanmışdır.Bundan əlavə, iş materiallarında olan abonent kartına əsasən sudan istifadə haqqında müqavilə 2006-cı ilə S.Bəhrəmovla bağlansa da, həmin mənzil 2013-cü ildən etibarən iddiaçının mülkiyyətindədir və hazırki borc 2014-cü ildən 5 nəfərə hesablanan borcdur. 2022-ci ildə hesablanmış borc isə sayğac göstəricisinə görə hesablanmışdır.İddia qismən əsaslıdır. Çünki, cavabdeh tərəfindən 2014- 2021-ci illər üzrə hesablanan borc 5 nəfərin sayına görə hesablansa da iş materialları ilə təsdiq olunur ki, sözügedən mənzildə yalnız bir nəfər qeydiyyatda olmuşdur. Bir nəfərəgörə isə 2014-2021ci illər üzrə borc cəmi 267.9 manat təşkil edir. Həmin illər üzrə isə iddiaçı tərəfindən 214 manat ödəniş olunmuşdur. Belə olan halda, iddiaçının cavabdehə 2014-2021-ci illər üzrə borcu cəmi 53.9 manat təşkil edir. Lakin abonent kartından müəyyən olunur ki, 2022-ci il üzrə hesablanan 38 manat borc məhz sayğac göstəricisinə görə hesablanmış və iddiaçı tərəfində 20 manat ödəniş olunmuşdur. Belə olan halda , iddiaçının 2022-ci il üzrə borcu 18 manat təşkil edir. Nəticədə, iddiaçının cavabdehə borcu cəmi 71.9 manat təşkil edir, iddiaçıya əsassız olaraq borc kimi yazılmış (945,5-71.9=873,6) 873,6 manat məbləğində borc silinməlidir.Nə qədər ki, 873,6 manat məbləğində borc əssassız olaraq 5 nəfərin sayına görə müəyyən edilib, lakin həmin məbləğdə su təchizatı cavabdeh tərəfindən iddiaçının evinə verilməyib, həmin borcun artıq hesablanması "Azərsu” ASC-nin əsassız varlanmasına səbəb olur.Cavabdeh tərəfindən əsassız hesablanmış borca görə istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində "Sudan istifadə qaydaları"nın 4.1.2, 4.1.3, 7.1, 7.2, 7.4, 59.3-cu maddələrinə istinadən qeyd edilmişdir ki, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının vəzifəsidir. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. İstehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 01.01.2006-cı il tarixli müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği su ölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.Belə ki, iddiaçı yaranmış borcun ünvanda yaşamayan ailə üzvlərinə görə yarandığını iddia edərək borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.İddiaçı su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəni 01.01.2006-ci il tarixli 10828018 saylı müqavilə əsasında həyata keçirir. İddiaçının ünvanına sayğac quraşdırılmamış və hesabat normativ qaydada 7 (yeddi) nəfər ailə üzvünə görə aparılmışdır."xxxx" ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları" tənzimləyir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən məhkəməyə qeydiyyatda olan şəxslərin sayı barədə sənəd təqdim edilməmişdir və məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. Azərsu" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş- xəbərdarlıq göndərilmişdir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddiaçının yaranan borcun həmin mənzildə yaşamayan ailə tərkibinə görə hesablandığını bildirdiyini, X3 haqqında qanunun 7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirildiyini, 2014-2021-ci illər ərzində borcun hesablanmasının mənzildə yaşayan şəxslərin sayına uyğun olaraq aparıldığını, iddiaçının borcun bir nəfər üçün müəyyənləşdirilməli olduğunu bildirdiyini, qanunvriciliyə əsasən mənzildə yaşayan şəxslərin say tərkibində dəyişiklik olarsa bu barədə arayış təqdim edərək 7 gün müddətində məlumat verilməli olduğunu, iddiaçının belə bir məlumat vermədiyini, bu səbəblə də borcun hesablanmasının 5 nəfərə uyğun olaraq hesablandığını, abonent kartına əsasən sudan istifadə olduğunun və ödənişlər edildiyinin aydın olduğunu, iddiaçı və cavabdeh arasında müqavilə olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12, 30-33, 60-62, 65; İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 26, Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 550-554; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, cavabdeh borcu zamanında tələb etməmiş və müvafiq tədbirlər görməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Diqqətə çatdırılmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 262.2-ci maddəsinə əsasən: Sudan özbaşına istifadə edilməsinə, yəni: 262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə; 262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə; 262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 262.3-cü maddəsinə əsasən: Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. (Qeyd: Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.) . Məcəllənin 263-cü maddəsinə əsasən: Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən: Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məcəllənin 189-1.2-ci maddəsinə əsasən: Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 189-1.2-1 -ci maddəsinə əsasən: Bu Məcəllənin 189-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 189-1.3-ci maddəsinə əsasən: Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 189-1.4-ci maddəsinə əsasən: Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən suiistifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu Məcəllənin 189-1.1-ci, 189- 1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almamasıdörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə dair qeyd edir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma, ödəniş və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçının pozuntu törədməsi (suyun talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilən mülki qanunvericilik şərtlərinə əməl edilməməsi və cavabdeh tərəfindən şikayətində istinad etdiyi halları vaxtında mübahisələndirməməsi bu dəlillərin hazırki tələbə münasibətdə əsassız olduğunu şərtləndirir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğundan, prosessual qanunverilciliklə qətnamədən kassasiya şikayəti verilməsi istisna edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-741/2022 saylı işi üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar