Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2938/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(006)-1542/2022 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu cavabdeh LPO “X6” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli, 2(006)-1542/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun cavabdeh LPO “X6” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İddiaçı1 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(006)-1542/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin istinad etdiyi qətnamələrdə ipoteka müqaviləsinin etibarsızlığına münasibət bildirilməmişdir. Ona görə də hesab edir ki, iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli 2(006)-1542/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(006)-1542/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, hazırki iddia tələbi ilə bağlı mübahisəyə Sumqayıt şəhər Məhkəməsində 13 aprel 2015-ci il tarixli 2(060)-2907/2015 saylı qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsi 06 yanvar 2016-cı il tarixli, 2(105)- 97/2016 saylı qətnamələr ilə hüquqi qiymət verilmiş və qeyd olunan qətnamələr qanuni qüvvəsini almışdır. Həmin qətnamələrdə 06 may 2013-cü il tarixli ipoteka müqaviləsinə münasibət bildirilmişdir. Mülki işin materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt şəhər Məhkəməsinin 13.04.2015-ci il tarixli, 2(060)-2907/2015 saylı qətnaməsindən görünür ki, “X6” ASC-nin iddiası qismən təmin olunmuş, müvafiq borcun ipoteka predmetinə yönəldilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi çıxarılarkən X2 hüquqi varisi X3 məhkəmə iclasında iştirak etmiş, həmçinin sonuncu məhkəmə tərəfindən isə hazırki İddiaçı1 məhkəmənin vaxtı və yeri barədə məlumat verilmişdir. Hətta apellyasiya şikayətini verən həmçinin hazırki İddiaçı1 olmuş və onun şikayəti əsasında sonuncu məhkəmə qətnaməsi qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, qeyd olunan mübahisəyə məhkəmələr tərəfindən artıq hüquqi qiymət verilmiş və çəkişmə prinsipinə riayət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlu tərəfindən verilmiş iddia ərizəsinin qəbulundan imtina edilməsi əsaslı olmuşdur Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(006)-1542/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(006)-1542/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2938/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2938/2022
28.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver