Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2927/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehə qarşı sadələşdirilmiş icraata qaydasında irəli sürdüyü kiçik iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini, şikayətin prosessual müddətin ötürülməklə verilməsi əsası ilə geri qaytarmışdır. Bundan sonra, cavabdeh yeni apellyasiya şikayəti vermişdir. O, eyni zamanda Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini, şikayətin qanunla müəyyən edilmiş formada tərtib olunmaması əsası ilə geri qaytarmışdır. Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli digər qərardad ilə cavabdehin verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsini təmin etməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “müddətin bərpası barədə” ərizə formal mülahizələrdən ibarətdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla həmin şikayəti, şikayətin qanunla müəyyən edilmiş forma və məzmununa uyğun tərtib olunmaması əsası ilə geri qaytarmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli qərardaddan Rayon Məhkəməsinə yeni şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gəndərilməsini xahiş etmişdir. O, eyni zamanda Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verərək, həmin qərardaddan verilmiş şikayətin prosessual müddətin ötürülməməsi ilə verilmiş kimi qiymətləndirlməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə cavabdeh tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinin təmin edilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli digər qərardad ilə cavabdehin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətin təmin edilməməsini qərara almış və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayət qismən təmin edilməli, barəsində verilmiş xx.xx.2022ci il tarixli qərardad ləğv edilməli və həmin qərardaddan cavabdehin verdiyi şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş “2 saylı Əlavədə” nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmiş, “Əlavədə” göstərilən bir çox zəruri hissələr şikayətdə öz əksini tapmamışdır (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verəm şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret faktlar və hallar habelə onların təsdiq edən sübutlar və s.). Lakin apellyasiya şikayətindən görünür ki, cavabdeh, işə baxmış Rayon Məhkəməsinin pozmuş hesab etdiyi maddi və prosessual hüquq normalarına istinad etmiş, bununla bağlı və qətnamənin düzgün hesab etmədiyi konkret əsaslarını, habelə faktları qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir. Buna görə də, Məhkəmə, apellyasiya şikayətinin MPM-nin və MPM-ə edilmiş “2 saylı Əlavənin” tələblərinı cavab verməsini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi, qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin qaytarılması barədə iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanana və MPM-nin 397 və 398-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “apellyasiya şikayətinin qaytarılması barədə” 19 dekabr 2022-ci il tarixli qərardad ləğv edilsin və Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2927/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2927/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver