Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2962/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-469/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 1997-ci ildə Bakı Mühəndis Tikinti Trestinin 10 saylı 01 oktyabr 1997-ci il tarixli əmrinə əsasən onun işlədiyi BMTT nəznində olan X1 İdarəsinin BMTT nəzdində olan 34 saylı Tikinti İdarəsi ilə birləşdirilməsi və onunla BMTT nəzdində olan Texniki Komplektləşdirmə İdarəsi arasında olan əmək müqaviləsinin və onun şərtlərinin 34 saylı Tikinti İdarəsi tərəfindən qüvvədə saxlanması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 09 mart 1983-cü il tarixdə Bakı Baş Tikinti İdarəsinin 8 saylı Dəmir Beton məmulatları zavodunda texniki nəzarət şöbəsində işə qəbul olunmuş, 01.10.1991-ci il tarixdə köçürmə yolu ilə Bakı Mühəndis Tikinti Tresti (BMTT) nəzdində olan X1 İdarəsinə kadrlar şöbəsinin müfəttişi vəzifəsinə keçirilmişdir. 1997-ci ilin may ayında analıq məzuniyyətinə çıxmışdır. O, analıq məzuniyyətində olarkən, yəni 01 oktyabr 1997-ci ildə Bakı Mühəndis Tikinti Trestinin 10 saylı 01 oktyabr 1997-ci il tarixli əmrinə əsasən işlədiyi BMTT nəzdində olan X1 İdarəsi BMTT nəzdində olan 34 saylı Tikinti idarəsi ilə birləşdirilmişdir. Mülki Məcəlləyə əsasən hüquqi şəxslər birləşdirildikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin maddənin 2-ci bəndinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Birləşmə nəticəsində yeni yaranmış hüquqi şəxs BMTT nəzdində olan 34 saylı Tikinti İdarəsi oldu. Əmək Məcəlləsinin 63.1-ci maddəsinə əsasən müəssisəsinin mülkiyyətçisi dəyişdikdə bu maddənin ikinci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Göstərilən normaların tələblərinə müvafiq olaraq onunla yeni yaranmış Tikinti şirkəti arasında əmək münasibətləri davam etdirilmişdir. Lakin analıq məzuniyyəti ardıcıl övladlarının doğulması ilə əlaqədar olaraq 2003-cü il avqustun 31-dək davam etmişdir. Bu vaxta qədər, yəni 1999cu ilə qədər 34 saylı Tikinti İdarəsindən müavinət almışdır. 1999-cu ilin sentyabr ayından isə müxtəlif bəhanələrlə bu idarədən ona müavinət verilməsi dayandırılmışdır. Analıq məzuniyyəti bitdikdən sonra 34 saylı Tikinti idarəsinə müraciət etmiş və məlum olmuşdur ki, bu İdarə özəlləşib, idarənin müdiri X3 və X9 bu müəssisəni əmək kollektivi kimi güzəştli şərtlərlə almışlar. 01 oktyabr 1997-ci ildə Bakı Mühəndis Tikinti Trestinin 10 saylı 01 oktyabr 1997-ci il tarixli əmrinə əsasən işlədiyi BMTT nəzdində olan X1 İdarəsinin BMTT nəzdində olan 34 saylı Tikinti İdarəsi ilə birləşdirilməsi və onunla BMTT nəzdində olan X1 idarəsi arasında olan əmək müqaviləsinin və onun şərtlərinin 34 saylı Tikinti İdarəsi tərəfindən qüvvədə saxlanması müəyyən ədilməsi faktı ona əmək pensiyasına çıxmaq, müəsissə özəlləşdirilərkən ona məxsus güzəştli hüquqlardan istifadə etmək üçün lazımdır. Göstərilən dövrlərdə bu müəssisələrdə işləməsini təsdiq edən sənədləri, əmək kitabçasını başqa qaydada ala bilmir. Əmək kitabçanı almaq üçün müəssisəni özəlləşdirən, yəni hazırkı mülkiyyətçilər X3 və X7, əmək müfəttişliyinə dəfələrlə müraciətlər etmiş, lakin müraciətləri nəticəsiz qalmişdır. Həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Hazırda o, əmək kitabçasını ala bilmir, 1997-ci ilin may ayından 2003-cü ilin mart ayının 14-nə kimi, yəni Bakı Mühəndis Tikinti Tresti (BMTT) nəzdində olan X1 İdarəsində işləyə-işləyə analıq məzuniyyətinə çıxdığı vaxtdan, bu idarənin birləşdirildiyi 34 saylı Tikinti idarəsi özəlləşdirilənə qədər olan müddətdə əmək stajı hesablanmır. Halbuki, onun 01.10.1991-ci ildən 01 oktyabr 1997-ci ilə qədər Bakı Mühəndis Tikinti Tresti (BMTT) nəzdində olan X1 İdarəsinə kadrlar şöbəsinin müfəttişi vəzifəsində, həmin tarixdən isə 14.03.2003-cü ilədək 34 saylı Tikinti İdarəsində həmin vəzifədə əmək stajı hesablanmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 1991-ci il tarixdən 01 oktyabr 1997-ci il tarixə qədər Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində, 01 oktyabr 1997-ci il tarixdən 26 dekabr 2003-cü il tarixə qədər isə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-469/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə, ərizə təmin edilmiş, 28.05.1964-cü il təvəllüdlü İddiaçı 01.10.1997-ci il tarixə qədər Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində, 01.10.1997-ci il tarixdən 26.12.2003-cü il tarixə qədər isə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsinin 34 saylı Tikinti İdarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmçinin ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan qətnaməyə izah verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-391/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-469/2018 saylı 24 yanvar 2018-ci ıl tarixli qətnaməsinə izah verilməsi, həmin qətnamədə “28 may 1964-cü il təvəllüdlü İddiaçı 01 oktyabr 1997-ci il tarixə qədər Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində işləməsi” sözlərinə “28 may 1964-cü il təvəllüdlü İddiaçı 01 oktyabr 1991-ci il tarixdən 01 oktyabr 1997-ci il tarixə qədər Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində işləməsi” sözləri kimi, “01 oktyabr 1997-ci il tarixdən 26 dekabr 2003-cü il tarixə qədər isə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsinin 34 saylı Tikinti İdarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləməsi faktı müəyyən edilsin” sözlərinə isə “01 oktyabr 1997-ci il tarixdən 26 dekabr 2003-cü il tarixə qədər isə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləməsi faktı müəyyən edilsin” sözləri kimi izah verilməsi qərara alınmışdır Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-469/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsindən icraata cəlb edilməmiş maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, tərəflərindən verilən apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi zamanı 01.10.1991-ci il tarixdən 01.10.1997-ci il tarixədək BMTT nəzdində olan X1 idarəsində, 01.10.1997-ci il tarixdən 26.12.2003-cü il tarixədək BMTT nəzdində olan X1 İdarəsinin 34 saylı Tikinti idarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləmə faktının müəyyən olunmasının ərizəçi üçün hansı hüquqi nəticəyə səbəb olması müəyyən edilməmişdir. Digər tərəfdən hazırki iş üzrə qəbul edilmiş qətnamədən də məlum olur ki, məhkəmə həmin faktın təsdiq edilməsi üçün 07.10.1997-ci il tarixli akta və 23.06.2000-ci il tarixli arayışa istinad etmiş və həmin arayışlarda ərizəçinin sözügedən idarədə işlədiyi qeyd olunmuşdur. Buna baxmayaraq, məhkəmə həmin halı nəzərə almamış, sözügedən faktı hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Həmçinin hazırki iş üzrə qeyd olunmalıdır ki, ərizəçi tərəfindən məhkəmə iclası zamanı 2 şahid təqdim olunmasına baxmayaraq, məhkəmə qətnaməsində də qeyd olunduğu kimi həmin şahidlərdən biri olan X8 adına açılmış 05.07.1992-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, o, 01.07.1992-ci il tarixdə Bakı Mühəndis Tikinti Tresti İTKİ-nə fəhlə - gözətçi kimi işə qəbul olunmuş, 04.01.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Digər şahid qismində dindirilmiş X2 adına açılmış l/İT-l ******* №-li əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 05.07.1993-cü il tarixdə Bakı Mühəndis Tikinti Tresti İTKİ-nə köçürmə yolu ilə İİ dərəcəli əmtəəşünas vəzifəsinə qəbul edilmiş, 03.01.1994-cü il tarixdə İ dərəcəli əmtəəşünas vəzifəsinə keçirilmiş və 03.11.2000-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Həmçinin, şahid qismində dindirilmiş X5 öz ifadəsində 1993-cü il tarixdə Elektroterm zavodundan köçürmə yolu ilə BMTT-nin İTK İdarəsinə əmtəəşünaslıq ixtisası üzrə əmtəəşünas işləmiş, 1994-cü ilin mart ayında hərbi xidmətə çağırılmış və 2000-ci il tarixədək hərbi xidmətdə qalmışdır. Göründüyü kimi ərizəçi 01.10.1991-ci il tarixdən 26.12.2003-cü il tarixədək işləmə faktının təsdiq olunmasını istəsə də, şahid X13 05.07.1992-ci il tarixdən 03.11.2000-ci il tarixədək, digər şahid X5 isə 05.07.1993-cü il tarixdən 1994-cü ilin mart ayınadək işləmişdir. Əlavə olaraq, qeyd edilməlidir ki, məhkəmə qətnaməsində şahid X2 əmək kitabçasında onun 03.11.2000-ci il tarixdə işdən azad edildiyi qeyd olunsa da, öz ifadəsində 1994-cü il mart ayında hərbi xidmətə getdiyini və 2000-ci il tarixdə hərbi xidmətdən tərxis olunduğunu bildirmişdir. Bundan başqa hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qəbul edilmiş qətnamə vətəndaşa pensiya təyin edilməsi üçün əsas sənədlərdən hesab olunduğundan həmin iş üzrə maraqlarına toxunan şəxs kimi DSMF publik hüquqi şəxsin cəlb olunmalı olsa da, iş üzrə icraat materiallarından məlum olur ki, DSMF publik hüquqi şəxsin iş üzrə məhkəmə icraatına tərəf kimi cəlb olunmamışdır. Bundan başqa hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən də müəyyən olunur ki, sözügedən iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti maraqlı şəxs kimi müəyyən olunmuş, təsdiq olunan faktın birbaşa DSMF publik hüquqi şəxsin maraqlarına toxunduğu məhkəmə tərəfindən nəzərə alınmamış, nəticə etibarilə Fond maraqları kobud şəkildə pozulmaqla prosessual müdafiə tədbirlərindən məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən icraata cəlb edilməmiş maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırki mübahisədə ərizəçiyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün əhəmiyyətli olsa da, birinci instansiya məhkəməsi maraqlı şəxs qismində yanlış olaraq X11 Xidmətini işə cəlb etmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, BMTT nəzdində olan X1 idarəsində BMTT nəzdində olan X1 İdarəsinin 34 saylı Tikinti idarəsi ilə birləşdirildikdən sonra əmək kitabçaları eləcə də işçilər barəsində qəbul edilmiş əmrlər 34 saylı Tikinti idarəsinə təhvil verilsə də həmin sənədlər Dövlət Arxivinin Bakı filalında aşkar edilməmişdir. Lakin həmin sənədlərin arxivdə aşkarlanmaması sənədlərin mövcud olmaması nəticəsinə gəlmək üçün əsas vermir, həmçinin ərizəçi həmin sənədlərin əldə edilməsi üçün 34 saylı Tikinti idarəsinə müraciət etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi və iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 07 oktyabr 1997-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, 34 saylı tikinti idarəsinin rəisi Ş.Mİrzəyev həmin idarənin baş mühasibi C.Dadaşova, sabiq İTKİ-nin rəisi B.Babayevin iştirakı ilə həmin aktı tərtib edərək İTKİ-nin 34 saylı tikinti idarəsinə birləşdirilməsi ilə əlaqədar İTKİ-nin işçilərinin əmək kitabçaları, əmrlər kitabı və ərizələr qovluğu 34 saylı Tİ-nə təhvil verilmiş, o cümlədən Alıyeva (Ömərova) Lətifə Teymur qızının əmək kitabçası daxil olmaqla. Bakı tikinti və şəhərin inkişafı departamenti Bakı mühəndis tikinti trestinin Alıyeva (Ömərova) Lətifə Teymur qızına ünvanlanmış 27.04.1998-ci il tarixli məktubunda trestin müdiri E.Z.Abdullayev tərəfindən qeyd olunmuşdur ki, o doğrudanda 1991-ci ildə Bakı mühəndis tikinti trestinin İTKİ-nə köçürmə yolu ilə işə qəbul edilmiş, 1988-ci ildən mənzil növbəsindədir və növbə siyahısına uyğun olaraq 9-cu adamdır. Onun xahişinə cavab olaraq isə bildirilmişdir ki, Əhmədli qəsəbəsi, G.Mehmandarov 42 ünvanında yerləşən 3 saylı ailə yataqxanasında bir neçə mənzil qaçqınlar tərəfindən tutulmuşdur, onların doğma yurdlarına qaytarılması məsələsi həll ediləndə həmin mənzillər boşaldılacaq, onun yaşayış şəraitinin ağırlığını və uzun müddət mənzil növbəsində dayandığını nəzərə alaraq, mənzil qanunvericiliyinə uyğun olaraq xahişi müsbət həll ediləcəkdir. Bakı tikinti və şəhərin inkişafı departamenti Bakı mühəndis tikinti trestinin 23.06.2000-ci il tarixli arayışına əsasən Alıyeva (Ömərova) Lətifə Teymur qızı həqiqətən Bakı Mühəndis Tikinti Trestinin 34 saylı tikinti idarəsində işləyir. İTKİ-nin sabiq rəisi B.Babayev tərəfindən yazılmış 22.03.2005-ci il tarixli ərizədən görünür ki, Alıyeva (Ömərova) Lətifə Teymur qızı həqiqətən İTKİ-nin kadrlar şöbəsində müfəttiş işləmiş, 01.10.1997-ci il 10 saylı əmrə əsasən “İTKİ-nin tresti 34 saylı tikinti idarəsiə birləşdirilmişdir. O, ərizəsi ilə təsdiq etmişdir ki, idarə birləşdirilən zaman İTKİ-yə məxsus olan bütün əşya və arxiv sənədləri 34 saylı idarəsinin rəisi Şəmsəddin Mirzəyevə təhvil vermiş, həmçinin X4 əmək kitabçası da ona təhvil verilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, ərizəçi İddiaçı həyat yoldaşıdır, həmçinin onlar əvvəllər iş yoldaşı olmuşlar. Belə ki, onlar bir yerdə işləmiş, sonra ailə qurmuşlar. O özü 01 iyul 1992-ci ildə Bakı Mühəndis Tikinti Tresti (BMTT) nəzdində olan X1 İdarəsinə fəhlə - gözətçi kimi işə başlamış, o iş fəaliyyətinə başlayanda isə Lətifə artıq orada işləmiş, 1991-ci il tarixdən həmin idarədə kadrlar şöbəsinin mühəndisi vəzifəsində çalışmışdır. 1995-ci ildə isə onlar Lətifə ilə ailə qurmuş, 1997-ci ildən İddiaçı analıq məzuniyyətinə çıxmışdır və 01 oktyabr 1997-ci ildə əmri verilmişdir. Bakı Mühəndis Tikinti Trestinin 10 saylı 01 oktyabr 1997-ci il tarixli əmrinə əsasən BMTT nəzdində olan X1 idarəsi BMTT nəzdində olan 34 saylı Tikinti İdarəsi ilə birləşdirilmişdir. Hər iki idarə Bakı Mühəndis Tikinti Trestinin nəzdində olan idarələr idi. Birləşdirildikdən sonra X1 idarəsi 34 saylı Tikinti idarə adlandırılmışdır. O özü isə 1998-ci ilədək - 1 il BMTT-də təsərrüfat müdiri işləmiş, 1998-ci ildən sonra isə başqa işə keçmişdir. Həyat yoldaşı Lətifə isə 2003-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə iş yoldaşı olmuşdur, belə ki, o, 1993-cü il tarixdə Elektroterm zavodundan köçürmə yolu ilə BMTT-nin İTK idarəsinə əmtəəşünaslıq ixtisası üzrə əmtəəşünas işləmiş, ora gələndə, təxminən 1993-cü ilin iyul ayı olardı həmin vaxt Lətifə xanım artıq orada kadrlar şöbəsində müfəttiş vəzifəsində işləmişdir. Onun sənədlərini də Lətifə xanım qəbul etmişdir. 1994-cü ilin mart ayında isə o hərbi xitmətə çağırılmış, 2000-ci ilədək hərbi xidmətdə qalmışdır. O ehtiyatda qalan zabit idi. 2000-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. O qayıdanda X1 idarəsi BMTT nəzdində olan 34 saylı Tikinti idarəsi ilə birləşdirilmişdir və o da 34 saylı Tikinti idarəsində işə başlamalı idi. Həmin vaxt isə demək olar ki, zavod işləmirdi. Eyni zamanda o qayıdanda Lətifə xanımın işdə olmadığının şahidi olmuş, soruşduqda isə ona bildirmişlər ki, o analıq məzuniyyətindədir. İstehsalat zəiflədiyindən o öz xahişi ilə işdən çıxmış, 2000-ci ilin dekabr ayından Zabrat maşınqayırma zavodunda işə başlamışdır. Lakin o sonradan keçmiş iş yoldaşları ilə əlaqə saxladığında eşitmişdir ki, BMTT 2003-cü ildə ləğv olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, BMTT nəzdində olan X1 idarəsində BMTT nəzdində olan X1 İdarəsinin 34 saylı Tikinti idarəsi ilə birləşdirildikdən sonra İTKİ-yə məxsus olan bütün əşya və arxiv sənədləri 34 saylı idarəsinin rəisi Şəmsəddin Mirzəyevə təhvil verilmiş, həmçinin X6 aid olan arxiv sənədləri də təhvil verilmişdir. Bununla yanaşı Milli Arxiv İdarəsinin 26 dekabr 2017-ci il tarixli 5/2248 saylı məktubundan görünür ki, Bakı Mühəndis Tikinti Tresti nəznində olan X1 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı fililalına mühafizə üçün təhvil verilməmişdir. Göründüyü kimi hazırki ərizənin verilməsinə səbəb məhz ərizəçinin Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində və Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində işləməsini təsdiq edən sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivində və Dövlət Arxivinin Bakı fililalında aşkar edilməməsi olmuşdur. İstinad edilən qanunun mənasından isə göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Həmçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə isə işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, BMTT nəzdində olan X1 idarəsində BMTT nəzdində olan X1 İdarəsinin 34 saylı Tikinti idarəsi ilə birləşdirildikdən sonra İTKİ-yə məxsus olan bütün əşya və arxiv sənədləri 34 saylı idarəsinə təhvil verilmişdir, lakin ərizəçi qeyd olunan İdarələrdə işləməsini təsdiq edən lazımi arxiv sənədlərinin əldə edilməsi məqsədi ilə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsinə müraciət etməmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin hazırda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etdiyi məsələ, yəni 28 may 1964-cü il təvəllüdlü İddiaçı 01 oktyabr 1991-ci il tarixdən 01 oktyabr 1997-ci il tarixə qədər Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində işləməsi və 01 oktyabr 1997-ci il tarixdən 26 dekabr 2003-cü il tarixə qədər isə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləməsi faktının müəyyən edilməsi üçün Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsinə müraciət etmədən, məhkəməyə müraciət etmişdir. Halbuki həmin sənədlərin itirilmiş olması və yaxud bərpa edilməsinin mümkün olmaması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına qiymət verməyərək, ərizəçinin Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsinə müraciət edib-etməməsini araşdırmayaraq ərizəni təmin etmişdir, halbuki ərizəçinin Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsinə müraciət etmək imkanı itirilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, “ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir...Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə,məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsinə müraciət edib-etməməsini araşdırmayaraq ərizəni təmin etdiyindən və ərizəçinin Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsinə müraciət etmək imkanı itirilmədiyindən apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin əriçəziyə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində və Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində müvafiq vəzifələrdə işləməsini təsdiq edən lazımi arxiv sənədlərin əldə edilməsi üçün həmin idarəyə müraciət etdikdən sonra, lazımi sənədlərin əldə edilməməsi halında hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-469/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi İddiaçı “01 oktyabr 1991-ci il tarixdən 01 oktyabr 1997-ci il tarixə qədər Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində, 01 oktyabr 1997-ci il tarixdən 26 dekabr 2003-cü il tarixə qədər isə Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləməsi faktı müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı Bakı Mühəndis Tikinti Tresti nəzdində olan X1 İdarəsində və Bakı Mühəndis Tikinti Tresti nəzdində olan 34 saylı Tikinti İdarəsində müvafiq vəzifələrdə işləməsini təsdiq edən lazımi arxiv sənədlərin əldə edilməsi üçün həmin idarəyə müraciət etdikdən sonra, lazımi sənədlərin əldə edilməsinin mümkün olmadığı halında hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan kasassiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2962/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2962/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver