Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2934/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-1015/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 29.10.2021-ci il tarixli 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı” ifadəsi “2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə 29.10.2021-ci il tarixli 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı hər biri 180,9 kv.m sahəsi olan mənzillərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı müqavilədə dəyişikliklər edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)- 1015/2022 saylı qərardadına əsasən, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-1015/2022 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, onun verdiyi qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinin tələblərinə tam uyğundur. Ona görə də hesab edir ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.02.2022-ci il tarixli 2(005)- 1015/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-1015/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı, habelə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh hazırki tələbi üzrə İddiaçı MənzilTikinti Kooperativinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair müraciəti ilə bağlı sənədi iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-1015/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-1015/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2934/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2934/2022
28.03.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver