Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2948/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-591/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:
1. İddiaçı MTK-nin Cavabdeh qarşı İddiaçı MTK tərəfindən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin əvəzinə yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı ilk iddia ərizəsi imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qarşılıqlı iddia vermişdir.
3. Nizami Rayon Məhkəməsinin 2(007)-591/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fikrət Mirzəyev) ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir.
4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5220/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Nizami Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(007)-591/2022 nömrəli qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi qət edilmişdir.
6. İddiaçı MTK qətnamədən kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-315/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5220/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi lğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
8. İddiaçı MTK-ın nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə tədqim edərək Cavabdeh ilə barışıq əldə olunuduğundan cavabdehə qarşı iddia tələbindən imtina etdiklərini bildirmiş, Nizami Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(007)-591/2022 nömrəli qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşı tərəflə razılıq əldə etdiklərini qeyd edərək, mübahisənin öz həllini tapdığını təsdiqləmiş və iddiadan imtina və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
14. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
15. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.
16. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
17. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
18. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
19. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
20. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:
21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MTK-nin Cavabdeh qarşı İddiaçı MTK tərəfindən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin əvəzinə yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
22. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı MTK-nin Cavabdeh qarşı İddiaçı MTK tərəfindən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin əvəzinə yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı MTK-nin iddia tələblərindən imtinası qəbul edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-591/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov