Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2962/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3825/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 4208,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi həyat yoldaşı X1 məxsus olmuşdur. Həyat yoldaşı xx.xx.2004-cü il tarixdə rəhmətə getmişdir. Həmin tarixdən 2016-cı ilin aprel ayına kimi iddiaçı qızı ilə birlikdə həmin evdə yaşamışlar. 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına kimi Bakı şəhərinin mərkəzinə yaxın yerdə kirayə mənzil tutaraq qızı ilə birlikdə həmin mənzildə yaşamış, 4 illik müddətdə həyat yoldaşından qalan həmin fərdi yaşayış evində yaşamasalar da il ərzində müxtəlif vaxtlarda 2-3 dəfə ora gedərək evin təmizlik işləri ilə məşğul olmuşlar. Təqribən 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində tarixini dəqiq xatırlamadığı vaxtda həmin evdə olduqları zaman evə qazın gəlmədiyini müəyyən etmiş və cavabdehə müraciət edərək köməklik göstərmələrini xahiş etmişlər. Qış ayları olduğuna və cavabdeh müraciətlərinə heç bir cavab verilmədiyinə görə qonşuluqda yaşayan bir şəxsin köməyi ilə evə sayğacdan kənar qazın gəlməsini təmin etmişdir. 1-2 gün orada qaldıqdan sonra yenidən Bakı şəhərinin mərkəzində kirayəşin yaşadıqları mənzilə getmiş, 2018-ci ilin yanvar ayından 2020-ci ilin aprel ayına kimi 3-4 dəfə hər birində 1-2 gün olmaq şərti ilə iddiaçı qızı ilə birlikdə həyat yoldaşına məxsus həmin evdə olmuşlar. Bu müddət ərzində cavabdeh tərəfindən onlara hər hansı xəbərdarlıq edilməmiş, hər hansı cərimənin yazılması barədə məlumat verilməmişdir. 2020-ci ilin əvvəllərində o, qızı ilə birlikdə həyat evə köçmək qərarına gəlmişlər. 2004-cü ildə rəhmətə getdiyinə görə evlə bağlı bütün sənədlərin öz adına olması üçün müvafiq qurumlara və mart ayında “ASAN” kommunala müraciət edərək həmin evin qaz sayğacının iddiaçının adına keçirilməsi üçün müqavilə bağladığı zaman ona bildirmişlər ki, guya sayğacdan kənar qazdan istifadə etdiyi üçün 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi ona 4208.20 manat məbləğində cərimə hesablanıb. Bu tamamilə absurddur. Çünki o evdə 2016-cı ilin aprel ayından 2020ci ilin aprel ayına kimi cəmi 10-15 gün olmuşdur. “İtirilmiş qazın dəyərinin hesablanmasına dair” aktlara diqqətlə nəzər yetirildiyi zaman həmin aktların saxta olması aydın şəkildə nəzərə çarpır. Həmin aktlarda qazın sərfiyyatı 30 günlük müddət üçün, bəzilərində daha çox müddət üçün hesablanmışdır ki, qeyd edilən müddətlərdə həmin evdə yaşayışın olmamışdır. “Abonentin saldosuna" nəzər yetirildiyi zaman məlum olur ki, 2016-cı ilin aprel ayından Cavabdeh saxta aktları tərtib etməyə başladığı 2018-ci ilin yanvar ayına kimi saldoda heç bir hesabat və ya qeyd aparılmamışdır. Bu hal da bir daha 2016-cı ilin aprel ayından həmin evdə həqiqətən də yaşayış olmadığını sübut edir. Bundan başqa, həmin aktlara əlavə olunmuş fotoşəkillərdən görünür ki, fotoşəkillərin böyük əksəriyyəti eyni şəkillərdir, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlardan görünür ki, aktın istehlakçı bölməsində 2004-cü ildə rəhmətə getmiş həyat yoldaşının adı yazılmış və onun akta imza etməkdən imtina etməsi qeyd edilmişdir. Bütün bunlar deməyə əsas verir ki, cavabdehin əməkdaşları bu 2 il 3 aylıq müddət ərzində sayğacda qüsuru müəyyən etməmişdir. Aktlarda rəhmətə getmiş yoldaşının adının qarşısına “imtina" yazmışlar. Həmçinin həmin aktların əksəriyyətində necə hesablandığı məlum olmayan qaz sərfiyyatı 0.20 manat tarifi ilə hesablanmışdır ki, bu hal da bir daha hazırki cərimə məbləğinin əsassız şişirdilməsinə səbəb olmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-3825/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən abonent kodu **********00000 olan 11 saylı yaşayış evi üzrə İddiaçı qaz sərfinə görə hesablanmış borcun 3863,70 hissəsinin iddiaçının abonent hesabından silinməsi, 30 manat məbləğində dövlət rüsumunun “Cavabdeh” İBdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən “Cavabdeh” İB nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu, iddiaçının kənar qaz xəttindən istifafdə etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən, həmçinin, iddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini əsaslandırarkən cavabdeh tərəfindən tərtib edilmiş aktların qanunsuz tərtib edildiyini qeyd etsə də, iddiaçı tərəfindən 2018-ci ilin yanvarından 2020-ci ilin mart ayına kimi heç bir ödəniş apanlmamasma və iddiaçmm kənar xətdən istifadə etməsini etiraf etməsinə əsaslanaraq iddia tələbini 344,50 manat hissəsində təmin etməmişdir. Halbuki işin hallarına nəzər yetirildiyi zaman heç də qətnamədə qeyd edildiyi kimi iddiaçı tərəfindən kənar xətdən istifadənin etiraf edilmədiyi müəyyən edilər. Tərəflərindən məhkəməyə verilmiş iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh edilmiş müraciətlərə baxmayaraq iddiaçını qazla təmin etmədiyinə görə iddiaçı məcburiyyət qarşısında qalıb müvəqqəti kənar xət qoşmuş və saxta aktların tərtib edildiyi 27 aylıq müddətdə həmin evdə hər dəfə 1-2 gün olmaqla 3-4 dəfə, yəni 27 aylıq müddətdə təqribən 8-10 gün olmuşdur. Məhkəmə isə iddiaçınm həqiqəti gizlətməmək adma etdiyi bu etirafı bilərəkdən və ya bilməyərəkdən, nəticə etibarı ilə səhvən iddiaçın 27 aylıq müddətdə həmin evdə yaşaması və qazdan istifadəsi kimi qiymətləndirmişdir. Bundan başqa həmin aktlara əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin fotoşəkillər cəmi 4 ədəddir və hər dəfə akt tərtib edilərkən eyni 4 fotoşəkil əlavə edilmişdir. Aktlardan görünür ki, aktın istehlakçı bölməsində 2004-cü ildə rəhmətə getmiş iddiaçımn həyat yoldaşının adı yazılmış və onun akta imza etməkdən imtina etməsi qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili Elnur Salmanov məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaısnın təyin edildiyə gündə 10-a yaxın məhkəmə iclasında iştirak etməli olduğundan hazırki iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizədə göstərdikləri barədə məhkəməyə sübut təqdim etməmiş, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü, qətnaməni hər iki tərəf mübahisələndirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, işin müəyyən olunan halına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə tərəflər arasında qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi bağlanmış və bundan sonra ünvan 1 ünvan üzrə iddiaçı **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent kodu əvvəllər iddiaçının əri Heybətəliyev İbrahimin adına (**********00000 saylı) qeydiyyata alınmış, lakin iddiaçının əri xx.xx.2004-cü il tarixdə ölmüşdür. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədəkdəfələrlə qazdan istifadə qaydalarının (aktlarda iddiaçının əri Heybətəliyev İbrahimin adı qeyd edilməklə) pozulması barədə aktlar tərtib edilmiş, həmin aktlar üzrə iddiaçıya cəmi 4208,20 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən yoxlama aparılaraq iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Təbii qazdan sayğacdan kənar bir müddət istifadə etməsini iddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında da etiraf etmişdir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə “Cavabdeh” İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, onlarda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşsə də, iddiaçı təbii qazdan sayğacdan kənar bir müddət istifadə etməsini etiraf edərək, cavabdehi sübutetmə yükündən azad etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3825/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2962/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2962/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver