Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2935/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X9, İlk iddia üzrə Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin ona təhvil verilməsi və mülkiyyətində olan həmin mənzildən cavabdehlər X1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında hazırda mübahisə predmeti olan Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 96 nömrəli binanın 19 nömrəli mənzilini dəyərini tam olaraq ödəməklə almış və hazırda MH № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətindədir. İddiaçı mübahisəli mənzilin keçmiş sahibləri olan cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 bir müddət həmin mənzildə yaşamasına etiraz etməmişdir. Daha sonra iddiaçı onlardan mənzili boşaldıb təhvil vermələrini tələb etsə də cavabdehlər mənzili boşaltmamışdır. Cavabdehlər Cavabdeh3 qeydiyyatsız, digər cavabdehlər X6 və Cavabdeh2 qeydiyyatlı yaşayır. İddiaçı mənzili alarkən qeydiyyatda olan cavabdehlərin mənzildən çıxarılmasına dair notarial qaydada ərizə almışdır. Bu səbəbdən ilk iddianın təmin edilərək, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzildən cavabdehlər X1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddia isə əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. X6 cavabdehlər İddiaçı və Bakı şəhəri 12 saylı Notariat kontoruna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilinə dair Bakı şəhəri 12 saylı Notariat kontorunda bağlanmış xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil əvvəl X1 anası Abbasova Şövkət Məlik qızına məxsus olmuşdur. Nizami rayon məhkəməsindən onlara göndərilən hazırki iş üzrə ilkin iddia ərizəsi ilə tanış olarkən onlara məlum olmuşdur ki, yaşadıqları və anasına məxsus mənzil ilkin iddia üzrə İddiaçı adına keçmişdir. Belə ki, X1 həyat yoldaşı Cavabdeh3 2004-cü ildə pul krediti götürmək üçün «xxxx» ASC-nin Nəsimi filialının müdiri, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müraciət etmiş bankın müdiri İddiaçı əri Pərvizə 10000 (on min) ABŞ dolları kredit verməyə razılaşmış, bunun əvəzinə yaşadıqları mənzilin «xxxx»a girov qoyulacağını bildirmişdir. Mənzil Əliyeva Rübabənin anasının adına olduğuna görə əri Cavabdeh3 anası Abbasova Şövkət Məlik qızını «xxxx»ın Nəsimi filialına aparmış və anası bankda xx.xx.2004-cü il tarixli iltizam yazmışdır ki, «O Abbasova Şövkət Məlik qızına məxsus olan şəxsi əmlakı Zərdabi 96, mənzil 19-da yerləşən 2-otaqlı mənzili qızı Rübabənin maddi vəziyyəti yaxşı olmadığı üçün onun yaxın tanışları və qonşuların iştirakı ilə «xxxx»ın Nəsimi filialına girov qoyularaq, «10000 ABŞ dolları» 3%-lə kredit götürülərək bankın qayda-qanununa görə bankın müdiri İddiaçı adına alıq-satqı müqaviləsi bağlanmışdır». Rübabə Əliyevanın və anası Abbasova Şövkətin əslində alqı-satqıdan xəbəri olmamış, anası əri Cavabdeh3 baş etibarnamə vermiş, Pərviz də həmin etibarnamə əsasında anasının əvəzinə İddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin vaxt əri Pərviz Rübabəyə demişdir ki, anasının evini «xxxx»a girov qoyurlar, o da mənzildə qeydiyyatda olduğuna görə mənzilin girov qoyulmasına razılıq verməlidir. Cavabdeh1 da buna görə əri X2 getmiş və orada Cavabdeh1 oxumadığı ərizəyə imza etdirmişdir. Əri Cavabdeh3 «xxxx»ın Nəsimi filialına olan 10000 ABŞ dolları borcunu isə xx xxxx 2009-cu il tarixində qaytarmışdır. Hazırki iş üzrə ilkin iddia və iddiaya əlavə edilmiş alqı-satqı müqaviləsi ilə tanış olarkən Cavabdeh1 məlum olmuşdur ki, anasına məxsus yaşadıqları mənzilə dair əri Cavabdeh3 ilə İddiaçı arasında Bakı şəhəri 12 saylı Notariat Kontorunda xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən guya İddiaçı mənzilin alınması qarşılığında 50.000 (əlli min) manat pul ödəmişdir. 12 saylı Notariat Kontorunda xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi qanunsuz və saxtadır, İddiaçı tərəfindən yaşadıqları mənzilin alınması qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Əliyeva Rübabə və anası mənzilin «xxxx»ın Nəsimi filialından götürülmüş 10.000 ABŞ dolları qarşılığında girov qoyulmasını bilmişlər. Bu günə qədər onlar ailəlikcə Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilində öz evləri kimi yaşamış, bu günə qədər heç kim, o cümlədən İddiaçı «bura mənim evimdir» - deyə gəlib onlara bir söz deməmiş və Cavabdeh1 həmin mənzilin sənədə əsasən, İddiaçı məxsus olduğunu bilməmişdir. İddiaçı onların ağır vəziyyətindən, pula ehtiyaclarının olmasından istifadə edərək və anası Pərvizi aldadaraq girov adı ilə mənzilin alqı-satqısına nail olmuş və öz adına keçirmişdir. Pərvizin ondan aldığı pulu qaytardığı halda isə, mənzili geri verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı X3 və qeyrilərinə qarşı mənzildən çıxarılma, yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzilin təhvil verilməsi tələbinə iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilinə dair Bakı şəhəri 12 saylı Notariat kontorunda bağlanmış xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh3, X6 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən çıxarılmaları, Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilinin İddiaçı təhvil verilməsi, X6 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, X1 İddiaçı və Bakı şəhəri 12 saylı Notariat kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaitinin X6, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən narazı qalan ilk iddia üzrə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən əsassızdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh X6 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019- cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X6, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “əşyaları ilə birlikdə mənzildən çıxarılma, yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020- cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X14 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.. Cavabdehlər X6, Cavabdeh2, Bakı şəhər 12 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər X1, Cavabdeh2, Bakı şəhər 12 X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilməsinə yönəldildiyindən, qətnamə tam yoxlanılmalıdir. Kollegiya işin materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını yoxlayıb, kassasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarındakı göstərişləri nəzərə alıb hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Belə ki, işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzili Şövkət Abbasovanın xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş, həmin mənzil xx xxxxxx 2004cü il tarixdə iddiaçıya satılmış, alqı-satqı müqaviləsini mülkiyyətçinin xx xxxxxx 2004-cü il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin tarixdə mülkiyyətçinin əri X11 və mülkiyyətçinin qızı olan qarşılıqlı iddiaçı həmin mənzilin satılmasına razılıq vermələri barədə notarial qaydada təsdiqlənmiş ərizələr vermişlər. İddiaçının göstərilən mənzilə dair mülkiyyət hüququ xx xxxxxx 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı yuxarıda qeyd edilən əqd üzrə əldə etdiyi mənzildə heç bir qanuni əsas olmadan yaşayan cavabdehlərin çıxarılmasını və mənzilin ona təhvil verilməsini, qarşılıqlı iddiaçı isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin Şövkət Abbasovanın mülkiyyətində olmasına, sonuncunun verdiyi etibarnaməyə əsasən Cavabdeh3 həmin mənzili İddiaçı satmasına, mənzilin sonuncunun mülkiyyətində olmasına, cavabdehlərin iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla sonuncunun mülkiyyətində olan mənzil üzərində hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalarına, Rübabə Əliyevanın qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətini ötürməsinə və beləliklə də ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 146, 373-cü maddələri və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli evin 19 nömrəli mənzili xx xxxxxx 2004-cü il tarixdə notarial qaydada mənzilin mülkiyyətçisi Abbasova Şövkət Malik qızının adından etibarnamə əsasında hərəkət edən Cavabdeh3 tərəfindən İddiaçı satılmışdır. Mənzildə qeydiyyatda olan mülkiyyətçinin qızı - ilk iddia üzrə Cavabdeh1 və mülkiyyətçinin əri notarial qaydada təsdiqlənmiş ərizələri ilə sözügedən mənzilin satılmasına etiraz etməmişlər. Hazırda İddiaçı mənzil mülkiyyətçisidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil üzərində iddiaçı X4 mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulduğundan o, cavabdehlərin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Bundan əlavə, Mülki Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə kollegiyası, iş üzrə birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin ifadələrinə münasibət bildirir ki, Rübabə Əliyevanın dəlillərini təsdiq edəcək sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanun və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənlərə əsasən kollegiya ilkin iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və ilkin iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya apellyasiya şikayətinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı dəlillərinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsi ilə əqdlərin anlayışı və növləri, həmin Məcəllənin 337-ci maddəsi ilə isə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri müəyyən edilmişdir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin maddənin məzmunundan görünür ki, zorakılıq və ya hədələmə yolu ilə bağlanmış əqdi mübahisələndirmək hüququ birbaşa əqdi bağlayan şəxsə məxsusdur. Qarşılıqlı iddiaçının etibarlılığını mübahisələndirdiyi əqd sonuncunun anasının mülkiyyətində olmuş mənzilin notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında iddiaçının xeyrinə əvəzli şəkildə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsidir və qarşılıqlı iddiaçı tələbinin əsası kimi əqdin aldatma yolu ilə bağlandığına istinad edilir. Əvvəla, qarşılıqlı iddiaçı həmin mənzilin mülkiyyətçisi, dolayısı ilə müqavilə tərəfi olmamışdır ki, bu da onun əqdin aldatma yolu ilə bağlanılmasına istinad edərək həmin əqdin etibarsız hesab edilməsini tələb etmək hüququnu istisna edir. Bununla bərabər, o həmin mənzilin satılmasına razılıq verməklə həmin mənzildə qeydiyyatda olan şəxs kimi həmin mənzil üzrə qeydiyyatdan çıxması barədə notarial qaydada təsdiqlənmiş ərizə əsasında həmin mənzilə dair hüquqlarından könüllü qaydada imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsi ilə əqdlərdə təmsilçiliyin anlayışı verilmişdir. Həmin maddənin tələblərinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırki işdə mənzil alqı-satqı müqaviləsi əsasında digər şəxsin adına özgəninkiləşdirilməklə təmsilçi özü barəsində əqd bağlamamışdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə qədər, yəni mübahisələndirilən müqavilə bağlanan vaxt qüvvədə olan etibarsız əqdlər üzrə iddia müddətləri adlanan 354.2-ci maddəsinə əsasən mübahisə edilən əqdin etibarsız sayılması və onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinin anlayışını müəyyən edən 372-ci maddəsinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin iddia müddətinin tətbiqinin əsaslarını müəyyən edən 375-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin iddia müddətinin başlanmasının əsaslarını müəyyən edən 377-ci maddəsinin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yuxarıda qeyd edildiyi kimi, Rübabə Əliyeva müqavilə bağlanan zaman məhz mənzilin satılmasına razılıq verməsi barədə notariatda təsdiq edilmiş ərizə vermişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsi xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia xx xxxxxxx 2018-ci il tarixdə irəli sürülmüşdür. İddiaçı yazılı ərizə təqdim edərək qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, iş üzrə doğru nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2935/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2935/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver