Məhkəmə qərarları › İş №2(103)-2947/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2947/2025

21.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2947/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-186/2025 nömrəli 11 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus 4/8 hissəsindən 48 kv.m hissəsini alıcıya 20000 manata satmışdır.;

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 şəxsi tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evinin 4/8 hissəsindən 48 kv.m hissəsi, xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 10/5221 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış evinin lahiyəsində və ya digər texniki sənədlərində (Texniki Pasport sənədində) birinci mərtəbə ilə ikinci mərtəbəni bayırdan birləşdirən pilləkənin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Mübahisəli pilləkən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin özünə məxsus olan hissəsindən fiziki baxımdan sərbəst istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi "tikintitexniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Binəqədi rayonu M. Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş, Texniki pasport sənədində cavabdehin istifadəsində olan tikililərə ümumi istifadədə olan pilləkən meydançasından olduğu müəyyən edilmişdir. Rəyin tədiqiqat hissəsində göstərilir: Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********34-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 4/8 hissədən A tikilisi İ mərtəbədə 2; 4; 11; 12; 13 saylı sahələr və B tikilisi X2, 4/8 hissədən 48 kv.m hissə İddiaçı, 4/8 hissədən qalan hissə Cavabdeh, 4/8 hissədən A tikilisi zirzəmidə y/s 23,3 kv.m və 15,9 kv.m., k/s 11,5 kv.m hissəsi isə X1 mülkiyyətinə verilmişdir. Həmin evə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə əsasən, tədqiq olunan mülk, 1978-ci ildə inşa olunmuş ümumi sahəsi 72.2 kv.m olan bir mərtəbəli <<A>>> və <<B>>> literli fərdi yaşayış evindən, «İ» və «İİ» literli köməkçi tikilidən ibarətdir. Baxış zamanı, iddiaçının istifadəsində olan tikilinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində göstərilən <<A>> literli fərdi yaşayış evinin zirzəmi mərtəbəsində yerləşdiyi, həmin tikilinin giriş-çıxış qapısının qarşısında taxta materialdan pilləkən quraşdırıldığı müəyyən edilmişdir. Qərardadın birinci sualında, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış bayırdan birləşdirən pilləkən nəzərdə tutulub-tutulmamasının müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində göstərilən «A» literli fərdi yaşayış evi ilə həmin evin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman, mübahisə predmeti olan pilləkənin Texniki Pasport sənədində olmadığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı ilə əlaqədar qeyd olunur ki, mübahisəli pilləkən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin özünə məxsus olan hissəsindən fiziki baxımdan sərbəst istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualında, tikilinin texniki sənədlərinə əsasən cavabdehə aid olan fərdi yaşayış evinə başqa girişin nəzərdə tutulub-tutulmamasının müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində cavabdehin istifadəsində olan tikililərə giriş ümumi istifadədə olan pilləkən meydançasından olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış evinin lahiyəsində və ya digər texniki sənədlərində (Texniki Pasport sənədində) birinci mərtəbə ilə ikinci mərtəbəni bayırdan birləşdirən pilləkənin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Mübahisəli pilləkən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin özünə məxsus olan hissəsindən fiziki baxımdan sərbəst istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində cavabdehin istifadəsində olan tikililərə ümumi istifadədə olan pilləkən meydançasından olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv.m mənzilinə giriş qapısının üzərində qanunsuz inşa edilmiş pilləkanın cavabdehin hesabına sökülməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv hissəsi Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-212 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 20000 manata satın almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri haqında Çıxarışa əsasasən həmin fərdi yaşayış evinin 4/8 hissəsindən 48 kv metri onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi iki mərtəbədən ibarətdir, ümumi sahəsi 257.70 kv metrdir və 4 mənzildən ibarətdir. 257.70 kv metr fərdi yaşayş evinin 4 nəfər payçısı vardır. Evin 1 -ci mərtəbəsində ona məxsus 48 kv metr mənzil və X3 məxsus mənzil yerləşir. Birinci mərtəbədəki mənzillərə giriş ayrıca həyətdədir və həmin həyətin ikinci mərtəbəyə heç bir aidiyyəti yoxdur. İkinci mərtəbəsində isə Cavabdeh məxsus mənzil və X4 məxsus mənzil yerləşir və həmin mənzillərə giriş ayrıca pilləkənlə təyin edilmişdir. Cavabdehna məxsus 2-ci mərtəbədə yerləşən evin giriş qapısı və pilləkəni başqa yerdə olduğu halda, o, özbaşına və qanunsuz olaraq onun evdə yaşamamağından istifadə edərək, 1-ci mərtəbədə ona məxsus evin giriş qapısının üstündə taxtadan pilləkən tikərək evinə girişini qapatmışdır. Evinə sərbəst girə bilmir və hər-hansı bir əşyanı evinə sala bilmir. Cavabdehin qanunsuz pilləkən tikməsi barədə Binəqədi rayon İcra hakimiyətinə, polis şöbəsinə şikayətlər etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət edərək, hesab edir ki, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv metr hissəsinin giriş qapısının üzərində qanunsuz inşa edilmiş pilləkan cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir.

6. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, həmin mübahisəli pilləkən artıq 30 ildən artıqdır ki lahiyyəyə uyğun şəkildə istifadə olunur. Mən artıq 30 ildir ki həmin mənzili almışdır. Bundan əlavə 1980-ci illərin Texniki İnvertarlaşma Bürosu tərəfindən tərtib edilmiş həmin ünvan dair texniki posportdan görünür ki, lahiyyədə mübahisəli pilləkən həllə 1980-ci illərdən vardır və istifadə edilir. O, bir neçə ilər öncə həmin pilləkəndən dəfələrlə yıxılmış və yüngül travma almışdır. Əraziyə hərdəfə polis əmakdaşları baxış keçirmış və həmin pilləkənin təmir edilməsini tövsiyyə etmişlər. Bundan əlavə üzrə İddiaçı Rəsid oğluna ünvan 2 ünvanın bir hissəsi 21 aprel 2022-ci ildə Bakı şəhəri 26 saylı notariat ofisində Satıcı Cavabdeh tərəfindənə alıcı onun mülkiyyətində olan əmlakın bir hissəsini 48 kv/m -ni alqı satqı müqaviləsinə əsasən həmin müqavilə üzrə İddiaçı Rəsid oğluna 20000 manata alqı-satqı müqaviləsi bağlanır və ona satılır. Həmin tarixədək artıq istifadəyə yarasız pilləkən tərəfindən sökülmüş və taxta pilləkənlə əvəz edilmişdir. Hər hansi konustriksiya dəyişikliyi edilməmişdir. Yararsız pilləkən taxta pilləkənlə əvəz edilmişdir. İddiaçının bu hərəkətləri paylı mülkiyyətin idarə edilməsinə maneçilik yaradır və Dövlət tərəfində qorunan hüquqlarına ziddir. Bu səbəbdən də iddiaçının iddiası rədd edilməsini zəruri hesab edir. İddiaçı tərəfdən paylı mülkiyyətin idarə olunması tələbləri pozulmaqda davam edir, o özü paylı mülkiyyətin idarə olunması tələblərini pozur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-186/2025 nömrəli 11 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində İddiaçı mülkiyyətində olan mənzilin giriş qapısının üzərində tikilmiş pilləkənin Cavabdeh hesabına sökülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X10).

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 4/8 hissədən A tikilisi İ mərtəbədə 2; 4; 11; 12; 13 saylı sahələr və B tikilisi X2, 4/8 hissədən 48 kv.m hissə İddiaçı, 4/8 hissədən qalan hissə Cavabdeh, 4/8 hissədən A tikilisi zirzəmidə y/s 23,3 kv.m və 15,9 kv.m., k/s 11,5 kv.m hissəsi isə X1 mülkiyyətinə verilmişdir. Cavabdehin mənzili evin ikinci mərtəbəsində, iddiaçının mənzili isə evin birinci mərtəbəsində yerləşir. Alqı-satqıya qədər hər iki mənzil cavabdehin mülkiyyətində olduğuna görə evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsini içəridən birləşdirən pilləkən olmuş, daha sonra həmin pilləkən ləğv edilmişdir. Cavabdeh bayırdan olan pilləkənin lap əvvəldən mövcud olduğunu, lakin yararsız hala düşdüyündən onun tərəfindən taxta materialla yenidən bərpa edildiyini iddia etsə də, keçirilmiş ekspertiza tədqiqatı ilə əslində mübahisəli (bayırdan olan) pilləkənin həmin evə dair texniki pasport sənədində nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan başqa cavabdeh məhkəmə mübahisəsi dövründə həmin pilləkənin lazımi icazələr alınmaqla, tikilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir. Bundan əlavə məhkəmə iclasında tədqiq edilən videogörüntüdən müşahidə edilmişdir ki, evin alqı-satqısı zamanı nə dəmir, nə taxta materialdan mübahisəli pilləkən mövcud olmuşdur. Yəni, iddiaçının alqı-satqı zamanı razılaşmasına baxmayaraq, sonradan hüquqdan sui istifadə etməsi barədə cavabdehin dəlilləri də tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda həm texniki pasportdan, həm ekspert rəyindən, həm də tədqiq edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, cavabdehin mülkiyyətində olan mənzilə ümumi istifadədə olan pilləkən meydançasından ayrı giriş nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə o qənaətə gəlir ki, mübahisəli pilləkən iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinə açıq-aşkar maneə törədir. Hansı ki, pilləkənin bir hissəsi evin giriş qapısının qarşısını kəsir və mülkiyyətçinin öz əmlakından sərbəst istifadəsinə maneə yaradır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 171.-ci, 180-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilən etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mübahisəli evdə pilləkən əvvəldən mövcud olmuşdur. Pilləkən ev satılan zaman təmirlə əlaqədar sökülmüşdür,.Pilləkən 1951ci ildə ev tikilən zaman evin əvvəlki sahibi tərəfindən qoyulmuşdur. Pilləkən 74 il bundan qabaq qoyulmuşdur, iddiaçı pilləkənin sökülməsi üçün iddia tələbini qaldırarkən 3 illik iddia müddətini (2000-ci il tarixadak olan Mülki Məcəllədə) ötürmüşdür. İddia müddətinin ötürülməsi iddia tələbinin rədd olunması üçün əsasdır. Lakin məhkəmə əsassız olaraq iddia müddətini tətbiq etməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəmsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin yerdə uzun illər öncə dəmir pilləkan mövcud olmuş və sökülmüşdür. Onun yerində özünün səhhətinə görə çıxıbdüşməyin rahat olması üçün bu formada taxtadan pilləkan quraşdırmışdır. Ortadan iki evə gedən hissədə olan pilləkandan isə girmək üçün yer var, lakin onun oradan çıxması səhhətinə görə də mümkün deyil.

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs- küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

21. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 4/8 hissədən A tikilisi İ mərtəbədə 2; 4; 11; 12; 13 saylı sahələr və B tikilisi X2, 4/8 hissədən 48 kv.m hissə İddiaçı, 4/8 hissədən qalan hissə Cavabdeh, 4/8 hissədən A tikilisi zirzəmidə y/s 23,3 kv.m və 15,9 kv.m., k/s 11,5 kv.m hissəsi isə X1 mülkiyyətinə verilmişdir. Cavabdehin mənzili evin ikinci mərtəbəsində, iddiaçının mənzili isə evin birinci mərtəbəsində yerləşir. Alqı-satqıya qədər hər iki mənzil cavabdehin mülkiyyətində olduğuna görə evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsini içəridən birləşdirən pilləkən olmuş, daha sonra həmin pilləkən ləğv edilmişdir. Cavabdeh bayırdan olan pilləkənin lap əvvəldən mövcud olduğunu, lakin yararsız hala düşdüyündən onun tərəfindən taxta materialla yenidən bərpa edildiyini iddia etsə də, keçirilmiş ekspertiza tədqiqatı ilə əslində mübahisəli (bayırdan olan) pilləkənin həmin evə dair texniki pasport sənədində nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan başqa cavabdeh məhkəmə mübahisəsi dövründə həmin pilləkənin lazımi icazələr alınmaqla, tikilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir. Bundan əlavə məhkəmə iclasında tədqiq edilən videogörüntüdən müşahidə edilmişdir ki, evin alqı-satqısı zamanı nə dəmir, nə taxta materialdan mübahisəli pilləkən mövcud olmuşdur. Yəni, iddiaçının alqı-satqı zamanı razılaşmasına baxmayaraq, sonradan hüquqdan sui istifadə etməsi barədə cavabdehin dəlilləri də tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda həm texniki pasportdan, həm ekspert rəyindən, həm də tədqiq edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, cavabdehin mülkiyyətində olan mənzilə ümumi istifadədə olan pilləkən meydançasından ayrı giriş nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə o qənaətə gəlir ki, mübahisəli pilləkən iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinə açıq-aşkar maneə törədir. Hansı ki, pilləkənin bir hissəsi evin giriş qapısının qarşısını kəsir və mülkiyyətçinin öz əmlakından sərbəst istifadəsinə maneə yaradır. O cümlədən məhkəmə iclasında da cavabdehin özünün izahatı ilə müəyyən edilmişdir ki, həmin yerdə uzun illər öncə olmuş dəmir pilləkanın sökülmüş, lakin onun özü tərəfindən qanuni əsas olmadan hazırki pilləkanın taxtadan səhhətinə görə rahat olmaq üçün qurmuş, digər girişdən istifadənin onun səhhətinə görə çıxıb-düşməyin çətin olması əsası ilə istifadə edə bilmir.

23. Cavabdehin iddia müddətinin tətbiqinə dair dəlilinə münasibətdə isə birinci instansiya məhkəmə haqlı olaraq kollegiyası qeyd etmişdir ki, mülkiyyətçinin onun hüququnun həyata keçirilməsinə maneə yaradan hər cür pozuntuların aradan qaldırılmasına dair iddialarına iddia müddəti tətbiq edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

24. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla, baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-186/2025 nömrəli 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar