Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2939/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-774/2022 saylı, 10.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı CavabdehSığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2012/2022 saylı, 02.03.2022-ci il tarixli qərardadı ilə mülki işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş üzrə cavabdehin hüquqi ünvanının ünvan 1lıb, ərazi aidiyəti üzrə hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi əsassızdır. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemində olan məlumatlara əsasən hazırki iş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 2 araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, cavabdeh qismində göstərilmiş CavabdehSığorta Şirkəti ASC-nin hüquqi ünvanının ünvan 3zərbaycan Respublikası MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərazi aidiyyəti qaydalarına uyğun olaraq mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2939/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2939/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver