Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-295/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi) X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı X6 nümayəndəsi və vəkili Ayşə X16 iştirakı ilə, İddiaçı X6 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1603/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 15 avqust 2012-ci il tarixli vəsiyyətnaməyə əsasən X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili X9 vəsiyyət etmişdir.
2. AZ-İİ seriyalı 300548 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 238 nömrə ilə qeyd edilmişdir.
3. xx.xx.2023-cü il il tarixli vəsiyyətnaməyə əsasən X3 məxsus olan daşınar əmlakını Maraqlı şəxs1, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili Maraqlı şəxs2 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, vəsiyyətnaməni X10 şəxsən özü notariusun iştirakı ilə imzalamışdı Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır.
4. Maraqlı şəxs1 və Maraqlı şəxs2 mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizələrinin surətindən görünür ki, vəsiyyətnamə üzrə irs qalmış əmlaklar müvafiq olaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən qəbul edilmişdir.
5. Notariat hərəkətlərinin edilməsi üçün 2V reyestrindən notarial qaydada təsdiq edilmiş çıxarışa əsasən vəsiyyətnamənin verilməsi üzrə notariat hərəkəti xx.xx.2023-cü il tarixdə X4 iştirakı ilə aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
6. İddiaçı Oleynikova İovanna Ryurikovna cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, X10 tərəfindən imzalanmış 27 yanvar 2023-cü il tarixli 2V-16 nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 avqust 2012-ci il tarixdə xalası X10 vəsiyyətnamə ilə bütün daşınar əmlakını və ünvan 2 ünvanında yerləşən 40 saylı mənzili ona vəsiyyət etmişdir. 28 yanvar 2023-cü il tarixdə xalası S.Senatorova vəfat etmişdir. Vəsiyyətnamə üzrə mirasın qəbulu ilə bağlı notarial hərəkətlərin həyata keçirilməsi üçün müraciət etməyi planlaşdırmışdır. Lakin, xalası S.Senatorova tərəfindən xalasının qonşusu olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 adına 27 yanvar 2023-cü il tarixli (ölümündən 1 gün öncə) vəsiyyətnamənin rəsmiləşdirildiyini öyrənmişdir. O, Ukrayna Respublikasının vətəndaşıdır və Rusiya Federasiyasının Donetsk vilayətində yaşayır. Son aylarda müharibə ilə əlaqəli məlum səbəblərdən Bakıya səfər edə bilməmişdir. Lakin, bu müddət ərzində xalası ilə və onun səhhəti ilə yaxından maraqlanmışdır. Xalası ölümündən qısa müddət öncə səhhəti ilə bağlı ciddi problemlər yaşamış və ağ ciyərlərində pnevmoniya diaqnozu ilə 24 yanvar 2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir. Onun sağlamlıq vəziyyəti həmin ərəfədə verdiyi qərarlara əhəmiyyətli dərəcədə təsir edəcək səviyyədə olmuş və xalası vəsiyyətnamənin verilməsi iqtidarında olmamışdır. Bunun ziddinə fəaliyyət qabiliyyəti yoxlanılmadan və şahid iştirakı olmadan mülki qanunvericiliyin tələbləri pozulmaqla 5 saylı Notariat ofisi tərəfindən 27 yanvar 2023-cü il tarixli vəsiyyətnamə təsdiqlənmişdir. X20 Fondunun təqaüdçüsü olmuş, Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2001-ci il tarixli 455 nömrəli Fərmanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə bədən tərbiyəsi və idman sahələrində nailiyyətlərinə görə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Xalasının tələbələri onun ölümündən iki həftə əvvələdək onunla mütəmadi əlaqədə olmuş, lakin son iki həftəfə onun qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 mütəmadi olaraq zənglərə cavab verərək xalasının yatdığını,zəngə cavab verə bilmədiyini bildirmişdirlər. 28 yanvar 2023-cü il tarixdə xalasının tələbələri onun vəfat etdiyini öyrəndikdə dərhal onun evinə gəlmiş, lakin onun qonşuları Maraqlı şəxs1 və Maraqlı şəxs2 S.Senatorovanın cənazəsinin artıq qaldırıldığını bildirmişlər. Azərbaycan Gimnastika Federasiyasının Veteranlar Şurasının sədri Elşad Nərimanov onun ölümündən və son günlərində şüurunun aydın olmadığından şübhələnərək məsələnin araşdırılması üçün Yasamal Polis İdarəsinə müraciət etmişdirlər. Daha sonra Polis İdarəsindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 xalasının mənzilində artıq qeydiyyatda olduqlarını və bu səbəbdən şikayətin baxılmamış saxlanıldığını bildirmişlər. Qeyd edilənləri nəzərə alaraq, şahidlərin iştirakı olmadan 5 saylı Notarius tərəfindən tərtib edilmiş və öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə olan şəxs tərəfindən imzalanmış 27 yanvar 2023-cü il tarixli 2V-16 nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə qəbul olunması zəruridir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1603/2023 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən X7 sağ olan dövrdə psixi pozuntu diaqnozu təyin edilməsi və ya onun mübahisəli əmlakları vəziyyət edən zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyi, beləliklə də onun həmin vaxt öz hərəkətinin mənasını başa düşə bilməməsi və öz hərəkətini idarə edə bilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, iş materialları və şahidlərin ifadələri ilə təsdiq edilir ki, vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notarius tərəfindən iki şahidin yanında tərtib edilmiş və vəsiyyət edən tərəfindən notariusun, şahidlərin yanında imzalanmışdır. Qeyd edilənlərdən əlavə, notariusun izahatından və şahidlərin ifadəsindən də görünür ki, notarius imza edənin şəxsiyyətini müəyyən etməklə yanaşı nəyə imza etməsi, imza etdiyi sənədin məzmunu ilə tanış olması barədə suallar vermiş və o, imzaladığı vəsiyyətnamənin məzmunundan xəbərdar olmuşdur. Məhkəmə həmçinin iddiaçının X10 tərəfindən vəsiyyətnamə əsasında bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, X10 15 avqust 2012-ci il tarixli vəsiyyətnamə əsasında ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili iddiaçıya vəsiyyət etsə də, 27 yanvar 2023-cü il tarixli vəsiyyətnamə əsasında həmin mənzili Maraqlı şəxs2 vəsiyyət etməklə, 15 avqust 2012-ci il tarixli vəsiyyətnaməni də ləğv etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, X4 vəziyyətnaməni imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 342ci, 346-cı, 1167-ci, 1168-ci, 1179-cu, 1180-cı, 1220-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 217.4-cü, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində psixiatrik ekspertiza rəyinin təqdim edilmədiyini bildirmiş, lakin Konstitusiya Məhkəməsinin də şərhindən göründüyü kimi şəxsin psixi pozuntuları və hər hansı başqa əqli problemləri ilə bağlı sübutların təqdim edilməsi şəxsin ümumilikdə fəaliyyət qabiliyyətli olmasını sorğulamaq anlamına gəlir, lakin iddiaçının tələblərindən əsaslandığı məqamlar mərhumun fəaliyyət qabiliyyətsizliyi ilə bağlı deyil, həmin ana olan vəziyyəti ilə bağlıdır, bununla bağlı isə iddiaçı müstəqil qaydada araşdırma apara bilməmişdir, qohumluq əlaqələrinin uzaq olması səbəbindən onun sorğularına cavab verilməmişdir, məhkəmə isə həmin sorğularla bağlı vəsatətləri təmin etməmişdir. Həmin vəsatətlər 1) S.Senatorovanın 5 saylı Notariat ofisinə gəlməsini özündə əks etdirən 27 yanvar 2023-cü il tarixinə aid kamera görüntülərinin əldə olunması, 2) vəsiyyətnaməni imzaladığı vaxt S.Senatorovanın hərəkətlərini şüurlu olaraq idarəetmə qabiliyyətinin olubolmadığının müəyyən edilməsi məqsədilə məhkəməpsixoloji ekspertizasının təyin edilməsi, 3) mərhum S.Senatorovanın tələbəsi, son günlərində onunla mütəmadi əlaqədə olan X11 və Azərbaycan Gimnastika Federasiyasının Veteranlar Şurasının sədri X12 məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi barədə, 4) S.Senatorovanınölümündən qısa müddət öncəki sağlamlıq vəziyyəti haqqında məlumat almaq məqsədilə S.Senatorova ölümündən bir neçə gün öncə 1 saylı Şəhər Klinik Xəstəxanasındastasionar müalicə alarkən onun müalicəsi ilə birbaşa məşğul olmuş həkimin məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi, 5) 1 saylı Şəhər Klinik Xəstəxanasına S.Senatorovanın xəstəlik tarixçəsi ilə bağlı sorğunun göndərilməsi, 6) vəsiyyətnamənin X10 tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi. Vəsatətlər heç bir əsaslandırma olmadan rədd edilmişdir. Bununla da məhkəmə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi və vəkili Ayşə X17 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1259-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
22. Məhkəmə kollegiyası işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli vəsiyyətnaməyə əsasən X3 məxsus olan daşınar əmlakını Maraqlı şəxs1, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili Maraqlı şəxs2 vəsiyyət etmişdir. X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırki iddia ərizəsində iddiaçı xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin notarius tərəfindən şahidlərin iştirakı olmadan və öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə olan şəxs tərəfindən imzalandığını qeyd edərək, vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edir.
23. Belə olan halda, əqdin etibarsız sayılması və onun nəticələrinin tətbiqinə dair iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və 346-cı maddələri nəzərdən keçirilə bilər.
24. MM-in 346-cı maddəsinin məzmunundan da görünür ki, şəxs fəaliyyət qabiliyyətli olsa belə, konkret bir əqd bağlandığı zaman anlaqlı olmadığı vəziyyətdə bağladığı əqd onun özünün və ya mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə etibarsız sayıla bilər.
25. Şəxsin müəyyən zaman kəsiyində anlaqlı və ya anlaqsız olması isə xüsusi biliyə malik olan ixtisaslı şəxslərin (ekspertlərin) rəyi ilə müəyyən edilə bilər. Çünki, qanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halların başqa sübutlarla təsdiqi yolverilməzdir.
26. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tibbi ekspertiza mərkəzinin 28 noyabr 2023-cü il tarixli, 5749 saylı rəyindən görünür ki, X8 sağlığında düçar olduğu xroniki xəstəliklərin arzuolunmaz fəsadlarının nəticələrinə dair tibbi sənədlərdəki və iş materiallarındakı məlumatları nəzərə alaraq demək olar ki, onda olmuş xroniki xəstəliklər, ölümqabağı vəziyyətdə olması, ölümündən bir gün əvvəl sənədin imzalanmasına yönələn hərəkətlərə münasibətdə herontoloji yaş qrupuna məxsus Svetlana Senatorovamn şüurunun aydınlığına və hərəkətlərini idarə etmək qabiliyyətinə təsir edə bilərdi. Tibbi sənədlərdən göründüyü kimi yaşlı şəxs olan Svetlana Senatorova ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmişdir. Belə hallarda qəfləti ölümün baş verməsinə bəzi əlverişli olmayan “risk faktorları” da şərait yaradır. Belə hallarda ölümə səbəb olan xəstəliklərin diaqnostikası üçün histoloji tədqiqat mühüm əhəmiyyət kəsb edə bilərdi. Bundan əlavə xx.xx.2023-cü il tarixli tibbi sənədlərdən müəyyən olunur ki, EF% atma fraksiyası 25-ə bərabərdir, normada bu 55%-ə bərabər və ya ondan çox olmalıdır. Ürəyin sol mədəcik çatışmazlığı adekvat qan dövranım təmin edən ürək əzələsinin (miokardm) yığılma qabiliyyətinin zəifləməsi orqanizmin funksional təchizatının təmin edilə bilməməsi və ölüm riskinin artması ilə nəticələnən kompleks bir sindromdur. Ölüm riskinin artıq xx.xx.2023-cü il tarixdən müşahidə edildiyini nəzərə alaraq ölümqabağı (predaqonal) vəziyyətdə olan (bir neçə dəqiqədən bir neçə saata qədər) pasientlərdə beyin qabığının və qabıqaltı mərkəzlərin, həmçinin beyin kötüyünün fəaliyyəti zəifləyir. Bu isə öz növbəsində şüurun aydınlığına təsiretmə gücündədir. Beləliklə, X8 tibbi sənədlərdə qeyd olunan xroniki xəstəlikləri fonunda sərbəst şəkildə iradə ifadəsini həyata keçirməyə, yəni öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması az ehtimalıdır.
27. Bundan yanaşı iş materiallarından göründüyü kimi, X3 məxsus olan daşınar əmlakını Maraqlı şəxs1, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili Maraqlı şəxs2 vəsiyyət etdikdən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı araşdırılmış sübutlara əsasən mərhum X4 xəstəliyi ilə əlaqədar ölümündən bir gü əvvəl sərbəst şəkildə iradə ifadəsini həyata keçirməyə, yəni öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması qənaətinə gəlinməsinə əsas yaranmır.
28. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
29. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 39-cu bəndinin 2-ci hissəsinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyi və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.
32. Həmin Təlimatın 38-ci bəndinin 2-ci hissəsinə əsasən, notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
33. «Notariat haqqında» Qanunun 35-ci maddəsinə əsasən, əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır.
34. Qeyd edilməlidir ki, hər hansı əqdin (o cümlədən, bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
35. Mülki münasibətlərdə iştirak edən subyektin iradə ifadəsi düzgün ifadə olunmalıdır. Şəxsin öz arzuladığı məqsədə nail olmaq üçün bağlamaq istədiyi əqdin onun iradəsinə uyğun olub-olmaması səlahiyyətli şəxs tərəfindən aydınlaşdırılmalı, əqdin məzmunu və onun mühüm şərtləri haqqında düzgün təsəvvür formalaşmalı və bunu icra edən şəxs formal hərəkətlərdən çəkinərək, həqiqi niyyətə uyğun əqdin rəsmiləşdirməsini təmin etməlidir. Əks halda əsl iradə ifadəsi təhrif olunmuş şəkildə formalaşır, vacib əhəmiyyətli yanılmaya, aldadılmaya və allanmağa zəmin yaradılır, göstərilən halların toplusu isə şəxsin öz iradəsinə uyğun olmayan əqd üzrə tərəf olmasına imkan verir.
36. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Mülki Məcəllənin 346-cı maddəsinin şərhi ilə bağlı qeyd olunmuşdur ki, “Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. ...Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. ...anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. ...Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir.”
38. Göründüyü kimi Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulan etibarsızlıq halını yaşa görə və ya psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin bağladığı əqdlərlə müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlmişdir ki, anlaqlılığını müvəqqəti olaraq itirmiş şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından bağlandığı andan etibarsızdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam, obyektiv və hərtərəfli yoxlamamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
40. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı X6 xalası X1 miras əmlakdan ikinci növbə qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
41. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirərək qeyd edir ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilsələr də, əslində iş üzrə faktiki cavabdeh statusunda olmuşlar və onların üçüncü şəxslər adlandırılmaları iddia tələbinin rədd olunmasına əsas yaradan hal kimi qiymətləndirilməməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən həmin şəxslərin statusu barəsində, yəni iddiaya cavab verməli olan şəxslər kimi cavabdeh qismində işə cəlb edilmələri barədə iddiaçı tərəfə təklif edilməli olduğu halda bu edilməmiş, lakin onlar faktiki cavabdehlik daşımışlar. Kollegiyanın bu qənaəti həm də prosessual qənaət prinsipinə uyğundur.
42. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1603/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X6 iddiası təmin edilməli, X10 tərəfindən ona məxsus olan daşınar əmlakını Maraqlı şəxs1, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin Maraqlı şəxs2 verilməsinə dair xx.xx.2023-cü il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı X6 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1603/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X6 cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. X7 məxsus olan daşınar əmlakın Maraqlı şəxs1, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin Maraqlı şəxs2 verilməsinə dair xx.xx.2023-cü il tarixli vəsiyyətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.