Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2933/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-365/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsində yerləşən 19B nömrəli evdə (abonent kodu: **********20000) təbii qazdan istifadə ilə bağlı hesablanmış 4147.20 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Silinməsi tələb olunan borc cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* tarixli akta əsasən hesablanıb. Həmin aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar qeyriqanuni istifadə edir. Lakin iddiaçı qazdan sayğacdankənar istifadə etmədiyini bildirir. Mülki işdə iddaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübutlar (videoyazı və s.) yoxdur. Fotoşəkil əlavə edilsə də, bu fotonun iddiaçının evinə aid olduğunu müəyyən etmək mümkün deyil. Beləliklə, iddiaçının təbii qazdan sayğacdankənar istifadə etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-365/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2933/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2933/2024
03.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver